Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almanax
Almanax — XIV-XV əsrlərdə astronomik hesablamaları əhatə edən təqvim cədvəllərinə verilən ad. Sonralar hər il nəşr edilməyə başlayan bu cədvəllərə şeirlər, zarafat ruhunda yazılar və s. əlavə olunmuşdur. Daha sonrakı dövrlərdə müxtəlif bədii və elmi əsərləri əhatə edən məcmuələrə alamanax adı verilmişdir. 1940-cı illərdə Bakıda “Nizami” almanaxı çap olunmuşdur. == Mənşəyi == Sözün mənşəyinin haradan gəldiyi dəqiq bilinmir, lakin bununla bağlı bir neçə nəzəriyyə var: Almanax sözü yunan sözü olan almenikiaka-dan gəlib, mənası təqvim deməkdir. Ən birinci almanaxlar tərkibində kənd təsərrüfatı, astroloji və meteoroloji məlumatlar olan təqvimlərdən ibarət idi. Digər bir iddia isə almanaxın mənşəcə ərəb sözü olan (əl-manāx) iqlim mənasını verdiyi ilə bağlı idi, hansı ki, havanın təbii şəkildə dəyişdirilməsini bildirirdi. Müasir mənasında da almanax müəyyən bir dövr üçün hava proqnozunu nəzərdə tutur. Bu, eyni zamanda iqlim deyə adlandırılan, xüsusi bir ərazi üçün nisbətən sabit hava şəraitidir.
Almanax (dəqiqləşdirmə)
Almanax —
Almanax (film, 2013)
Almanax qısametrajlı bədii filmi rejissor Eltun Baxışzadə tərəfindən 2013-cü ildə çəkilmişdir. Noize of Artın istehsalıdır. Film yuxuları ilə reallığı qarışdıran yazıçının əhvalatıdır. Əsas rolları Zaur Əliyarov, Fazil Əliyev, Fərrux Səlimxanlı, Cəmilə Ramazanova ifa edirlər. == Məzmun == Pavel (Zaur Əliyarov) ortayaşlı yazıçıdır. O, "P.İ.R" adlı almanax üzərində gərgin işləyir. Bu müddət ərzində qeyri-adi yuxular görür. Həm işinə, həm də yuxularına dərindən köklənən Pavel reallıqla yuxularını ayırd etməkdə çətinlik çəkməyə başlayır...
Qoşa qanad (almanax)
Qoşa qanad almanax
Almaarx
Almaarx — Yevlax rayonu ərazisində arx. == Haqqında == Tədqiqatçıların böyük əksəriyyətinin fikirlərinə əsasən, "alma" sözü ilə bağlı toponimlər alma ağacı ilə zəngin obyektləri bildirir. Lakin "alma" komponentli toponimlərin bağlı olduğu obyektlərin müxtəlifliyi və arealının genişliyi bu fikirlə razılaşmamağa əsas verir. Alma Ata (Tatarıstan), Alma Atı, Alma Arasan (Qazaxıstan), Alma Kerman, Alma Tamak, Alma Tarxan (Krım), Alma/Zeda Alma (Acarıstan), Almazar (Özbəkistan), Alma çayı (Krım dağlarından axır), Almalı (Azərbaycan, Cənubi Azərbaycan, Ermənistan) və s. coğrafi adların hamısı alma ağacı ilə bağlı ola bilməz. Türk dillərində alma sözünün "meyvə növü" mənasından başqa "dəyişmə"; "alınma, götürülmə"; "üstün, daha yaxşı" "turş"; "almat/almatı" şəklində isə "təbəə, rəiyyət, tabelik" mənalarında işləndiyini və Alma Atı (Qazaxıstan) şəhərinin və Almatinka çayının rus mənbələrində "Vernıy", "reka okolo Vernoqo" adlanmasını nəzərə alsaq bu fikri təsdiq etmiş olarıq. Bu baxımdan Yevlax rayonununda Almaarx hidronimi alma (alınma) və arx (su obyekti termini) sözlərindən düzəlib, "hansısa su hövzəsindən alınma, ayrılma arx" deməkdir. == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. İki cilddə. I cild.
