Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amitay Etsioni
Amitay Etsioni (ivr. ‏אמיתי עציוני‏‎, ing. Amitai Etzioni; 4 yanvar 1929, Köln, Prussiya[d] – 31 may 2023, Vaşinqton; doğum adı Verner Falk (alm. Werner Falk‎)) — təşkilat sosiologiyası, sosioiqtisadiyyat, kommunitarizm, sosial və siyasi fəlsəfə, beynəlxalq münasibətlər nəzəriyyəsi (yeni qlobal memarlığın formalaşması) sahəsindəki işləri ilə tanınan alman yəhudi əsilli amerikalı sosioloq. 1990-cı illərin əvvəllərində kommunitar hərəkatların qurucularından biri olmaqla yanaşı hərəkatın fikirlərini yaymaq üçün kommunitar şəbəkələrin qurucusu idi. == Bioqrafiyası == === Məzun olmadan əvvəl === Amitay Etsioni 1929-cu ildə Kölndə yəhudi ailəsində anadan olub. Ailəsi 1930-cu illərdə məcburi Fələstinə qaçmışdır. Etsioni Qüdsdəki İbrani Universitetini bitirmişdir (1954-cü ildə bakalavr dərəcəsi, 1956-cı ildə magistr dərəcəsi). Müəllimləri arasında Martin Buber də var idi. 1958-ci ildə Berkli Universitetinin Kaliforniya Universitetində Sosiologiya üzrə doktorluq dərəcəsini almışdır.
Amit Quluzadə
Amit Quluzadə — "Qaradağ Lökbatan" klubunun baş məşqçisi və keşmiş azərbaycanlı futbolçu. == Karyerası == 20 noyabr 1992-ci ildə Bakıda anadan olub. Amit peşəkar futbolçu karyerasına "Neftçi"də başlayıb. 2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin "Kayseri Erciyesspor" klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi "Rəvan"da top qovub. 2013-cü ildə "Qəbələ" FK yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb. 2017-ci ilin Yanvar ayında isə Yunanıstanın Larrisa FK klubu ilə 2.5 illik müqavilə imzaladı. === Məşqçi karyerası === Quluzadə 2024-cü ilin sentyabr ayında "Qaradağ Lökbatan" klubunun baş məşqçisi təyin edilmişdir.
Aditi
Aditi (sanskr. अदिति – nəhayətsiz) — hinduizmdə Veda ilahəsi, sonsuzluğun təcəssümü. Veda tanrıları Varuna, Surya, Puşan, Mitra, Savitar, İndra, Vinşu və başqaları "tanrılar anası" hesab edilən Aditinin oğulları sayılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Aditi (Hindu deity) // Encyclopædia Britannica. Ancient Religions & Mythology. 1998-06-20. 5981. İstifadə tarixi: 2021-06-30. Gopal, Madan. Gautam, K.S. (redaktor).
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.
Amitis
ı Amitis (e.ə. 630 – e.ə. 565) — Midiya hökmdarı Kiaksarın qızı və ya nəvəsi, Babil hökmdarı II Navuxadonosorun arvadı olmuşdur. == Evlənməsi == Amitis Midiya və Babil çarlığı arasında ittifaqa uyğun şəkildə, formal olaraq Babil hökmdarı II Navuxadonosora ərə verilmişdir. == Babil Asma bağı == Babilə köçdükdən sonra çox darıxan və həmişə qəmgin olan Amitisdən bunun səbəbini soruşduqda o, vətəni Midiya, onun bağları və meşələri, təmiz bulaqları və saf havası üçün darıxdığını qeyd edir. Bu sözləri eşidən hökmdar, Babilin ən böyük memarlarını çağıraraq, arvadının darıxmaması üçün Babildə Midiya bağlarına oxşar bağ salmağı əmr edir. Bundan sonra midiyalı xanım Amitisin şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babil Asma Bağı salınır.
Amitoz
Amitoz — bölünmə hüceyrə bölünmələr arasında enerji sərfinə görə ən səmərəli bölünmə üsulu hesab olunur. Mitoz bölünmədən fərqli olaraq, burada bölünmə vətərlərinin yaranması, xromosomların spiral halında burularaq yoğunlaşması, nüvə pərdəsinin itməsi kimi hallar müşahidə olunmur. Xromosomlarda qısalma və yoğunlaşma baş vermədiyi üçün onlar işıq mikroskopu altında görünmürlər. Amitoz bölünmə zamanı hüceyrə enerjisi bəzi hallarda yalnız DNT-nin ikiləşməsinə kifayət edir. DNT-nin bu cür bir neçə dəfə ikiləşməsi nəticəsində bəzən nəhəng xromosomlar yaranır. Əksər hallarda isə hüceyrə enerjisi DNT-nin ikiləşməsi ilə bərabər, həm də nüvənin bölünmısinı kifayət edir, sitoplazma isə bölünə bilmir. Belə bölünmələr adətən çoxnüvəliklə nəticələnir. Amitoz bölünmənin bəzi formalarında isə nüvə bölünməsindən sonra sitoplazma da bölünə bilir və DNT ilə bərabər digər hüceyrə kompenentlərinin qız hüceyrələr arasında müstəqil paylanması baş verir. Bu zaman əvvəl nüvə, sonra isə sitoplazma ortadan ikiyə bölünür. Əgər irsi məlumatlar və hüceyrə kompenentləri qız hüceyrələr arasında qeyri-bərabər paylanarsa, bu adətən hüceyrənin məhvi ilə nəticələnir.
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. == Təsviri == Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Amrita
Amrita (sanskr. अमृत; azərb. əbədilik‎) – hind mifologiyasında əbədilik nektarı (içkisi). Ambroziyaya uyğundur. Amrita ilə bağlı əsatirlər geniş yayılmışdır. Ən məşhur əsatirə görə, dünya okeanının tanrılar və asuralar tərəfindən çalxalanmasından sonra oradan əlində Amrita ilə dolu qab tutan günəş ilahəsi Dhanvantari peyda olur. Digər əsatirə görə, Haruda anası Vinatinin azad olunması üçün bu içkini tanrılardan oğurlayıb ilannaqlara verməli idi. Döyüşdə Haruda İndranın başçılıq etdiyi tanrılara qalib gəlir və əbədilik içkisini qənimət kimi alaraq ilalara verir. Lakin sonra Haruda Amritanın geri alınması üçün İndraya kömək edir və əbədilik içkisi tanrılara qaytarılır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Unity
Unity - Canonical tərəfindən Ubuntu üçün yaradılan qrafik istifadəçi interfeysdir. KDE, GNOME, Xfce, LXDE qrafik interfeyslərindən fərqli olaraq, Unity proqramlar toplusu deyil, mövcud proqramları istifadə etmək üçün sistemdir.
AMDT
Azərbaycan Milli Dirəniş Təşkilatı Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli müqəddəratını təyinetmə haqqını əldə etmələri üçün dinc mübarizə aparan təşkilat. Azərbaycan Milli Dirəniş (Muqavimət) Təşkilatı 19 mart 2006-cı ildə Cənubi Azərbaycanda yaradılmışdır. Cənubi Azərbaycanda fars şovinizmilə mubarizə aparan milli təşkilatlardan biridir. Yayımladığı məramnaməsində təşkilatın Azərbaycan vətəni və türklüyü əsas tutaraq Cənubi Azərbaycanda yaşayan türklərin öz siyasi gələcəklərini təyinetmə haqqını əldə etmələri üçün dinc şəkildə mübarizə aparmaqdadır. Araz News saytı təşkilatın rəsmi xəbər orqanı olaraq 3 sentyabr 2010-cu ildə Babək Çələbiyanlı tərəfindən qurulmuşdur. Hazırda Araz News 3 dildə Cənubi Azərbaycan haqqında xəbər və məlumatlar yaymaqdadır. Təşkilat irqçiliyə, terrorizmə qarşı fəaliyyət göstərir, həmçinin Cənubi Azərbaycanda yaşayan dini azlıqların İran rejimi tərəfindən pozulan haqlarını mudafiə edir. Təşkilatın ilk sözçüsü Davud Turan olmuşdur. Hazırda təşkilatın rəsmi sözçüsü ABŞ-də yaşayan milli fəal Babək Çələbiyanlıdır. 2016-cı ildə isə təşkilat Cənubi Azərbaycanın şəhərlərində gizli olaraq 10-cu ildönümü munasibəti ilə tədbirlər keçirib.
AMİP
Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır. Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 12 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Amil
Amil — Azərbaycanlı kişi adı. Amil Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Amil Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Amil Qasımov — Azərbaycanlı samboçu.
