Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • AĞAMİRZƏ

    bax: Ağa və Mirzə; baş mirzə, böyük mirzə

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • AĞAMİRZƏ

    (Zəngibasar) böyük qayın. – Ağamirzəm məni şə:rə aparmışdı

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • ABASMİRZƏ

    bax: Abbas və Mirzə

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • AĞAMİRAN

    bax: Ağa və Əmir(lər); hörmətli əmirlər, böyük başçılar

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • AĞAMİRİ

    (Göyçay, Mingəçevir) üzüm növü adı. – Bu il ağamiri üzümü çoxdu (Göyçay)

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • AĞAMİRİ

    сущ. сорт белого винограда

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • AĞAMİR

    Ağa Əmir; böyük seyid

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • АГЪАМИР

    агъун глаголдин къадагъавилин форма. Кил. АГЪУН 1.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • BALAMİRZƏ

    сущ. диал. младший деверь (в обращении к нему невестки)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • QALAMİRZƏ

    bax: Qala və Mirzə

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • BALAMİRZƏ

    bax: Bala və Mirzə; balaca Mirzə, kiçik Mirzə

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ŞA:MİRZƏ

    (Şamaxı) böyük qayın

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • MÖVLANA

    ə. «bizim ağamız» hörmət əlaməti olaraq görkəmli alim və şairlərə verilən titul.

    Tam oxu »
    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti
  • MÖVLANƏ

    Ərəbcə “ağamız” deməkdir. Molla sözü də bunun təhrifi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • MOLLAAĞA

    Molla Ağa; "bizim ağamız" mənasında olan "maulana" sonralar "molla" və "müəllim" (ilk ərəb məktəblərində şagirdlərə dərs deyən şəxslərə "ma

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • АГЪУН²

    ...f. 1. inanmaq; həqiqət bilmək, doğru bilmək; вилиз такур кардихъ агъамир. Ata. sözü göz gördüyünə inanar; 2. güvənmək, inanmaq; жув-жувахъ агъун özün

    Tam oxu »
    Ləzgicə-azərbaycanca lüğəti
  • АГЪУН²

    ...f. 1. inanmaq; həqiqət bilmək, doğru bilmək; вилиз такур кардихъ агъамир. Ata. sözü göz gördüyünə inanar; 2. güvənmək, inanmaq; жув-жувахъ агъун özün

    Tam oxu »
    Ləzgicə-azərbaycanca lüğəti
  • КУЛАК

    ...С. С. Мягькем яхъ Ленинан рехъ. Ацукьмир кулакдин къвалахъ, Вун агъамир адан чӀалахъ... С. С. Дуст я лугьуз, куьгьне душман. 1918 лагьай йисуз Куьр

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ТУН

    ...saxlamaq; гишила тун ac qoymaq, ac saxlamaq; акурди туна, ван хьайидахъ агъамир. Ata. sözü gördüyünü qoyub, eşitdiyinə inanma; 2. udmaq, aparmaq (oyu

    Tam oxu »
    Ləzgicə-azərbaycanca lüğəti
  • İŞTİRAK

    ...göstərmə, iş görmə. [Qadın:] Mənim bu səyahətdə iştirakım möhtərəm ağamızı məmnun buraxdımı? M.S.Ordubadi. Mollanəsrəddinçilər xalq kütlələrinin işti

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • КИРПИЧ

    ...накьвадикай кирпичар гьазурун. ЦицӀигъар Агъа СтӀалдал эвичӀай йисуз Агъамирзеди, вир кутуна, кӀвалер эцигдай кирпичар атӀузвай. С. М. ЦицӀигъ-н

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ПРОПАГАНДИСТВАЛ

    ...ва пропагандиствилин кӀвалахдизни еке фикир гузва. Шагьмарданов. Жамирзе Эфендиев. * пропагандиствал авун гл., ни пропагандистдин пешекарвал кьилиз а

