Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Krilon burnu
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbiçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır. Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Krilon yarımadası
Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada. Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m) Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Akridin
Akridin (latınca acer (acris) — kəskin, kaustik) dibenz [b, e] piridinlərinin ən sadə nümayəndəsidir. Kömür qatranında var. Akridin, sublimasiya edə bilən qıcıqlandırıcı bir qoxu olan solğun sarı kristallardır. Bir çox üzvi həlledicidə asanlıqla həll olur, suda az həll olur. Akridinin məhlulları bənövşəyi flüoresan, akridin duzlarının məhlulları yaşıl floresan rəngə malikdir. == Kimyəvi xassələri == Akridin zəif əsas xüsusiyyətlər nümayiş etdirir. Azaldıcı maddələrin (natrium amalgam, Raney nikel, xlorid turşusu ilə sink) təsiri altında asanlıqla 9,10-dihidroakridinə (akridan) çevrilir. Oksidləşdirici maddələr (qələvi mühitdə kalium permanqanat, spirt məhlullarında ozon) onu 2,3-xinolindikarboksil turşusuna, perbenzoy turşusunu N-oksidə çevirir. Akridin və onun ən yaxın homoloqları sabit tərkibli maddələrdir. Akridin zəif əsasdır.
Akrixin
Mepakrin, akrixin, və ya atebrin — sintetik dərman preparatı. Bu, malyariyanın müxtəlif formalarını, həmçinin lyambliyoz, dəri leyşmaniozu, qırmızı qurdeşənəyi və s. müalicəsində işlədilir. == İstinadlar == == Əlavə ədəbiyyat == М. Д. Машковский. Лекарственные средства. 2 (25000 nüs.). М.: ООО «Новая волна». 2002. ISBN 5-7864-0129-4.
Amrinon
Aksion
Aksion — fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik zərrəcikdir. Bir aksion bir elektrondan trilyon dəfə yüngüldür, lakin bir kub santimetrdə onların sayı yüz milyard ola bilər. WIMPs zərrəciklər Ağ Yolun qaranlıq qalosunda annihilyasiya edərək qamma-şüalar, antiproton və pozitronlar buraxa bilər. Belə bir şüalanmanı ümumiyyətlə, müşahidə etmək olar, lakin onu Qalaktikanın ümumi şüalanmasından ayırmaq çətin bir məsələdir.
Akrilat turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spirtində, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. inhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Ayriyon (Texas)
Ayriyon Rayonu (ing. Irion county) - Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 1771 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ-nin siyahıyaalma bürosunun qiymətləndirməsinə görə rayonun əhalisi 1699 nəfər idi. Rayonun mərkəzi şəhəri Mersondur. == Tarixçəsi == Ayrion dairəsi 1889-cu ildə Tom-Qrin rayonunun bir hissəsindən formalaşmışdır. Ayrılıb müstəqil rayon olduqdan sonra, Texas Respublikasının dövlət katibi Robert Anderson Ayriyonun şərəfinə adlandırılıb. == Coğrafiyası == ABŞ-nin siyahıyaalma bürosunun məlumatına görə, Ayriyon rayonunun sahəsi 2724 km2 —dır, onlardan 2724 km2 — quru, 0 km2 isə su sahəsidir (0,01 %).
Vasil Aprilov
Aprilov Vasil Yevstatiyev (21 iyul 1789, Qabrovo[d] – 2 oktyabr 1847, Qalas) – bolqar maarif xadimi, pedaqoq, yazıçı. Moskva yunan məktəbində, Braşova alman gimnaziyasında və Vyana Universitetində (1807–09) təhsil almışdır. Qabrovoda ilk bolqar dünyəvi məktəbinin əsasını qoymuşdur (1835). Yeni bolqar ədəbi dilinin yaradılması hərəkatının iştirakçısı olmuşdur. Aprilov təlim-tərbiyənin ana dilin də aparılması prinsipini müdafiə etmişdir. Elmi, pedaqoji əsərlərin müəllifidir.
Akril turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spirtində, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. inhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Krılov öküzboğanı
Krılov öküzboğanı (lat. Bupleurum krylovianum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Veniamin Krılov
Veniamin Petroviç Krılov (29 sentyabr 1921 — 11 sentyabr 1998) — sovet futbolçusu və futbol məşqçisi, SSRİ İdman Ustası, RSFSR-in Əməkdar Məşqçisi. == Bioqrafiya == Böyük Vətən müharibəsində iştirak edib. 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb. Moskva uğrunda döyüşün, Smolensk döyüşünün, Bryansk əməliyyatının iştirakçısı olub. Birinci və ikinci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir. Futbolçu karyerası dövründə 1949-cu ildə "Krılya Sovetov" (Qorkiy) komandasının heyətində SSRİ Birinci Liqasında oynayıb. Həmçinin "Spartak" (Daşkənd) və "Dinamo" (Çelyabinsk) klublarında da çıxış edib. SSRİ İdman Ustası adına sahib olub. 1959-cu ildə SSRİ gənclər komandasında baş məşqçi Vyaçeslav Solovyovun köməkçisi vəzifəsində çalışıb. 1960-cı ildə (başqa mənbəyə görə 1959-cu ildə) "Neftçi" (Bakı) klubuna baş məşqçi təyin edilib.
