Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abasbəyi
Abasbəyi — Çox şirin, şirəli, ətirli yay armudu növü. Armud növü Azərbaycanda qədim zamanlardan bəri becərilir. İlk dəfə Şirvanda yetişdirilməsi ehtimal edilir. Uzunömürlü bitkidir. Çətiri dairəvidir. Ağacının hündürlüyü 10-13 metrdir. Azərbaycanın Aran bölgəsində yaxşı inkişaf edir. 6 illiyində bar verir. Avqust ayında yetişir. Bir ağacdan 75 - 85 kq meyvə yığılır.Meyvəsi uzunsov, qabığı nazik, rəngi açıq-yaşıl rəngdədir.
Abasbəyli
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Siruz Abasbəyli
Siruz Hüseyn oğlu Abasbəyli — Azərbaycan Respublikasının rabitə naziri (1992–1997), Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik. Siruz Abasbəyli 1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub. 1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlamışdır. İlk dəfə onu "Azqosproyekt" institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra "Qiproazneft" institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlamışdır. 50-dən çox səmərəşdirici təklifləri və ixtiraları qeydiyatdan keçib. 1970-ci ildə V. İ. Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb. Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-cı ilə qədər işləmişdir.
Abbasbəyli
Abbasbəyli — Azərbaycan soyadı və toponim. Həmid Abbasbəyli (1991—2020) — Vətən müharibəsi şəhidi. Məmməd Abbasbəyli — Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi. Nigar Helmi Abbasbəyli (d. 1975) — Azərbaycan rəssamı. == Toponim == Abbasbəyli (Qazax) Abbasbəyli (Saatlı) Abbasbəyli (Ərdəbil) Abasbəyli — Masallı rayonunun Yeyənkənd inzibati vahidində kənd.
Ababəyli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abbasbəyli (Masallı)
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Abbasbəyli (Qazax)
Abbasbəyli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Sərhəd kəndi olduğundan vaxtaşırı atəşə məruz qalır. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Daharbəylidir. Yaşayış məntəqəsi XIX əsrdə Dəmirçilər kəndinin abbasbəyli adlı nəslinə mənsub ailələr tərəfindən salınmışdır. == Təhsil == Kənddəki ibtidai məktəb binası 1970-ci ildə tikilmiş, hazırda isə qəzalı vəziyyətdədir. Məktəbin yerləşdiyi ərazi Ermənistan ordusu postlarının açıq hədəfindədir. Cəmi iki sinfi olan bu məktəbdə 11 şagird oxuyur (2015).
Abbasbəyli (Saatlı)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Abbasbəyli (Sabirabad)
Abbasbəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Abbasbəyli (Ərdəbil)
Abbasbəyli — İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin İcərud kəndistanında, Germi qəsəbəsindən 40 km şimalda, Germi-Biləsuvar avtomobil yolunun 35 kilometrliyindədir.
Ağalar Abbasbəyli
Ağalar Nəriman oğlu Abbasbəyli (31 dekabr 1941, Bakı) — Azərbaycan tarixçisi və dövlət xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1987–1988), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin katibi (1981–1987). == Həyatı == Ağalar Abbasbəyli 1941-ci il dekabrın 31-də Bakı şəhərində dünyaya gəlib. 1958-ci ildə orta məktəbi bitirib. M. V. Lomonosov adına MDU-nun tələbəsi, aspirantı, stajoru və doktorantı olub. Tarix elmləri doktoru elmi dərəcəsi və iki istiqamət üzrə elmi adı var: tarix və beynəlxalq münasibətlər istiqamətləri üzrə professor. 500-dək elmi əsərin müəllifidir. Bunlardan 50-si monoqrafiya və dərsliklərdir. Elmi-pedaqoji fəaliyyət dövründə 25 alim – elmlər namizədi və elmlər doktoru hazırlyıb, o cümlədən Azərbaycan Respublikasında ilk dəfə siyasi elmlər istiqamətində 10 siyasi elmlər namizədi və 3 elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olub, "Beynəlxalq münasibətlər" ixtisası üzrə 50 nəfər magistrın ərsəyə gəlməsində mühüm rol oynayıb. 100-dən yuxarı elmi-nəzəri konfransda, o cümlədən xarici ölkədə keçirilən 30 konfransda iştirak edib. Müxtəlif illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Beynəlxalq əlaqələr" kafedrasının yaradıcısı və müdiri olub, müxtəlif dövlət və partiya vəzifələrində çalışıb, xarici ölkələrdə Sovet səfirliyində müşavir, uzun müddət SSRİ Sülh Fondunun sədr müavini və AR Sülh Fondunun sədri olub, Azərbaycan KP Bakı şəhər Partiya Komitəsinin katibi, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri, Azərbaycan KP Təşviqat Komissiyasının sədr müavini və sədr əvəzi, MSK-nın üzvü və s.
Həmid Abbasbəyli
Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991, Kirov rayonu – 20 oktyabr 2020, Qırmızı Bazar, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmid Abbasbəyli 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda Cavanşir Abbasov və Gülnarə Məmmədovanın ailəsində anadan olub. 1998–2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirmişdir. 2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. == Hərbi xidməti == Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir.
Məmməd Abbasbəyli
Abbasbəyli Məmməd Aslan oğlu (17 may 1975, Gəncə şəhəri) — ABŞ-ın Nyu-York ştatının Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvü, İqtisadiyyat nazirinin müşaviri (2019–2020), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi. 1975-ci il mayın 17-də Gəncə şəhərində anadan olmuşdur. 1992–1997-ci illərdə Xəzər Universitetində Beynəlxalq əlaqələr və Bakı Dövlət Universitetində Hüquq üzrə ali təhsil almışdır. 1999-cu ildə ABŞ-ın Perdyu Universitetində (Purdue University) ABŞ-ın xarici siyasət tarixi, 2000-ci ildə ABŞ-ın Corc Vaşinqton Universitetində (George Washington University) Hüquq üzrə magistr dərəcələri almışdır. Ailəlidir, 3 övladı var. Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən "Salans Hertzfeld & Heilbronn" hüquq şirkətində başlayıb və 2003-cü ilədək şirkətin Bakı ofisində fəaliyyətini davam etdirib. 2000-ci ildən ABŞ-ın Nyu-York ştatının Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür. 2004–2008-ci illərdə "Azpetrol International Holdings B. V.", "EUPEC Pipe-Coatings LLC" və "BP Group" kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışıb. 2009–2014-cü illərdə Azərbaycanda aktivlərin idarə olunması üzrə fəaliyyət göstərən "CRA Group" şirkətinin baş icraçı direktoru vəzifəsində çalışıb. Eyni dövrdə, mobil və stasionar rabitə və telekommunikasiya şirkətlərinin, xarici qızıl və əlvan metal hasilatı şirkətinin, neft-qaz və iri tikinti sənayəsi şirkətlərinin direktorlar şuralarının üzvü, həmsədri və sədri kimi fəaliyyət göstərib.
Nigar Helmi Abbasbəyli
Nigar Helmi Abbasbəyli (21 fevral 1975, Bakı şəhəri) — Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəznində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP). "Miras" qrupunun yaradıcısı və kreativ direktoru. Nigar Helmi Abbasbəyli 21 fevral 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecin, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Məmməd Abbasbəyli ilə ailəlidir. 3 övladları var. Mirzə Nəsrulla Əmirovun nəticəsidir. Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub.
Aleksandr Abaşeli
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;27 avqust 1884 – 27 sentyabr 1954[…], Tbilisi) — gürcü şairi və fantastika yazıçısı. İlk gürcü elmi fantastika romanının (1932) müəllifi. == Həyatı == Aleksandr Abaşeli gənc yaşlarından inqilabi ideyalara valeh olmuş, Rusiyada 1905-1907-ci illər inqilabında bilavasitə iştirak etmişdir. Bunun nəticəsində həbs edilərək Solvıçeqodska (Voloqda vilayəti) sürgün edilmiş, sürgündə olmuşdur. 1908-ci ildə sürgündən qayıtdıqdan sonra o, ilk şeirlərinin (rus dilində) dərc olunduğu “Kavkazisa” və “Novaya reçis” qəzetlərinin redaksiyasında çalışıb. İrtica dövründə Abaşelinin poeziyasına rus simvolistlərinin böyük təsiri olmuşdur. Onun yaradıcılığının ən xarakterik bəndi - "Günəşin gülüşü" (1913) bu dövrə aiddir. Şair 1917-ci il bolşevik inqilabını qəbul etmədi. Gürcüstanın sovetləşməsi illərində Abaşelinin poeziyası bədbinlik, tutqun əhvali-ruhiyyə, inqilaba inamsızlıq və sovet reallığına ikrah hissi ilə doludur.