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • РУГУД

    ...тамашадин винел Ж. Эфендиева ругуд йисуз кӀвалахна. А. Шагьмарданов. Жамирзе Эфендиев.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • РОЛЬ

    ...Гуьлжегьредин роль нив жеда? - Жузуна Секината. А. А. Умуд. Жамирзе Эфендиевахъ гзаф рекьерай бажарагъ авай. Ада шикилар чӀугвадай, чӀалар туькӀуь

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ПАЧАГЬДИН

    ...гьукуматдин ва чкадин беглерин зулумдикай азад авун я. А. Шагьмарданов. Жамирзе Эфендиев. 1886 - йисуз Дагъустанда пачагьдин гьукуматди перепись ту

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • АГЪУН

    ...хъийимир са ни ятӀани лугьузвай гафар, фикир дуьзди яз кьабулун, акун. Агъамир намерддин мецихъ. С С. Михеннатдихъ тайин жаваб... Агъазамач зун ви

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • МАЛДАР

    ...акъудзавай малдаррин патав командировкада хьана. А. Шагьмарданов. Жамирзе Эфендиев.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • НЕВЕ

    ...я, неведизни, акунрай, адакай пай атана жеди. А. Шагьмарданов, Жамирзе. Синоним: хтул,

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • НЕМЕЦ

    ...немсерин чапхунчийрин ниятар винел акъудзава... А. Шагьмарданов. Жамирзе Эфендиев. * немец (немс) чӀал сущ. Германия уьлкведин миллетдин чӀал. Дяве

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • НАФТ

    ...лезги фялеяр патал гьевескар театр тешкилнай. А. Шагьмарданов. Жамирзе Эфендиев. * лацу нафт, чӀулав нафт. * нафтӀад ичер сущ. яру-мичӀи рангадин ич

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ХАБАРДАР

    ...аямдин важиблу вакъиайрикай хабардар ийизвай. Гь. Гашаров. Жамирзе Эфендиев. И шад мярекат тешкил авуник, вири санал кӀелайбур гуьруьшдиз хабард

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ПЕРДЕ

    ...тамашадин винел Ж. Эфендиева ругуд йисуз кӀвалахна. А. Шагьмарданов. Жамирзе Эфендиев. Ф. Б еделахтулан "Филиал" твар алай эсер кьуд пердедикай иб

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • АЦУКЬУН

    ...кӀвалах... С. С. Къарагъ, лежбер эллер. Ацукьмир кулакдин къвалахъ, Вун агъамир адан чӀалахъ. С. С. Дуст я лугьуз куьгьне душман. 3 ) тайин са гьалд

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ВИЛ сущ.; -и

    ...фейи, Папан вил рекье хьанва. И. Гь. Рекьелла вил. ЯтӀани вун ягъамир, яр, Ви рекье зи вилер ама. АкӀ ви хатур хаз жеч завай, рикӀяй рикӀиз рекьер

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ВИЛ сущ.; -и

    ...фейи, Папан вил рекье хьанва. И. Гь. Рекьелла вил. ЯтӀани вун ягъамир, яр, Ви рекье зи вилер ама. АкӀ ви хатур хаз жеч завай, рикӀяй рикӀиз рекьер

