XANIM

i. 1. lady; mistress; (müraciət zamanı) madam; 2. khanim (polite address to women and girls)

XANƏNİŞİN
XANİMAN
OBASTAN VİKİ
Düzdidil xanım
Düzdidil xanım (1825, Şimali Qafqaz – 18 avqust 1845, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin üçüncü xanımı. == Həyatı == Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan. Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi.
Fikriyə xanım
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi. == Həyatı == 1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi.
Füsunkar xanım
Füsunkar xanım — Avropada, orta əsrlərdə yüksək mənəviyyata — (cəsarət, sadiqlik, qadına qarşı alicənablıq) malik kişinin — cəngavərin öz təxəyyülündə yaratdığı kurtuaz sevgi obyekti olan obraz. Füsunkar xanım həm mənəvi, həm də cismani kamillik idealı idi. Çox vaxt cəngavər özünə qadını görmədən seçirdi. Əsas şərt qadına xidmət, onun bütün tələblərini yerinə yetirmək və bütün rəqiblərdən, xüsusilə qəddar və ya qısqanc ərdən qorumaqdır. Füsunkar xanım obrazı heç şübhəsiz kişi, üstəlik, cəngavər təsəvvürünün məhsulu olub və cəngavər kişilər üçün yaradılmışdı. Füsunkar xanım kurtuaz ədəbiyyatın mərkəzi obrazıdır, məsələn: Flamenka "Flamenka", İzolda "Tristan və İzolda" romanında. Son füsunkar xanım obrazlarından biri, Servantesin ölməz "Don Kixot" əsərində rast gəlinir.
Göyərçin xanım
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Xanım
Xanım — qadın adı. Xanım İsmayılqızı — şairə, bəstəkar. Xanım Balacayeva — Azərbaycan şahmatçısı.
Mələkbər xanım
Mələkbər xanım (ö. oktyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ikinci xanımı. Doğum tarixi və saraya necə alındığı məlum deyil. Ancaq çərkəz əsilli olan bu qızcığazın Səid Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün Mahmud və Mehmed Tosun adlı 2 oğlu dünyaya gəldi. Səid Paşanın ilk xanımı İnci xanımdan övladı yox idi və bir çoxları paşanın övladının olması üçün Mələkbər xanımla birlikdə olduğunu düşünürdü. Digər tərəfdən Səid Paşa ilk xanımına çox bağlı idi və bütün rəsmi görüşlərə və səyahətlərə onunla birlikdə qatılırdı. 1863-cü ildə Səid Paşanın vəfatının ardından Mələkbər xanım bir daha evlənmədi və qalan ömrünü kiçik oğlu Mehmed Tosun Paşa ilə birlikdə keçirdi. 1890-cı ilin oktyabrında İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. Mahmud bəy (ö.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur. Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998.
Navəkmisal xanım
Navəkmisal xanım (d. 1828 - ö. 5 avqust 1854) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci xanımı. Navəkmisal xanım 1828-ci ildə Şimali Qafqazda əsilzadə ailəsində dünyaya gəlmişdir. Atası Rüstəm bəy Biberd, anası isə Batıxan Kızılbəyin qızı Fatma Kızılbəy idi. Özündən başqa Suzidilarə xanım (ö. 1919) adlı bir bacısı da vardı. Xalası Kəşfiraz xanım Rəfiyə Sultanın süd anası idi. Bu səbəblə bacısı qızlarını daha yaxşı həyat yaşamaları üçün İstanbula, Osmanlı sarayına gətirtmişdi.
Nazlı xanım
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazpərvər xanım
Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı. Nazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi.
Nigar xanım
Nigar xanım (1856[…], Konstantinopol – 1918, Konstantinopol) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Nurəfsun xanım
Nurəfsun xanımı (1851, Qafqaz – 1915, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ikinci xanımı. Ailəsi əslən çərkəz olub, əsl adı Sərvinazdır. Atası Səlim bəy Şarmat, anası Rəbiyə xanımdır. Saraya necə alındığı və Şahzadə Əbdülhəmidlə necə tanış olduğu bilinmir. Cütlük 1868-ci ilin oktyabrında Dolmabağça sarayında evlənmiş, ancaq 26 iyul 1879-cu ildə ayrılmışdır. Övladı olmamışdır. Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil.
Nəsrin xanım
Nəsrin xanım (d. 1826, Poti — ö. 2 may 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı. Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi.
