Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. Elçin. Seçilmiş əsərləri.
Böyük Setnoy
Böyük Setnoy — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayəti, Kamızyak rayonu ərazisinə daxildir. Adanın şimalında Morskaya Kоsa, qərbdə — Kiçik Setnoy, cənubda isə — Morskoy Setnoy.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Dodaqdəyməz təcnis
Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur. Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir.
Ece Seçkin
Ece Seçkin (12 sentyabr 1991, İstanbul) — Türkiyə müğənnisi. Krım tatarı olan ailədə anadan olmuşdur. Ece Seçkin 1991-ci il sentyabrın 12-də İstanbulda Krım tatar ailəsində anadan olub. Musiqi həyatına 3 yaşında piano müəllimi olan anası Lalə Seçkinlə başlayıb. Musiqi təhsilini fortepiano və solfecio üzrə davam etdirərkən, 1998-ci ildə konservatoriya imtahanında birinci yerlə fortepiano şöbəsini qazanıb. Musiqiyə olan həvəsi ilə yanaşı, Filiz Coşkunerdən balet dərsləri alıb, 8 ilə yaxın balet və rəqs məşqlərini davam etdirib. Orta məktəb illərində qurduğu musiqi qrupunun solisti olmağa başlayıb. Məktəb illərində qatıldığı müxtəlif musiqi yarışmalarında fərqlənən Ece Seçkin 2006-cı ildə Levent Arslandan fərdi müğənnilik dərsləri almağa başlayıb. 2010-cu ildə musiqiyə qarşı çox uzaq bir seçim edərək Baxçaşəhər Universitetinin Hüquq fakültəsinə daxil olub. 2011-ci ildə Ozan Doğulu ilə tanışması onun musiqi həyatında dönüş nöqtəsi olub.
Ferenç Seçeni
Ferenç Seçeni (mac. Széchényi Ferenc; 28 aprel 1754 və ya 29 aprel 1754 – 13 dekabr 1820, Vyana) — Budapeştdə Macarıstan Milli Kitabxanasının və Milli Muzeyinin təsisçisi. Kitabxana onun şərəfinə Milli Seçeni Kitabxanası adlandırılmışdır. İştvan Seçeninin atasıdır.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Müstəzad təcnis
Müstəzad (ayaqlı) təcnis- şəkli etibarilə müstəzad qoşmadır. Bu şeir şəkli də, adətən hərbə-zorba xarakterində olur. Aşıq Ələsgərin yalnız bir müstəzad təcnisi vardır: Bir xoş günü əvəz min ayə billəm, Boyun nəqqaş çəkib minayə billəm. Pirim dərsim verib, min ayə billəm, Bir sözünə min söz deyim dəsbədəs. Sən eylə həvəs.
Neoseiulus segnis
Neoseiulus segnis (lat. Neoseiulus segnis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nəfəsçəkmə təcnis
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri. Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır. Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Reçnoy adası
Reçnoy adası — Yapon dənizində, Amur körfəzi ərazisində, Vladivostokdan 19 km cənub-qərbdə, Tavriçankadan 6 km cənub-qərbdə yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Volno-Nadejdin rayonu ərazisinə daxildir. Öz adını ondan 5 km aralıda körfəzə tökülən Razdolnaya çayından almışdır. Yerli əhali bəzən adanı «Reçnaya Korvijka» olaraq adlandırırlar. Bu isə cənub-şərqdə yerləşən Skrebsov adasına verilən Kovrijka adı ilə bağlıdır. Ada cənub-qərbdən şimal-şərqə doğru 200 metr məsafədə uzanır. Adanın maksimal eni 75 metrdir. Adanın sahəsi 1,18 ha-dır. Üzəri tamamən düzəndir. Şimalı istisna olmaq şərti ilə sahilləri sıldırımlıdır.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Sredniy adası
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965) şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir. Ada uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir.
Srednıy yarımadası
Srednıy yarımadası — Rusiyanın şimalında yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenq rayonu ərazisində yerləşir. Barens dənizinin sahillərində yerləşir. Materiki Rıbaçi yarımadası ilə birləşdirir. Ərazisi əsasən gil və qumla örtülüdür. Ən hündür nöqtəsi 334 metrdir. Tundra bitkiləri geniş yarılıb. Dənizin sahil hissəsi isti Nordkap cərəyanının sayəsində il boyu donma baş vermir. Sahil suları balıqlarla zəngindir. Yarımadanın yaxınlığında Aynov adası yerləşir, hansı ki Kandalaş qoruğunun bir hissəsini təşkil edir.
