Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.org
.org (ing. organizations) — yuxarı səviyyəli ümumi domendir. Başqa domenlərin meyarlarına uyğun olmayan qeyri-kommersiya təşkilatları nəzərdə tutulmuş yuxarı səviyyəli birinci domenlərdən biridir. İndi məhdudiyyətlərsiz istifadə olunur. Müasir internet şəbəkəsində geniş yayılmışdır. Vikipediya bu domendən istifadə edir. 1 yanvar 1985-ci ildə ICANN qərarı ilə yaradılmışdır. Domenin idarəsi Public Interest Registry ( 2003-cü ildən) altındadır.
URI
URI (ing. Uniform Resource Identifier) — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı. == Əsaslar == URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir. == URL və URN arasında əlaqə == URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir.
URL
URL (ing. Uniform Resource Locator) — faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir.İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan. Tim Berners-Li (Tim Berners-Lee) tərəfindən təklif olunub. URL ünvanı, adətən, protokolun adının (məsələn, əgər sənəd FTP-serverdədirsə, ftp:, əgər o, veb-saytdadırsa, http:) göstərilməsi ilə başlayır. Sonra konkret informasiyanın identifikatoru, məsələn, serverin aid olduğu domenin adı, təşkilatın adı, yaxud bu serverdəki faylın adının yolu gəlir. Başqa sözlə, URL-ünvanı iki hissədən ibarətdir: birinci hissə istifadə olunan protokolu göstərir, ikinci hissə isə resursun yerləşdiyi IP-ünvanı, yaxud domen adını müəyyənləşdirir. Məsələn, http://www.bakineshr.az URL-ünvanında http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Sonra gələn www hərfləri saytın Veb’də yerləşdirildiyini bildirir və onun domen adı bakineshr.az’dır. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http:// URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn: http://www.science.az http:// – serverlə əlaqə protokolu; www – qovşağın tipi; science – qovşağın adı; .az – yuxarı səviyyəli domen.
Uqq
Uqq (ing. uggs, ingiliscə [ʌgz], "aqz") — qoyun dərisindən hazırlanmış və yunu içəri hissədə olan, üz hissəsi hamar, daha çox sintetik altlıqdan ibarət olan ayaqqabı, yaxud çəkmə. İlk dəfə Avstraliyada və Yeni Zellandiyada yaranması ehtimal edilsə də dəqiq yaranma yeri təyin olunmayıb. == Xarixi keçidlər == The Good, the Bad and the Ugg Boot — (həmçinin bax:Australian Film Commission database Arxivləşdirilib 2009-02-14 at the Wayback Machine) (ing.).
Ura
Ura, 20-ci əsrin ortalarından bəri Birləşmiş Ştatların Dəniz Qoşunlarında geniş yayılmış bir döyüş harayıdır . Bu Amerika Birləşmiş Ştatları Ordusundakı Hooah və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrində, ABŞ Hərbi Dəniz Qüvvələrində və ABŞ Sahil Mühafizəsindəki Hooyahla müqayisə edilə bilər. == Mənşəyi == "Ura" sözünün yarandığı bir neçə potensial qaynaq var. Türkcə / Monqolca: Termin Osmanlı türkcəsinin "vur" kimi tərcümə olunan "vur ha" ifadəsindən və ya "irəli" mənasını verən monqolca "urax" sözündən götürülmüş ola bilər. Osmanlı İmperiyası ordusunun döyüş fəryadı olaraq istifadə edilirdi və Rus döyüş fəryadı "ura" olaraq uyğunlaşdırılmışdır Jan Paul Rou görə "Hurray" sözü orta əsrlərə qədər işlədilən Qədim türkcədən gəlir. Türklərin Tarixi kitabında yazır: "Məsələn, düşmənlərinə hücum edərkən (Türklər)" Gəl, vur! "Mənasını verən" Ur Ah! "Qışqırırdılar (müasir türk dilində" Vur Hadi! ") ) Sonra bu nida Qərbdə "Hurray!" - a çevrilmişdir. Fərq türk dilindəki fonologiyada diaxronik dəyişikliyi və şifahi istifadəni göstərir.
