Şəhnin Şahlar oğlu Novruzov (3 fevral 1998, Səncərədi, Astara rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1].
Şəhnin Novruzov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Səncərədi, Astara rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Səncərədi |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Şahlar Novruzov |
Anası | İlahə Novruzova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016–2017, 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | kəşfiyyatçı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Novruzov Şəhnin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E. Ağayev adına məktəbdə təhsil almağa başlayır. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb.
2016–2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şəhnin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib[2].