İştvan Seçeni
İştvan Seçeni (mac. István Széchenyi, 21 sentyabr 1791, Vyana – 8 aprel 1860, Döblinq) Macar dövlət xadimi və yazıçısı. O, 1848-ci ildə baş vermiş macar inqilabının 4 liderindən biri olmuşdur. Seçeninin bir vaxtlar ictimai və iqtisadi həyatda başladığı proseslər macar cəmiyyətində dərin izlər buraxmışdır. Elə buna görə də o, hər nə qədər özünü Macar millətinin "qulu" adlandırsa da, Macar tarixində "Ən böyük Macar" (ing. The Greatest Hungarian) adına layiq görülmüşdür. İştvan Seçeni 1771-ci ildə Vyanada macar əsilzadə olan qraf Ferens Seçeni ilə Yuliyana Festetiç de Tolnanın ailəsində anadan olmuşdur. Seçeni ailəsi Macarıstanın ən qədim və soylu ailələrindən biri idi. Seçeninin atası Macarıstan Milli Muzeyinin qurucularından idi . Seçeni öz uşaqlığını Vyanada və Nadçenkdə keçirtmişdi.
Şəhnin Novruzov
Şəhnin Şahlar oğlu Novruzov (3 fevral 1998, Səncərədi, Astara rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E. Ağayev adına məktəbdə təhsil almağa başlayır. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb. 2016–2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şəhnin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Populus × sennii
Populus angustifolia (lat. Populus angustifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Populus balsamifera var. angustifolia (E.James) S.Watson Populus × canadensis var. angustifolia (E.James) Wesm. Populus angustifolia var. coloradensis (Dode) Gombócz Populus coloradensis Dode Populus fortissima A.Nelson & J.F.Macbr.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
E-seçki
Elektron seçki — bülletenlərin atılması və sayılmasına kömək etmək üçün elektron vasitələrdən istifadə edən seçki. Xüsusi tətbiqdən asılı olaraq, e-seçkidə müstəqil elektron səsvermə maşınlarından (EVM) və ya internetə qoşulmuş kompüterlərdən (onlayn səsvermə) istifadə edilə bilər. O, cədvəlləşdirilmiş nəticələrin əsas ötürülməsindən tutmuş ümumi birləşdirilə bilən məişət cihazları vasitəsilə tam funksiyalı onlayn seçkiyə qədər bir sıra internet xidmətlərini əhatə edə bilər. Avtomatlaşdırma dərəcəsi kağız səsvermə bülleteninin qeyd edilməsi ilə məhdudlaşa bilər və ya səslərin daxil edilməsi, səslərin qeydə alınması, məlumatların şifrələnməsi və serverlərə ötürülməsi, seçki nəticələrinin konsolidasiyası və cədvəli kimi hərtərəfli sistem ola bilər. Elektron seçki sistemi tənzimləyici orqanlar tərəfindən müəyyən edilmiş standartlar toplusuna əməl etməklə bu vəzifələrin əksəriyyətini yerinə yetirməli, həmçinin təhlükəsizlik, dəqiqlik, dürüstlük, çeviklik, məxfilik, yoxlanılabilərlik, əlçatanlıq, iqtisadi səmərəlilik, miqyaslanma və ekoloji davamlılıq ilə bağlı güclü tələbləri uğurla həll edə bilməlidir. Elektron seçki texnologiyasına perfokartlar, optik skan səsvermə sistemləri və ixtisaslaşdırılmış səsvermə köşkləri (o cümlədən, birbaşa qeyd edən elektron səsvermə sistemləri və ya DRE) daxil ola bilər. Bu, həmçinin bülletenlərin və səslərin telefonlar, şəxsi kompüter şəbəkələri və ya internet vasitəsilə ötürülməsini əhatə edə bilər. Ümumiyyətlə, elektron səsvermənin iki əsas növünü müəyyən etmək olar. Birincisi hökumət və ya müstəqil seçki orqanlarının nümayəndələri tərəfindən fiziki olaraq nəzarət edilən elektron səsvermə (məsələn, seçki məntəqələrində yerləşən elektron səsvermə aparatları), digəri isə seçicinin istənilən yerdən öz səsini seçki orqanlarına elektron şəkildə təqdim etməsidir. Elektron səsvermə sistemləri dünyanın Argentina, Avstraliya, Banqladeş, Belçika, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Cənubi Koreya, Malayziya, Hollandiya, Norveç, Pakistan, Filippin, İspaniya, İsveçrə, Tailand, Birləşmiş Krallıq və ABŞ kimi bir çox ölkəsində istifadə olunur.