Alzamay
Alzamay (rus. Алзамай) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinin tərkibinə daxildir.
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Almata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Almaran (Sərdəşt)
Almaran (fars. ‎ال مران‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (16 ailə).
Çingiz Alqazax
Çingiz Alqazax (1938, İğdır – 1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu. == Həyatı və fəaliyyəti == 1938-ci ildə Türkiyənin İqdır şəhərində dünyaya gəlmişdir. 1931-ci ildə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Şıxlinskinin oğludur. Türkiyədə Hərbi Aviasiya Məktəbini bitirmişdir. Paraşüt-desant idmanı üzrə Avropa çempionu olmuşdur. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, aviasiya hərbi eskadrilyasının komandiri olmuşdur, albay (polkovnik) rütbəsinədək yüksəlmişdir. 1992-ci ildə Ankarada vəfat etmiş, dövlət və ordu rəsmilərinin iştirakı ilə dəfn olunmuşdur .
Alalax dövləti
Alalax, şimal Levantın "Amuq" olaraq bilinən bir bölgəsində tapılan bir arxeoloji sahənin adıdır. Amuq, Aralıq dənizinin şimal-şərq küncünün yaxınlığında yerləşən geniş, məhsuldar bir vadidir. İçərisindən sel suları qalın bir allyuvium qatını çökdürən aşağı Orontes çayı axır. Amuq, Türkiyə Respublikasının Hatay vilayətinin bir hissəsidir. Cənub və şərqdə Suriya Ərəb Respublikası ilə həmsərhəddir.Amuq, bəlkə də tarixən, Roma imperatorluğunun ən böyük şəhərlərindən biri olan Orontesdəki (müasir Antakya) klassik Antropiya metropolinin şərqindəki daxili bölgə olaraq bilinir. Ancaq vadi ən azı eramızdan əvvəl 6000-ci ildən bəri sıx bir şəkildə işğal edilmişdir. Neolit ​​dövründən bəri bütün dövrlərə aid qədim yerlərin böyük konsentrasiyası onu arxeoloji araşdırmalar üçün cəlbedici bir bölgəyə çevirir. 1930-cu illərdə Chicago Universitetinin Şərq İnstitutu və İngilis arxeoloq Sir Leonard Woolley tərəfindən arxeoloji tədqiqatlar və qazıntılar aparıldı. Şərq İnstitutu 1995-ci ildə yeni arxeoloji layihələrə başlayaraq Amuqa qayıtdı. Bu layihələr Amuq Anketindən ibarət idi, bütün vadidə qədim landşaft xüsusiyyətlərinin və məskunlaşma nümunələrinin araşdırılması və Alalax (müasir Tell Atchana) yerində genişmiqyaslı qazıntılar aparılması üçün idi.Alalax, Amuqun cənub hissəsində, Orontes çayının Aralıq dənizinə doğru qərbə doğru əyildiyi yerə yaxın yerdədir.
Almami Ture
Almami Ture (28 aprel 1996, Bamako) — Liqa 1 komandalarından olan Monako FK klubunda müdafiəçi kimi çıxış edən Malili futbolçudur. == Həmçinin bax == Almami Ture 28 aprel 1996-cı ildə anadan olub. == Klub karyerası == Ture futbola Monako FK-ın gənclərdən ibarət yığmasında başlamışdır. Ture liqada debütünü 20 fevral 2015-ci ildə səfərdə 1–0 qələbə qazandıqları Nitsa OGK klubuna qarşı oyunda etmişdir. O, 35 dəqiqə Leyvin Kurzavanı əvəz etmişdir. Bernardo Silva görüşdə yeganə qolu vurmuşdur. İlk oyununa isə 25 fevral 2015-ci ildə Emireyts stadionunda keçirilən və sürpriz şəkildə Monako FK-ın Arsenal FK üzərində 3–1 hesablı qələbəsi ilə başa çatan oyunda çıxmışdır. Ture 19 may 2015-ci ildə Monako ilə 4 illik yeni müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 20 mart 2016-cı il məlumatlarına əsasən.
