Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aftafa
Aftafa (fars. آفتابه‎) — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdı. Afatafalar, adətən, qızlara cehiz verildiyi və məclislərdə işlədildiyi üçün zərif naxışlarla bəzədilirdi. Azərbaycanda, xüsusilə Lahıcda misgərlərinin düz əltdikləri aftafalər xarici ölkələrdə də şöhrət qazanmışdı.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Aftafa (dəqiqləşdirmə)
Aftafa — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Aftafa (Kövsər) — İranın Ərdəbil ostanında kənd.
Gəyən
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Bəyən düyməsi
Bəyənmə düyməsi — sosial şəbəkə xidmətləri, internet forumları, xəbər saytları və bloqlar kimi ünsiyyət proqramlarında istifadəçinin müəyyən məzmunu bəyəndiyini, zövq aldığını və ya dəstəklədiyini ifadə edə biləcəyi xüsusiyyət. Bəyənmə düyməsi olan veb-saytlar adətən hər bir məzmunu bəyənən istifadəçilərin sayını və onların tam və ya qismən siyahısını göstərir. Bəzi veb-saytlarda bəyənməmək düyməsi də var, ona görə də istifadəçi lehinə, əleyhinə və ya neytral səs verə bilər. Digər veb-saytlara daha mürəkkəb veb məzmunlu səsvermə sistemləri daxildir. Məsələn, məzmuna daha geniş formada reaksiya göstərmək üçün beş ulduz və ya reaksiya düymələri. == Tətbiqetmələr == === Vimeo === Video paylaşma saytı Vimeo 2005-ci ilin noyabrında bəyənmə düyməsini əlavə etdi. Tərtibatçı Andryu Payl bunu Digg.com saytındakı "digg" düyməsinin iterasiyası kimi təsvir edərək, "Digg-in konseptini bəyəndik, lakin 'Diggs' deməyi istəmədik, buna görə də biz bunu 'Bəyənmələr' adlandırdıq" dedi. === FriendFeed === FriendFeed-də bəyənmə düyməsi 30 oktyabr 2007-ci ildə elan edildi və icmasında populyarlaşdı. FriendFeed 10 avqust 2009-cu ildə Facebook tərəfindən satın alınmazdan əvvəl funksiya Facebook-a inteqrasiya edildi. === Facebook === "Facebook"un bəyənmə düyməsi "bəyənən əl" olaraq dizayn edilib.
Leyden
Leyden (nid. Leiden) — Niderland Krallığında şəhər. == Coğrafiyası == Leyden Qədim Reyn çayının sahilində, Haaqa şəhərindən 20 km şimalda və Amsterdam şəhərindən 40 km cənubda yerləşən qədim və gözəl şəhərdir. Şəhərin şimal-şərqində Kaaq gölləri mövcuddur. == Əhalisi == 329000 nəfər sakini olan Leyden şəhərinin insanları çox mehriban və qonaqpərvərdirlər. == Turizm == Qədim şəhərin saysız-hesabsız tarixi abidələri, Muzey və qalereyaları (Morsport şəhər qapıları, Rapenbürx kanalı, Milli Etnologiya muzeyi, çoxmərtəbəli külək dəyirmanı - Molen De Valk muzeyi, "Hortus Botanicus" botanika bağı, qədim kilsələr və s.) buraya çoxlu sayda turist cəlb edir. == Elm və təhsil == Leyden elm və təhsil şəhəri kimi tanınır. Bu şəhərdə rəssam Rembrandt, hüquqşünas Huqo Qrotius, riyaziyyatçı Rene Dekart, kondensatoru kəşf etmiş fizik Piter van Müshenbruk, məşhur professor Kamerlinq-Onnes, dahi Eynşteyn yaşayıb və yaradıblar. Leyden şəhəri işığın sınması, elektrik kondensator, termodinamikanın molekulyar əsası, elektron nəzəriyyə, yüksək keçiricilik, Qalaktikanın strukturu və kometaların mənşəyi, elektro-kardioqrafiya və s. kəşflərin vətənidir.
Laval (Məyen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Leyden Universiteti
Leyden Universiteti (nid. Universiteit Leiden) — Niderland Krallığında, Leyden şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Ölkənin ən qədim ali təhsil ocaqlarından biridir. == Tarixi == 1575-ci ilə qədər Hollandiyanın şimalında hələ də universitet yox idi. Burada yeganə universitet Leuven şəhərində yerləşirdi, lakin ona nəzarəti ispanlar ələ keçirmişdilər. Elmi Renessans ərəfəsində ispanların hücumlarına qarşı müdafiəsinə görə Leyden şəhərinə şahzadə Villiam tərəfindən mükafat verilir. Həmin mükafat ilk holland universitetinin bu şəhərdə yaradılması olur. Deyilənə görə, Leyden vətəndaşlarına universitet yaradılması və ya müəyyən vergilərdən azad olunması arasında seçim təklif edilib. Lakin vətəndaşlar bildiriblər ki, vergilərdən azad edilmək haqqında qanun dəyişir, Avropanın böyük universitetləri isə əsrlər boyu yaşayır. Əvvəllər Müqəddəs Barbara kilsəsində yerləşən universitet 1581-ci ildə Ağ Rahibələr kilsəsinə köçürülür.
Fransis Leyn
Fransis Leyn (d. 23 sentyabr 1874; Çikaqo, Birləşmiş Ştatlar - ö. 17 fevral 1927; Çikaqo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında bürünc medal qazanıb. == Həyatı == Fransis Leyn 1874-cü ilin 23 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Çikaqondə anadan olub. 1927-ci ilin 17 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 52-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Fransis Leyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Leyn təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.6 saniyə nəticəyə imza atan Fransis Leyn Macarıstanlı Alajos Szoкolyi ilə birgə I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Harriet Leyn
Harriet Leyn (ing. Harriet Rebecca Lane Johnston; 9 may 1830 – 3 iyul 1903) — 1857-ci ilin 4 mart tarixindən 1861-ci ilin 4 mart tarixinə kimi ABŞ-nin Birinci xanımı. ABŞ tarixində prezidentin arvadı olmayaraq Birinci xanım olmuş 13 şəxsdən biri. Valideynləri vəfat etdikdən sonra onun qəyyumu dayısı Ceyms Byukenen olmuşdur. Ceyms Byukenen ABŞ prezidenti olarkən subay olmuşdu. Buna görə də həmin dövrdə Harriet Leyn ölkənin Birinci xanımı olmuşdur.
Actaea
Qarğaotu (lat. Actaea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Astara
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Aytala
Aytala (Gədəbəy) — Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ayıtala — Zaqatala rayonunun Maqov inzibati ərazi vahidində kənd.
Ağstafa
Ağstafa — Azərbaycan Respublikasının Ağstafa rayonunun Ağstafa şəhər inzibati ərazi dairəsində şəhər, Ağstafa rayonunun inzibati mərkəzi. Dəniz səviyyəsindən 300 m hündürlükdə Ağstafa çayının sağ sahilində yerləşən müasir, gündən-günə gözəlləşən Ağstafa şəhərinin əhalisi (2020-ci il tarixə) 21817 nəfərdir. Ağstafanın Bakı şəhəri ilə arasındakı olan məsafə 400 km-dir.
Ağtala
Ağtala (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ağtala (Qaraqoyunlu) — Çəmbərək rayonunda kənd. Ağtala — Qax rayonunun Qoşaqovaq kəndi ərazisində duz.
Ursula fon der Leyen
Ursula fon der Leyen (8 oktyabr 1958[…], İksel[d]) — 2019-cu ildən Avropa Komissiyasının 13-cü prezidenti vəzifəsində çalışan alman həkim və siyasətçi. O, 2005-2019-cu illər arasında Almaniya federal hökumətində çalışıb, Angela Merkelin kabinetində ardıcıl vəzifələr tutub, axırıncı dəfə federal müdafiə naziri olub. Von der Leyen mərkəz-sağ Xristian Demokrat İttifaqının (XDİ) və onun Aİ-yə bağlı qrupu olan Avropa Xalq Partiyasının (EPP) üzvüdür. Ursula fon der Leyen Belçikanın Brüssel şəhərində alman ailədə doğulub və böyüyüb. Onun atası Ernst Albrext Avropanın ilk dövlət qulluqçularından biri idi. O, ikidilli olaraq alman və fransız dillərində böyüyüb və atası Almaniya siyasətinə qoşulduqda 1971-ci ildə Almaniyaya köçüb. O, 1978-ci ildə London İqtisadiyyat Məktəbini bitirib, 1987-ci ildə isə Hannover Tibb Məktəbindən tibbi lisenziya alıb. Həkim yoldaşı Heiko von der Leyen ilə evləndikdən sonra 1990-cı illərdə ailəsi ilə birlikdə dörd il ABŞ-da yaşayıb. Almaniyaya qayıtdıqdan sonra 1990-cı illərin sonlarında Hannover bölgəsində yerli siyasətlə məşğul olub və 2003-2005-ci illərdə Aşağı Saksoniya əyalət hökumətində kabinet naziri vəzifəsində çalışıb. 2005-ci ildə o, federal kabinetə qatılıb, əvvəlcə 2005-2009-cu illərdə ailə və gənclər naziri, sonra 2009-2013-cü illərdə əmək və sosial işlər naziri, nəhayət, 2013-2019-cu illərdə ilk qadın müdafiə naziri olub.