Elektron seçki
Elektron seçki — bülletenlərin atılması və sayılmasına kömək etmək üçün elektron vasitələrdən istifadə edən seçki. Xüsusi tətbiqdən asılı olaraq, e-seçkidə müstəqil elektron səsvermə maşınlarından (EVM) və ya internetə qoşulmuş kompüterlərdən (onlayn səsvermə) istifadə edilə bilər. O, cədvəlləşdirilmiş nəticələrin əsas ötürülməsindən tutmuş ümumi birləşdirilə bilən məişət cihazları vasitəsilə tam funksiyalı onlayn seçkiyə qədər bir sıra internet xidmətlərini əhatə edə bilər. Avtomatlaşdırma dərəcəsi kağız səsvermə bülleteninin qeyd edilməsi ilə məhdudlaşa bilər və ya səslərin daxil edilməsi, səslərin qeydə alınması, məlumatların şifrələnməsi və serverlərə ötürülməsi, seçki nəticələrinin konsolidasiyası və cədvəli kimi hərtərəfli sistem ola bilər. Elektron seçki sistemi tənzimləyici orqanlar tərəfindən müəyyən edilmiş standartlar toplusuna əməl etməklə bu vəzifələrin əksəriyyətini yerinə yetirməli, həmçinin təhlükəsizlik, dəqiqlik, dürüstlük, çeviklik, məxfilik, yoxlanıla bilmə, əlçatanlıq, iqtisadi səmərəlilik, miqyaslanma və ekoloji davamlılıq ilə bağlı güclü tələbləri uğurla həll edə bilməlidir. Elektron seçki texnologiyasına perfokartlar, optik skan səsvermə sistemləri və ixtisaslaşdırılmış səsvermə köşkləri (o cümlədən, birbaşa qeyd edən elektron səsvermə sistemləri və ya DRE) daxil ola bilər. Bu, həmçinin bülletenlərin və səslərin telefonlar, şəxsi kompüter şəbəkələri və ya internet vasitəsilə ötürülməsini əhatə edə bilər. Ümumiyyətlə, elektron səsvermənin iki əsas növünü müəyyən etmək olar. Birincisi hökumət və ya müstəqil seçki orqanlarının nümayəndələri tərəfindən fiziki olaraq nəzarət edilən elektron səsvermə (məsələn, seçki məntəqələrində yerləşən elektron səsvermə aparatları), digəri isə seçicinin istənilən yerdən öz səsini seçki orqanlarına elektron şəkildə təqdim etməsidir. Elektron səsvermə sistemləri dünyanın Argentina, Avstraliya, Banqladeş, Belçika, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Cənubi Koreya, Malayziya, Hollandiya, Norveç, Pakistan, Filippin, İspaniya, İsveçrə, Tailand, Birləşmiş Krallıq və ABŞ kimi bir çox ölkəsində istifadə olunur.
Majoritar seçki
Majoritar seçki sistemi — Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir. Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Azərbaycan Respublikasında seçki sistemi majoritar sistemə əsaslanır. Çox geniş yayılmış seçki sistemlərindən biri majoritar seçki sistemidir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. "deputatus" — "göndərilmiş") namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majorilar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi. Majoritar Seçki Sistemi, həmçinin First-Past-the-Post (FPTP) və ya Qalib Hamısını Alır sistemi kimi də tanınır, bütün dünyada demokratik ölkələrdə nümayəndələrin seçilməsi üçün geniş istifadə olunan üsuldur. Bu seçki sistemi sadəliyi və siyasi partiyalara deyil, ayrı-ayrı namizədlərə önəm verilməsi ilə xarakterizə olunur. Majoritar sistemdə ümumi səslərin faizindən asılı olmayaraq konkret coğrafi dairədə ən çox səs toplayan namizəd qalib gəlir.