Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Andrey Pavel
Andrey Pavel (rum. Andrei Pavel; 27 yanvar 1974-cü ildə anadan olub, Konstansa, Rumıniya) — Rumıniya tennisçisi və məşqiçisi. ATP - turnirinin doqquz qat qalibi (üç dəfə tək kateqoriyada); Böyük Dəbilqə turnirinin yarımfinalçısı (cütlü kateqoriya-Roland Garros -2006). Tək kateqoriyada yeniyetmələr arasında Böyük Dəbilqə turnirinin qalibi (Roland Garros-1992); tək kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Uimbldon-1992); cüt kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Roland Garros-1992). == Ümumi məlumat == Rumıniyanın Konstansa şəhərində anadan olan Andrey 16 yaşında Almaniyaya köçür. Ölkədən getməsinə baxmayaraq Andrey Pavel Devis Kubokunda həmişə Rumıniyanın adından çıxış etmişdir. Evlidir. Həyat yoldaşı Simonadır. Üç övladı var. Andrey 8 yaşından tennislə məşğul olmuş ən yaxşı zərbəsi - bekhenddir.
Demyen Şazel
Damyen Şazel (19 yanvar 1985[…], Providens[d]) Fransız-Amerikalı rejissor, film istehsalçısı və ssenarist, Whiplash (2014), La La Land (2016) və First Man (2018) filmləri ilə tanınır.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, təq. 64 və ya təq. 65, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
II Pavel
II Pavel (lat. Paulus PP. II, əsl adı — Pyetro Barbo, italyanca Pietro Barbo; 23 fevral 1417[…], Venesiya – 26 iyul 1471[…], Roma) — 30 avqust 1464-dən 26 iyul 1471-dək Roma Papası. == Həyatı == Pyetro Barbо 23 fevral 1417-ci ildə Venesiyada anadan olmuşdur. Papa IV Yevgeni ilə qohumluq əlaqələrinə sahib olduğuna görə 23 yaşında kardinal təyin olunmuşdur. Papa seçildikdən sonra onu idarə etmək həvəsinə düşən kardinalları itaət altına almağa çalışmışdır. O latın dilini zəif bilirdi. Humanizm tərəfdarı deyildi. Məşhur humanistlər Pomponi Leta (1428-1497) və Platin (ölüm tar. 1481) əleyhinə açılan inkvizisiya prosesi zamanı o, həmin şəxslərin Katolik kilsəsi üçün heç bir təhlükə daşımadığını bildirmişdi. II Pavel onları azad etmək əmrini verdi.
IV Pavel
IV Pavel (lat. Paulus IV;28 iyun 1476 – 18 avqust 1559[…], Roma[…]) — Roma papası.
I Pavel
I Pavel (rus. Па́вел I Петро́вич); 20 sentyabr (1 oktyabr) 1754, Sankt-Peterburq – 11 (23) mart 1801 və ya 12 (24) mart 1801, Sankt-Peterburq) — Rusiya imperiyasının imperatorudur. Atasının II Yekaterinanın məşuqu Sergey Saltıkov olması barədə yayılan şayələrə baxmayaraq, III Pyotr və II Yekaterinanın yeganə oğlu olaraq qəbul edilir. Ömrünün böyük bir qismini anasının kölgəsində keçirən I Pavelin səltənəti suiqəsdçilər tərəfindən öldürülənədək 5 il davam etdi. Rusiya taxt-tac varisliyində qədim qanunları bərpa etdi və taxt əbədiyyətə qədər Romanovlar sülaləsinə verildi. == Uşaqlıq illəri == Pavel Sankt Peterburqda Yelizaveta Petrovnanın sarayında dünyaya gəldi. Anası Sofiya Avqust Frederik (sonradan II Yekaterina), atası isə imperatriça Yelizavetanın varisi olan Pyotr Fyodoroviçdir. Dünyaya gəldikdən sonra imperatriça Yelizavetanın əmrilə dərhal anasından alındı, xüsusi dayələr və Nikita İvanoviç Panin tərəfindən böyüdüldü. Halbuki N. İ. Paninin qardaşı oğlu I Pavelin qatillərindən biri oldu. 1771-ci ildə tifus xəstəliyinə tutulmuş, bu səbəbdən üzündə ləkələr olmuşdur.
Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, Paris) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Moris Ravel
Jozef Moris Ravel (7 mart 1875, Ciboure, Fransa - 28 dekabr 1937, Paris) — görkəmli fransız bəstəkar və pianisti, XX əsrin tanınmış simalarından biri. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur. == Həyatı == Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Sibur kəndində anadan olub. Anası Mari Delouart, Madriddə doğulub böyüyən bask, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər. == Yaradıcılığı == Moris Ravel Klod Debüssinin yaradıcılığının və ənənələrinin davamçısı olmuşdur. Onun yaradıcılığı XX əsrin əvvəlində yaranmış çoxsaylı cərəyanlara qarşı dururdu (urbanizm, ekspressionizm, konstruktivizm). Yeniliklərə meyl edən Ravel klassik ənənələrə müraciət edirdi.