Nəvvarə xanım
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.
Nəvzad xanım
Nəvzad xanım (d. 2 mart 1902 — ö. 23 iyun 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi. Nəvzad xanım Beşiktaş rayonunda Hüseyn bəy köşkündə 2 mart 1902-ci ildə dünyaya gəlmişdir. Atası köşkün bağbanı Şaban Barqu, anası isə Xədicə xanım idi. Əsl adı Nemət idi. Özündən başqa Əminə və Fatma adlı 2 bacısı, Saleh adlı qardaşı vardı. Yaşadıqları köşkün xanımı Əda xanım, atası Şaban bəyin bibisi idi. 1913-cü ildə Əda xanımın istəyilə, Nemət və bacısı Əminə V Mehmedin hərəminə alındı. Saraya alındıqdan sonra özünə Nəvzad, bacısına isə Nəsrin adı verildi.
Pərixan xanım
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 – 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Qaçqın xanım
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır. Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Ceylanyar xanım
Ceylanyar xanım (1830, Soçi – 17 yanvar 1855, Feriye sarayı, Osmanlı imperiyası və ya Konstantinopol, Osmanlı imperiyası) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri, iqbal. == Həyatı == Əslən ubıx olan Ceylanyar xanım 1830-cu ildə indiki Soçidə dünyaya gəldi. Əsl adı Nafiyə olub, atası Bərzəx Mustafa bəy, anası isə Daruxan Dudarukdur. Hələ 10 yaşında ikən ailəsi tərəfindən İstanbula gətirilmiş, təlim-tərbiyə görməsi üçün Osmanlı hərəminə verilmişdir. Uzun illər keçmiş Çırağan sarayındakı hərəmdə, ardından Adilə Sultanın sarayında təlim-tərbiyə edildi. Adilə Sultan tərəfindən Sultan Əbdülməcidə təqdim olunmuş, ardından 1847-ci ildə nigahlanaraq Sultan Əbdülməcidin ikinci iqbalı oldu. Adı Ceylanyar olaraq dəyişdirildi və mərasim səbəbilə ailəsi İstanbula gətirildi. Bacıları Almazxan xanım və Pürtünak xanım saraya alınaraq Ceylanyar xanıma nədimə təyin edildi, qardaşına isə Bandırma yaxınlığında geniş torpaq mülkləri hədiyyə edildi. Yeganə övladı olan Şahzadə Mehmed Rüşdü Əfəndi 31 mart 1852-ci ildə dünyaya gəlsə də, 9 ay sonra körpə ikən vəfat etdi. Övladının vəfatından sonra səhhəti pisləşən Ceylanyar xanım Fəriyə sarayına göndərildi və müalicə səbəbilə bir müddət burada yaşadı.
Şükriyyə xanım
Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batum – oktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı. 1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib. 1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb. Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub. Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub. Burada qızlar gimnaziyasını bitirib. Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb. Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub.
Şükriyə xanım
Şükriyyə Axundzadə və ya Şükriyyə Cavad (1902, Batum – oktyabr 1993, Çinarlı, Şəmkir rayonu) — Əhməd Cavadın həyat yoldaşı, repressiya qurbanı. 1937-ci ildə Əhməd Cavadla birlikdə həbs olunub. Daha sonra 8 il sürgünə məhkum edilib. Cəzasını Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində çəkib. 1945-ci ildə azadlığa çıxıb, 1955-ci ildə günahsız olduğu üçün bəraət qazanıb. Həyatına aid bir neçə pyes, kitab və mahnı yazılıb, müxtəlif teatrlarda tamaşalar səhnəyə qoyulub. Şükriyyə Süleyman qızı Bejanidze 1902-ci ildə Batumi şəhərində anadan olub. Burada qızlar gimnaziyasını bitirib. Əhməd Cavad Türk Ordusuna Yardım Fondunun katibi olduğu üçün bir müddət Batumidə yaşayıb. Burada olduğu dövrdə Şükriyyə xanımla tanış olub.
Belen xanım
Belen Xanım — türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Məlikcahan xanım
Məlikcahan xanım (fars. ملک‌جهان خانم‎; 26 fevral 1805, Tehran – 2 aprel 1873, Tehran), "Məhdi-Ülya" (fars. مهدِ علیا‎) ləqəbli — Məhəmməd şah Qacarın xanımı, Nasirəddin şah Qacarın anası. Məhəmmədqasım xan Qovanlı-Qacarın qızı idi. 1819-cu ildə Məlikcahan vəliəhdlə evləndi.
