Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cucumis melo var. adress
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Andreas Moqensen
Andreas Moqensen (dan. Andreas Enevold Mogensen; 2 noyabr 1976, Kopenhagen) — Danimarka astronavtı.
Andreas Papandreu
Andreas Georgios Papandreu (yun. Ανδρέας Γεώργιος Παπανδρέου; 5 fevral 1919[…], Xios – 23 iyun 1996[…], Afina) — Yunanıstan dövlət xadimi, siyasətçi və iqtisadçısı. İki dəfə Yunanıstanın baş naziri (1981-1989, 1993-1996). Yunanıstanda ən məşhur siyasətçi ailəsinin nümayəndəsidir. Özündən əlavə, müxtəlif vaxtlarda atası və oğlu da Yunanıstan baş naziri vəzifəsini tutmuşlar. Georgios Papandreunun oğlu və George Papandreunun atasıdır. Andreas Papandreu Yunanıstan siyasi səhnəsindəki iki əsas siyasi partiyadan biri olan PASOK-un (Ümumyunan sosialist hərəkatı) əsasını qoymuşdur. == Həyatı == Məşhur yunan siyasətçisi Georgios Papandreunun və əslən yarı polyak olan Sofiya Mineykonun oğludur. 1919-cu il 5 fevralda Şimali Egey adalarındakı Xios adasında dünyaya gəlmişdir. 1938-ci ildə İonnis Metaksasın faşist diktaturası dövründə trotskizmin təbliğində ittiham edilərək həbs edilmiş və ali təhsilini yarımçıq qoymuşdur.
Andreas Qrifius
Andreas Qrifius (alm. Andreas Gryphius‎; əsl adı Андреас Грайф, alm. Andreas Greif‎; 2 oktyabr 1616 - 16 iyul 1664) — alman şairi, dramaturqu. == Həyatı == XVII əsr alman dramatur-giyasının ən tanınmış nümayəndəsi Andreas Qrifius olmuşdur. Çətin bir yaradıcılıq yolu keçən bu istedadlı sənətkar klassisist estetika mövqeyində dayansa da, barokko cərəyanının güclü təsiri altında olmuşdur, alman gerçəkliyinin ölüm saçan abu-havası da burada az rol oynamamışdır. Qrifius Sileziyanın Qloqau şəhərində ruhani ailəsində doğulur. Hələ məktəbdə oxuduğu vaxt qədim və yeni dilləri öyrənməyə xüsusi maraq göstərir. Dansiqdə latın dilini öyrənir, Opitslə tanış olur. Sileziyaya qayıdanda müharibənin dəhşətləri ilə qarşılaşır, gördüyü hadisələr onun yaddaşında silinməz izlər buraxır, yaradıcılığının əsas mövzularından birinə çevrilir. Qrifius 1636-cı ildə Hollandiyaya gedir, altı il Leyden Universitetində çalışır, yetkin bir alim kimi formalaşır.
Andreas Qurski
Andreas Qurski (alm. Andreas Gursky‎; 15 yanvar 1955[…], Leypsiq) — alman fotoqraf. == Həyatı == Andreas Qurski 15 yanvar 1955-ci ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. == Yaradıcılığı == Andreas Qurski ilk işinə reklam fotolarını çəkməklə başlamışdır.Həyatı boyu Qahirə, Nyu-York, Braziliya, Tokio, Stokholm, Çikaqo, İsveç, İngiltərə, İtaliya, Fransa, Afina, Sinqapur da daxil olmaqla, demək olar ki, dünyanın əksər ölkələrinə səyahət etmişdir. Gəzdiyi ölkələrdə diqqətini çəkən ən maraqlı məqamları kamerası ilə lentə alan fotoqrafın 1989-cu ildən bu günə kimi ABŞ, İsveç, İngiltərə, İtaliya, Fransa, Almaniya və Türkiyədə çoxsaylı sərgiləri təşkil olunmuşdur. == Maraqlı fakt == Andreas Qurski dünyanın ən bahalı fotoqrafı kimi tarixdə düşmüşdür. Belə ki, onun çəkdiyi "II Reyn" adlı foto 2011-ci ildə Nyu-Yorkun "Kristay" hərrac evində 4.3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur. == Həmçinin bax == II Reyn 99 sent == İstinadlar == == Xarici keçidlər == The main works of Andreas Gursky Andreas Gursky at the Matthew Marks Gallery Arxivləşdirilib 2015-03-27 at the Wayback Machine Ralph Rugoff on Andreas Gursky Arxivləşdirilib 2008-05-06 at the Wayback Machine Andreas Gursky on Artcyclopedia 2001 Andreas Gursky Exhibition at the Museum of Modern Art.