Urb.
İqnaz Urban (alm. Ignaz Urban‎; 7 yanvar 1848 – 7 yanvar 1931, Berlin) — Almaniya botaniki. == Əsərləri == Plantae novae vel rariores III A Cl. E. L. Ekman 1924—26 lectae. Urban, Ignaz. — Stockholm: Almqvist & Wiksell, 1926. Plumiers Leben und Schriften nebst einem Schlüssel zu seinen Blütenpflanzen. Urban, Ignaz. — Dahlem b. Berlin: Repertorium, 1920.
Ürgə
Ürgə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Göyşaban kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ürgə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Xəzər dənizin sahilində yerləşən kənd əsasən qumsal torpaqlardan ibarətdir. Lənkəran şəhərindən 8 kilometr məsafədə yerləşir. Göyşaban, Veravul Girdəni kəndləri və Liman şəhəri ilə həmsərhəddir. == Əhalisi == Əhalisi 2500 nəfərdir. Əhali əsasən XX əsrin 60-cı illərində Marso sovxozu yaradılarkən Lerik və Yardımlı rayonunun kəndlərindən köçüb gələnlərdir. Eyni zamanda əhalinin köçü bu gün də davam edir. == Din == Kənddə Ürgə kənd məscidi dini icması fəaliyyət göstərir.
İrq
İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemi. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır. == Məzmun == Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqlarına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur. İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır.
Arg (Kabil)
Arg (puşt. ارگ — kiçik şəhər) — Kabildəki Prezident Sarayı. == Tarixi == Arg'ın təməli taxta çıxdıqdan sonra 1880-ci ildə Əmir Əbdürrəhman Xan tərəfindən qoyuldu. Ətrafında su dolu bir xəndək olan bir qala kimi dizayn edilmişdir. Əbdürrəhman xan onu Arg-e-Shahi (Kralın Citadel) adlandırdı və digər tikililər arasında ailəsi, ordu kazarmaları və milli xəzinə üçün bir yaşayış binasına daxil edildi. Əvvəllər Bala Hissarı İkinci Anglo-Əfqan müharibəsi (1878–80) əsnasında İngilis Hind qoşunları tərəfindən məhv edilməyincə əmirliklərin qalası və ya qərargahı olaraq vəzifə yerinə yetirirdi. Arg, Əfqanıstanın bütün padşahları və prezidentləri üçün kral və prezident sarayı olaraq xidmət etmişdir. Ancaq Hafizullah Amin də Tacbeg Sarayından ailəsi üçün iqamətgah olaraq istifadə etdi. Fərqli hökmdarların nəzdində dəyişikliklərə və canlanmaya məruz qalmışdır. 1978-ci il Saur inqilabı zamanı Məhəmməd Daud Xan və ailəsi Arg içərisində Əfqanıstan Xalq Demokratik Partiyasının (PDPA) üzvləri tərəfindən öldürüldü.
Avropa (irq)
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid ) ifadə edirdi.
Avropoid (irq)
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid ) ifadə edirdi.
Avstraloid (irq)
Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir. == Haqqında == Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır. Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.
Azadliq.org
"Azadlıq" radiosu (Radio Free Europe/Radio Liberty (RFE/RL)) — ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Radio Free Europe/Radio Liberty tərəfindən 1950-ci ildə qurulmuş və John Foster Dulles, rəhbərliyindəki qurum CIA tərəfindən Anti-Kommunizm təbliğat etmək məqsədiylə xüsusilə Soyuq Müharibə dövründə sıx şəkildə istifadə edilmişdir. O, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə yayımlanır. 35 milyondan çox insan hər gün "Azadlıq" radiosunun verlişlərini dinləyir. == Tarixi == 1995-ci ildə Çexiya prezidenti Vatslav Havelin dəvətilə "Azadlıq" radiosu Münhendən Praqaya köçüb. "Azadlıq" radiosu Çexoslovakiya Federal Parlamentinin əvvəlki binasında yerləşən yayım mərkəzindən hər həftə 1000 saatdan çox veriliş yayımlayır. "Azadlıq" radiosunun 23 redaksiyası vardır. Onlar 28 dildə verilişlər hazırlayırlar. Radio dünyanın müxtəlif yerlərindən aktual reportajlar hazırlayan 1400-dən çox ştatdankənar müxbirlə əməkdaşlıq edir. "Azadlıq" radiosu aşağıdakı dillərdə verilişlər yayır: avar, Azərbaycan, alban, ərəb, başqırd, Belarus, Bosniya, erməni, gürcü, dari, qazax, qırğız, Krım-tatar, kürd, makedon, moldovan, fars, puştu, rus, rumın, serb, tacik, tatar, türkmən, özbək, Ukrayna.
Baruun-Urt
Baruun-Urt (monq. Баруун-Урт) — Monqolustanda şəhər.Suxe-Bator aymakının mərkəzidir. == Tarixi == Baruun-Urt şəhəri 1942-ci ildə yaranıb. == Coğrafiyası == Baruun-Urt şəhəri Monqolustanın şərqində, Suxe-Bator aymakının şimali-şərqində yerləşir. Bu şəhərdən paytaxt Ulan-Batora qədər 500 km, şose ilə 565 km-dir.. == Əhalisi == Şəhərin əhalisi 2008-ci il siyahıya alınmaya görə 12,944 nəfərdir. == İqtisadiyyatı == Şəhər ətrafında Daş kömür və Sink yataqları var.
Coğrafi irq
COĞRAFİ İRQ – bir növün populyasiyasının ümumi arelın bir hissəsində məskunlaşaraq birbirindən taksonomik cəhətdən fərqlənməsi. Populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir.Coğrafi irq ekoloji irqə yaxındır. Coğrafi irq dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Den Burq
Den Burq Şimali Hollandiya əyalətində yerləşən şəhərcik. Teksel bələdiyyəsi tabeçiliyində olan ən böyük şəhərdir. Tarixi mərkəz kimi şöhrət qazanmışdır. Şəhərin böyük meydanında hər həftəsonu yarmarkalar təşkil olunur. Bütün bunlara rəğmən, Den Burq adanın ən az turist cəlb edən bölgəsidir. 2001-ci il statistikasına istinadən şəhərdə 6.160 nəfər yaşayır. 1.47 min km2 ərazidə təxminən 2.645 yaşayış məntəqəsi mövcuddur. Şəhər Niderland Ali Dəniz Tədqiqatları İnstitutuna ev sahibliyi edir. Şəhərin Kogerstraat küçəsində süni dil olan Esperantonun şərəfinə abidə ucaldılmışdır.
Erq-Şeş
Erq-Şeş (ing. Erg Chech) — Saxaranın qərbində olan qumlu səhra. Əlcəzairin cənub-qərbi, Malinin şimal ərazilərini əhatə edir. Erq-Şeş öz növbəsində maksimal hündürlüyü 300 m olan düzənlikdən ibarətdir. Şimalında hündürlüyü 300 m olan dyunlər, cənubda 50 metrə enir. Saura vadisində çay deltası yerləşir. İllik yağıntının miqdarı 10 mm təşkil edir. İyul ayının orta temperaturu 35 °С təşkil edir. Səhra ərazisində demək olar ki, su quyu yoxdur. 7 aprel 1942-ci ildə Erq-Meşə ekspedisiya zamanı geoloq Andrey Feofiloviç Meyendorf vəfat etmişdir.
Haşimoto uru
Haşimoto uru ya autoimmun tireidit qalxanabənzər vəzin iltihabı, adətən uşaq yaşlarında təsadüf olunur, vəzin funksiyasının orta yaşlarında tam pozulması ilə nəticələnə bilir. Əksər hallarda qadınlarda təsadüf edilir. Müalicəsi müasir dövrümüzdə asandlıqla mümkündür tiroksin hormonunun qəbulu ilə təmin olunur. Xəstəlik ilk dəfə 1912 ci ildə yapon həkimi Hakaru Haşimoto tərəfindən təsvir edilmişdir. Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir: Diffuz limfositar infiltrasiya, Limfoid follikul əmələgəlmə, Epitel hüceyrələrin dağılması, Fibroz toxuma proliferasiyası.