Müqəddəs Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, təq. 64 və ya təq. 65, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Pavel Pinigin
Pavel Pavloviç Pinigin - Yakutiya MSSR Çurapçin ulusu Dirinq kəndində anadan olmuşdur. SSRİ əməkdar idman ustası, Ukrayna SSR əməkdan məşqçisi. Sovetlər birliyini sərbəst güləş üzrə dünyada təmsil etmişdir. == Bioqrafiyası == Pavel Pinigin 1953-cü ildə Yakutiyada anadan olmuşdur. 1964-cü güləşlə məşğul olmağa başlamışdır. 1966-cı ildə isə Dmitriy Petroviç Korkinin baş məşqçiliyi ilə fəaliyyətini başlamışdır. 1972-ci ildə Tiflisdə keçirilən beynəlxalq yarışda ikinci yeri tutmuşdur. Elə həmin ildəcə Dünya üçüncüsü olur. 1973-cü ildə Dünya Universiyadasında ikinci yeri tutmaqla yanaşı, beynəlxalq turnirin (Medvedev adına turnir) qalibi olur. 1974-cü ildə SSRİ cempionatında gümüş medala sahiblənir.
Pavel Piniqin
Pavel Pavloviç Pinigin - Yakutiya MSSR Çurapçin ulusu Dirinq kəndində anadan olmuşdur. SSRİ əməkdar idman ustası, Ukrayna SSR əməkdan məşqçisi. Sovetlər birliyini sərbəst güləş üzrə dünyada təmsil etmişdir. == Bioqrafiyası == Pavel Pinigin 1953-cü ildə Yakutiyada anadan olmuşdur. 1964-cü güləşlə məşğul olmağa başlamışdır. 1966-cı ildə isə Dmitriy Petroviç Korkinin baş məşqçiliyi ilə fəaliyyətini başlamışdır. 1972-ci ildə Tiflisdə keçirilən beynəlxalq yarışda ikinci yeri tutmuşdur. Elə həmin ildəcə Dünya üçüncüsü olur. 1973-cü ildə Dünya Universiyadasında ikinci yeri tutmaqla yanaşı, beynəlxalq turnirin (Medvedev adına turnir) qalibi olur. 1974-cü ildə SSRİ cempionatında gümüş medala sahiblənir.
Pavel Pototski
Pavel Pototski (1879 -1932) — Əsasən Bakıda fəaliyyət göstərmiş polşalı mühəndis, neftçıxarma üzrə mütəxəssis. O, Bibiheybət körfəzinin qurudulması layihəsinin müəllifi və icraçısı olmuşdur. 1929-cu ildə Pototski SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi tərəfindən ən yaxşı tikinti işlərinin həyata keçirilməsi sahəsində birinci mükafata, 1931-ci ildə isə o, Lenin ordeni ilə təltif olundu. == Həyatı və fəaliyyəti == Pavel Pototski 1879-cu ildə Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Nikolay Pototski general rütbəsində idi və Peterburqda yerləşən Mixaylovski hərbi akademiyasında dərs deyirdi. O, oğlu Paveli hərbi xidmətə təyin edir - onu Pajes korpusuna yola salır. Lakin cavan Pavel mühəndis olmaq arzusunda idi. Pavel Pototski Pajes korpusunun Yollar və Rabitə İnstitutuna keçir və yüksək təhsil alır. Pavel Pototski 1901-ci ildə buranı fərqlənmə ilə bitirdikdən sonra Hollandiyaya gedərək yer qazma işlərinin incəliklərini öyrənir. Hollandiyadan qayıtdıqdan sonra P.Pototski Xersonda Dnepr çayının mənsəbindəki kanalın tikintisində işləməyə başlayır.
Pavel Potyomkin
Pavel Sergeyeviç Potyomkin (rus. Павел Серге́евич Потёмкин); 1743-1796)— Potyomkinlər ailəsindən Rusiya hərbi və dövlət xadimi. == Həyatı == Pavel Sergeyeviç Potyomkin 1743-cü ildə anadan olmuşdu. 1782-1787-ci illərdə Saratov quberniyasının, 1785-1787-ci illərdə Qafqaz canişinliyinin və 9 may 1785-ci ildən 1792-ci ilədək Həştərxan quberniyasının general-qubernatoru olmuşdu. Pavel Potyomkin 1796-cı ildə vəfat edib.
