Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ANATOLLU

    "şərq" mənasında olan Anadolu (Kiçik Asiyanın qədim adı) adının dəyişdirilmiş forması. "Anaddulu" deməkdir.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ANAYOLU

    is. etnoqr. Köhnə məişətdə: ərə gedən qızın ər evindən anasına gətirdiyi hədiyyə, sovqat

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ANADOLU

    "şərq" mənasında olan Anadolu (Kiçik Asiyanın qədim adı) adının dəyişdirilmiş forması. "Anaddulu" deməkdir.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ANAYOLU

    (Gəncə) ərə gedən qızın anasına gətirilən hədiyyə. – O şalı anayolu almışam

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • ANAYOLU

    сущ. 1. лейтмотив (основной мотив) 2. подарок для матери, принесённый дочерью из дома мужа

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ANADOLU

    Yunan sözüdür. “Şərq”, “Günəş” deməkdir. 

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ANAYOLU

    ...(bəy) evindən qızın ailəsinə göndərilən hədiyyə el arasında anayolu adlanır. “Böyüklərin yolunu gözlə” deyirik. Hər iki halda yol sözü “hörmət” mənas

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ANAYOLU

    сущ. этногр. гъуьлуьз фейи руша гъуьлуьн кӀваляй вичин дидедиз гъидай бахшиш, савкьват (куьгьне майишатда)

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • anayolu 2021

    anayolu

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • аятолла

    -ы; м. (перс. 'āyatollāh отмеченный Аллахом из араб. 'āya - творение и al-Ilāh - Аллах, Бог) У шиитов в Иране: высший духовный титул учёного-богослова; лицо с таким титулом.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • AJANS

    agentlik, nümayəndəlik; anadolu ajansı – anadolu xəbər agentliyi; ticaret ajansı – ticarət agentliyi

    Tam oxu »
    Türkcə-azərbaycanca lüğət
  • DOĞU

    şərq, şərqi; orta doğu – orta şərq; doğu anadolu – şərqi anadolu şərq, şərqi

    Tam oxu »
    Türkcə-azərbaycanca lüğət
  • RUMİ

    f. 1) rumlu, Rumdan olan; avropalı; 2) bizanslı; anadolulu.

    Tam oxu »
    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti
  • ABDAL

    Anadolu və Əfqanıstanda yaşayan türk tayfalarından biri; bilikli, qanacaqlı.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • RUMİ

    Anadoluya aid olan, anadolulu; Türkiyədə yaşayan yunan; Rumdan olan; ağ üzlü rum gözəli.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • RUMİYA

    Anadoluya aid olan, anadolulu; Türkiyədə yaşayan yunan; Rumdan olan; ağ üzlü rum gözəli.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • RUMİYƏ

    Anadoluya aid olan, anadolulu; Türkiyədə yaşayan yunan; Rumdan olan; ağ üzlü rum gözəli.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • RUMİYYƏ

    Anadoluya aid olan, anadolulu; Türkiyədə yaşayan yunan; Rumdan olan; ağ üzlü rum gözəli.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ƏFŞARLAR

    ...тюркоязычного племени, проживающего на севере Ирана и на юге Анатолии)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • LARİNQOLOGİYA

    I сущ. мед. ларингология (наука, изучающая анатомию, физиологию и заболевания гортани) II прил. ларингологический. Larinqologiya kabineti ларингологич

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • SEYHAN

    ...dənizininin İskəndərun körfəzinə tökülən bir çayın adıdır. Anadolu türkləri bu adı Seyhun və Ceyhun çaylarının adlarına uyğunlaşdırmışlar.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • SEYHANƏ

    ...dənizininin İskəndərun körfəzinə tökülən bir çayın adıdır. Anadolu türkləri bu adı Seyhun və Ceyhun çaylarının adlarına uyğunlaşdırmışlar.