Bəhruzə xanım
Bəhruzə xanım və ya Bəhruzə Bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı. == Bioqrafiya == O, ehtimal ki kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuşdur Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi — "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.
Cananiyar xanım
Cananiyar xanım (1835 – 12 dekabr 1912) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın ikinci xanımı. == Həyatı == Əslən şimali Qafqaz əsilli olan Cananiyar xanımın doğum tarixi təxminən 1835-ci ildə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün 6 övladı dünyaya gəlsə də, bunlardan yalnız ikisi - Zeynəb xanım (1859-1875) və İbrahim Hilmi Paşa (1860-1927) yetkinlik yaşına çatdı. İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Cananiyar xanım paşanın ikinci xanımı olması səbəbilə "İkinci Şahzadə" ünvanı aldı. 1874-cü ildə qızı Zeynəb xanımı qaynı Əhməd Rüfət Paşanın oğlu İbrahim Fəhmi Paşa ilə evləndirdi. Ancaq əmisi oğlu ilə evlənən Zeynəb xanım cəmi bir il sonra vəfat etdi. Dul qalan İbrahim Fəhmi Paşa 1890-cı ildə İsmayıl Paşanın kiçik qızı Nemətullah xanımla evləndi. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Cananiyar xanım Misirdə Ortancıl xanım olaraq anılmağa başlandı.
Fatimə xanım Kəminə
Fatma xanım Kəminə (1841, Şuşa, Kaspi vilayəti – 1898, Şuşa) — azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3–5 şairəsindən biri olub. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır.
Fatma Pəsənd xanım
Fatma Pəsənd xanım (17 aprel 1876, Konstantinopol – 5 noyabr 1924, Konstantinopol) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı. == Həyatı == Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi.
Fatma xanım Ani
Fatma xanım Ani (XVII əsr, Konstantinopol – 1710, Yenişehir[d], Bursa vilayəti) — XVII–XVIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. == Həyatı == Əsl adı Fatma xanım təxllüsü isə Anidir. Təbrizli Xacə Sədəddin Hüseyncanın qızıdır. Süleyman Müstəkimzadə “Mecelletü’n-Nisâb fi’n-Nisbi ve’l-Künâ ve’l-Elkâb” adlı əsərində atasının adının Həsən olduğunu yazır və bildirir ki, bu adı şairənin öz xətti ilə yazdığı bir qeyddə görmüşdür. İstanbulda doğulub böyümüş və təhsil görmüşdür. Qadınlar arasında savadlı olmasına görə “Xacə-i Zənan” yəni xanımların müəllimi ləqəbi ilə tanınırmış. Səlim Əfəndi “Təzkirətüş-Şüəra” əsərində Fatma xanımın İsazadə Mehmed Əziz Əfəndi adlı bir qohumundan xəttatlıq dərsləri aldığını və bu sənəti icra etdiyini yazır. Onun Əmir Ağazadə Seyid Mehmed Əfəndi adında oğlu olduğu bizə məlumdur. Oğlu Yenişəhər Fənərdə qadılıq edərkən oğlunun yanında yaşadığını bildirir. Hicri 1122-ci ilin Məhərrəm ayında yəni miladi 1710-cu ildə Yenişəhərdə vəfat etmiş və Fənərdə dəfn edilmişdir.
Fatma xanım Kəminə
Fatma xanım Kəminə (1841, Şuşa, Kaspi vilayəti – 1898, Şuşa) — azərbaycanlı şairə. XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Fatma xanım Kəminə 1841-ci ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və "Fəna" təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3–5 şairəsindən biri olub. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır.
Fazilət xanım və qızları (teleserial, 2017)
Fazilət xanım və qızları, Avşar Film imzalı, rejissoru Murat Saraçoğlu (Hal-hazırda Gökçen Usta), baş rolları Nazan Kesal, Deniz Baysal, Çağlar Ertuğrul, Mahir Günşiray , Afra Saraçoğlu ve Alp Navruz olan bir Star TV teleserialıdır. 25 Mart 2017-ci ildə Star TV ekranlarına yayınlanmağa başlamışdır. Serialın senari müəllifi Sırma Yanık, prodüseri Şükrü Avşardır.
Firuzə xanım Qovanlı-Qacar
Firuzə xanım Qovanlı-Qacar — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. == Həyatı == Firuzə xanım Tiflisdə İmperator, sonralar Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun polkovniki olan şuşalı Seyfulla mirzə Qovanlı-Qacarın ailəsində anadan olub. Ailənin ən böyük övladı olub. Seyfulla mirzənin həyat yoldaşı Ruxsarə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin üzvü idi və yüksək təhsilli qadın idi. O, rus, fransız və fars dillərini bilir, ədəbiyyat və musiqiyə xüsusi maraq göstərirdi. Seyfulla Mirzənin evində müxtəlif alman istehsalı üç royal var idi ki, onları Ruxsarə xanım mütəmadi olaraq çalırdı. Ruxsarə xanım uşaqlara fortepiano dərsi də verirdi. Bu evdə çox tez-tez musiqi məclisləri təşkil olunurdu və buraya təkcə onların qohumları deyil, həm də fortepiano musiqisinin pərəstişkarları da dəvət edilirdilər. Seyfulla mirzə ilə Ruxsarə xanımın oğlu Əlixan mirzə musiqiyə həvəs göstərməmiş, bacısı Firuzə xanım isə musiqiyə həvəs göstərərək, həyatını musiqiyə həsr etmək qərarına gəlir. === Musiqi təhsili === Firuzə xanım əvvəlcə Tiflisdə, sonra isə Peterburq Konservatoriyasında musiqi təhsili alıb.
Furqondakı xanım (film, 2015)
Furqondakı xanım (ing. The Lady in the Van) — 2015-ci il ingilis komedi-dram janrında film. Film real hadisələrə söykənərək Benetin yazdıqları əsasında çəkilmişdir. Film 15 il boyunca xarab furqonda yaşayan yaşlı qadın — Meriyə (Marqrit) həsr olunmuşdur. Filminin çəkilməsindən əvvəl hekayə 1990-cı ildə kitab, 1999-cu ildə səhnə əsəri, 2009-cu ildə radio oyunu olaraq ictimaiyyətə çatdırılmışdır. == Filmin gedişatı == İnsanların yaşlılığına və kasıblığına görə Meriyə yazıqları gəlirdi. Amma qoxusundan və kobudluğundan dolayı çox adam qoca qadından uzaq durmaq istəyirdi. Amma Benet belə deyildi. Benet get-gedə yaşlı qadınla daha da yaxınlaşır və onun həyatının gizli məqamlarını öyrənir. Meri əslində Fransada musiqi təhsili almış, ali savadlı qadındır.
Fəridə xanım Sultan
Fəridə xanım Sultan (30 aprel 1847, Konstantinopol – dekabr 1920) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fəridə xanım Sultan 30 aprel 1847-ci ildə Arnavutköy sahilsarayında dünyaya gəldi. Atası Sultan Mahmud və Sultan Əbdülməcid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Əhməd Fəthi Paşa, anası isə Sultan Mahmudun qızlarından Atiyə Sultandır. Ancaq hələ 3 yaşında ikən anası vəfat etdi və bacısı Səniyə xanımla birlikdə Fəriyə sarayına köçürüldülər. Burada xüsusi nəzarət altında böyüdülən xanım sultanlar mükəmməl təhsil aldılar. Ancaq 1867-ci ildə Misir xədivi İsmayıl Paşanın anası Hoşyar Qadınəfəndinin İstanbul ziyarəti əsnasında bu saray da xanım sultanların əlindən alındı və Fəridə xanım bacısının ailəsiylə birlikdə keçmiş məclis üzvü Rüfət Paşanın köşkündə məskunlaşdı. Ertəsi il 1868-ci ildə Mahmud Nədim Paşayla evləndirildi və bu nigahdan bir oğlu dünyaya gəldi. Buna baxmayaraq qısa zaman sonra bu 2 xanım sultan ailələriylə birlikdə doğulduqları Arnavutköy sarayına köçürüldülər və ömürlərinin sonunadək burada yaşadılar. 1904-cü ildə ərinin ölümüylə dul qalan Fəridə xanım Sultan 1920-ci ilin dekabrında vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsi yaxınlığındakı məzarlığa bacısının yanına dəfn olundu. == Övladı == Mehmed Sahib bəy (ö.