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Ağamirzə
Ağamirzə (19 sentyabr 1962, Maştağa) — azərbaycanlı meyxanaçı. == Həyatı == Ağamirzə Məmmədov 1962-ci il noyabr ayının 29-da Bakıda dünyaya gəlmişdir. 7 yaşından meyxana sənətinə maraq göstərməyə başlamışdır. O, ilk təhsili dayısı meyxana ustadı Ağasəlim Çildağdan almışdır. Həyatda olduğu müddətdə özünə məzar qazdırdığı üçün dəfələrlə gündəmə gəlib. qız övladı var.
Ağamirzə Bəşirov
Ağamirzə Ənvər oğlu Bəşirov (9 may 1954, Salyan rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Şərqi Aralıq Dənizi Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Bəşirov Ağamirzə 1954-cü il mayın 9-da Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1976-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına qəbul olunub. 1980–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi işləyib. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisası üzrə namizədlik dissertasiyasını, 1991-ci ildə Kiyev Dövlət Universitetində eyni zamanda iki ixtisas — "Riyazi kibernetika" və "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisasları üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını uğurla müdafiə edib.
Ağamirzə Canmirzəyev
= Ağaməmməd Canyar oğlu Canmirzəyev = == Həyatı == Ağaməmməd Canyar oğlu Canmirzəyev 1939-cu il dekabr ayının 15-də Xızı rayonunun Tudar kəndində kolxozçu ailəsində doğulub. Uşaqlığı Böyük Vətən müharibəsinin ağır illərinə düşüb. Elə buna görə də məktəbə gec gedib. 1948-ci ildə ailələri Bakıya köçdüyündən 10 yaşlı Ağaməmməd şəhər 17 saylı orta məktəbin birinci sinfinə gedib. 1956-cı ildə natamam orta təhsilini tamamlayandan sonra Bakı Neft Texnikumuna daxil olub. Müharibənin başa çatması bu sahənin daha da inkişaf etməsinə təlabat yaratmışdır. Neft daşları kimi nəhəng dəniz şəhərciyi salınırdı. Eyni zamanda orta təhsilini tamamlamaq arzusu ilə axşam fəhlə gənclər məktəbində oxuyan yeniyetmə Ağaməmməd bununla kifayətlənmədi, ali təhsilli mütəxəssis olmaq qərarına gəldi. Çünki müharibədən sonrakı bərpa dövrünə qədəm qoyan respublikada yüksək ixtisaslı kadrlara böyük ehtiyac hiss olunurdu. 1960-cı ildə məktəbi və texnikumu əla qiymətlərlə bitirən Ağaməmməd Canmirzəyev sənədlərini eyni vaxtda iki instituta – M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) verdi və imtahanları uğurla başa vurub ali məktəbə qəbul olundu.
Ağamirzə Gülməliyev
Ağamirzə Ağabəy oğlu Gülməliyev (2 aprel 2002; Qızıldaş, Qaradağ rayonu, Azərbaycan — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Gülməliyev 2 aprel 2002-ci ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Ağabəy Gülməliyevin ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Qaradağ rayon 180 nömrəli tam orta məktəbdə və 8 saylı peşə liseyində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ağamirzə Gülməliyev 6 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ağamirzə Gülməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamirzə Gülməliyev 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən Kəhrilər xarabalığı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamirzə Gülməliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamirzə Quliyev
Quliyev Ağamirzə İlham oğlu (2001 və ya 2 may 2001, Gəncə – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur. Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi. == Hərbi xidməti == 2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Hadrutun azad edilməsində həlak olmuşdur. 19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra 19 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Ağamirzə İlham oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Ağamirzə Əhmədov
Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası – 12 may 1964, Bakı) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963). == Həyatı == Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Təşkilatçıları Məktəbində oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir.Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.1951–1953-cü illərdə Ağamirzə Əhmədov Azərbaycan SSR Ali Sovetinin sədri seçilmiş və paralel olaraq 1952-ci ildə Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini təyin edilmişdir. Vilayət ləğv edildikdən sonra o, Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir. 1954-cü ilin əvvəllərindən Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olmuşdur.
Ağamirzə (ad)
Ağamirzə — kişi adı.
Zərgər Məşədi Ağamirzə
Zərgər Məşədi Ağamirzə — Gəncənin məşhur zərgəri. Mobil Əhmədovun babası == Həyatı == Zərgər Məşədi Ağamirzə 1853 cü ildə Gəncənin Zərrabi məhəlləsində doğulmuşdur. 1957-ci ildə Gəncənin Dört yol məhəlləsində vəfat etmişdir. Səbiskar qəbirstanlığında dəfn olmuşdur. Onun düzəltdiyi zərgərlik məmulatları Dəli Alı, İran şahı Müzəffərəddin, Mirzə Abbas Abbaszadə və onlarla böyük şəxsiyyətə hədiyyə edilib. Əl işləri Azərbaycanın bir çox muzeylərində sərgilənən məşhur gəncəli zərgər Məşədi Ağamirzə. Zərgərin vaxtilə Gəncədə keçirilən toylar zamanı ağız-ağız dolaşan bir şakəri də olub. Baba yolu ilə gedən Zərgər Ağamirzə yolunun davamçısı. == Ailəsi == Zərgər Məşədi Ağamirzənin Birinci xanımı Gəncədə böyük mülkədar Muxtar bəy Qazıyevin bacısı Xədicə xanım olub. Qızı Xuraman xanım Səlman Əhmədlili ilə ailə həyatı qurmuşdur.
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Hacı Əbdülkərim 1868-ci ildə Badikubənin Maştağa kəndində Hacı Əhməd bin Abbas bin Ağamirzə bin Şeyx İbrahim adlı bir şəxsin ailəsində dünyaya göz açmışdır. Onun əsil adı Ağamirzədir. Xorasana təhsil almağa gedərkən rus hökuməti sənəd vermədiyindən Əbdülkərim adlı bir şəxsin sənədləri ilə gedir və sonralar bu ad ilə də məşhur olur. Hacı Əbdülkərimin həyatı çox keşməkeşli olmuşdur. O, dünyaya gələndə birinin 27, digərinin isə 30 yaşı olan iki ögey qardaşı var idi. Kiçik yaşlarında onlardan olmazın əziyyətlər görmüşdü. Bunlardan başqa onun özündən 6 yaş böyük bir doğma qardaşı da var idi. 14 yaşında ikən atadan yetim qa-lan Ağamirzə doğma qardaşından da çox əziyyətlər görmüşdü. Qardaşı onun oxumağa olan böyük həvəsini nəzərə almadan maddi ehtiyaclarını aradan qaldırmaq üçün bağ-torpaq işlərilə məşğul olmağını tələb edərdi. Odur ki, Ağamirzə yaz aylarını işləyər, qışda hamı istirahət edəndə dərsə gedərdi.
Fatimə Ağamirzəyeva
Fatimə Ağamirzəyeva Ayıbxan qızı (10 yanvar 1953 – 25 iyun 2023, Bakı) — Azərbaycanlı xalçaçı, sahibkar, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == === Təhsil === Fatimə Ağamirzəyeva (Fatima Agamirza) 1953-cü ildə anadan olub. 1967-ci ildə KT Texnikumuna daxil olub və 1971-ci ildə bitirib. Quba Kənd Təsərrüfatı Texnikumunda (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) təhsil alıb. 1974-cü ildə Dağıstan Mahaçkala şəhərində Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub. 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə dək kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam etmişdir. Kursları aparmaq üçün tədris proqramının olmadığına görə, "Biçməyi-Tikməyi öyrənin" adlı tədris kitabı hazırlayır və bu kitab Azərnəşrdə dövlət proqramına qəbul olunur və tiraja çıxarılır. Daha sonra "Biçib-tikmənin praktikası", "Gözəllik ondur" kitabları da dövlət tərəfindən qəbul olunub templanda qalmışdır. === Sahibkarlıq fəaliyyəti === 1988-ci ildə sahibkarlıq fəaliyyətinə başlayıb və modelyerlik və xalçaçılıq üzrə xüsusi peşə məktəbini yaradıb.
Ağamirli
Ağamirli (Əhər)
Abbas Ağamirov
