AĞAXAN

böyük hökmdar, baş xan; yol göstərən.
AĞAHÜSEY
AĞAKAZIM
OBASTAN VİKİ
Ağaxan Abdullayev
Ağaxan Minaxan oğlu Abdullayev (6 fevral 1950, Bakı – 25 dekabr 2016, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1998). == Həyatı == Ağaxan Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 1958–1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almışdır. 1969–1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil almışdır. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışır. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat etmişdir.
Ağaxan Ağabəyli
Ağaxan Ələsgər oğlu Ağabəyli (22 dekabr 1904, Kür Qaraqaşlı – 20 avqust 1980, Bakı) — kənd təssərrüfatı elmləri doktoru, professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (hal-hazırda Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyası) müxbir üzvü (1956). AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm hadimi (1964). Camışçılıq elminin banisi. == Həyatı == Ağaxan Ağabəylinin atası Ələsgər Soltan oğlu Ağabəyli varlı, ziyalı, tacir və mülkədar olmuşdur. 1923-cü ildə Salyanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfat fakültəsinə daxil olur və oranı bitirdikdən sonra göndərişlə Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki salyan peşə məktəbinin direktoru (1927–1929) təyin olunur, daha sonra bakı və Şəkidə aqronom – zootexnik (1929–1930) işləyir. Orta və ali məktəblərdə oxuduğu 1920–1927-ci illərdə təhsil almaqla paralel olaraq xalq məhkəməsinin istintaq şöbəsində kargüzar və Salyan şəhərinin sosial – təminat şöbəsində işaparıcı, Bakı və Salyan şəhərlərində müəllim vəzifələrində çalışmışdır. 1925–1926-cı illərdə o, tələbə elmi xətti ilə ətlik ingilis qoyun cinslərinin yetişdirilməsi tarixini öyrənmək məqsədilə Ukraniyadaki Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutuna , onların yunluq və ətlik məhsuldarlığını öyrənmək məqsədilə Askaniya-Nova Hibridləşdirmə İnstitutuna, habelə professor N. D. Potyomkinin rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olmaq üçün Moskva və Leninqrad şəhərlərinə göndərilmişdir. A. Ə. Ağabəyli 1930-cu ildə "İri buynuzlu qaramalın genetika və seleksiyası" ixtisası üzrə Moskva ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun aspiranturasına daxil olmuş və "Ləzgi cinsli qoyunlar və onların meronoslarla çarpazlaşdırılmasının nəticələri" mövzusunda tədqiqatlar aparmışdır. A. Ə. Ağabəylinin bir alim kimi formalaşmasında N. D. Potyomkin, E. N. Liskin, A. S. Serebrovski, M. A. Dyakov, N. İ. Kalugin, İ. V. Fiqurovski, V. T. Smirnov-Loginov və b. Görkəmli alimlərin böyük rolu olmuşdur.
Ağaxan Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nasirəddin şah Qacarın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Ağaxan Nəzərov
Ağaxan Salmanlı
Ağaxan Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. == Həyatı == Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Ağaxan Salmanov
Ağaxan Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı. == Həyatı == Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Ağaxan Talışınski
Ağaxan Talışınski (tam adı: Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski; 19 sentyabr 1885, Lənkəran, Lənkəran qəzası – 21 dekabr 1949, Bakı) — Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor, Kiyev Dövlət İnstitutunun tibb fakültəsinin məzunu. == Həyatı == Həkim, travmatoloq-orteped, Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Ağaxan (Əbülfət bəy) Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ağaxanın əsil adı – Mir Əbülfətdir. Bu ad onun babası Mir Əbülfət xanın (1823–1877) adıdır. Atası Mir Rza xanın (1863–1932) ilk oğul övladı olduğu üçün, ənənəyə görə, atasının adını ona vermişdir, lakin babanın adını daşıyan ilk övlada ailədə ikinci ad olaraq Ağaxan deyilmişdir. Əbülfət bəy Talışinskinin ömür yoldaşı Hacı Zeynalabdin Tağıyev təsis etdiyi qız məktəbini bitirmiş Kişvər xanım Xanoğlan bəy qızı Talışinskaya idi. Onların bir oğlu və bir qızı olmuşdur. Oğlu tibb elmləri namizədi, travmotoloq həkim Əziz (Abbasqulu) Talışinski, qızı Adilə (Lyalya) xanım Talışinskaya. == Təhsili == Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-ci ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə qəbul olur.