Andreas Sellarius
Andreas Sellarius — Hollandiyalı-alman kartoqraf və mühəndisdir. 1660-cı ildə yaratdığı "Harmonia Macrocosmica" səma xəritəsi ilə məşhurdur. Neuhausendə anadan olub, Heydelberqdə təhsilini davam etmişdir. Protestan olan Sellarius, Heidelberqdə bəzi mənbələrə görə 30 il müharibələrə görə 1618-ci ildə, ya da şəhər katolikləri tərəfindən başlanılmış inqilab zamanı 1622-ci ildə şəhəri tərk etmişdir. Heidelberqi tərk edən Sellarius o zamankı əsərləri tapılmasada, Poloniya da yazdığı əsərlər bu gunə qədər gəlib çatmışdır. O Amsterdamda məktəb direktoru olduğu zaman ailə həyatı qurub. Qadının adı Katerina Elt idi. Qısa dövr Lahey, Hollandiya qalıb Hoorna köçmüşdür. 1637-ci ildə ölənə qədər Latın məktəbinin direktoru olmuşdur. == Xarici keçid == Andreas Cellarius'un bibliografası Amsterdam Arşivlerinden doğum belgesi [1] Andreas Cellarius (1661).
Andreas Umland
Andreas Umland (1967, Yena, Gera rayonu[d]) — Almaniya politoloqu, tarixçisi və rus dili tərcüməçisi. O, müasir Rusiya və Ukrayna tarixi üzrə ixtisaslaşmışdır. == Həyatı == Andreas Umland 1967-ci ildə Almaniya Demokratik Respublikasının Yena şəhərində anadan olmuşdur. O, müasir Rusiya və Ukrayna tarixini, eləcə də rejim dəyişikliklərini araşdırır. Umland postsovet məkanında ultrasağ, bələdiyyə demərkəzsizləşdirilməsi, Avropa faşizmi, postkommunist ali təhsili, Şərqi Avropa geosiyasəti, Ukrayna və Rusiya millətçiliyi, Donbass və Krım münaqişələri, eləcə də Avropa İttifaqının qonşuluq və genişlənmə siyasətləri haqqında məqalələr dərc etmişdir. O, Kiyevdəki Ukrayna Gələcək İnstitutunun baş mütəxəssisi və Stokholmdakı İsveç Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisidir. Umland Kiyevdə yaşayır və Kiyev-Mogilyov Akademiyası Milli Universitetində Siyasət üzrə dosent kimi dərs deyir. O, 2005–2014-cü illərdə Kiyev-Mogilyov Akademiyası və Yena Universiteti tərəfindən birgə idarə olunan Almaniya və Avropa Araşdırmaları üzrə yeni bir magistr proqramının yaradılmasında iştirak etmişdir.