Fərxundə xanımgil (teleserial, 1993)
Fərxundə xanımgil (türk. Ferhunde Hanımlar) — 1993-1999-cu illərdə yayımlanmış türk dram serialı. Serialda Fərxundə xanım və onun ailə üzvlərinin yaşadıqları hadisələrdən bəhs olunur. Serial 2 adda yayımlanmışdır: TRT 1 telekanalında Fərxundə xanım və qızları (1 və 2-ci mövsümlər) adı ilə və İnterStar telekanalında Fərxundə xanımgil (3-7-ci mövsümlər) adı ilə. Fərxundə xanımgil Türkiyədə yayımlanmış ilk gündəlik teleserialdır. 2020-ci ildə aprel-iyul ayları arasında TRT 1 telekanalında təkrarları yayımlanmışdır.
Gövhər xanım Qacar
Gövhər xanım Ağaələkbər qızı İsmayılova - == Həyatı == Tiflis Nücabə qızlar institutunda ali təhsil alan Gövhər xanım Qacar 1905-ci ildə təşkil olunmuş "Zaqafqaziya müsəlman qadın xeyriyyə cəmiyyəti"nin sədri olmuşdur. O, fanatiklərin əlilə öldürülmüş Ağəli Əkbər İsmayılovun qızı, Bəhmən Mirzənin isə gəlini idi. Peterburq qızlar institutu nəzdində xüsusi kurs bitirmiş bu nüfuzlu qadın general əri şahzadə Əmir Kazım mirzə Qovanlı-Qacarla birgə əsrin əvvəllərində müsəlmanların mədəni tədbirlərinin hamısında yaxından iştirak etmişdir. Gövhər xanım Qacar haqqında Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım yazır: "Cəmiyyətin sədri Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri hərbi qulluqçu idi. Tiflisin yüksək cəmiyyətlərinə gedib-gələr, canişin arvadının ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o bizim tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi".
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Haciyə xanım Gərgəri
Pərinisa xanım — Haciyə xanım Gərgəri adıyla tanınan Qudrət xanın qızı və Hacı Hüseynqulu xanın bacısı Qacar dövründə Gərgər mahalının hakimi idi.Mehdiqulu xan Hidayət məşhur Xatirələr və Xətərlər kitabında Haciyə xanım Gərgəridən Gərgər hakimi kimi ad aparır və yazır:"Gərgər mahalı Culfanın iki ağaclıqındadır.Bu nahiyənin hökuməti Haciyə xanım Gərgərinin əlindədir". == Mənbə == .Mehdiqulu xan Hidayət.Xatirələr və Xətərlər.5-ci çap.Tehran:Züvvar nəşrləri,1996.ISBN 964-401-021-3.
Hacı Sara xanım Qaradağlı
Hacı Sara xanım - (XIX əsr) - Toxmaqlı oymağının məşhur simalarından biri. == Həyatı == Hacı Sara xanım Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının qızıdır. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağskinin bacısı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, İran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu İbrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı.
Hayriyə xanım Sultan
Hayriyə xanım Sultan (1846, Konstantinopol – 26 iyul 1869, Konstantinopol) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Hayriyə xanım Sultan 1846-cı ildə Nəşəbad qəsrində dünyaya gəldi. Atası Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Mehmed Əli Paşa, anası isə Sultan Mahmudun qızlarından Adilə Sultandır. Uşaqlıq illəri anasına məxsus Adilə Sultan qəsrində keçən Hayriyə xanım mükəmməl təhsil aldı. Dönəmin məşhur şairə və bəstəkarı Leyla Sazdan piano dərsləri aldı. 10 iyun 1865-ci ildə Mehmed Qəni Paşanın oğlu Əhməd Rüfət bəylə nişanlansa da, altı ay sonra nişan pozuldu. Səbəbi bilinməyən bu hadisənin ardından Əhməd Rüfət bəyin bütün hərbi imtiyazları əlindən alındı və Sankt-Peterburqa göndərildi. 17 aprel 1866-cı ildə İşkodralı Mustafa Şərif Paşanın oğlu Əli Rza bəylə nigahlanan Hayriyə xanımın toy mərasimi 22 apreldə Beşiktaş sarayında baş tutdu. Mərasimin ardından Çamlıca köşkündə yaşayan cütlüyün bu nigahdan övladı olmadı. Belə ki, Əli Rza bəy 1868-ci ildə vəfat etdi.
