Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbasmirzə Şərifzadə
Abbas Mirzə Şərifzadə (22 mart 1893, Şamaxı – 16 noyabr 1938, Bakı) — Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti (1929), Azərbaycan SSR xalq artisti (1936). == Həyatı == Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər. Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q. Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur.
Ağamirzə
Ağamirzə (19 sentyabr 1962, Maştağa) — azərbaycanlı meyxanaçı. == Həyatı == Ağamirzə Məmmədov 1962-ci il noyabr ayının 29-da Bakıda dünyaya gəlmişdir. 7 yaşından meyxana sənətinə maraq göstərməyə başlamışdır. O, ilk təhsili dayısı meyxana ustadı Ağasəlim Çildağdan almışdır. Həyatda olduğu müddətdə özünə məzar qazdırdığı üçün dəfələrlə gündəmə gəlib. qız övladı var.
Ağamirzə Bəşirov
Ağamirzə Ənvər oğlu Bəşirov (9 may 1954, Salyan rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Şərqi Aralıq Dənizi Universitetinin riyaziyyat kafedrasının professoru. == Həyatı == Bəşirov Ağamirzə 1954-cü il mayın 9-da Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1976-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına qəbul olunub. 1980–1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi işləyib. 1981-ci ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisası üzrə namizədlik dissertasiyasını, 1991-ci ildə Kiyev Dövlət Universitetində eyni zamanda iki ixtisas — "Riyazi kibernetika" və "Ehtimallar nəzəriyyəsi və riyazi statistika" ixtisasları üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını uğurla müdafiə edib.
Ağamirzə Canmirzəyev
= Ağaməmməd Canyar oğlu Canmirzəyev = == Həyatı == Ağaməmməd Canyar oğlu Canmirzəyev 1939-cu il dekabr ayının 15-də Xızı rayonunun Tudar kəndində kolxozçu ailəsində doğulub. Uşaqlığı Böyük Vətən müharibəsinin ağır illərinə düşüb. Elə buna görə də məktəbə gec gedib. 1948-ci ildə ailələri Bakıya köçdüyündən 10 yaşlı Ağaməmməd şəhər 17 saylı orta məktəbin birinci sinfinə gedib. 1956-cı ildə natamam orta təhsilini tamamlayandan sonra Bakı Neft Texnikumuna daxil olub. Müharibənin başa çatması bu sahənin daha da inkişaf etməsinə təlabat yaratmışdır. Neft daşları kimi nəhəng dəniz şəhərciyi salınırdı. Eyni zamanda orta təhsilini tamamlamaq arzusu ilə axşam fəhlə gənclər məktəbində oxuyan yeniyetmə Ağaməmməd bununla kifayətlənmədi, ali təhsilli mütəxəssis olmaq qərarına gəldi. Çünki müharibədən sonrakı bərpa dövrünə qədəm qoyan respublikada yüksək ixtisaslı kadrlara böyük ehtiyac hiss olunurdu. 1960-cı ildə məktəbi və texnikumu əla qiymətlərlə bitirən Ağaməmməd Canmirzəyev sənədlərini eyni vaxtda iki instituta – M.Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) verdi və imtahanları uğurla başa vurub ali məktəbə qəbul olundu.
Ağamirzə Gülməliyev
Ağamirzə Quliyev
Ağamirzə Əhmədov
Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası – 12 may 1964, Bakı) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963). == Həyatı == Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Təşkilatçıları Məktəbində oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir. Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.
Ağamirzə (ad)
Ağamirzə — kişi adı.
Zərgər Məşədi Ağamirzə
Zərgər Məşədi Ağamirzə — Gəncənin məşhur zərgəri. Mobil Əhmədovun babası Zərgər Məşədi Ağamirzə 1853 cü ildə Gəncənin Zərrabi məhəlləsində doğulmuşdur. 1957-ci ildə Gəncənin Dört yol məhəlləsində vəfat etmişdir. Səbiskar qəbirstanlığında dəfn olmuşdur. Onun düzəltdiyi zərgərlik məmulatları Dəli Alı, İran şahı Müzəffərəddin, Mirzə Abbas Abbaszadə və onlarla böyük şəxsiyyətə hədiyyə edilib. Əl işləri Azərbaycanın bir çox muzeylərində sərgilənən məşhur gəncəli zərgər Məşədi Ağamirzə. Zərgərin vaxtilə Gəncədə keçirilən toylar zamanı ağız-ağız dolaşan bir şakəri də olub. Baba yolu ilə gedən Zərgər Ağamirzə yolunun davamçısı. Zərgər Məşədi Ağamirzənin Birinci xanımı Gəncədə böyük mülkədar Muxtar bəy Qazıyevin bacısı Xədicə xanım olub. Qızı Xuraman xanım Səlman Əhmədlili ilə ailə həyatı qurmuşdur.