Andreas Vagenhaus
Andreas Vagenhaus — Almaniya futbolçusu Andreas Vagenhausun keçmiş Almaniya Demokratik Respublikasının (ADR) casusu olduğu 2010-cu ildə üzə çıxıb. İsveçrənin "Tages Anzeiger" qəzetinin araşdırmasına görə, Vagenhaus 1989–1993-cü illərdə "Dinamo" (Drezden) komandasında oynadığı vaxt ADR-in STASİ adlı kəşfiyyat orqanına "işləyib". O, komanda yoldaşı Detlef Şösslerlə birgə bu işi həyata keçirib. Hər iki oyunçu "Dinamo" Avropa kuboku matçlarına gedərkən, komandadakı digər oyunçuların ADR-dən qaçma planlarını STASİ-yə ötürüblər. Andreas Vagenhaus 1993-1994-cü il mövsümündə "Fənərbaxça"ya transfer olub. İstanbul klubu ilə 2 illik müqavilə bağlayan müdafiəçi 20 oyunda 1 qol vurub. O, müqaviləsi başa çatmadan mövsümün sonunda qarşılıqlı razılıq əsasında komandanı tərk edib. Vagenhaus 1990-cı ildə ADR yığmasının heyətində 3 matçda iştirak edib.
Andreas Vezali
Andreas Vezali bəzən Andrey Vezaliy (nid. Andries van Wesel, lat. Andreas Vesalius; 31.12.1514 , Brüssel, — 15.10.1564, Zakinf, Venesiya respublikası) — anatom-həkim, V Karlın və sonralar II Filippin şəxsi həkimi. Yatro kimyanın banisi əlkimyaçı-həkim, anatomiya elminin əsasını qoyan Paraselsin kiçik yaşlarında ikən müasiri, zəmanəsinin böyük humanist insanlarından biri olmuşdur. == Həyatı == Vezali Andris van Vezel Vitink adı ilə (yaş kağızına əsasən) 31 dekabr 1514 ci ildə Brüsseldə doğulmuşdur. Onun babası Reyn çayı sahilindəki Vezel şəhərində dünyaya gəlmişdir. Vezalinin atası tərəfindən olan ulu babası və babası saray təbibləri olmuşlar. Atası imperator Maksimilyanın sarayında əczaçılıq etmişdir. 1530 cu ildə Vezali Müqəddəs Roma imperiyası Lyoven universutetində dilçilik və humanitar elmlər üzrə dərs alır. 1531 ci ildə təhsilini tibb üzrə davam etdirir.
Andreas Zampa
Andreas Zampa (13 avqust 1993 Kejmarok, Slovakiya) — Slovakiyalı dağ-xizək idmançısı. Andreas Zampa Slovakiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Andreas Zampa birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Zampa 2:51.62 saniyəlik nəticəsi ilə 109 atlet arasında 32-ci yeri tutdu.
Andreys Yuryans
Andreys Yuryans (latış. Andrejs Jurjāns‎; 30 sentyabr 1856, Erqli[d], Kurlandiya quberniyası[d] – 28 sentyabr 1922, Riqa) — Latviya bəstəkarı və folklorşünası, Latviya klassik musiqisinin banilərindən biri. == Həyatı == 1875-ci ildən Andreys Yuryans Sankt-Peterburq Konservatoriyasında təhsil almışdır, birinci Lui Homiliusun orqan sinifində, daha sonra Nikolay Rimski-Korsakovun kompozisiya sinfində oxumuşdur. 1877-ci ildə onun yazdığı ilk mahnısı çap olundu. 1882-1916-cı illərdə konservatoriyanı bitirəndə Xarkov Musiqi Məktəbi şəhərində müəllimlik edirdi, eyni zamanda milli musiqi folklorunun kolleksiyaçı, tədqiqatçı və aranjmançısı kimi Latviyanın musiqi həyatında fəal iştirak edirdi. Dörd cildlik "Latviya Xalq musiqisinin materialları" adlı 2000-ə yaxın nəğməsi olan əsəri ilə Yuryans bu sahəyə aid bütün araşdırmaların əsasını qoydu. Qardaşları ilə birlikdə mütəmadi olaraq Latviya mahnı festivallarında iştirak edirdi. Yuryansın ölümündən sonra onun işi qardaşı Pavel tərəfindən tamamlandı (5-ci hissə əlavə olundu). Yuryansın öz əsərləri də əhəmiyyətli şəkildə folklor materialına əsaslanır. Riqanın Meşə qəbirstanlığında dəfn olunub == Əsərləri == Kantatalar:"Vətənə" (latış.
