Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağasəməd Əlizadə
Ağasəməd Əbdülhüseyn oğlu Əlizadə (8 mart 1909, Şamaxı – 1990, Bakı) ― Azərbaycan energetiki, texnika üzrə elmlər doktoru (1948), professor (1949), AMEA-nın müxbir üzvü (1968). == Həyatı == Ağasəməd Əlizadə 8 mart 1909-cu ildə Şamaxı şəhərində anadan olub. 1931-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ağasəməd Əlizadə 1938–1940-cı illərdə SSRİ EA-nın Azərbaycan Filialının çöl ekspedisiyasında ildırım boşalmaları cərəyanının əsas parametrlərini tədqiq edib. O, 1941–1944-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti sədrinin birinci müavini, 1944–1948-ci illərdə isə Azərbaycan SSR xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. Ağasəməd Əlizadə 1948–1950-ci illərdə SSRİ EA Energetika İnstitutunda tədqiqatçı, 1950–1954-cü illərdə böyük elmi işçi, 1954–1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunda kafedra müdiri, 1959–1962-ci illərdə Azərbaycan Energetika İnstitutunda şöbə müdiri, 1962–1980-ci illərdə direktor, İldırım boşalmaları və ildırımdan mühafizə laboratoriyasının müdiri vəzifələrində çalışıb. == Akademik fəaliyyəti == Ağasəməd Əlizadə 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1949-cu ildə professor elmi adını almış, 1968-ci ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. 220-dən çox elmi əsərin, 6 monoqrafiyanın və 10-dan artıq ixtiranın müəllifidir. Rəhbərliyi altında 20-dən artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb.
Ağasəfa
Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990). == Həyatı == Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən). Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b.
Ağusəmən
Ağusəmən — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Aqusəm (Aqussam (1917) və Aqusən (1933)) Cəlilabad rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonimi iki cür izah etmək olar: Türk dillərində ağı/aqu (acı, zəhər) və sam (isti külək) sözlərindən düzəlib, "acı, isti küləkli yer" deməkdir; Türk dillərində aqus/ağuj (ağız sudu, yeni bala vermış heyvanın ilk sudu) və sən/san (sağım) sözlərindən düzəlib, "yeni bala vermış heyvanların saxlandığı, sağıldığı yer" deməkdir. Toponimiyada Aqusəm kənd adını Aqusəm çayının adı ilə də bağlayırlar. Bu baxımdan həmin hidronim Ağüzən (ağ çay) adının təhrif olunmuş forması kimi qəbul olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 563 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ağasəf
Ağasəf — ad. Ağasəf Haqverdiyev — Böyük Vətən müharibəsi iştirakçısı. Ağasəf Mövsümov — texnika elmləri doktoru, professor.
Ağəsmə
Ağəsmə (lat. Clematis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Ağadədə Ağayev
Ağasəfər Mustafayev
Ağasəfər Hüseynqulu oğlu Mustafayev (9.1.1894, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == İkinci Bakı kişi gimnaziyasını bitirmiş (1913), 1918-ci ilədək Rusiyanın Don (Novoçerkassk) Universitetinin fizika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb, geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdir. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağadədə ziyarətgahı
Ağdədə ziyarətgahı — Ermənistan SSR Zəngibasar rayonunda mövcud olmuş azərbaycanlı qəbiristanlığı. == Haqqında == Zəngibasar sakinlərinin müqəddəs ziyarətgahı sayılan Ağadədə piri Qulucan kəndinin yanındakı Qarasu çayının kənarında yerləşirdi. Sarvanlar, Həbilkənd, Uluxanlı, Seyidkənd kəndlərinin əhatəsində yerləşən bu zirayətgahda öz dövrünə aid ən hörmətli şəxsləri dəfn edilmişdir. Bu müqəddəs ocaq həm müsəlmanlar və həm də xristianlar tərəfindən ziyarət edilirdi. Azərbaycanlıların 1987–1988-ci illərdə Ermənistan SSR-dən deportasiyasından sonra bu müqəddəs ziyarətgahı ermənilər tərəfindən məhv edilmişdir. Nəticəsində qəbirlər dağıdılmış, daşları parçalanaraq, sındırılmış və burada yerləşən günbəzli pir isə tamamilə yox edilmişdir.
