Heyvanlara yem tökmək üçün taxta, daş, və s.-dən düzəlmiş qab, qutu. (“Koroğlu” dastanının lüğəti)
Sən tövlədə hər day üçün qırx gözlü bir axur qayıracaqsan. (“Alı kişi”)
*
Qoç Koroğlu qonar olsa yəhərə,
Yağı düşmənləri salar qəhərə,
Axurda arpasın qoymaz səhərə,
Dara düşsəm, mənə kömək Qıratım.
(“Koroğlunun İstanbul səfəri”)
*
Mirzə oğluna tapşırdı ki, dayça üçün yerin altında bir tövlə tiksin. Rövşən atasının dediyinə əməl etdi. Tövlədə iki axur, axurların arasında da bir hovuz tikdi. Hovuzu su ilə doldurub axurlara da çoxlu arpa, saman tökdü. (Paris nüsxəsi, 1-ci məclis)