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • проштудировать

    ...штудированию. Проштудировать учебники. Проштудировать доклад. Проштудировать анатомию. Основательно проштудировать что-л.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • OXRANMAQ

    “Səs salmaq” deməkdir. Oy “səs” mənasında Anadolu türklərində indi də işlədilir. Oxumaq (петь) sözü ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiy

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • QARĞIDALI

    İraq türkmənləri buna ağ darı, bəyaz darı, Anadolu türkləri mısır deyir­lər. Bizim alimlər “budaqlı, qollu ( dal “budaq”dır) qarğı” kimi yozurlar. (Bə

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • GOD

    Anadolu türkləri bu sözün yerinə kovan işlədirlər. Vedrə sözünün əvəzinə kova deyirlər. God “arı yeşiyi” deməkdir. Güman ki, kovan sözünün təhrifidir.

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • YILMAZ

    Maqazanik göstərirdi ki, Anadolu türklərində yılmaq feili var və qorxmaq sözünün sinonimidir. Yılmaz adı həmin feillə bağlıdır, mənası “qorxmaz” demək

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ODABAŞI

    Anadolu türkləri otaq əvəzinə oda işlədirlər. Odabaşı isə rus dilindəki “швейцар” mənasında işlədilir (hərfi mənası: “otağın böyüyü” deməkdir). İndi “

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • HACILEYLƏK

    Anadolu türkləri buna “Hacı-baba” deyirlər, farslarda hacıleylək kimi işlədilir. Bizdə bəzən, sadəcə, “ley” deyirlər. İri köçəri quşdur. Məkkə tərəfə

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • YASOVUL

    ...qanunlarını qoruyan”, “əmri icra edən (məmur)” deməkdir. Yasa sözü Anadolu türklərində indi də qanun mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiy

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • BƏLLİ

    ...qohumdur. Qaqauz dilində onun mənası “очевидный” anlamında şərh olunub. Anadolu türklərində bəlirmək sözü “meydana çıxmaq”, bəlirsiz kəlməsi “naməlum

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • AZI DİŞ

    Bir ehtimala görə, burada azı hissəsi əzmək sözü ilə bağlıdır. Anadolu türk­ləri buna “üyüdücü diş” deyirlər.Yemi əzən əsas dişlər azı dişdir. İkinci

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • İÇKİ

    ...həm də isim kimi işlədilir. İçmək –“içəriyə ötürmək” deməkdir (Anadolu türkləri siqareti də içirlər), içəri sözü iç yer birləş­mə­sindən əmələ gəlib.

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • TARAKAN

    ...kimi işlədilir, mənası “qaçağan” (bərk qaçan) kimi açıqlanıb. Anadolu türklərində söz dızıxan formasındadır ki, bu da “qaçan” deməkdir. Əvvəlcə feili

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • TUTÇULUQ

    ...проблемы тутоводства 2. научная дисциплина, изучающая морфологию, анатомию, систематику, селекцию, сорта и другие особенности тутовых деревьев II при

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • AYTAC

    ...planetinin adı ilə əlaqədardır: “başında Aydan tacı olan” deməkdir. Anadolu türklərində söz birinci, bizdə isə ikinci mənada çox işlədilir. (Bəşir Əh

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • SƏMƏND

    ...ibarət olan rəngdir. Buna rusca буланый, саврасый deyirlər. Anadolu türkləri kula (ehtimal ki, quba sözünün dəyişmiş formasıdır), donlu sözlərindən i

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • SATAŞMAQ

    Anadolu türklərində sata feili “işə qarışmaq” mənasında qeydə alınıb. -ş şəkilçisi qayıdış feil də düzəldir (dırma-ş-maq, gərnə-ş-mək, gic-i-ş-mək, d

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • İLĞIM

    İlıq sözü ilə qohumdur, “isti” deməkdir (Anadolu türkləri yalğın işlədirlər). Müxtəlif formalarda qeydə alınb: yayğın, yalğın, yaltın və s. Mənası rus