III Ağaxan
III Ağaxan Sultan Məhəmməd xan (ing. Sir Sultan Mahomed Shah, Aga Khan III; 2 noyabr 1877[…], Kəraçi, Britaniya Hindistanı və ya Britaniya Hindistanı – 11 iyul 1957[…]) — ismailik təriqətinin 48-ci imamı (1885-ci ildən), Hindistan burjua dairələri ilə əlaqədar olan siyasi xadim. == Həyatı == III Ağaxan Sultan Məhəmməd xan 2 noyabr 1877-ci ildə o dövrlər Britaniya Hindistanının tərkibində olan Kəraçi şəhərində anadan olmuşdur. Onun anası Nəvvab Aliyə Şəmsülmülk Fətəli şah Qacarın nəvəsi idi. III Ağaxan 1930–1932-ci illərdə London konfransında və 1932, 1934–1937-ci illərdə Millətlər Cəmiyyəti iclaslarında Hindistan nümayəndə heyətinə rəhbərlik etmişdir. Onun bir çox ölkədə müəssisələri var idi. III Ağaxan dini məsələlərdə islamda burjua modernizminin tərəfdarı olmuşdur. O, 11 iyul 1957-ci ildə İsveçrənin Cenevrə şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Daftary, F., "The Isma'ilis: Their History and Doctrines", Cambridge University Press, 1990. Naoroji M. Dumasia, A Brief History of the Aga Khan (1903).
Ağaxan (titul)
Ağa Xan — İsmaili dini icmasının başçısı və Nizarinin irsi titulu . İran şahı Fəth Əli şah bu titulu qızı Fatimə vasitəsilə Məhəmməd peyğəmbərin nəslindən sayılan Kirman hakimi (1800-1881) kürəkəni Əbülhəsənə verib . Lakin sonra I Ağa Xan 1838-ci ildə İranda uğursuz üsyana rəhbərlik etdikdən sonra Əfqanıstan və Sindhə qaçdı . Böyük Britaniyanın dəstəyini qazanaraq Bombeydə məskunlaşmağı bacardı . Əbül Həsənin nəvəsi Sultan Məhəmməd şah (1877-1957), Ağa Xan III Hindistanın siyasi həyatında mühüm rol oynamış , müsəlman əhalidən Britaniya müstəmləkəçiliyinə dəstək almağa çalışmış , xüsusən də bütün dövlətlərin prezidenti olmuşdur. == Ağa Xan İnkişaf Şəbəkəsi == 1967-ci ildə İsmaili İmaməti tərəfindən yaradılmış, bir çox beynəlxalq təşkilatlarla, o cümlədən BMT, BMTİP, BMT-nin Narkotiklərə Nəzarət Proqramı, Dünya Bankı və s., eləcə də bir çox dövlətlərlə əməkdaşlıq edən ən böyük beynəlxalq özəl təşkilatlardan biridir. 1998-ci ildə təşkilat Qazaxıstanla əməkdaşlığa başlayıb, 31 avqust 2000-ci ildə Ağa Xanın Qazaxıstana ilk səfəri baş tutub və nəticədə Tacikistanın iştirakı ilə Orta Asiya Universitetinin yaradılması haqqında Müqavilə imzalanıb .
Ağaxan (film, 2006)
Ağaxan filmi rejissor Oqtay Əlizadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film xanəndə, muğam ustası, Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edir. Filmdə xanəndənin doğulub boya başa çatdığı yerlər göstərilir, özü həyatının ən maraqlı məqamlarını danışır. == Məzmun == Film xanəndə, muğam ustası, Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edir. Filmdə xanəndənin doğulub boya başa çatdığı yerlər göstərilir, özü həyatının ən maraqlı məqamlarını danışır. Xanəndə 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü idi.
Əmir Ağaxan sultan Müqəddəm
Əmir Ağaxan sultan Müqəddəm - Qızılbaş sərkərdəsi, vilayət hakimi, elbəyi Əmir Ağaxan sultan XVI yüzilin sonu, XVII yüzilin önlərində yaşamışdı. Otuziki elinin Müqəddəm oymağındandır. Arazbar qəzasının Xanarxı kəndinə doğulmuşdu. I Şah Abbas Qarabağda olarkən Otuziki elinin başçısı Əmir Ağaxan sultan Müqəddəmi Marağaya hakim təyin edib, oranı basqınçı kürdlərdən təmizləməsini istədi. Əmir Ağaxan sultan Müqəddəm doğma oymağı ilə Marağaya köçdü. Oranı kürdlərdən təmizləyəndən sonra özü Marağaya hakim, oymağı isə vilayətin axar-baxarlı yurdlarına sakin oldi. Şah bütün oymağı çobanbəyi, çöpbaşı vergilərindən azad etdi. Əmir Ağaxan sultanın Hüseynqulu xan adlı oğlu vardı. Onun soyu Rza şah Pəhləvinin hakimiyyətinə qədər Marağanı idarə etdi. Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
Qışlaq-i Ağaxan-i İxtiyar (Biləsuvar)
Qışlaq-i Ağaxan-i İxtiyar (fars. قشلاق اقاخان اختيار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (5 ailə).