Abbas Fərhad oğlu Ağamirov (15 iyul 1911 - 5 mart 1969) — Azərbaycan idmançısı, boksçu, SSRİ-nin əməkdar idman ustası (1943), əməkdar musiqiçi (1957), beynəlxalq dərəcəli (1958) hakim, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi (1964). == Həyatı == Abbas Ağamirov 15 iyul 1911-ci ildə Tiflis şəhərində anadan olmuşdu. 1935-ci ildə Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutunu bitirmişdi. Boks üzrə (yarım yüngül çəkidə) dəfələrlə Azərbaycan çempionu olmuşdu. (1925-1941). Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun boks, güləşmə və ağır atletika kafedrasında işləmişdi. (1951-1969). Abbas Ağamirov "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdi. Abbas Ağamirov 5 mart 1969-cu ildə Bakı şəhərində vəfat edib.
Ağa Ağamirov
Ağa Musa oğlu Ağamirov- Vartaşen rayonu Partiya Komitəsinin birinci katibi Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu.Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son iş yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdur.
Ağamirli (Kəleybər)
Ağamirli (fars. اقاميرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 349 nəfər yaşayır (71 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Kərmadüz kəndistanında, Kəleybar qəsəbəsindən 31 km şimaldadır.
Ağamirli (Xudafərin)
Ağamirli (fars. اقاميرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (9 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Həsənabad kəndistanında, Kəleybar qəsəbəsindən 29 km qərbdə, Əhər-Kəleybar avtomobil yolunun 29 kilometrliyindədir.
Ağamirli (Ərdəbil)
Ağamirli (fars. اقاميرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 684 nəfər yaşayır (114 ailə).
Ağamirək İsfahani
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır. == Həyatı == Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.Sürgün zamanı bir necə dəfə Azərbaycana geri qayıtmağa cəhd göstərsə də, İran-SSRİ arasındakı sərhəddin ciddi qorunması və mümkün təhlükələr səbəbindən bu cəhdlər uğursuz alınmışdır.
Davud Ağamirzadə
Ağamirzadə Davud Əsgər oğlu (? – ?) - Azərbaycan şairi. 1918-20- illər milli istiqlal poeziyasının nümayəndələrindən biri. == Həyatı == Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cümhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbi mühitində seçilən şairlərdən idi. Yaradıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalqı birliyə çağırış ruhlu şeirlər mühüm yer rutur. Şair Azərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edirdi: Üzərində göründükcə ulduzun Şeir söylər sənə nazlı tiirk qızı Sən çırpındın, sən yüksəldin, göründün Və tanıtdın millətlərə sən bizi Davudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgərin dilindən", "Azərbaycan ordusuna", "Əsgər") vətənə sonsuz sevgi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan əsgərinin şücaəti, milli istiqlalımızın qorunması tərənnüm edilir. Davud müstəqillik rəmzi kimi tərənnüm etdiyi üçrəngli milli bayrağı xalqın əsarət və köləliyinə qoyulan nöqtə kimi mənalandırır. == Mənbə == Azərbaycan Xalq Cürnhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Ağayev İ., XX əsrin əvvəllərində Azərbaycan şeri, B., 2002.
Midhət Ağamirov
Midhət Ağamirov (15 may 1920, Şuşa) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi. == Həyatı == Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır. 16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
Mirmusa Ağamirov
Mirmusa Ağamirov (1886, Şuşa — 1947, Bakı) — Azərbaycan botaniki, Azərbaycanda ilk nəbatat alimlərindən biri. Şəki məktəblərində (1906-cı ildən) və Bakının bir sıra ali məktəbində müəllimlik etmişdir. AKTU-də, APU-də, BDU-da bitki anatomiyası və fiziologiyası kafedrasının müdiri (1935—1943), professor (1944—1946) olmuşdur. Azərbaycan dilində ilk "Bitki anatomiyası" (1939) dərsliyinin müəllifidir. M.Ağamirovun elmi fəaliyyəti Azərbaycanda pambıqçılığın və qarğıdalı əkinlərinin inkişafına, pambığın və qarğıdalının quraqlığa və şoranlığa davamlılığı məsələlərinə həsr edilmişdir.
Mətanət Ağamirli