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • BÜRKÜ

    ...bağlıdır. Ağır hava adamı bürüyür (boğur) və nəfəs almağı çətinləşdirir. Anadolu türklərində bürkü əvəzinə boğucu, sıcaqlıq ifadəsi işlədilir. Deməli

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • GİZLƏNPAÇ

    ...dillərinin çoxunda “спрятатьтся” mənasını verir). Gizlənpaç sözü Anadolu türklərində saklambaç, Aşqabad türklərində qizlənqeçek kimi yazılır. (Bəşir

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • SANILI

    ...san sözü möv­cuddur. Deməli, Sanılı sözü “hörmətli” deməkdir. İndi Anadolu türklərində həmin söz sayın şəklində işlədilməkdədir. Sani (Süleyman Sani

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • HUYUQ

    ...olunub və xalqda oyuq, uyuq, hoox və s. formalarda işlədilir. Anadolu türkləri uyuq (huyuq) yerinə, məhz qorxuluq sözünü işlədirlər. (Bəşir Əhmədov.

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ORDU

    Türk dillərində orda sözü “xan sarayı” anlamında işlədilib. Anadolu türkləri hər­bi düşərgəyə ordu deyirlər. Kaşqar şəhərinin adı bir vaxt Ordukənd ol

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • BƏBƏ

    ...bəbə deyirlər. M.Fasmer həmin kəlməni ingilis mənşəli hesab edir. Anadolu türklərində bəbək kimi işlədilir. Məncə, söz türk mənşəlidir və bala kəlməs

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • KƏND

    ...yarımqrupuna daxil idi), mənası “şəhər” deməkdir. Bizdə məna dəyişib, Anadolu türklərində isə qədim məna qal­maqdadır. Biz kənd yerinə köy işlətmişik

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ƏKİZ

    ...yalxı (yal-nız, yəni tək) sözüdür. Beş balanın birdən doğulmasına Anadolu türkləri beşiz deyirlər (beşər kəlməsindən r-z əvəzləməsi yolu ilə əmələ gə

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • YASTI

    ...deməkdir). Yastıq (əsli: yatsıq) sözü də bunlarla qohumdur. Anadolu türklərində bu söz yassı kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • QARANQUŞ

    ...kimi olub. Sürətlə və sapma vuraraq uçduğu üçün belə adlanıb. Anadolu türklərində kurlanğuc balıq ifadəsi “qanadlı balıq” mənasında işlədilir. Quş sü

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • QAŞQA

    ...ağıtma kəlmələri ilə ifadə edilib, “ağ ləkə” kimi açıqlanıb. Anadolu türklərində qaşqa yerinə akıtma işlədilir. Deməli, ağ sözü ilə bağlıdır. Sözün s