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Aslan Abaşidze
Aslan İbrahimoviç Abaşidze (gürc. ასლან იბრაიმის ძე აბაშიძე; 20 iyul 1938, Batumi) — Gürcüstanın dövlət və siyasi xadimi, 1991–2004-cü illərdə Acarıstan Muxtar Respublikasının rəhbəri. == Həyatı == XVI əsrin sonlarından etibarən İslam dinini qəbul edərək Osmanlı İmperiyasının rəhbərliyi altında acarlara rəhbərlik edən Knyaz Abaşidzenin nəslindəndir. Yazıçı və tərcüməçi olan babası Memed Abaşidze 1918–1921-ci illərdə Acarıstanın ilk parlamentinin sədri olmuş ve Acarıstanın Gürcüstanın bir hissəsi olduğunu, türklərini hakimiyyətini qəbul etmədiyini bildirmişdi. 1938-ci ildə Memed Abaşidze vuruldu və oğlu İbrahim (oğlu Aslanın doğumundan iki ay əvvəl) həbs olundu və Sibirə sürgün edildi. Anası Şahəstər Bejanidze də Acarıstanın şimalında yaşayan aristokrat ailədən idi. Çətinliklərlə dolu uşaqlıq illərindən sonra orta məktəbi bitirən Aslan 1962-ci ildə Batumi Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini, 1984-cü ildə isə Tbilisi Dövlət Universiteti İqtisadi Planlaşdırma fakültəsini bitirmişdir. Buna baxmayaraq o, 1962-ci ildə odlu silah daşıdığına və zərərli vərdişlərinə görə iki il müddətinə azadlıqdan məhrum edilmişdi. Ali təhsilindən əlavə musiqi məktəbində oxumuş, peşə məktəbinə rəhbərlik etmiş, komsomol işi ilə məşğul olmuşdur. Məhz bu illərdə Aslan Gürcüstan SSR-nin peşə təhsili komitəsinin sədri olan — böyük qardaşı kimi qəbul etdiyi Eduard Şevardnadze ilə yaxından tanış oldu.
Leyla Abaşidze
Leyla Mixaylovna Abaşidze (gürc. ლეილა აბაშიძე; 1 avqust 1929, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 aprel 2018, Tbilisi) — Sovet və Gürcüstan aktrisası, Gürcüstan SSR-in xalq artisti (1965).
Qriqol Abaşidze
Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914, Zeda Rqani[d], Kutaisi quberniyası – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı. Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.. Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir. Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
Vasili Abaşidze
Vasili (Vaso) Alekseyeviç Abaşidze (gürc. ვასილ (ვასო) ალექსის ძე აბაშიძე; 22 noyabr (4 dekabr) 1854, Duşeti, Rusiya imperiyası – 9 oktyabr 1926, Tiflis, SSRİ) — Gürcüstan aktyoru, Gürcüstan SSR xalq artisti (1922). O, milli aktyor sənətində realizm cərəyanının banilərindən biri hesab edilir. 4 dekabr 1854-cü ildə Rusiya imperiyasında, indiki Gürcüstanın Duşeti şəhərində anadan olmuşdur. İbtidai təhsilini Tiflisdə almış, sonra Kutaisi Klassik Gimnaziyasını bitirmişdir. 1872–1877-ci illərdə Kutaisidə, 1877–1879-cu illərdə Şuşada müəllimlik etmişdir. Abaşidze 1874-cü ildə Kutaisidə Aleksandr Ostrovskinin “Gəlirli yer” pyesinin gürcü dilində ilk tamaşasında iştirak etmişdir. Абашидзе, Василий Алексеевич — статья из Большой советской энциклопедии.