İvan Krılov
İvan Andreyeviç Krılov (rus. Ива́н Андре́евич Крыло́в; 2 (13) fevral 1769[…], Moskva[…] – 9 (21) noyabr 1844[…], Sankt-Peterburq[…]) — rus yazıçısı, təmsilçi, jurnalist. == Həyatı == İvan Andreyeviç Krılov 1768–ci il fevralın 13-də Moskva şəhərində anadan olmuşdur. O, sistemli təhsil almış, müstəqil olaraq ədəbiyyatı, riyaziyyatı, fransız və italyan dillərini öyrənmişdir. 1782-ci ildə 14 yaşında əyalət mülkədarlarının adətlərini təsvir edən "Qəhvədan" adlı komik operasını yazmışdır. Krılov 1844-cü il noyabrın 21-də Peterburqda vəfat etmişdir. == Yaradıcılığı == İvan Andreyeviç Krılov 1786-1788-ci illərdə "Quduz ailə", "Yazıçı dəhlizdə", "Dəcəllər" adlı komediyalarını yazmışdır. Jurnalistlik fəaliyyətinə 1792-ci ildə yazdığı "Qaib" povesti ilə başlamışdır. Krılovun satiraları II Yekaterinanın narazılığına səbəb olduğundan o, bir müddət ədəbi fəaliyyətdən əl çəkmiş və əyalətdə gizlənmişdi. 1799-1800-ci illərdə Krılovun hökumət əleyhinə yazdığı "Trumf" məzhəkə faciəsi əlyazma şəklində geniş yayılmışdır.
Ayrılan qazların analizi
Ayrılan qazların analizi – nümunənin isidilməsi və ya parçalanması nəticəsində yaranan qazların termiki analizatorlarda tədqiqidir. == Termiki analizatorlarda nümunənin isidilməsi və ya parçalanması ilə yaranan qazların analizi == Ayrılan qazların analizi – termiki analiz üsullarından biridir. Termiki analiz üsulları ilə eyni vaxtda yaranan qazları tədqiq edərkən tədqiq olunan nümunə haqqında ən tam məlumat əldə edilə bilər. === Sinxron termiki analiz (STA) alətləri === Sinxron termiki analiz (STA) alətləri temperaturun proqramlaşdırılmış artımı şəraitində bir nümunəni öyrənmək üçün bir neçə üsuldan bir anda istifadə etməyə imkan verir, məsələn, termoqravimetriya analizi (TGA) və differensial termiki analiz (DTA) və ya TGA və differensial skaner kalorimetriya (DSC) ilə kombinasiyada (birlikdə). Bu tədqiqatların məqsədi nümunənin, baş verən proseslərin başlanğıc mərhələsində və ara mərhələlərdə, eləcə də onun qalığının öyrənilməsidir. Amma nümunənin isidilməsi zamanı ayrılan uçucu maddələr analitiklərin nəzərindən kənarda qalır. Uçucu maddələrin öyrənilməsi olmadan baş verən proseslərin və onların fiziki-kimyəvi təbiəti haqda məlumatın tam və dəqiq əldə edilməsi mümkün deyil. === Ayrılan qazların analizi üçün sistemlər === ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi uçucu maddələrin öyrənilməsinin mümkünlüyünü əlavə edir, bununla nümunənin parçalanma mərhələlərinin ardıcıl olaraq ayrılmasını əldə etməyə imkan verir və alınan maddələrin kimyəvi identifikasiyasını təmin edir. İQ Furye spektroskopiya metodu inert və simmetrik iki atomlu molekulları olan qazlar istisna olmaqla, hər hansı bir qazı aşkar etmək üçün istifadə olunur. O, izomerləri ayırmaq və kompleks qarışıqlarda qazları müəyyən etmək üçün istifadə edilə bilər.
Ayrılan yollar (film, 1997)
Ayrılan yollar filmi rejissor Ziya Şıxlinski tərəfindən 1997-ci ildə çəkilmişdir. Film "Azanfilm" studiyasında istehsal edilmişdir. Film Azərbaycan xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri namizədi, II Dünya müharibəsinin iştirakçısı, pedaqoq İsmayıl Şıxlının anadan olmasının 80 illiyinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri namizədi, II Dünya müharibəsinin iştirakçısı, pedaqoq İsmayıl Şıxlının anadan olmasının 80 illiyinə həsr olunmuşdur.Sənədli bioqrafik film görkəmli yazıçının həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açır.