Cephalotaxus adpressa
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Eclipta adpressa
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
San-Andreas
San-Andreas — Kaliforniyanın Kalaveras qraflığının mərkəzi
San Andreas
San-Andreas — Kaliforniyanın Kalaveras qraflığının mərkəzi
Taxus adpressa
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Verataxus adpressa
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Andres Eskobar
Andres Eskobar (isp. Andrés Escobar Saldarriaga; 13 mart 1967[…] – 2 iyul 1994, Medellin) — Kolumbiyalı futbolçu. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında keçirilən Futbol üzrə dünya çempionatının iştirakçısı. Həmin çempionatda ABŞ millisi ilə oyun zamanı öz qapısına vurduğu qol səbəbindən mundialdan sonra ölkəsində Humberto Kastro adlı şəxs tərəfindən qətlə yetirilmişdir.
Andres İniesta
Andres İniesta (11 may 1984[…]) — İspaniyalı futbolçu.
Andres İnyesta
Andres İniesta (11 may 1984[…]) — İspaniyalı futbolçu.
Emil Andres
Emil Andres (ing. Emil Andres; 22 iyul 1911 – 20 iyul 1999) — amerikalı idmançı, avtoidman yarışlarının iştirakçısı, xüsusən 30–40-cı illərdə İndianapolisdə 500 mil yarışında iştirak etməsi ilə tanınmışdır. On iki il ərzində çıxışlarına görə ən yaxşı beşinci yeri, 1946-cı ildə isə dördüncü yeri tutdu. == Bioqrafiya == İllinoys əyalətindən olan Emil, 1930-cu illərdə Birləşmiş Ştatlarda müxtəlif yarışlarda bir araya gələn avtomobil yarışçı qrupuna üzv idi. Qrup ʻʻChicago Gangʼʼ adlanır və Tony Bettenhausen, Cowboy O'Rourke, Paul Rousseau, Jimmy Snyder və Wally Zeil kimi üzvləri var idi. Əsas ölkə çempionatına AAA Championship Car drivers qatılaraq, ilk olaraq 1935-ci ildə İndianapolisin 500 mil iştirak etməyə cəhd göstərdi. O, bu cəhddə müvəffəqiyyətli olmadı, amma Springfield şəhərində keçirilən torpaq ovalı yarışında, üçüncü oldu. Növbəti il, cəhd daha yaxşı idi — sonuncu olaraq başlayıb, 18-ci sırada qərarlaşdı. 1940-cı il keçirilən yarışda, Andres 12-ci yeri əldə etməsinə baxmayaraq, düşən yağış səbəbiylə oyun dayandırıldı. 1941-ci ildə o, xüsusilə keyfiyyətli oyun nümayiş edərək 15-ci yeri qazandı.
San Andres
San Andres (isp. San Andrés) — Kolumbiyanın şəhərlərindən biri, San Andres və Providensiya departamentinin inzibati mərkəzi. == Coğrafiyası == Şəhər, Karib dənizinin cənub-qərb hissəsində, Nikaraqua sahilinin yaxınlığında, ölkənin paytaxtı Boqota şəhərindən təxminən 1203 kilometr şimal-qərbindəki məsafədə yerləşən adasının şimal hissəsində yerləşir. Mütləq yüksəkliyi, dəniz səviyyəsindən 0 metr yüksəklikdədir. Şəhərin sahəsi 26 km² dir. == İqlimi == == Əhalisi == Kolumbiya Milli Statistikasına əsasən 2012-ci ildə şəhərdə ümumi əhali 69.463 nəfər idi. İl ərzində şəhər əhalisinin statistik göstəricisi: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhər əhalisinin 51,2% -i kişilər, qadınlar isə müvafiq olaraq 48,8% olmuşdur. Əhalinin etnik tərkibində, təxminən 40% Risalzlardır.