Alma almaya bənzər
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Turş almalar (film, 2016)
Turş Almalar (Türkcə: Ekşi Elmalar) 2016 istehsalı rejissorluğunu və ssenarsini Yılmaz Ərdoğanın etdiyi filmdir.Filmin Başrollarında Farah Zeynəb Abdullah Şükran Ovalı və Songül Ödən var. Köməkçi rollarda isə Şükrü Özulduz, Fatih Artman, Ərsin Qorxut, Canər Cindoruk, Cəzmi Basqın-dır.Filmin istehsalatını BMM edir. 27 Oktyabrda İstanbulda qala gecəsi olub. == Aktyorlar == == Mükafatları == 22.
Olmaq və Olmamaq (Ernest Heminquey)
Olmaq və Olmamaq Ernest Heminqueyin 1937-ci ildə Çarlz Skribnerin Oğulları tərəfindən nəşr olunmuş romanıdır. Kitab Florida ştatının Key West şəhərindən olan balıqçı gəmisinin kapitanı Harri Morqandan bəhs edir . “Olmaq və Olmamaq” Heminqueyin “ Bahar selindən” sonra ABŞ-da yazdığı ikinci romanı idi. 1935-1937-ci illər arasında arabir yazılan və İspaniya Vətəndaş Müharibəsi zamanı İspaniyadan irəli-geri səyahət edərkən yenidən işlənmiş roman 1930-cu illərdə Key West və Kubanı təsvir edir və həmin vaxt və məkan haqqında sosial şərh verir. Heminqueyin bioqrafı Jeffrey Meyers romanı yazarkən Heminqueyin İspaniya Vətəndaş Müharibəsində Respublikaçı fraksiyaya verdiyi dəstəyin məruz qaldığı marksist ideologiyadan çox təsirləndiyini təsvir etdi . Əsər qarışıq tənqidi qarşılandı.Roman, Heminqueyin əvvəllər dövri mətbuatda dərc olunmuş iki qısa hekayəsindən (“Bir səfər” və “Təccarın qayıdışı”) başlanğıc fəsillərindən və daha sonra yazılan, təxminən üçdə ikisini təşkil edən bir novelladan qaynaqlanır. kitab. Hekayə müxtəlif vaxtlarda, müxtəlif personajlar tərəfindən müxtəlif nöqteyi-nəzərdən izah edilir və personajların adları həmin fəsli kimin nəql etdiyini göstərmək üçün tez-tez fəsil başlıqları altında verilir. == Xülasə == Heminquey Harrini Depressiya Dövrünün adi bir işçisi kimi təsvir edir , dəhşətli iqtisadi qüvvələr tərəfindən Kuba və Florida arasında qaçaqmalçılıqla məşğul olan qara bazar fəaliyyətinə məcbur edilir . Varlı bir balıqçılıq kirayəsi müştərisi ("Var olanlardan biri") üç həftəlik balıq ovu səfərindən sonra heç bir ödəniş etmədən Harrini itib-bataraq Harrini məhrum edir.
Alma almaya bənzər (film, 1975)
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2014)
Qisas almadan ölmə. Keçmişdən məktublar — 2014-cü ildə çəkilmiş rejissor Oqtay Mirqasımovun filmi. == Məzmun == XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub. Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib.Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur. Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir.Filmin bəstəkarı Elmar Feldir. == Mükafatları == 2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülmüşdür.“Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülüb. == Təqdimatı == 2015-ci ildə İsraildə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin premyerası olub.Rollarda: Ramiz Əzizbəyli == İstinadlar == == Mənbə == Наталия Бабинцева. Общий дом. Журнал "Баку".
Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. == Qərarın qəbulu == Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919–1920 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar. 1919–1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi.