Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaşıqçı almazı
Qaşıqçı almazı — 86 karat çəkiyə malik və ətrafdan iki sıra 49 ədəd brilyantla bəzədilmiş dünyanın ən məşhur 22 almazından biri. Hazırda Topqapı sarayı muzeyində sərgilənir. Topqapı muzeyindəki bu almaza niyə "Qaşıqçı almazı" deyildiyi haqda bir neçə rəvayət vardır. Bunlardan ən ağla batanı brilayntın quruluşunun oval olması və qaşığa bənzəməsidir. Almazın Osmanlı Sarayına necə gəlməsini bir neçə rəvayətlə bağlayırlar. Əfsanəyə görə 1774-cü ildə Pijo adlı bir fransız hərbçisi, bu almazı Hindistanın Mədrəs Mihracesinden pulla alaraq Fransaya aparmışdır. Burada satışa çıxarılan almazı Napoleon Bonapartın anası alır ve uzun illər paltarının sinəsində gəzdirir. Lakin Napoleon sürgünə göndərildiyi zaman oğlunu xilas edə bilmək üçün almazı məcburən satır. Həmin vaxt Fransada olan Təpədələnli Əli Paşanın adamlarından biri paşanın adından 150 min qızıl pula almazı alır və paşaya gətirir. Sultan II Mahmudun dövründə Təpədələnli Əli Paşa dövlətə qarşı çıxdığı üçün öldürülür və paşanın bütün əmlakı müsadirə olunaraq Osmanlı xəzinəsinə göndərilir.
Sansi almazı
"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri. Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir. Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb. Rus tədqiqatçısı Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazı tapan Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər.
Qan almazı
Qan almazı — müharibə zonasından çıxarılaraq qiyamı, işğalçı ordunu və terrorizmi maliyyələşdirmək üçün satılan almaz. Termin müəyyən ərazilərdəki almaz ticarətinin mənfi nəticələrini vurğulamaq və ya hər hansı almazın bu cür ərazidən gətirildiyini qeyd etmək üçün istifadə olunur. 20-21-ci əsrlərdə vətəndaş müharibələri zamanı Anqola, Fil Dişi Sahili, Syerra-Leone, Liberiya, Qvineya və Qvineya-Bisaudan çıxarılmış almazlara bu etiket verilmişdi. Qan almazları mütəşəkkil cinayətkarlıq sindikatları tərəfindən qara bazarda satmaq məqsədi ilə qaçaqmalçılıq yolu ilə gətirilə də bilər. Müharibə iqtisadiyyatı və siyasi ekologiya elmlərindəki işləri ilə tanınan alim Filip Lö-Bilon "münaqişə resursları" arqumentini belə təsvir edir ki, ən qiymətli resurslar xüsusilə münaqişədəki daha zəif qüvvələr üçün əlçatan olanlardır və bu resurslar onları "motivasiya" edə və fəaliyyətlərini davam etdirməyə xidmət edə bilir. Buna baxmayaraq qlobal bazarlardakı əmtəə qiyməti silahlı münaqişə iştirakçıları üçün təbii sərvətin iqtisadi dəyərinin ölçülməsi üçün doğru etalon deyil. Qiymətli daşlar öz dəyərlərinə görə olduqca yüngül və kiçikdirlər ki, bu da onları "qarət üçün əlverişli" edir. Digər tərəfdən qızıl, kimberlit kimi qiymətli faydalı qazıntıların dərindən çıxarılması kapital tutumlu obyektin istismarını və saxlanılmasını tələb edir və alüvial çöküntülər əksinə, sadə alətlərdən istifadə etməklə ucuz şəkildə istismar edilə bilər. Buna görə də allüvial almazlar daha asan istismar olunur.
Almalı
Yaşayış məntəqələri Azərbaycanda Almalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ermənistanda Almalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd. Almalı (Paşalı) — Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı rayonunda kənd. Türkiyədə Almalı (Antalya) — Türkiyənin Antalya ilində şəhər.
Almatı
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927–1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Almadı (Xoy)
Almadı (fars. امينه ده‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (44 ailə).
Almalı (Antalya)
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Almatı (dəqiqləşdirmə)
Almatı - Qazaxıstanın geçmiş paytaxt şəhəri Almatı vilayəti - Cənubi Qazaxıstan regionda vilayət.
Almatı Metropoliteni
Almatı metropoliteni — Qazaxıstannın Almatı şəhəri və Almatı vilayətində nəqliyyat vasitəsi == Tarixi == Almatı metropoliteninin 1 dekabr 2011-ci ildə təntənəli açılışı olub..
Almatı teleqülləsi
Almatı Televiziya Qülləsi ya da sadəcə Almatı Qülləsi, 371.5 metr (1,219 ft) hündürlüklü poladteleviziya qülləsi 1975-ci və 1983-cü illər arasında Almatı , Qazaxıstanda inşa edilmişdir. Qüllə Kok Tobe dağının yüksək yamaclarında yerləşir (qaz. Көктөбе Almatı şəhərinin cənub-şərqində "mavi təpə" deməkdir). Digər oxşar televizor qüllələrindən fərqli olaraq, beton deyil, polad boru strukturludur. Dünyanın ən hündür dəmir boru polad quruluşudur. Qüllə 371.5 m (1219 ft) uzunluğundadır.114 metrə yaxın metal hissəsidir ki, dəniz səviyyəsindən 1000 metr yüksəkliyə çatır. 146 m və 252 m hündürlükdə iki yüksək sürətli lift ilə qalxmaq mümkün olan iki müşahidə platformaları var. Ancaq ictimaiyyətə açıq deyil. Qüllə, memarlar Terziyev, Savçenko, Akimov və Ostroumov tərəfindən tikilmişdir. Almatı zəlzələlərə qarşı xüsusilə həssas olduğundan, televiziya qülləsi Rixter şkalasında 10 bal gücünə qədər zəlzələlərə qarşı dayanıqlı şəkildə hazırlanmışdır.
Almatı vilayəti
Almatı vilayəti (qaz. Алматы облысы) — Cənubi Qazaxıstan regionda vilayət. Qazaxıstanın üç, Qırğızıstanın iki vilayəti və Çinin bir Muxtar Rayonu ilə həmsərhəddir: qərbdə — Qazaxıstanın Cambul vilayəti ilə; şimal-qərbdə — Qazaxıstanın Karağandı vilayəti ilə; şimal-şərqdə — Şərqi Qazaxıstan vilayəti ilə; şərqdə — Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə; cənubda — Qırğızıstanın Çuy və İsıkgöl vilayətləri ilə.
Mancuriya alması
Mancuriya alması (lat. Malus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır.
Meşə alması
Meşə alması (lat. Malus sylvestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır. Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur. Soyuğa, quraqlığa davamlı bitkidir. İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır. Əfsanəyə görə, bu mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur. İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.
Qızıləhməd alması
Qızıləhməd alması (lat. Malus niedzwetzkyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Vətəni müəyyən edilməmişdir. Orta Asiyada yayılma ehtimalı var. 2-6 (8) m hündürlüyündə ağacdır. Çətiri çadırvarıdır. Yaşlı ağaclarda gövdə qabıqları az bükülmüş, qonurtəhər-boz rəngdə olur. Çoxillik budaqları və cavan ağacların gövdəsi qırmızımtıl-qonur rəngdədir. Budaqları tikansız olub, bir qədər yoğuntəhər, tünd qırmızı rəngdədir, illik zoğları qaradır. Yarpaqları tünd yaşıl və ya qırmızımtıldır, tərs yumurtavarı, ellipsvarı və ya uzunsov olub, ucu qaralmış, çox vaxt qaidəyə yaxın hissəsi pazşəkillidir, yarpaqlarının təpə hissəsi qısa, sivri ucludur.
Sarjent alması
Sarjent alması (lat. Malus sargentii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Vətəni Yaponiyadır. Növün adı Harvard Universiteti Dendrarisinin direktoru Çarlz Spreq Sardjentin (1841-1927) şərəfinə adlandırılmışdır. Kolun hündürlüyü və eni təxminən 2-3 metrdir. Çətiri hamar-şarşəkillidir. Yarpaqların payız rəngi sarı-narıncıdır. Qönçələri yumru formalı, kiçik, uzun erkəkciklidir. Çiçəkləri ağdır, nazik, uzun çiçək saplağında yerləşir. Meyvələri xırda, şarşəkiklli, tünd qırmızıdır, budaqlarda çox qalır.
Sinab alması
Sinab alması — Azərbaycanda məşhur alma sortlarından biridir. Azərbaycanda əsasən Quba rayonunda yetişdirilir.
Almalı (Mahnişan)
Almalı (fars. المالو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 426 nəfər yaşayır (93 ailə).