Ursula von der Leyen
Ursula fon der Leyen (8 oktyabr 1958[…], İksel[d]) — 2019-cu ildən Avropa Komissiyasının 13-cü prezidenti vəzifəsində çalışan alman həkim və siyasətçi. O, 2005-2019-cu illər arasında Almaniya federal hökumətində çalışıb, Angela Merkelin kabinetində ardıcıl vəzifələr tutub, axırıncı dəfə federal müdafiə naziri olub. Von der Leyen mərkəz-sağ Xristian Demokrat İttifaqının (XDİ) və onun Aİ-yə bağlı qrupu olan Avropa Xalq Partiyasının (EPP) üzvüdür. Ursula fon der Leyen Belçikanın Brüssel şəhərində alman ailədə doğulub və böyüyüb. Onun atası Ernst Albrext Avropanın ilk dövlət qulluqçularından biri idi. O, ikidilli olaraq alman və fransız dillərində böyüyüb və atası Almaniya siyasətinə qoşulduqda 1971-ci ildə Almaniyaya köçüb. O, 1978-ci ildə London İqtisadiyyat Məktəbini bitirib, 1987-ci ildə isə Hannover Tibb Məktəbindən tibbi lisenziya alıb. Həkim yoldaşı Heiko von der Leyen ilə evləndikdən sonra 1990-cı illərdə ailəsi ilə birlikdə dörd il ABŞ-da yaşayıb. Almaniyaya qayıtdıqdan sonra 1990-cı illərin sonlarında Hannover bölgəsində yerli siyasətlə məşğul olub və 2003-2005-ci illərdə Aşağı Saksoniya əyalət hökumətində kabinet naziri vəzifəsində çalışıb. 2005-ci ildə o, federal kabinetə qatılıb, əvvəlcə 2005-2009-cu illərdə ailə və gənclər naziri, sonra 2009-2013-cü illərdə əmək və sosial işlər naziri, nəhayət, 2013-2019-cu illərdə ilk qadın müdafiə naziri olub.
Vilhelm fon Leyeb
Vilhelm fon Leyeb (alm. Wilhelm Josef Franz Ritter von Leeb‎; 5 sentyabr 1876 – 29 aprel 1956) — alman hərb xadimi, general-feldmarşal, Almaniyanın SSRİ-yə hücumu zamanı "Şimal" qoşunlarının komandanı olmuşdur. İkinci Dünya müharibəsində Şərq cəbhəsində aparılan Barbarossa əməliyyatı Leyebin komandanlıq etdiyi "Şimal" ordular qrupu, tərkibində 16-cı, 18-ci ordular və 4-cü tank qrupu (cəmi 29 diviziya) olmaqla, 1-ci hava donanmasının dəstəyi ilə Şərqi Prusiyadan hərəkət edərək, sovet qoşunlarını Baltikyanıda darmadağın etməli və Leninqrad və Kronştadt daxil olmaqla, Baltik dənizi limanlarını zəbt etmək əmrini almışdır.