Andreas von Bextolşeym
Andreas fon Bextolşeym (alm. Andreas Maria Maximilian Freiherr von Mauchenheim genannt Bechtolsheim‎; 30 sentyabr 1955) — alman elektrik mühəndisi, sahibkar, investor və milyarder. == Həyatı == 30 sentyabr 1955-ci ildə Almaniyada anadan olmuşdur == Fəaliyyəti == "Sun Microsystems" şirkətinin banilərindən biri və şirkətin baş mühəndisi Andreas fon Bextolşeym 1995-ci ildə şirkətdən uzaqlaşaraq, şəbəkə kommutatoru istehsalı ilə məşğul olan "Granite Systems" firmasını yaradır və 1996-cı ildə bu firmanı 220 milyon ABŞ dollarına "Cisco Systems" şirkətinə satır. Bu məbləğin 65%-i onun şəxsən özünə çatmışdır. Bextolşeym 1998-ci ildə "Google" şirkətinə 100 min dollar məbləğındə pul yatırmaqla onun ilk sərmayəçilərindən biri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
AzPress Informasiya Agentliyi
AzPress Informasiya Agentliyi — Azərbaycanın 2006-cı ildə yaradılmış informasiya agentliyidir. Agentliyin təsisçi-redaktoru fotojurnalist Rasim Sadıxovdur. == Tarixi == AzPress İnformasiya Agentliyi 2006-cı ildə fotojurnalist Rasim Sadıxov tərəfindən təsis edilmişdir. Rasim Sadıxovun 13 il öncə təsis etdiyi "AzPress" İnformasiya Agentliyi qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaratdı. Bütün bu illərdə bu informasiya agentliyi Azərbaycan Dövləti və dövlətçiliyi üçün çox böyük işlər görüb. Bu illər ərzində agentlik bir çox mükafatlara layiq görülüb. Bu informasiya agentliyi məhz Rasim Sadıxovun böyük zəhmətinin sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran agentliklərdən biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan agentliklərdən biridir AzPress İnformasiya Agentliyi. Bütün bunlar da bir daha jurnalist kimi Rasim Sadıxovun əsl peşəkarlığının bir sübutudur. == İstinadlar == 1.
Lüdviq Andreas Feyerbax
Lüdviq Andreas Feyerbax (alm. Ludwig Andreas von Feuerbach‎; 28 iyul 1804[…], Landshut, Bavariya kürfürstlüyü, Müqəddəs Roma imperiyası – 13 sentyabr 1872[…], Nürnberq, Almaniya imperiyası, Bavariya Krallığı) — alman materialist filosofu. == Həyatı == == Fəlsəfəsi == O, Hegel fəlsəfəsini "başından ayağa" qoymağa cəhd göstərmişdir. Onun fəlsəfi baxışları "Xristianlığın mahiyyəti" (1841), "Dinin mahiyyəti haqqında mühazirələr (1851) əsərlərində öz əksini tapmışdır. Hegel kimi, Feyerbax da teoloji məsələlərə xüsusi diqqət yetirmişdi. Lakin o, Allahı real varlıq hesab etmirdi. Feyerbaxa görə, ruh ikincidir, təbiət isə birinci. İlahi ruh sadəcə insan qəbilinin zəka, iradə və emosiyalardan ibarət olan mahiyyətinin proyeksiyasıdır. İnsanın öz mahiyyətindən özgələşməsi bir-neçə mərhələdə baş verir. Öz həyatının təbii qüvvələərdən asılı olduğunu dərk edən qədim insan bu qüvvələri hansısa yolla ram etmək zərurətini dərk edirdi.