Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ajur
Ajur (fr. à jour) — mühasibatda təsərrüfat əməliyyatları başa çatdırılan gün bütün hesab qeydlərinin aparılmasını göstərən mühasibat uçotunun vəziyyəti. Bu, daha geniş mənada uçot hesabalama işlərinin qrafiklə müəyuən edilmiş müddətdə yerinə yetirilməsidir. Ajur ilə istənilən vaxt aralığı üçün müəssisə haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. Ажур // Українська радянська енциклопедія : у 12 т. / гол. ред. М. П. Бажан ; редкол.: О. К. Антонов та ін. — 2-ге вид. — К. : Головна редакція УРЕ, 1974–1985.
Ajuran dövləti
Ajuran — Müasir Efiopiya və Somalinin ərazilərini əhatə edən XV–XVII əsrlərdə mövcud olmuş dövlət. Ajuran dövlətində əsas din islam idi. Bu ölkə qonşu tayfalar olan Javea və Oromo ilə tez-tez müharibələr aparırdı. Şərqi Afrikanın ən güclü dövləti olmuş və demək olar ki, bölgədəki bütün qəbilələri ələ keçirmişdir. İlk paytaxtı Mareeg,(Somali) ikincisi isə Kelafo (Efiopiya) olmuşdur. Digər böyük və əhəmiyyətli şəhərləri isə, Merka, Hobyo, Afgoyé, Mogadişu Gondershe və Baravadır. Osmanlı İmperatorluğu ilə də ticarət əlaqələri olmuşdur. Tüfəng və döyüş topu idxal etmiş və qarşılığında parça ixrac etmişdir. Portuqaliyanın təzyiqi dövlətin gücünü zəiflətmişdir. Osmanlı İmperatorluğunun komandirlərindən biri olan Mir Əli Bəy və ordusunun köməyi ilə Portuqaliyanın hücumundan xilas olmuşlar.
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Amur
Amur çayı — Rusiyada çay
Avur
Avur — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır.
Jur
Jur (polşa dilində zur, zurek; bolqarca кісяліца) - sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. thumb|Цежа в процессе брожения Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır. Ceja hazır olduqdan sonra supun digər elementlərinin hazırlanmasına başlanılır. Yeməyin əsas prinsipi su ilə unu qatışdırıb alınan məhluldur.
Adur çayı
Adur çay (fr. Adour, bask Aturri, oks. Ador) — Fransanın cənub-qərbində çay. Uzunluğu 335 kilometrdir. Mərkəzi Pireney dağlarından başlanır və Biskay körfəzinə tökülür. 128 kilometr məsafədə gəmiçiliyə yararlıdır. Suvarmada istifadə olunur. SES var. Tarb və Bayonna şəhərləri Adur çayının sahilindədir. Commission Européenne—Natura 2000: Cartographie du Barthes de l'Adour— (fr.) — maps of the Adour and Adour Basin.
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Amur (mifologiya)
Amur və ya Kupidon — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
Amur məxmərağacı — Sədokimilər fəsiləsinə aid bitki. Çində və Koreyada yayılmışdır. Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Azur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Ağ amur
Ağ amur (lat. Ctenopharyngodon idella) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Uzunluqları 120 sm, çəkiləri isə 40 kq çatır. Bədəni uzunsovdur, qalın pulcuqlarla ilə örtülüdür. Çox sürətli böyüməyi ilə fərqlənir. Amur hövzəsində yaşayır 68–75 sm uzunluğundadır və 9–10 yaşda yetginləşir Otla qidalanırlar. Əsas kürüləmə zonaları Ussuri çayında, Sungari çayı, Xanka gölü, Çin çayları, Volqada (aşağıya doğru), Don (orta və aşağı səviyyədə) və Dnepr-Bug hövzəsində yerləşir.1960-cı illərdə çəmən sazişi nəticəsində SSRİ-nin Avropa hissəsində yerləşdirildi. Hazırda Ukrayna, Rusiya, ABŞ, Qazaxıstan (İlı çayı, Balxaş gölü) və bir çox Avropa ölkələrində bir balıqçılıq əhəmiyyətio daşıyır. Ağ sazanlarının karp ilə birlikdə yetişdirilməsi balıq yetişdirməsinin məhsuldarlığını artırır.