İrakli Abaşidze
Abaşidze İrakli Vissarionoviç (10 (23) noyabr 1909, Xoni, Kutaisi quberniyası, Rusiya imperiyası – 14 yanvar 1992, Tbilisi) — gürcü şairi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1960), Gürcüstan SSR Dövlət mükafatı Laureatı (1966), Beynəlxalq Nehru mükafatı laureatı (1966), Sosialist Əməyi Qəhrəmanı (1979).. İrakli Abaşidzenin əsərləri 1928-ci ildən dövrü mətbuatda nəşr olunmağa başlamışdır. O, 1931-ci ildə Tbilisi Universitetinin filologiya fakultəsini bitirmişdir və 3 il sonra SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak etmişdir. O, lavrenti Beriyanın əleyhinə şeir yazdığına görə qısa müddət Stalin repressiyasına məruz qalmış, İslah əmək düşərgəsinə göndərilmişdir. İrakli Abaşidze 1939-cu ildə Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasının üzvü olmuşdur. İrakli Abaşidze Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur və müharibə illərində hərbi-vətənpərvərlik mövzusunda bir sıra şeirlər yaratmışdır. O, sonralar "Mnatobi" jurnalının baş redaktoru (1946–1953), Gürcüstan Yazıçılar İttifaqı Rəyasət Heyətinin sədri (1953–1967), Gürcüstan SSR Ali Sovetinin sədri (1971–1990), Gürcüstan Sovet Ensiklopediyasının baş redaktoru (c. 1–12, 1975–1987) olmuşdur. 1960-cı ildə ona Gürcüstan Elmlər Akademiyasının akademiki adı verilmişdir. O, həmçinin 1958-ci ildə Amerika Birləşmiş Ştatlarının Livana təcavüzünə qarşı SSRİ-nin kommunist rəhbərliyinin ABŞ və İngiltərə əleyhinə təbliğatının fəal iştirakçısı olmuş və sonralar Xruşovun və Brejnevin səlahiyyətli nümayəndəsi kimi tez-tez həmin ölkərin rəhbərləri ilə aparılan danışıqların iştirakçısı olmuşdur.
Abaşidze Qriqol Qriqoryeviç
Qriqol (Qriqori) Qriqoryeviç Abaşidze (gürcü dilində: გრიგოლ გრიგოლის ძე აბაშიძე; 1 avqust 1914, Zeda Rqani[d], Kutaisi quberniyası – 29 iyul 1994, Tbilisi) — sovet və gürcü şair və yazıçısı. Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), II dərəcəli Stalin mükafatı laureatı (1951), 1967-ci ildən Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8–11-ci çağırış SSRİ Ali Sovetinin deputatı.. == Həyatı == Qriqol Abaşidze 1914-cü il 19 iyulda (1 avqustda) Çiatura şəhərində anadan olmuşdur. 1931-ci ildə Tbilisidə orta məktəbi bitirmişdir. 1936-ci ildə İ.V.Stalin adına Tbilisi Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir. Əsərləri 1934-cü ildən çap olunur. Abaşidzenin poeziyasının əsas qəhrəmanları zəhmətkeş insan surətləri ("Bani",1939) olmuşdur. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı "Düşmənlər" (1941), "Tankların döyüşü"(1941), "Bayraq"(1943) və həmçinin "Məğlubedilməz Qafqaz"(1943) poemasında müharibə mövzusu, Sovet adamlarının mərdliyi əsas ideya xəttini təşkil edir. Abaşidze 1944-cü ildə Aleksandr Abaşeli ilə birlikdə Gürcüstan SSR-in Himninin mətnini yazmışdır. Abaşidzeyə 1949-cu ildə yazdığı "Cənub sərhəddində" (gürcü dilində:სამხრეთის საზღვარზე), 1950-ci ildə yazdığı "Lenin Samqaridə" (gürcü dilində:ლენინი სამგორში) adlı seirlər silsiləsinə əsasən 1951-ci ildə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.
Məmməd bəy Abaşidze
Məmməd bəy İbrahim bəy oğlu Abaşidze (gürc. მემედ იბრაჰიმის ძე აბაშიძე; 18 yanvar 1873, Batomi, Trabzon vilayəti, Osmanlı imperiyası – 1937) — gürcü ictimai xadimi, yazıçı, publisist. Stalin repressiyalarının qurbanı. Sancaq bəy Abaşidze nəslindəndir. Orta təhsilini gürcülər arasında Savadlılığın Təbliği Cəmiyətinin Batumi filiyalında almışdır. Atasının rəhbərliyi altında ərəb, fars və türk dilərini mənimsəmişdir. 20-ci əsrin əvvəllərində ortaya çıxan Gürcüstan mətbuatında sistemli şəkildə publisistik məqalələr və məktubları dərc etdirdi. Müsəlman gürcülərin milli mənlik şüurunun yüksəldilməsi və Gürcüstanın birliyi üçün fəal şəkildə mübarizə apardı, bir neçə dəfə həbs olundu və sürgün edildi. 1917-ci ildə Batumiyə qayıtdı. Gürcüstan Müsəlman Xeyriyyə Cəmiyyətinə rəhbərlik etmişdir.