Amiş
Qəribə geyimləri ilə bərabər modernizmi və texnologiyanı rədd edən Amişlər əcnəbilər üçün maraq obyekti olmaqla yanaşı istər Amerikada, istərsə də dünyada bir çox insan onların varlığından xəbərsizdir. Amişlərin əcdadları 1500-cü illərdə ən başda İsveçrə olmaqla, bir çox Avropa ölkələrində yaşamışdır. Amişlər adlarını "Jacob Amman"-dan (topluluğun banisi) almışdır. Amişlərin dini Xristian dini olmaqla bərabər Protestanlıq məzhəbinə daha yaxındır və Anavaptist (revaptister-təkrar xaç suyuna salınma) qoluna mənsubdurlar. Anavaptistlər dövlət və kilsə bağlantısını rədd edərək ayrıca bir qol müəyyənləşmişdirlər. İlk Amişlər 1700-cü illərdə Pensilvaniya ştatında məskunlaşmışdılar. Daha sonra buradan bütün Amerikada məskən salıblar. Amişlər dini düşüncələrdən irəli gələn "Sadə həyat" anlayışı ilə yaşamlarını davam etdirirlər. Bu gün Amişlərin sayı Amerikada 150.000 və ya 200.000 arasındadır və əksəriyyəti Ohio, Pensilvaniya , İndiana və Lowa ştatlarında yaşayırlar. Amişlər daha çox əkinçiliklə məşğul olur lakin dülgər, faytonçu və açarçılıq kimi peşə nüvləri ilə məşğul olanlarda var. Evlərində isə qaz lampası və XIX əsrdə istifadə edilən ev alətləri istifadə edilir.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395 və ya 400, Klermon-Feran – 18 avqust 457, Qalliya) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Amin
Amin bu mənaları ifadə edə bilər:
Eria amica
Euphorbia mainty
Euphorbia mainty (lat. Euphorbia mainty) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Family Guy
Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir. "Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
Kelvin Amian
Kelvin Amian Adou (8 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəni sağ cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Tuluza === Amian Tuluza akademiyası ilə inkişaf etmişdir. Liqa 1-də debütünü 14 avqust 2016-cı ildə Marsel klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Karl Şmitt
Karl Şmitt (alm. Carl Schmitt‎; 11 iyul 1888[…], Plettenberq[d], Prussiya – 7 aprel 1985[…], Plettenberq[d], Şimali Reyn-Vestfaliya) — alman hüquqşünası, siyasi fəlsəfəci və Nasist Partiyasının üzvlərindən biri idi. Şmitt siyasi hakimiyyətin effektiv istifadəsi haqqında geniş yazmışdır. Mühafizəkar nəzəriyyəçi olaraq, o parlament demokratiyası, liberalizm və kosmopolitizmin tənqidçisi kimi qeyd olunur, onun əsərləri siyasi nəzəriyyəyə, hüquq nəzəriyyəsinə, kontinental fəlsəfəyə və Siyasi teologiyaya böyük təsir göstərmişdir, lakin Nasist partiyasıyla olan keçmişinə görə mübahisəli hesab olunur. Şmittin əsərləri çoxsaylı filosofların və siyasi nəzəriyyəçilərə böyük təsiri olmuşdur. Məs. Hanna Ardent, Valter Benyamin, Jak Derrida, Yürgen Habermas, Fridrix fon Hayek, Slavoy Jijek və s. == Həyatı == Şmitt Almaniya İmperiyasının Vestfaliya əyalətinin Plettenberq şəhərində anadan olub. Valideynləri Plettenberqdə məskunlaşmış Eyfel bölgəsindən olan Roma Katolikləri idi. Berlin, Münhen və Strasburqda hüquq təhsili aldı və 1915-ci ildə o vaxtkı Almaniya Strasburqunda məzuniyyət və dövlət imtahanlarını verdi.
Maks Amini
Maks Amini (ing. Max Amini; fars. مکس امینی‎‎; 23 sentyabr 1977, Tuson, Arizona) — ABŞ komediyaçısı. == Həyatı == Atası İranın İsfahan şəhərindən olan fars, anası isə Təbriz azərbaycanlısıdır.
Mark Smiti
Mark Smiti (1 mart 1973) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mark Smiti Avstraliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Mark Smiti Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Istakan-Arıta
Istakan-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malikdir. Cənub-qərb sahilləri sıldırımlıdır. Adada 5 metr hündürlüyə malik təpə vardır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Sinniqes-Arı adası yerləşir. Ərazisində elədə böyük olmayan gölləri vardır.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kyulyus-Arıta
Kyulyus-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə doğru uzanır. Səthi hamardır. Cənubunda 5 metr hündürlüyü olan təpəcik vardır. Üzəri bataqlıqlaşmışdır.