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
OBASTAN VİKİ
Anatollu Qəniyev
Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu – 1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. == Həyatı == Anatollu Qəniyev 1931-ci ildə Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur. "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (E. Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.
Əhməd Anatollu
Əhməd Muxtar oğlu Səfərov (Anatollu) (7 noyabr 1894, Bakı – 7 aprel 1973, Bakı) — Azərbaycan teatr aktyoru, məzhəkə ustası, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Əhməd Anatollu 7 noyabr 1894-cü ildə Bakıda, əslən Maştağalı olan şair Muxtar Bisavadın ailəsində doğulmuşdur. Səhnəyə ilk dəfə 1912-ci ildə Hüseyn Ərəblinskinin "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında hazırladığı "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşasında çıxmışdır. "Nicat" truppasında, "Zülfüqar bəy və Üzeyir Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr dəstəsinin tamaşalarında oynamışdır. Dövrünün qabaqcıl aktyorları ilə Orta Asiya ölkələrinin böyük şəhərlərinə, İdil çayı (Volqa) boyundakı türkdilli şəhərlərə, İrana, Rəştə, Ənzəliyə, Tehrana qastrol səfərlərinə çıxmışdır.Əhməd Səfərov milli estrada teatrı janrında fəaliyyət göstərən ilk sənətkarlardan biridir. "Anatollu" onun səhnə təxəllüsüdür. 1922–1925-ci illərdə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, 1923–1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında aktyor işləmişdir. 1926-cı ildə Tiflis Dövlət Türk Dram Teatrının kollektivinə qəbul olunmuş, 1927-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Estradasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmişdir. 1939–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1949-cu ildən təqaüdə çıxana qədər isə Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir.Əhməd Anatollu 7 aprel 1973-cü ildə Bakıda vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Qafqazın müdafiəsinə görə" medalı — 1946 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı == İfa etdiyi əsas rollar == Tənqid və Təbliğ TeatrındaAzərbaycan Dövlət Dram TeatrındaAzərbaycan Dövlət Musiqili Komediya Teatrında == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli.
Anatollu Qəniyev (film)
Anatollu Qəniyev qısametrajlı sənədli televiziya filmi İctimai televiziyada istehsal edilmişdir. Film Azərbaycan muğənnisi Anatollu Qəniyev haqqındadır. == Məzmun == Film Azərbaycan muğənnisi, Azərbaycan Dövlət Filarmoniyasının, eləcə də Azərbaycan Dövlət Radio və Televiziyasının solisti olmuş Anatollu Qəniyevin həyat və yaradıcılığı haqqındadır.
Anatoliy
Anadolu
Kiçik Asiya — Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir. Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır. == Tarixi == Romalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kral III Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmiş Perqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti, Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.
Anatoli
Anatoli Banişevski — Azərbaycan futbolçusu və məşqçisi. Anatoli Torkunov — Rusiya diplomatı, tarixçisi, akademik. Anatoli Davidoviç - Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Lukyanov - Sovet partiya və dövlət xadimi Anatoli Karpov - şahmat üzrə 12-ci dünya çempionu Anatoli Lunaçarski - rus-sovet yazıçısı, tərcüməçi, akademik Anatoli Lyadov - rus bəstəkarı, dirijor, pedaqoq, Anatoli Papanov - sovet teatr və kino aktyoru Anatoli Rıbakov - Rusiya yazıçısı. Anatoli Kotenyov - Aktyor Anatoli Falkoviç - Aktyor Anatoli Smiranin — Aktyor Anatoli Ponomaryov - İsveç və Azərbaycan futbolçusu. Anatoli Aleksandrov - böyük sovet fiziki, üçqat Sosialist Əməyi Qəhrəmanı Anatoli Solovyov - Aktyor. Anatoli Yabbarov — Aktyor Anatoli Tebloyev - Rusiya futbolçusu, Anatoli Yeqorov - Aktyor Anatoli Terpitski — Belarus aktyoru, Belarusun əməkdar artisti. Anatoli Solovyanenko — Dünya şöhrətli tenor. Anatoli Strekov - texnika elmləri doktoru Anatoli Miller — rus türkoloqu. Anatoli Ravikoviç - SSRİ və Rusiya teatr və kino aktyoru. Anatoli Quskov — Azərbaycan SSR daxili işlər naziri (1953-1954), Anatoli Novoseltsev – Sovet şərqşünası.
Anatoli Anatoli oğlu Nuriyev
Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır. == Karyerası == === Klub === Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir. 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.
Anatoliy Lukyanov
Anatoli Lukyanov(rus. Анатолий Иванович Лукьянов; 7 may 1930, Smolensk – 9 yanvar 2019, Moskva) — Sovet partiya və dövlət lideri, Rus siyasətçi. Sovet Ittifaqi KP Mərkəzi Komitəsinin katibi (1987–1988), Sovet İttifaqı KP Mərkəzi Komitəsinin Siyasi Bürosunun namizədi(1988–1990).1993-cü ildən 2003-cü ilədək Rusiya Federasiyası Kommunist Partiyasının üzvü kimi Rusiya Dumasının deputatı. Şair. Rusiya Federasiyasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvü (1994–2000). SSRİ Ali Sovetinin sonuncu sədri (mart 1990 — sentyabr 1991), onun rəqibi olan ilk və son SSRİ prezidenti Mixail Qorbaçovun birinci köməkçisi. 1991-ci ilin avqust ayından 1992-ci ilin dekabrına qədər Fövqəladə Komitə iddiasında saxlanılaraq, hakimiyyəti ələ keçirmək üçün sui-qəsd edilib, sonra isə digər şübhəlilərlə birgə əfv verildi. Hüquq elmləri doktoru (1979), Moskva Dövlət Universitetinin professoru, Lomonosov (2004). Rusiya Federasiyasının əməkdar hüquqşünası (2012). == Həyatı == Bir əsgər ailəsində anadan olmuşdur.
Anatoliy Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
Anadolu Araşdırmaları
Anadolu Araşdırmaları — ing. Anatolian Studies , Türkiyə ve Qaradəniz bölgəsinin tarixi, arxeologiyası və sosial elmlərini əhatə edən illik hakimli akademik jurnaldır. 1951-ci ildə əsası qoyukmuşdur və Ankaradakı İngilis İnstitutu adından Cambridge University Press tərəfindən nəşr edilmişdir. Baş redaktoru Roger Matthews dir ( Reading Üniversiteti ). 2011-ci ildən bu tərəfə, BIAA həmçinin Heritage Turkey adı ilə hakimsiz, tam rəngli jurnal yayımlamışdır; daha əvvəl bu jurnal Anadolu Arxeologiyası adı verilmişdi.
Anadolu Hasarı
Anadolu Qalası (Gözəl Qala olaraq da tanınır) — İstanbulun Anadoluhasarı səmtində, Gögsü Dərəsinin İstanbul Boğazına töküldüyü yerdədir. Anadolu Qalası, 7.000 kvadratmetrlik sahə üzərində, Boğazın ən dar nöqtəsi olan 660 metr məsafədəki bölgəsinə 1395-ci ildə, İldırım Bəyazid tərəfindən inşa edilmişdir. Cenevizlilər, Bizansla birlik olub Qara Dənizdə (Göz, Quba və Amasra-da) koloniyalar qurmuşdular. Bu səbəblə, Boğaz keçidi Cenevizlilər üçün həyati əhəmiyyət daşıyırdı. Eyni vəziyyət Osmanlılar üçün də mövcud idi. Qarşı sahildə, İstanbulun Avropa səmtində yerləşən Rumeli Qala isə, 1451-1452-ci illər arasında II Mehmet tərəfindən bu xarici ölkələrin gəmilərinin keçidlərini nəzarətdə saxlamaq məqsədilə inşa etdirilib. II Mehmed, Rumeli Qalasını tikərkən bu qalaya kənar qala divarlar birləşdirmişdir. Anadolu Qala, daxili və xarici qala ilə bu qalaların qala divarlarından ibarətdir. İç qala düzbucaq şəkilli dörd mərtəbəli bir qüllədir. İlk tikilişində bir giriş qapısı olmadığı üçün, qülləyə iç qala divarlarına uzanan bir asma körpüdən girilirdi.