Leyden Universitetinin Kitabxanası
Leyden Universitetinin Kitabxanası (nid. Universiteitsbibliotheek Leiden) — Niderlandın Leyden şəhərində yerləşən Leyden Universitetinin akademik kitabxanasıdır. 1575-ci ildən fəaliyyət göstərən kitabxana, Niderlandın ən qədim universitet kitabxanası olaraq tanınır və dünyanın ən zəngin kitabxana kolleksiyalarından birinə sahibdir. == Kitabxananın əsas xüsusiyyətləri == Tarixi Kolleksiya Leyden Universitetinin Kitabxanası, 18 milyon cilddən çox kitab, jurnal, əlyazma və nadir material saxlayır. Kolleksiyada elmi, ədəbiyyat, tarix, incəsənət və digər sahələrdə dəyərli mənbələr mövcuddur. Nadir Əlyazmalar Kitabxana, orta əsr əlyazmaları, qədim dövrə aid əsərlər və nadir çap məhsulları ilə zəngindir. Çap məhsulları, kitabxananı tədqiqatçılar üçün mühüm bir məkan halına gətirir. Araşdırma Dəstəyi Leyden Universitetinin Kitabxanası, tədqiqatçılara və tələbələrə yüksək səviyyədə dəstək verir. Kitabxana, elmi tədqiqatların həyata keçirilməsi üçün resurslar təqdim edir və akademik işlərin inkişafına kömək edir. Mədəniyyət mərkəzi Kitabxana yalnız akademik tədqiqat mərkəzi deyil, eyni zamanda mədəniyyətin inkişafına da töhfə verir.
Edvard Uilyam Leyn
Edvard Vilyam Leyn(ing. Edward William Lane; 17 sentyabr 1801[…] – 10 avqust 1876[…]) — Böyük Britaniya şərqşünası. == Həyatı == Edvard Vilyam Leyn 17 sentyabr 1801-ci ildə Herefordda doğulmuşdu. Orta təhsilini Bath və Herefordda tamamlayıb Cambridge Universitetinə girdiysə də daha sonra buradan ayrılaraq Londona yollandı və qravür rəssamlığı təhsili gördü; bir yandan da Ərəb dilini öyrəndi. Ərəb dilində qısa zamanda mütəxəssislik düzəyində irəliləmə qeyd etməsi şərqşünaslıq araşdırmalarına maraq duymasına yol açdı. 1825-ci ildə Misirə getdi və üç dönəm halında toplam on iki ilə qədər orda qaldı. Edvard Vilyam Leyn 10 avqust 1876-cı ildə vəfat edib.
Edvard Vilyam Leyn
Edvard Vilyam Leyn(ing. Edward William Lane; 17 sentyabr 1801[…] – 10 avqust 1876[…]) — Böyük Britaniya şərqşünası. == Həyatı == Edvard Vilyam Leyn 17 sentyabr 1801-ci ildə Herefordda doğulmuşdu. Orta təhsilini Bath və Herefordda tamamlayıb Cambridge Universitetinə girdiysə də daha sonra buradan ayrılaraq Londona yollandı və qravür rəssamlığı təhsili gördü; bir yandan da Ərəb dilini öyrəndi. Ərəb dilində qısa zamanda mütəxəssislik düzəyində irəliləmə qeyd etməsi şərqşünaslıq araşdırmalarına maraq duymasına yol açdı. 1825-ci ildə Misirə getdi və üç dönəm halında toplam on iki ilə qədər orda qaldı. Edvard Vilyam Leyn 10 avqust 1876-cı ildə vəfat edib.
Plau Leyn stadionu
"Plau Leyn" stadionu (ing. Plough Lane) — İngiltərənin Uimbldon şəhərində fəaliyyət göstərmiş stadion. "Uimbldon"nun doğma meydanı idi. 1991-1998-ci illər aralığında "Kristal Pelas" da ev oyunlarını burada keçirmişdir. Hazırda mövcud deyil. 1912-ci ilin sentyabr ayında açılmışdır. 1998-ci ildə azarkeşlərin üzünə bağlanmışdır.. Stadion bir müddət baxımsız vəziyyətdə qaldıqdan sonra yerində supermarket tikilmişdir.
Uayt Hart Leyn
White Hart Lane — Tottenhem Hotspur futbol komandasının stadionudur. Şimali Londonun Tottenhem bölgəsində yerləşməkdədir. Azarkeşlər arasında The Lane olaraq da adlandırılır. Totenhem Hotspur 1899-cu ildən bəri matçlarını Vayt Hart Leyn'də oynamaqdadır. Stadionda oynadıqları ilk matçı, 5,000 tərəfdar izləmiş və Notts County komandasını 4–1 məğlub etmişdilər. 1908-ci ildən 1972-ci ildə qədər, İngiltərədə Vayt Hart Leyn reklam panoramalarının olmadığı bir neçə stadiondan biri olmuşdur. 1923-cü ildə stadionun tutumu 50,000 nəfərə çıxarılmışdır. mart 1938-ci ildən keçirilən, FA Cup oyununda Vayt Hart Leyn 75,038 tamaşaçıyla rekordu qırmışdır.
Vayt Hart Leyn
White Hart Lane — Tottenhem Hotspur futbol komandasının stadionudur. Şimali Londonun Tottenhem bölgəsində yerləşməkdədir. Azarkeşlər arasında The Lane olaraq da adlandırılır. Totenhem Hotspur 1899-cu ildən bəri matçlarını Vayt Hart Leyn'də oynamaqdadır. Stadionda oynadıqları ilk matçı, 5,000 tərəfdar izləmiş və Notts County komandasını 4–1 məğlub etmişdilər. 1908-ci ildən 1972-ci ildə qədər, İngiltərədə Vayt Hart Leyn reklam panoramalarının olmadığı bir neçə stadiondan biri olmuşdur. 1923-cü ildə stadionun tutumu 50,000 nəfərə çıxarılmışdır. mart 1938-ci ildən keçirilən, FA Cup oyununda Vayt Hart Leyn 75,038 tamaşaçıyla rekordu qırmışdır.
Astaf
Astaf — Azərbaycan Respublikası]nın Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir. Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.
Leş yeyən və kiçik qız
Leş yeyən və kiçik qız (ing. The vulture and the little girl) - Cənubi Afrikalı fotoqraf Kevin Karter tərəfindən Sudanın (indiki Cənubi Sudan) Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunmuş Ayod qidalanma düşərgəsi yaxılığında çəkdiyi foto. Şəklin 1993-cü ilin mart ayında çəkildiyi təxmin olunur. Bu şəkilə görə Kevin Karter 1994-cü ildə Pulitser mükafatına layiq görülmüşdür. “Bang-Bang Club”un keçmiş üzvü olmuş hərbi fotoqraf Joao Silvanın xatirələrinə görə, Kevin Sudana olan səfərində ilk dəfə kütləvi aclığın şahidi olmuş və rast gəldiyi səhnələrdən heyrətə gəlmişdir. Şəkili çəkilmiş qızın valideynləri həmin anda Ayod şəhərində humanitar yardım təyyarəsinin boşaldılması ilə məşğul idilər. Qısa müddətdə olsa onlar uşaqlarını tək qoymalı olurlar. Bu zaman qızın yanına leşcil ağqartal uçub gəlir. Həm qızın, həm də leşcil ağqartalın hər ikisinin fokusa düşməsi üçün Karter sakitcə qıza yaxınlaşaraq quşu hürkütmədən 10 m məsafədən bir sıra şəkillər çəkmişdir. Bundan sonra o, leşcil ağqartalı qovmuşdur.
Düzqışlaq (Ağstafa)
Düzqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd.
Heyran (Astara)
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır..
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Həsənsu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kolatan (Astara)
Kolatan — Azərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı Talış dilində "Kül"-kol, " əton " - o tərəf mənasını verir.Bu ad burada salınmış çay plantasiyaları ilə əlaqədar yaranmışdır.Digər versiyaya görə"yanmış o tərəf " anlamını verir.Bu ərazidə əvvəllər çəltikçiliklə, sonralar isə çayçılıqla məşğul olmuşlar.
Kolayır (Ağstafa)
Kolayır — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kolayır Ağstafa rayonunun Düzqışlaq i.ə.v.-də kənd. Gəncə- Qazax düzənliyindədir. Kəndin adı yerli əhalinin dilində Koləir kimi tələffüz edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən təhrifə uğramış, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol sözü "xırda meşə, meşəlik" mənasındadır. Kəndin adı "meşə yeri, meşəli yer" kimi izah edilir. Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Lakin türk dillərində kolayi sözü işlənir ki, bu da "əlverişli, rahat" mənalarını ifadə edir. Kəndin Düzqışlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer olduğunu bildirir.
Köhnəqışlaq (Ağstafa)
Köhnəqışlaq — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ermənistanla sərhədə yaxın yerləşən Köhnəqışlaq kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir. 26 mart 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin 6 nəfər sakini girov götürülmüşdür. 21 aprel 1992-ci ildə erməni yaraqlıları Ağstafa rayonunun Köhnəqışlaq kəndinə silahlı basqın etmiş, nəticədə RDİŞ-in 2 milis nəfəri - İ.Şıxəliyev, N.Nəsibov, yerli sakin Q.Mədətov ağır yaralanmış, 3 çoban itkin düşmüş, 450 baş mal-qara aparılmışdır. 10 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 3 yaşayış evi dağılmışdır. 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndləri atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır. 21 iyul 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 2 nəfər yerli sakin yaralanmışdır. 3 avqust 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi avtomat silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri ağır yaralanmışdır. 7 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi raket və top atəşinə tutulmuş, nəticədə 3 nəfər yerli sakin həlak olmuş, 2 nəfər yaralanmışdır.
Kıçık (astana)
Kıçık (başq. ҡыҫыҡ) — Başqırdıstanın dağ çayı olan Zilim çayında yerləşən astana. Astana-dayazlıq 3-3,5 km məsafədə uzanır. Astana Baştım və Zilmerdak silsilələrinin ayrıldığı yerdir. Bura su idmanı həvəskarlarının sevimli yerlərindəndir. Ərazi çətinlik dərəcəsinə görə 2 balla qiymətləndirilir. Astananın sonunda, sahildə düşərgə və hamam vardır. == Mənbə == "СПЛАВ ПО РЕКЕ ЗИЛИМ - ПОРОГ КЫСЫК - ТОЛПАРОВСКИЕ СКАЛЫ". // wanders-k.ru. 2012-05-15 tarixində orijinalından arxivləşdirilib.
Muğanlı (Ağstafa)
Muğanlı — Azərbaycan Respublikası]nın Ağstafa rayonunun Muğanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun Pirili kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Poylu (Ağstafa)
Poylu (kənd, Ağstafa)
Qarahəsənli (Ağstafa)
Qarahəsənli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarahəsənli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Qarahəsənli kəndi Düzqışlaq kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qarahəsənli kənd Soveti yaradılmışdır.
Amyen
Amyen (fr. Amiens) — Fransanın şimalında Somma çayı kənarında bir şəhərdir. Şəhər əsas tarixi hissəsi Pikardiya regionuna aiddir. Əhalisi 132479 nəfərdir (2014). == Tarixi == Şəhərin yaranması paleolit dövrünə aid olması haqqında məlumat vardır. 859-cu ildə normanlar tərəfindən işğal olunub. 1185-ci ildə burada karl üçün iqamətgah tikilir. O dövrlərdə Niderlandın ərazisi olan Amyen 1597-ci ildə Fransanın tərkibinə keçir. == İqtisadiyyatı == Şəhər ölkənin əsas toxuculuq mərkəzidir. Hal-hazırda maşınqayırma, yüngül və yeyinti sənayesidə inkişaf etmişdir.
Anyen
Anyen (fr. Agnin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38003. Kommunanın 2007-cu il üçün əhalisi 789 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 167 ilə 331 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənubda, Liondan 75 km qərbdə, Qrenobldan 9 km qərbdə yerləşir.
Dəyər
Dəyər — Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Qiymətləndirmə – ifadə şəklində verilmiş qiymətlərin müəyyən olunmasının proqram yolu ilə yerinə yetirilməsi və ya proqram deyimi ilə verilən əməllər. Kompilyasiya və ya çalışma mərhələsində baş verir. Məsələn, proqram mürəkkəb ifadəni bərabərlik şəklində qiymətləndirə və sonra bu nəticəni müəyyən dəyişənə mənimsədə bilər. Eləcə də altproqramı çağıran deyimin qiymətini hesablaya və sonra qiymətləndirmənin nəticəsindən asılı olaraq idarəetməni altproqrama verə bilər. == Riskə məruz dəyər == Riskə məruz dəyər, riskin ölçmə üsulu. Bütün dünya ədəbiyyatlarında riskə məruz dəyər "Value at Risk(VaR)" kimi qəbul edilir. Riskə məruz dəyər (RMD) modeli maliyyə institutları tərəfindən bazar riskini hesablamaq üçün geniş şəkildə istifadə olunur. RMD müəyyənləşdirilmiş çərçivədə verilmiş ehtimalla portfelin dəyərinin maksimal itkisini hesablayan modeldir. Riskə məruz dəyər üç parametrlə xarakterizə olunur.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Çeçen
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Ələyəz
Ələyəz (Dərələyəz) — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı.
Elven
Elven və ya Elvan — xristian müqəddəs. Kornuoll və Bretan regionunda ehtiram edilir. Agioqrafik material onun İrlandiyadan Kornuolla Breaka və digər altı nəfərlə birlikdə gəldiyini iddia edir. Kornuolldakı Sitni kilsəsində Elvenə həsr olunmuş Portleven kilsəsi XIII əsrdən 1549-cu ilə qədər mövcud olmuşdur.