Heyran xanım Dünbüli
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Hunad xanım külliyəsi
Hunad xanım külliyəsi – Kayserida XIII əsrdə Hunad xanım tərəfindən anası Gövhər Nəsibə xanımın şərəfinə inşa olunan külliyə. Hunat xanım külliyəsi I Əlaəddin Keyqubadın həyat yoldaşı, II Qiyasəddin Keyxosrovun anası Mahperi Hunad xanım tərəfindən 1238-ci ildə Kayseri şəhər mərkəzində inşa edilmişdir. Mahperi Hunad xanım bir ir hədisi şərifdən, ("İnsan öldüyü zaman əməl dəftəri bağlanır. Üç şey onun əməl dəftərinin açıq qalmasını təmin edir: xeyri davam edən yaxşılıqlar, faydalınan elm, özünə dua edən xeyirli övlad) və qayınatası I Gıyaseddin Keyxosrovun gənc yaşda ölən bacısı Gövhər Nəsibə xanımın vəsiyyəti ilə 1206-ci ildə Kayseridə inşa olunan ilk tibb məktəbi və xəstəxanası, Şifaiyye olan Gövhər Nəsibə və Gıyasiyye Şifaiyyesinden təsirlənərək özünü xeyriyyə işlərinə sövq etdi. Kəsmə daşdan inşa edilmiş olan Hunad Xatun külliyəsi məscidi, mədrəsə, hamam və türbə hissələrindən ibarətdir. Məscidin minarəsi II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Bu məscidinin düzbucaqlı planlı mədrəsəsi bu gün Kayseri Etnoğrafya muzeyi olaraq istifadə edilir. Bu məscidi piramida kornet səkkizbucaqlı türbəsinin içində üç sənduqə vardır. Məscidin hamamı cüt hamamdır. Hamamın həm kişilər üçün hissənin günbəzi həm də qadınlar hissənin günbəzi kərpic ilə inşa edilmişdir.
Hümeyra xanım Sultan
Hümeyra xanım Sultan və ya Hümeyra Özbaş (4 iyun 1917, Nişantaşı, Konstantinopol, Osmanlı imperiyası – 17 may 2000, Quşadası, Türkiyə) — son Osmanlı sultanı VI Mehmedin qızı Fatma Ülviyə Sultanın qızı, Osmanlı xanım sultanı. == Həyatı == Hümeyra xanım Sultan 1917-ci ildə nənəsi Əminə Nazikəda xanımın Nişantaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəy, anası son Osmanlı sultanı Sultan Vahidəddinin qızı Fatma Ülviyə Sultan idi. 1922-ci ildə atası İsmayıl Haqqı bəy Mustafa Kamal Paşanın Anadoluda başlatdığı İstiqlal müharibəsinə könüllü olaraq qoşulmuş, bu səbəblə babası Sultan Vahidəddin tərəfindən atası və anası ayrılmışdır. Bir il sonra isə anası Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu ilə evləndirildi və balaca Hümeyra da ailəsi ilə birlikdə Nişantaşındakı bir köşkdə məskunlaşdı. Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 7 yaşlı Hümeyra ailəsiylə birlikdə İtaliyanın San-Remo qəsəbəsində yaşayan babası Sultan Vahidəddinin yanına getmiş, babasının 1926-cı ildə vəfatından sonra cənubi Fransadakı Menton qəsəbəsində məskunlaşmışdır. Atasının siyasi gücündən istifadə edərək Atatürkün verdiyi xüsusi icazəylə əfv qanunundan öncə Türkiyəyə gələn ilk Osmanlı mənsubu idi. Əvvəlcə atasının diplomatik pasportu ilə, daha sonra isə öz adına çıxardılan pasportla ölkəyə gedib gəlməyə başladı. Nəhayət, TBMM-nin 5 iyul 1939-cu ildə qəbul etdiyi 3662 saylı qanunla Hümeyra Özbaş və Ənvər Paşa ilə Naciyə Sultanın övladları Mahpeykər xanım Sultan, Türkan xanım Sultan və Sultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Atası İsmayıl Haqqı bəy anası Ülviyyə Sultandan ayrıldıqdan sonra Bülent Əcəvitin anasının xalası olan Fərxundə xanımla evlənmiş, bu səbəblə Bülənt Əcəvitlə uzaq qohumluğu olmuşdur.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (ərəb. أمينة خانم‎, türk. Emine Hanım; 1770 – 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nikah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.
Komarov xanımotu
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə