1. sif. Ölmüş, həyatı tərk etmiş, cansız (diri ziddi).
// is. Ölmüş adam, meyit, cənazə. Ölülər və dirilər. Ölünü yarmaq. Ölünü basdırmaq.
2. sif. Gəbərmiş, canı çıxmış (heyvan haqqında). Ölü toyuq. Ölü pişik.
// is. Ölmüş heyvan cəsədi; cəmdək. İt ölüsü. Qoyun ölüsü.
3. sif. Qurumuş, solmuş, solğun, cansız (bitki haqqında). Ölü ağac. Ölü ot.
4. sif. Cansız, həyat əlamətindən məhrum. Ölü çöl. Ölü şəhər.
5. is. məc. Heç bir şeyə qabil olmayan, bacarıqsız, atil adam haqqında. Ölünün biridir.
6. sif. məc. Durğun, ətalətli, fəaliyyətsiz, təsirsiz, çox zəif, cansız.
◊ Ölü dil – mövcud olmayan, lakin ancaq yazılı abidələrdən məlum olan qədim dil.
Ölü düşmək – yorğunluq və s. nəticəsində hərəkətdən qalmaq, hərəkət edə bilməmək. Yorğunluqdan ölü düşmək.
Ölü rəngi – meyit rəngi, rəngi qaçmış, qanı qaçmış, saralmış.
Ölünü (yerdən) götürmək – ölünü dəfn etmək üçün qaldırıb aparmaq. Ölünü saat beşdə yerdən götürəcəklər.
Ölü yesə dirilər – çox dadlı, cana xeyirli şey haqqında.
Ölü nöqtədə – eyni vəziyyətdə, hərəkətsiz.