Ağadəvə (Qars)
Ağadəvə — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 524 nəfərdir (2022).
Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Altıləçək ağəsmə
Altıləçək ağəsmə (lat. Clematis hexapetala) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Ağasəf Haqverdiyev
Ağasəf Tağı oğlu Haqverdiyev və ya Haxverdiyev (29 mart 1924, Salyan rayonu) — Böyük Vətən müharibəsi iştirakçısı, 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının iştirakçısı olub. == Həyatı == 29 mart 1924-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. 1941–1942 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1942-ci ilin avqustundan 1943-cü ilə qədər 26 Bakı komissarı adına Tbilisi Topçu Məktəbinin kursantı olmuşdur. Oranı bitirdikdən sonra taqım atəş komandiri və 3-cü Cənubi Ukrayna Cəbhəsi batareya komandiri kimi xidmət etmişdir. Şimali Qafqaz, Ukrayna, Moldova, Rumıniya, Macarıstan, Avstriya və Yuqoslaviya ərazilərində vuruşmuş, döyüşlərdə yaralanmışdır. Müharibədən sonra Hərbi Komissarı sistemində çalışmışdır. Bakı Veteranlar Komitəsinin sədri, MDB dövlətləri veteranları Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Ağasəf Haqverdiyev I və II dərəcəli Vətən Müharibəsi ordenləri , Qırmızı Ulduz ordeni, 14 medalla təltif olunmuşdur. 1945-ci ildə Moskvada keçirilən Qələbə Paradının, 1985 və 1990-cı ildə keçirilən paradların iştirakçısı olub.
Ağasəf Mövsümov
Mövsümov Ağasəf Ağakərim oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Mövsümov Ağasəf Ağakərim oğlu Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirərək, "Azərneft" İB-də turbin qazıması idarəsinin texniki şöbəsində texnik kimi əmək fəaliyyətinə başlayaraq, texniki şöbənin rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1952–1954 və 1956–1960-cı illərdə "Neft Daşları"nda sahə və texniki şöbənin rəisi, böyük mühəndis, qazıma kontorunun direktor müavini işləmişdir. 1959-cu ildə "Böyük meyilli maili quyuların qazılması zamanı seksiyalı turboburun tətbiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1960–1973-cü illərdə AzETNÇİ-da "Kəşfiyyat quyularının qazılması" şöbəsinin və "Dərin quyuların qazılması problemləri" laboratoriyasının rəhbəri işləmişdir. 1965-ci ildə "Quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin hidrodinamiki tədqiqatları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1973–2001-ci illərdə Dəniz neft-qaz sənayesi DLİ-da qazıma məsələləri üzrə direktor müavini işləmişdir. == Elmi fəaliyyəti == Mövsumov A. A. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: mayelərin özlü-plastik xassələri. Mövsümov A. A. 270-dən artıq elmi məqalənin müəllifidir.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır.Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018 ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə «Ocaq» adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir. Kəndin çox yaşlı, hətta dünyasını dəyişmiş sakinlərinin dediyinə görə bu yerdə bir seyyidə qadın dəfn olunub və o, əvvəlcə Alar, sonralar isə Solqard kəndində yaşayan seyidlərin qohumu olmuşdur.
Ağaəmi Heybətov
Ağaəmi Elçin oğlu Heybətov (6 iyun 1993, Bakı – 16 oktyabr 2020, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə oxuyub. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi (qarmon) təhsili almış, həmçinin Buzovna qəsəbəsinin dini icmasının nəzdində yerləşən İmam Hüseyn məscidində də dini təhsildə almışdır. Futbol azerkeşi olan Ağaəmi futbol oyunu ilə də məşğul olurdu. Ali təhsilini isə 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Türk dünyası İşlətmə" fakültəsinin "Turizm və otelçilik" ixtisasında alıb.Bir neçə dil bilirdi. Subay idi. == Hərbi xidməti == Ağaəmi Heybətov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə baş tutan Aprel döyüşlərinə qatılmaq istəsə də buna nail ola bilməyib. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağaəmi Heybətov da səfərbər olunmuşdur.