Almatı yemişanı
Almatı yemişanı (lat. Crataegus almaatensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Orta Asiyadır. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, yumru çətirli ağacdır. Yarpaqlarının diametri 7-8 sm, ayanın üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıldır, aprelin ikinci yarsında kütləvi yarpaqlama müşahidə olunur. Çiçəkləri ağdır, diametri 1,2 sm-ə qədər olan çətir çiçək qrupuna yığılmışdır. Mayın axırı və iyunun birinci ongünlüyü daxil olmaqla 13-15 gün ərzində çiçəkləyir. Meyvələrin diametri 1,3-1,6 sm, yumru, tünd-qırmızı çəyirdəkmeyvədir, sentyabrın birinci ongünlüyündə yetişir. Vegetativ və toxumla çoxaldılır. == Ekologiyası == İşıqsevəndir, soyuq, tüstü və qaza davamlı bitkidir.
Asiya alması
Asiya alması (lat. Malus asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Dumer alması
Dumer alması (lat. Malus doumeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Almatı Muzeyi
Almatı Muzeyi (qaz. Алматы мұражайы) — Vernenski uşaq evinin keçmiş binasında yerləşən Almatı (Qazaxıstan) şəhərinin tarixi muzeyi. == Muzey == Almatı Muzeyi 2001-ci ildə ziyarətçilərin üzünə açılıb. Almatı Muzeyinə mədəni və təbii landşaftın qorunub saxlanıldığı "Boralday Saki kurqanları"na aid padşah məzarlığı kompleksi daxildir. 2016-cı ildə muzey keçmiş Vernenski uşaq evinin bina kompleksinə köçürülüb. Muzeyin ekspozisiyası 11 dövrü birləşdirən 40 mindən çox eksponatı birləşdirir. Bunlar: “Almatının qədim tarixi”, “Almatının orta əsrlər tarixi”, “Qazax dövlətçiliyinin başlanğıcında”, “Yeddisu etnoqrafiyası”, “Almatı tarixinin Vernenski dövrü”, “XX əsrdə Almatı”, “Mədəniyyət və incəsənətin inkişafı”, “Alpinizm tarixi”, “Jeltoksan”, “Almatı və millətin lideri”, “Sülh və harmoniya modeli” dövrləridir. Muzey 2017-ci ilin avqustundan “Hər kəs üçün muzey” proqramında iştirak edir. Muzeydə fiziki qüsurlu şəxslər üçün interaktiv ekskursiyalar təşkil edilir. Muzeydə həmçinin tarixi videomaterialların və nadir artefaktların proyeksiyasını nümayiş etdirməyə imkan verən müasir ekspozisiya qurğuları da vardır.
Almalı (Bostanabad)
Almalı (fars. المالو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 305 nəfər yaşayır (64 ailə).
Almalı (Daşkəsən)
Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Almadi burnu
Almadi burnu (fr. Pointe des Almadies) — Yaşıl burun yarımadasının qutacağında yerləşir. Afrika materikinin qərb qutacağıdır. Seneqal ərazisində yerləşir. == Tarixi == VII - VI əsr b.e.ə Finikiyalılar ərazidə olmuşlar. Avropalılardan isə ilk olaraq portuqaliyalı dənizçi Diniş Diaş 1444-ci ildə ərazidən keçmişdir ( bəzi mənbələrdə 1445 il).
Armazi (şəhər)
Armazi (gürc. არმაზი) və ya Armaztsixe (gürc. არმაზციხე, lat. Harmozika) — Gürcüstanda, Msxetadan 2 km şimal-qərbdə və Tbilisidən 22 km şimalda yerləşən qədim şəhər. Qədim şəhərin tarixi Böyük Msxetanın bir hissəsini təşkil edir. Bu yerdə İberiya çarlığının paytaxtı olan qədim Armazi şəhəri yerləşirdi. Xüsusilə eramızın ilk əsrlərində çiçəklənən Armazi, 730-cu ildə ərəb istilası nəticəsində dağıdıldı. == Arxeologiyası == Armazi ərazisində 1890-cı ildə aparılmış kiçik qazıntılar zamanı şəhərin daş pilləkənli çiy divarlarının plintəsi üzə çıxarılmışdır. Qazıntılar zamanı, I əsrə aid qadın gövdəsinin daş parçaları tapılmış, iki otaqlı mənzil də təmizlənmişdi. 1943-cü ildən 1948-ci ilə qədər Gürcüstan Milli Elmlər Akademiyasından Andria Apakidzenin rəhbərliyi ilə genişmiqyaslı qazıntılar aparılmış, qazıntılar 1985-ci ildə bərpa edilərək bu günə qədər də davam etdirilir.