Aşur Cəmiyev
Aşur Bəybala oğlu Cəmiyev (18 iyun 1989, Şahbuz rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Aşur Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. 2003-2006-cı illərdə Heydər Əliyev adına hərbi liseydə oxuyub. 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunu olub. Aşur Cəmiyev əvvəlcə, sərhəd zastavasında rəis müavini kimi xidmət edib. Sonra kəşfiyyat bölüyünün komandiri olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Aşur Cəmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aşur Cəmiyev oktyabrın 21-da Zəngilanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşur Cəmiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Aşur Hüseynov
Aşur Hüseynov (1920, Ağdam) — 1945-ci ildə "Bunker" əməliyyatında SSRİ xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş ilk azərbaycanlı. Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub. Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb. Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A.Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir.
Aşur ada
Aşur ada (fars. آشوراده‎, türkm. Aşyr Ada) — Xəzər dənizinin cənub-şərqində İranın Gülüstan ostanına tabe olan ada. İranın Xəzər dənizi sahillərində mövcud olan yeganə adadır. 800 hektar sahəsi olub torpaq yolu ilə Mianqala yarımadası ilə əlaqələndirilmişdir. İranın 40% kürü ehtiyatı Aşur adadan təmin edilir. Bəndər Türkmən limanından 3, Gürgan 23 km məsafədə yerləşir.
Aşur məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.
Emil Ajar
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Qara amur
Qara amur və ya Çin külməsi (lat. Mylopharyngodon piceus) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Rusiyada nadir növ sayılır və sayları getdikcə azalır. Çində isə sənaye əhəmiyyətli balıq növüdür. 1972-ci ildən SSRi ərazisində Amur çayının hövzəsində ovlanması qadağan edilmişdir. Növ Amur çayı hövzəsindən Çinin cənubuna qədər ərazilərdə yayılmışdır. Bədəni uzadılmış formadadır və iri pulcuqlarla örtülmüşdür. Xarici görünüş baxımından ağ amura bənzəyir ancaq rənginin tündlüyünə görə ondan seçilir. Qara amurlar molyusklar, həmcinin həşərat sürfələri və digər orqanizmlərlə qidalanır.
Amur kirpisi
Amur kirpisi — Amur kirpisi (Erinaceus amurensis), həmçinin Mançuriya kirpisi də adlanır, daha açıq rəngli olsa da, görünüşü və davranışı ilə Avropa kirpisinə bənzəyən kirpidir. Digər kirpilər kimi, ov axtararkən qoxu və eşitmə duyğusundan istifadə edir və "kirpi" adı yem axtararkən etdiyi donuza bənzər homurtulara aiddir. Bu kirpi Avropa kirpisi ilə yaxından əlaqəlidir və ondan bir qədər böyük və daha açıq rəngdədir, baş və bədən uzunluğu 160 ilə 290 mm (6 və 11 düym) arasındadır və çox qısa quyruğu var. Çəkisi 600 ilə 1000 q (21 və 35 unsiya) arasındadır. Baş, arxa və yanlar uzun, iti tikanlarla örtülmüşdür. Bunlar iki fərqli rəngdədir; bəziləri düz ağdır; digərlərinin ağ və ya sarımtıl-qəhvəyi əsası və ucu, mərkəzi hissəsi isə ortadan tünd qəhvəyi rəngə malikdir və heyvana tamamilə solğun, qəhvəyi-boz rəng verir. Başındakı tüklər bir-birindən çılpaq dərinin ensiz zolaqları ilə ayrılır. Keratinlə örtülmüş tüklər möhkəmdir ki, qırılmasın və yıxılmasın. Bu onurğalar təhlükə zamanı müdafiə mexanizmi kimi istifadə olunur. Kirpi qıvrılaraq topa çevrilir, burada onların tükləri çölə baxır və üzü/başı içəriyə bükülür.