Borşevikyarpaq ağəsmə
Borşevikyarpaq ağəsmə (lat. Clematis heracleifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Çində, Koreyada təbii halda yayılmışdır. 1837-ci ildən mədəni şəraitdə Avropada dekorativ bağ bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü təxminən 1 metr olan, düz, alt hissəsində oduncaqlaşmış, cod zoğları olan çoxillik bitkidir. Gövdələri düz dayanan, ancaq bünövrəsində çox və ya az oduncaqlaşmış, yumru, seyrək tükcüklü, zərifdir. Yarpaqları iri, dərili, üç-lələkvari, uzunluğu 15 sm-dəkdir. Çiçəklərin diametri təxminən 2,5 sm, 4 ədəd, parlaq mavi, ətirli, kənarları kəsikli ləçəkləri sünbülçiçək formalıdır. Avqust-sentyabrda çiçəkləyir. Toxumları 0,5-3 ay müddətində cücərir.
Bənövşəyi ağəsmə
Bənövşəyi ağəsmə (lat. Clematis viticella) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Zаqаfqаziyа, Cənubi Аvrоpа, Kiçik Аsiyаda təbii halda yayılmışdır. İrаndа 1797-ci ildən mədəni şərаitdə bеcərilir. == Botaniki təsviri == Uzunluğu 3-4 m оlаn sаrmаşаn kоldur. Yаrpаqlаrı 5-7 yаrpаqcıqdаn ibаrət mürəkkəb ikili-lələkvаridir. Çiçəkləri tək və yа 3 ədəd оlub, sаllаq, yаrım аçılmış və yа gеniş аçılmışdır. Diаmеtri 2,5-5 sm-ə çatıb, hаmаşçiçəklərə toplanmışdır. Kаsаyаrpаqlаrı dörd, alabəzək çəhrayı, bənövşəyi və ya müхtəlif çаlаrlı göy rənglidir. Kеçən ilki zоğlаrı iyun-iyuldа çiçəkləyir.
Dalayan ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Düz ağəsmə
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Dаlаyаn ağəsmə
Kolvari ağəsmə
Kolvari ağəsmə (lat. Clematis fruticosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çin və Şimali Monqoliyadır. == Botaniki təsviri == Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.
Mavi ağəsmə
Mavi ağəsmə (lat. Clematis glauca) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Qısaquyruq ağəsmə
Qısaquyruq ağəsmə (lat. Clematis brevicaudata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Süpürgəvari ağəsmə
Süpürgəvari ağəsmə (lat. Clematis paniculata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Yaponiyada və Koreyada təbii halda yayılmışdır. Sankt-Peterburqda, Cənubi Pribaltikada, Kalininqrad vilayətində, Belarusiyada, Ukraynada, Qafqazda və Orta Asiyada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Uzunluğu 10 m-dək olan, yarpağı tökülən lianadır. Uzunluğu 3-10 sm olan yarpaqları 3-5 yumurtavari yarpaqcıqlı olub, çılpaq və ya alt tərəfi tükcüklü, damarcıqlıdır. Ağ, ətirli çiçəklərinin diametri təxminən 3 sm olan çoxçiçəkli süpürgələrə yığılmışdır. Süpürgəvari ağəsmənin uzunsov kasayarpaqları üstdən çılpaqdır. Toxumcaları haşiyəli, bir az tükcüklü, uzun lələkvari tükcüklü, çıxıntılıdır. Süpürgəvari ağəsmə iyuldan oktyabradək davam edən bol və gec çiçəkləməsi ilə çox effektlidir.
Tamyarpaq ağəsmə
Tamyarpaq ağəsmə (lat. Clematis integrifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.