Pavel Qoryaninov
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Pavel Qraçov
Pavel Qraçov (1 yanvar 1948 – 23 sentyabr 2012, Krasnoqorsk, Moskva vilayəti) — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Pavel Qraçov 1 yanvar 1948-ci ildə Tula vilayətində doğulub. Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində vzvod, rota, batalyon, polk, diviziya komandiri olub. Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub, daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsini tutub. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb. Müdafiə naziri postunu tərk edəndən sonra Pavel Qraçov "Rosvoorujeniya" və "Rosoboroneksport"da xidmət edib. 2007-ci ildən, Silahlı Qüvvələrdən tərxis olunandan bəri Popov adına Radio Zavodunda (Omsk) baş direktor müşaviri idi. Pavel Qraçov 2012-ci il sentyabrın 23-ü Moskva vilayətində vəfat edib. O, sentyabrın 12-dən Müdafiə Nazirliyinin hərbi hospitalında, reanimasiya şöbəsində müalicə olunurmuş.
Pavel Sakvarelidze
Pavel Sakvarelidze (gürc. პავლე დავითის ძე საყვარელიძე; 1882, Sakara[d] – 10 avqust 1937) — Gürcüstan siyasətçisi, Gürcüstan Təsis Məclisinin üzvü. == Həyatı == Ali təhsilini Rusiya və İsveçrə universitetlərində almışdır. Rusiya Sosial Demokratik İşçi Partiyasının Menşevik fraksiyasının üzvü idi. İmereti-Sameqrelo partiyasının üzvü və təşkilatçısı. Partiya təxəllüsü "böyük Pavel" olub. 1905-ci ildə İmeretidə baş verən inqilabi çıxışlarda yaxından iştirak etmişdir. 1917-ci il noyabr ayından seçici vəzifələrdə işləmişdir, 1918-ci ildə Gürcüstan Demokratik Respublikası parlamentinin üzvü seçildi. Gürcüstanın İstiqlal Bəyannaməsini imzalamışdır. 12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Təsis Məclisinin üzvü seçildi.
Pavel Sankoviski
Pavel Stepanoviç Sankoviski (rus. Павел Степанович Санковский, 1800-1832)—Rusiya yazıçısı, jurnalisti. == Həyatı == Pavel Stepanoviç Sankoviski 1800-cü ildə anadan olmuşdur. Təhsilini xaricdə almişdır. O, bir neçə xarici dil bilirdi. 1823-cü ildə Tiflisə gəlmiş, Qafqazın baş hakiminin dəftərxanasında qulluğa başlamışdır. 1827-ci ildə o, Qafqaz nazim-əzəmi Paskeviçin yanında xüsusi tapşırıqlar məmuru vəzifəsində işləmişdir. "Tiflisskiyə vedomosti" qəzeti nəşrə başlayanda onu redaktor təyin etmişlər. Puşkinin Qafqaza gəlməsi münasibətilə Sankoviski qəzetin 28 iyun 1828-ci il tarixli 26-cı nömrəsində təntənəli bir məqalə dərc etmişdi. A.S.Puşkin "Ərzurum səyahəti" əsərində Sankoviskinin də adını çəkmiş və demişdir: "Tiflisdə iki həftəyə qədər qaldım və ordakı cəmiyyətlə tanış oldum.
Pavel Setin
Pavel Vitalyeviç Setin (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Pavel Setin 1988-ci il sentyabrın 17-də anadan olub. == Karyerası == 2012-ci ilin avqust ayında Pavel Setin Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Elçin Muradovun bələdçisi olan Pavel Setin 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməsə də, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pavel Vitalyeviç Setin "Tərəqqi" medalı ilə təltif edildi.
Pavel Silentariy
Pavel Silentariy (Müasir yunanca: Παῦλος ὁ Σιλεντιάριος, təq. 520 – 575, Konstantinopol) — VI əsrdə yaşamış Bizans şairi. Pavel Silentariy klassik janrda yazdığı qısa şeirləri ilə tanınır.Bu şeirlərdən 80-ə qədəri Yunan antologiyasında mövcüddur.Bu şeirlərdən 40-ı eşq şeirləri,2-si Agathiasın şeirlərinə cavab olaraq yazılmışdır.Pavel ayrıca olaraq I Yustinian tərəfindən bərpa edilmiş Ayasofya haqqında da şeir yazmışdır. Pavel Silentariy 575-580 illəri arasında vəfat etmişdir. Şairin Silentariy(səssizllik) ləqəbini almasına səbəb xidmət etdiyi imperator I Yustinianın sarayında əsas vəzifəsinin səssliyi mühafizə etməsi olmuşdur == Əsərləri == Paul the Silentiary, Paolo Silenziario Epigrammi, tr. G. Viansino (1963) Paul the Silentiary, Paulus Silentiarius Descriptio Sanctae Sophiae Descriptio Ambonis ed. C. De Stefani (2011) Sex and the Civil Servant: Poems by Paul the Silentiary, tr.