Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alabay
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Malaxay
Malaxay - türk və altay mifologiyasında cəza tanrısıdır. Mankalay və ya Mangalay olaraq da tanınır. Yakutların inancında, yeraltı aləmində günahkar insanların cəzalarını tərtib edən tanrılardan biridir. Adı süvari, atlı mənaları daşıyır.
Abaxay xan
Abaxay xan (28 noyabr 1592 – 21 sentyabr 1643, Mancuriya) Nurxasi xanın səkkizinci oğlu — Mancuriya dövlətinin qurucusu. == Həyatı == Mancurlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular. Abaxay xan 1626-cı ildə ulu xan və imperator seçildi. Abaxay xan 1643-cü ilin sentyabr ayında vəfat etmişdir. == Ədəbiyyat == Oleq NepomninИстория Китая: Эпоха Цин. XVII — начало XX века. М.: Восточная литература, 2005. ISBN 5-02-018400-4 Э. Паркер — Китай, его истории, политика и торговля, 1903 г.
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Alaxan Sultan
Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı. == Həyatı == Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı. 2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir.
Abaxan
Aladağ
Aladağ — Adana ilinin ilçəsi. Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu ve Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir.İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır.Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur. == Etimologiyası == Aladağın keçmiş adı Karaköy olub 1973-cü ildə Karsantı olaraq dəyişdirilmişdir. Bura 1987-ci ildə ilçə mərkəzi olduqda bugünkü adı verilmişdir.
Aladaş
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Aladaş dağı — Zəngilan rayonu ərazisində dağ; Aladaş dərəsi — Zəngilan rayonu ərazisində dərə.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osm. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Alaqaya
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alazan
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Alaşar
Alaşar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1604-cü ildə yaradılmışdır.[mənbə göstərin] == Etimologiya == Alaşar kənd adının mənası talış dilində "alçaq dağlıq yer" deməkdir. Alaşar Cəlilabad rayonunun Komanlı inzibati ərazi vahidində kənd. Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, İinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır. == Toponimikası == Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, şinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır.
Alipay
Alipay (çin. 支付宝) — Alibaba Qrupuna daxil olan və dünyanın böyük ödəniş sistemlərindən biridir. 2004-cü ildə qurulub. Alibaba Qrupunun təklif etdiyi məhsulların ödənişi üçün qrup daxilində istifadə üçun yaradılıb, ancaq sonradan digər şirkətlərdə istifadə etməyə başlayıb və hal hazırda 930 mindən çox digər şirkət də bu ödəmə sistemindən istifadə edir. Bu yaxınlarda şirkət sifarişlərin birbaşa mobil telefondan ödənilməsi üçün bir sistem inkişaf etdirib və Çinin ən böyük mobil operatorlarından biri olan "China Unicom" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2018-ci ilin dörduncu rübunun nəticələrinə əsasən Alipay sistemi, Çin ərazisindəki onlayn ödəmə bazarının 55,32 faizinə sahibdir. == Tarixi == 6 iyul 2009-cu il tarixinə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 milyonu, gündəlik dövriyyəsi isə 700 milyon yuanı keçib. 2010-cu ilin dekabr ayına qədər Alipay ödəmə sistemində 550 milyondan çox istifadəçi qeydiyyatdan kjeçir və hər gün təqribən ümumi məbləği 385 milyon dollar olan 8,5 milyon əməliyyat həyata keçirilir. 2011-ci ilin nəticələrinə görə Alipay payı elektron ödəmələr seqmentindəki ödəmə sistemi 50% -i keçir. Bu isə təxminən 46 milyard dollarlıq əməliyyat idi.
Alzamay
Alzamay (rus. Алзамай) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinin tərkibinə daxildir.
Amaday
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Atabay
Atabay — İran türkmənlərinin Yəmut elinin oymaqlarındandır.
Ataxal
Ataxal — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ataxal oyk, mür. Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Zəyəm çayının sağ sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrdə Qaraboyun Ataxal adlı bir nəfər bina etmişdir. Kənddə Ataxal bulağı da var. Hazırda kənddə yaşayan nəsillərdən biri qaraboyunlu adlanır. 1930-cu illərdən başlayaraq kənddən xeyli ailə Zəyəm çayının sol sahilinə köçmüş, bir qədər aralıda Təzə Ataxal adlı yeni kənd salmışdır. Türk dillərində ata sözünün "baba", "yaşlı kişi, erkək" və s. mənaları ilə yanaşı "təyin etmək, göndərmək" mənasında işlənməsinə də təsadüf olunur.
Ağaçay
Ağaçay — Qubadlı rayonu ərazisində çay. == Toponimikası == Qubadlı rayonu ərazisində çay. Bazarçayın qoludur. Yerli məlumata görə, çay vaxtilə oradakı yaylaq yurdundan istifadə edən Ağa adlı pirani bir seyidin adını daşıyır. Hidronim ağa (böyük, enli, güclü) və çay (hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir.
Balağay
Balağay - Yuxarı Qarabağın Arasbar nahiyəsində kənd adı. == Həmçinin bax == Arasbar == Ədəbiyyat == Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994. Ələkbərli Ə. Qədim türk-oğuz yurdu. Bakı, 1994.
Qalaçay
Qalaçay — Oğuz rayonu ərazisində çay. == Haqqında == Qalaçay Türyançayın sağ qoludur. Mənbəyini Malqamut dağının cənub yamacından (2700 m. yüksəklikdən) alır, Filfilli kəndi yaxınlığında çoxlu qollara ayrılır və bu qolların bəziləri Nəzər çayı ilə birləşir. Çayda güclü sel hadisələri baş verir. Ağçay, Filfilçay, Xaçmazçay da adlanır. Çay adını yaxınlıqdakı qalanın adından almışdır. == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. Bakı, 2007.
Solaxay
Solaxay — sağ əlinə nisbətən, sol əlindən daha çox istifadə edən adam. İnsanların təxminən 15 %-i, hər yeddi nəfərdən biri solaxaydır. Beynəlxalq solaxaylar günü — hər ilin 13 avqustunda qeyd edilir.
Talaçay
Talaçay — Böyük Qafqaz dağlarının cənub ətəklərində, mənbəyini elə həmin dağlardan götürən və Qanıx (Alazan) çayına tökülən, Zaqatala rayonu ərazisindən axan çay. Qidalanmasında qar və yağış suları əsas yer tutur. Axımı tənzimlənməyib.
Ataçay
Mənbəyini Xızının Altıağac Milli Parkıdan alan çay. == Haqqında == Ataçay Çayı Altıağac Milli Parkından mənbəyini götürmüş sonu Siyəzən rayonuna gələn çaydır. Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir. Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir. Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır).
Alaha
Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.