CHALLENGE

challenge1

n 1. çağırış; çağırma (yarışa və s.); meydan oxuma; to launch a ~ against smb. bir kəsi yarışa çağırmaq; bir kəsə meydan oxumaq; to meet the ~ çağırışı / təklifi / dəvəti qəbul etmək; He accepted his friend’s challenge to swim across the river O, yoldaşının çayı üzüb keçmək haqqındakı təklifini / dəvətini qəbul etdi; 2. duelə çağırma; to address a ~ to smb. bir kəsi duelə çağırmaq; 3. sual altına qoyma; şübhə etmə; to bring smth. into ~ bir şeyi şübhə altına almaq; 4. hüq. məhkəmə iclasçısına etiraz etmə; 5. prosesin gedişinə etiraz / etiraz etmə; 6. amer. seçicmi səsverməyə buraxmama; 7. seçkinin nəticələrini ləğv etmə tələbi

challenge2

v 1. (to) yarışa çağırmaq, təklif etmək; meydan oxumaq; to ~smb. to run a race bir kəsi qaçış yarışma çağırmaq; I challenged him to a game of tennis Mən onu bir əl tennis oynamaqda yarışa çağırdım; 2. şübhələnmək, şübhə etmək; to ~ smb.’s knowledge bir kəsin biliyinə şübhə etmək; 3. tələb etmək (hörmət, diqqət və s.), istəmək; This idea challenges attention Bu fikir diqqət tələb edir; 4. rədd / etiraz etmək, qəbul etməmək; 5. amer. seçiciyə etiraz etmək (seçici hüququ olmadığına görə); 6. seçki bülleteninin və ya səsvermənin nəticələrinin qeyri-qanuni hesab edilməsini tələb etmək; 7. hərb. səsləmək, haraylamaq, səsləyib çağırmaq (qarovulçu haq.); parol / buraxılış vərəqəsi tələb etmək

CHALK-STONE
CHALLENGEABLE
OBASTAN VİKİ
Challenge Kuboku
Avropa Qadınlar CEV Çelenc Kuboku — Kişilər arasında Çelenc Kuboku
BWF İnternational Challenge
BWF İnternational Challenge — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Series və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 15000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF İnternational Challenge BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
Avropa Kişilər CEV Challenge Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Avropa Qadınlar CEV Challenge Kuboku
Avropa Qadınlar CEV Çağırış Kuboku (ing. Women's Challenge Cup) — Avropa voleybolunun klublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == "CEV Kuboku" adı altında 1980-ci ildən etibarən keçirilməyə başlamış, 2007-ci ildən sonra "Avropa Qadınlar Çağırış Kuboku" adını almışdır. Həmçinin, turnir "GM Capital Challenge Cup" da adlandırılır.
2010-11 Avropa Qadınlar CEV Challenge Kuboku
2010–11 Avropa Qadınlar CEV Çağırış Kuboku (ing. Women's CEV Challenge Cup 2010/2011) — Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən turnir. === Kubokun başlaması === Voleybol üzrə Avropa Qadınlar CEV Challenge Kuboku yarışlarına 14.10.2010-cu il tarixdə start veriləcək. Qitə miqyaslı bu turnirdə Azərbaycan 3 komanda ilə təmsil olunur ki, onlardan da ilk imtahanı Super Liqanı dördüncü pillədə başa vuran "Azərreyl" verəcək. Vüqar Əliyevin yetirmələri ilkin təsnifat mərhələsinin birinci oyununu səfərdə Maltanın Paola Hibs klubuna qarşı keçirəcəklər. Daha sonra qitə miqyaslı turnirdə "İqtisadçı" qüvvəsini sınayacaq. O, Bosniya və Herseqovinanın "Kula" komandasını mübarizədən kənarlaşdırmağa çalışacaq. Qeyd edək ki, paytaxtın "Lokomotiv" klubu isə Çelenc Kubokunda mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. === Birinci mərhələ === Oyunların tarixi: 10.2010–17.10.2010 Qeyd: Oyunlarda bərabərlik olarsa (1 oyun qələbə — 1 oyun məğlubiyyət) oyunlarda qeydə alınan nəticələrdən asılı olmayaraq "Qızıl Set" oynanılır. Növbəti mərhələyə də "Qızıl Set"in qalibi çıxır.
Challenger 2
Challenger 2 Britaniya istehsalı Əsas döyüş tankı. Bu, çox qüdrətli tankdır. Challenger 2 tankı Chobham zirehi ilə təchiz olunub və dünyanın ən mükəmməl qorunan texnikalarından sayılır. Onun ekipajı yüngül çaplı silahlardan atılan atəşlərdən tam təhlükəsizdirlər. 120 mm topuyüksək sərrastlıqla 5 kilometrədək hədəfi vurur. Dünyada uzaq məsafədən tank-tank vurmasına görə rekord Challenger 2-yə məxsusdur. Mühərriki və sürəti başqa Qərb modelləri ilə müqayisədə nisbətən zəifdir. Amma mexaniki sazlığına söz ola bilməz. Hazırda Britaniya ordusunda 386, Oman ordusunda 38 belə tank var.
Challenger Kosmik Gəmisi
«Çellencer» (ing. Challenger; mənası – «Meydan oxuyan») — NASA-nın istifadə etdiyi ikinci şattl. İlk uçuşunu 4 aprel 1983-cü ildə etmişdir. Yerin orbitində doqquz əlavə uçuş etmişdir. 28 yanvar 1986-cı ildə (10-cu və son uçuşu) qalxışdan 73 saniyə sonra partladı və beş peşəkar kosmonavt və iki müəllimdən ibarət yeddi ekipaj üzvü həlak oldu. «Çellencer» fəlakətindən sonra altı il NASA, «İndevor» adlı yeni şattlı istifadə etməyə başladı.
Challenger Kosmik Gəmisi Qəzası
Challenger Kosmik Gəmi qəzası, 28 yanvar 1986-cı ildə raketin qalxmasından 73 saniyə sonra partlayış baş verməsi ilə baş verən qəzadır. Qəza nəticəsində 7 astronavt həyatını itirmişdir. Partlayış yanacaq sızması səbəbindən olmuşdur. == Qəzanın səbəbi == Challenger Kosmik Gəmisinin qalxışının həyata keçəcəyi gündən əvvəlki gün gecə havanın temperaturu olduqca aşağı düşdü və bəzi mühəndislər qalxışın ləğv edilməsi istiqamətində fikirlər bildirmişdirlər lakin buna baxmayaraq, qalxış NASA tərəfindən təsdiq edilmişdir və kosmik gəminin qatı yanacaq çənlərinin hissəsi olan təhlükəsizlik kəmərlərinə soyuq səbəbindən zərər dəydiyi üçün öz funksiyalarını yerinə yetirə bilmədilər və uçuşun 73-cü saniyəsində gəmidə partlayış baş verdi. Partlayış gəminin Yer səthindən 48.000 fut (15 km) yüksəklikdə olduğu zaman baş verdi.
Nausithoe challengeri
Nausithoe challengeri (lat. Nausithoe challengeri) — nausithoe cinsinə aid heyvan növü.