MÜRĞ

is. [ fars. ] klas. Quş.
O şahbaz gözlərini görəndə; Uçar mürği-ruhum, durmaz bədəndə. Q.Zakir.
Nə ola Abbası yada salalar; Havada mürğlər qanad çalalar. Aşıq Abbas.

□ Mürği-səhər klas. – xoruz.
Mürğisəhəri çəkəndə avaz; Eylərdi bir özgə növhə ağaz. Füzuli.
Eylə bilirdim ki, dəxi sübh olub; Mürği-səhərtək bir ağız banladım. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜRĞ mürğ bax quş
MÜRGÜLÜ
MÜRĞZAR

Digər lüğətlərdə