Hi-NRG
Hi-NRG (oxunması: Hay-Enerji) — Elektron musiqinin bir növüdür. Bu janr ritmcə diskoya nisbətən daha tez ifa edilən musiqi janrıdır. İlk dəfə bu musiqi janrının bas-xətti italyan bəstəkarı Corco Moroder tərəfindən ABŞ ifaçısı Donna Sammerin ifa etdiyi "I Feel Love" (1977) mahnısı üçün hazırlanmışdır. "Hi-NRG" janrı 1970-ci illərdən başlayaraq, 1980-ci illərin ortalarına kimi məşhur olmuşdur. == Xarici keçidlər == Deutsches Webradio (Disco Radio Action) 100% HiNRG, Disco. Zum reinhören ein heißer Tipp!
Maqere-Burq
Maqere-Burq körpüsü — Amstel çayı üzərində yerləşən körpüsüdür. Körpü Kerkstraat və Nive-Kerkstraat şəhərlərini birləşdirir. Tamamilə ağ rəngdə boyanmış körpü 1691-ci ildə tikilmiş və 1871-ci ildə istifadəyə verilmişdir. 2003-cü ildə bütün nəqliyyat üçün açıqdır. O cümlədən piyada və velosiped yolları vardır. Maqere Burqun mərkəzi hissəsi ağ rəngli ağacdan hazırlanmış bir baskül körpüsüdür.
Monqoloid (irq)
Monqoloid, monqol irqi və ya Asiya-Amerika irqi — böyük irqlərdən biri. Saçın cod, düz, qara, bəzən dalğavarı, tük örtüyünün sinədə və üzdə zəif inkişafı, gözlərin tünd rəngli, dərinin buğdayı, çox vaxt sarımtıl olması, almacıq sümüklərinin çox çıxıq, burun üstünün adətən yastı, epiantusun və üst göz qapağı büküşünün çox inkişaf etməsi ilə fərqlənir. Asiya və Amerikada (hindilər) mövcuddur. Bir neçə kiçik irqlərə bölünür: Şimali Asiya, Cənubi Asiya, Arktika, Uzaq Şərq, Amerika. == İstinadlar == == Əlavə ədəbiyyat == Monqoloid // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Müll.Arg.
Cohannes Müller (alm. Johannes Müller‎ lat. Argoviensis, fr. Jean Muller d'Argovie; 9 may 1828 – 28 yanvar 1896, Cenevrə) — İsveçrə botaniki və mikoloqu. == Şərəfinə adlandırılmış taksonlar == Ranunculus argoviensis W.Koch Psychotria argoviensis Steyerm. Typha argoviensis Hausskn. ex Asch. & Graebn.. == Ədəbiyyat == Dictionary of the Fungi (9th edition). Brummitt RK; Powell CE. 1992.
Neqroid (irq)
Neqroid (irq)-Afrikada yaşayanların əkskariyerinin mənsub olduğu irq.
Nisbi URL
Nisbi URL – cari sənədlə eyni bir kataloqda olan sənədin birformalı resurs göstəricisi (URL). Məsələn, əgər veb-səhifədə <a href=“doc1.html”> istinadı varsa, onda doc1.html sənədi cari səhifənin yerləşdiyi kataloqda axtarılacaq. Əgər hər iki faylı başqa bir kataloqa, yaxud ayrı-ayrı kompüterlərə köçürsəniz, istinad yenə də düzgün işləyəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
OpenOffice.org
OpenOffice — ofis proqram təminatı paketidir. Tərkibinə mətn emalı (wordprocessing), cədvəllərlə iş (spreadsheet), prezentasiya, qrafika, formul redaktoru, verilən bazası idarəedicisi tətbiqləri daxildir. Əvvəllər OpenOffice.org kimi tanınırdı. 2011-ci ilin İyun ayından etibarən 120 dil dəstəkləyir. OpenOffice-in susmaya görə fayl formatı ODF-dir (OpenDocument Format). Amma Microsoft Office-in fayl formatlarını da dəstəkləyir.