Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amoralizm
Amoralizm — mövcud moral tələblərə əməl etməmək, bir sözlə, əxlaqsızlıq, pozğunluq etmək deməkdir. "Amoralizm" Azərbaycan dilinə hərfi tərcümədə "əxlaqsızlıq" kimi səslənir. Bizim gündəlik danışıq dilimizdə işlənən "əxlaqsız" sözü amoralist mənasındadır.
Aforizm
Aforizm (yun. αφορισμός, aphorismos) — qısa kəlam, ümumiləşdirilmiş, bitkin, dərin mənalı fikir, hikmətli söz deməkdir. == Xarici keçidlər == Aforizm Çoxlugu – ingilis dilində. Muasir Aforizm – ingilis dilində.
Orfizm
Orfizm (yun. Ορφικά) — təxminən miladdan öncə VII – VI yüzilliklərdə Yunanıstanda yaranmış din. Orfizmdə kifayət qədər fəlsəfi görüşlər də olmuşdur. Orfizmin adı mifik igid, musiqiçi və incəsənətin rəmzi olan Orfeus’la (yun. Ὀρφεύς) bağlıdır. Əfsanələrə görə o, çay tanrısı Oyaqros (yun. Οἴαγρος) və Kalliope (yun. Καλλιόπη) adlı muzanın (yun. μοῦσα) oğlu idi. Olimpus dağının yanında bir qəsəbədə yaşayırdı.
Cinsi dimorfizm
Cinsi dimorfizm (q.yun. δι- — iki, μορφή — forma) — eyni cinsdən olan erkək və dişi arasındakı anatomik fərqdir. Cinsi dimorfizm özünü müxtəlif fiziki xüsusiyyətlərlə göstərə bilər. Ölçü. Əksər məməlilərdə və toyuqkimilərdə erkəklər dişilərdən daha böyük və ağırdır. Bir çox quşlarda (xüsusilə yırtıcı quşlarda), suda-quruda yaşayanlarda və buğumayaqlılarda, dişilər bir qayda olaraq erkəklərdən daha böyükdür. Tısbağalarda və ilanlarda dişilər erkəklərdən daha böyükdür; kərtənkələlərdə, əksinə, bir qayda olaraq, erkəklər dişilərdən daha böyükdür; gekkonlar istisna təşkil edir, onlarda böyük ölçü dişilərə xassdır. Tük örtüyü. Kişilər üçün saqqal, aslanlar və ya babuinlər üçün yal. Rəng.