Mətanət Ağamirli (tam adı: Mətanət Mirsadiq qızı Ağamirli; d. 21 dekabr Ağdam rayonu) — Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi == Həyatı == Mətanət Ağamirli Ağdam rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == 1995–2000-ci illərdə "Press Fakt" və "Gündəlik xəbərlər", "Bizim Əsr" qəzetlərində çalışmışdır. 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır. 2004–2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində "Sədadan sonra", "Mövqe", "Portretlər silsiləsindən", "Səda+", "Gender", "Səda 24", "Seçim" kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır. 2000–2003-cü illərdə Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşdur. 2011-ci ildən paralel olaraq YAP Qadınlar Şurasının nəşri olan "Zəriflik" jurnalının redaktorudur. 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmuşdur.
Natiq Ağamirov
Natiq Ağamirov — hüquqşünas, Avropa Azərbaycanlıları Konqresinin Prezidentlərinin Məşvərət Şurasının üzvü, "Tərəqqi" medalı laureatı. == Həyatı və fəaliyyəti == Natiq İsmayıl oğlu Ağamirov 1958-ci il noyabrın 6-da Ağdam rayonunda anadan olmuşdur. Ali məktəbi bitirdikdən sonra Azərbaycan ədliyyə orqanlarında işləmişdir. 1983-cu ildə Rusiya Federasiyasının ədliyyə orqanlarına - Moskva Vilayəti uzrə Ədliyyə İdarəsinə kecirilmiş, orada idarənin məsləhətçisi, baş mutəxəssisi - notariat şöbəsinin rəisi işləmişdir. 1990-cı ildən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə – Huquqi Yardım İdarəsinin İdarəsinin baş mütəxəssisi vəzifəsinə kecirilmişdir. 1991-ci ildə RSFSR Ədliyyə Nazirliyinin İdarə rəisinin müavini – hüquqi yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.1991-ci ildən Rusiya notariuslarının birinci təsis qurultayında Rusiya Notariusları Assosiasiyasının sədri, 1992-ci ildə isə Ümumrusiya Peşəkar Notariusları İttifaqı Mərkəzi Şurasının sədri secilmişdir. Huquq nəzəriyyəsi və hüquq tətbiqi fəaliyyəti sahəsində bir sıra elmi məqalələrin və yazıların muəllifidir. Rusiya Federasiyası Məhkəmə və notariat sistemi islahatının təşəbbüskarlarından biridir. Siyasi və hüquq elmləri namizədir. Ümumrusiya Azərbaycan Konqresi İqtisadi İnkişaf Fondunun İdarə Heyətinin sədridir.
Rasim Ağamirov
Rasim Rəşid oğlu Ağamirov (6 iyun 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı və rusiyalı cüdoçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli SSRİ idman ustası, SSRİ sambo idman ustası, ustalar arasında 2 qat dünya çempionu, ustalar arasında 2 qat Avropa çempionu, ustalar arasında 3 qat rusiya çempionu, dəmiryolçular arasında dünya çempionu, IX SSRİ Xalqlar Spartakiadasının qalibi, SSRİ kubokunun qalibi, SSRİ silahlı qüvələrinin 2 qat sambo və cüdo üzrə çempiopnu, Rusiya əməkdar məşqçisi. == Bioqrafiya == 1980-1985-ci illərdə Bakıdakı Lokomativ idman klubunda cüdo və sambo üzrə məşqlərdə iştirak etmişdir. Azərbaycan SSR əməkdar idman məşqçisi Tərlan Həsənov və Nadir Qasımovunb tələbəsi olmuşdur. 1985-ci ildə SSRİ silahlı qüvvələrinə yolanmışdır. 1985-1989-cu illərdə Moskavanın MOİK çalışmışdır. 1990-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. == Mənbə == Наш «Локомотив» вперёд лети Результаты выступлений мастеров дзюдо России в 2010 году Чемпионат России по дзюдо среди ветеранов Заметка на сайте judo.az (az.) Чемпионат мира по дзюдо среди мастеров 2010 Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine EC Veterans 2010 IJF Grand Masters World Championships 2010 Judo klub Rijeka - Europsko prvenstvo za veterane Porec 2010. part 3 - International Judo Federation Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов собрал рекордное количество участников Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Российские дзюдоисты в третий раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine Золотая феерия на татами: сборная Россия по дзюдо среди ветеранов – первая в Европе! Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов завершился в Магнитогорске Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine Российские дзюдоисты в четвертый раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Итоги ветеранского чемпионата Европы по дзюдо (Польша, май 2012) Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine СБОРНАЯ РОССИИ ПО ДЗЮДО СРЕДИ ВЕТЕРАНОВ СТАЛА СИЛЬНЕЙШЕЙ В ЕВРОПЕ Arxivləşdirilib 2019-06-25 at the Wayback Machine Россияне выиграли чемпионат мира по дзюдо среди ветеранов Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Результаты Чемпионата России 2011 года Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Азербайджанец – чемпион Москвы по дзюдо среди инвалидов по слуху – метит на Европу Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine В российском журнале «Мир дзюдо» вышло интервью с нашим земляком, одним из лучших представителей Московского союза ветеранов России Расимом Агамировым. Он завоевал «золото» в личном и командном зачетах на чемпионатах Европы и мира среди мастеров.
Xəlil Ağamirov
Xəlil Ağamir oğlu Ağamirov (1897, Qaxbaş, Zaqatala dairəsi – 1940) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Türküstan və Azərbaycanda inqilabi fəaliyyət göstərmiş, Azərbaycan SSR xalq meşə sənayesi komissarı (1936–1937), Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri (1932–1934), Azərbaycan SSR xalq təchizat komissarı (1931–1932) kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən olmuşdur. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində, kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli məktəbdə almış, 8 yaşından muzdurluq etmişdir. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işə girmiş, 1912-ci ilədək burada mürəttiblik etmiş, inqilabi ədəbiyyat yaymaqla məşğul olmuşdur.1912-ci il Xəlil Ağamirov Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində işləmiş və inqilabi işi davam etdirmişdir. 1917-ci ildə polis tərəfindən izlənərək həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçmış və həmin ildə bolşeviklər partiyası üzvlüyünə qəbul edilmişdir. Türküstan Qızıl qvardiyasına könüllü yazılmış, Kolçak, Dutov və Biçeraxov tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanı yatırmaqda iştirak etmişdir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilmişdir. 1919-cu ildən 1920-ci ilin axırınadək Daşkənd partiya təşkilatlarında çalışmışdır.
Şıxmir Ağamirov
Şixmir Qabil oğlu Ağamirov (5 aprel 1990, Qusar rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şixmir Ağamirov 1990-cı il aprelin 5-də Qusar rayonunun Gican kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Şıxmir Ağamirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şıxmir Ağamirov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda Gican kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamir Ağayev
Ağamir Qüdrət oğlu Ağayev (14 iyul 1996, Biləsuvar rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamir Ağayev 14 iyul 1996-cı ildə Biləsuvar rayonunda yerləşən 2 saylı çadır şəhərciyində anadan olmuşdur. Əslən Füzuli rayonunun Şükürbəyli kəndindən idi. 2001-ci ildə həmin kəndə köçmüş, 2003–2014-cü illərdə kəndin tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Ağamir Ağayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2016–2017-ci illərdə müddətdən artıq hərbi xidmət edən Ağamir Ağayev 2017-ci ildə ordudan tərxis olmuşdur. Sonra mülki fəaliyyətini davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağamir Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamir Ağayev 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Agamidae
Kələzlər (lat. Agamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. Kələzlər fəsiləsinin nümayəndələri Avropa, Asiya (İndoneziya arxipelaqı istisna olmaqla), Afrika (Madaqaskar istisna olmaqla) və Avstraliyada rast gəlinir. Kələzlər müxtəlif şəraitlərə asanlıqla uyğunlaşa bilirlər. Onlara çöllərdə, səhralarda, meşəliklərdə, su hövzələri sahillərində və dağlarda, bir sözlə, çox soyuq olan bölgələrdən başqa hər yerdə rast gəlmək olar.