Anadolu Pələngləri
Anadolu pələngləri (tur. Anadolu Kaplanları) - 1980-ci illərdən günümüzədək Türkiyə iqtisadiyyatındakı və sənaye istehsalındakı payı diqqət çəkici ölçüdə və sürətdə artan bir qrup şəhər və bunların yaxın bölgələri üçün istifadə bir tərifdir. Həm də sənayeçi iş adamları və onların şirkətləri tərəfindən istifadə edilir. Anadolu Pələnglərinin liderliyini və paytaxtlığını Dənizli edir.Şəhərlər bazasında, tərifin xüsusilə Dənizli, Qaziantep, Qəhrəmanmaraş, Kayseri, Balıkəsir və Konya üçün istifadə edildiyi görülür. Bəzi mənbələr iqtisadiyyatın inkişaf tendensiyasında siyasi əks-səda doğurmağa çağırırlarsa da, bu tərif əsasən iqtisadi cəhətdəndir.Ən böyük inzibati mərkəzlərdəki şirkətlər ümumiyyətlə istehsal mərkəzlərinin yerləşdiyi yerdən asılı olmayaraq Anadolu Pələnglərinin tərifində qeyd edilmir. Lakin orta ölçülü şəhər mərkəzlərində istehsal əməliyyatlarını yerinə yetirən böyük şəhər şirkətləri nəzərə alındıqda, tərifin əhatə dairəsi daha da genişlənir. Anadolu Pələngləri məşhurları və xüsusilə də, Dənizli Sənaye şirkəti 2006-cı ildə ABŞ-nin ictimai televiziya kanalı PBS filminin beynəlxalq medianın müxtəlif məqalələrində çəkilən bir sənədli filmdə xüsusi rol verilmişdir.İstanbul Sənaye Otağının - Türkiyənin ən böyük min şirkətini dərəcələndirən illik araşdırmalarından ən yaxın tarixlisi olan 2005 sıralamasına görə, Anadolu Pələngləri tərifinə ən yaxşı nəzarət edən mərkəzlərdə məskun və Türkiyənin ilk 1000 içində iştirak edən şirkətlərin sayı cədvəldə iştirak etməkdədir. Qeyd edək ki, bu şirkətlər digər böyük şirkətlər və bir çox KOM-lardan sonra gəlirlər.İş dünyasında Anadolu Kaplanlarının tərifini və ya variantlarını istifadə edən mükafatlar, konfranslar və qurumlar var. Anadolu pələngləri, Şərqi Asiya ölkələrinin sürətli inkişafı üçün "Asiya Kaplanları" terminindən istifadə edirdi.
Anadolu Səlcuqspor
"Anadolu Səlcuqspor" FK (türk. Anadolu Selçukspor) — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu. == Tarixi == 1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur.2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.2014–15 mövsümünün əvvəlində Konya Səlcuqlu Bələdiyyəsinin tələbi ilə klubun adı "Anadolu Səlcuqspor" olmuşdur.
Anadolu Türkləri
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Anadolu Türkü
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Anadolu Universiteti
Anadolu Universiteti (AU) — 1958-ci ildə yaranmış, 1982-ci ildən isə Anadolu Universiteti adlandırılmışdır. == Tarixi == == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Anadolu bəylikləri
Anadolu bəylikləri (osm. بكلك, türk. beylik) — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər. Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Hülakülər dövlətinə tabe olmuşdular. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Hülakülərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdarlar – bəy olmuşdular.
Anadolu diaqonalı
Anadolu diaqonalı, Aralıq dənizinin şimal-şərq küncündən Qara dənizin cənub-şərq küncünə qədər Türkiyənin mərkəzindən və şərqindən diaqonal olaraq keçən və Türkiyə sərhədləri daxilində yuxarı Fərat çayının məcrasının bir hissəsini təxminən kəsən nəzəri ayırıcı xətdir. == Biocoğrafi sədd == Diaqonal ilk dəfə 1971-ci ildə britaniyalı botanik Piter Hedlend Devis tərəfindən təklif edilmişdir. O, diaqonalın qərbində mövcud olan bir çox bitki növlərinin şərqdə, şərqdə tapılan digər növlərinin isə qərbdə mövcud olmadığına diqqət yetirdi. Təhlil edilən 550 növdən 135-i "şərqi" və 228-i "qərbi" idi. Bununla belə, Devis hesab edirdi ki, bu fenomeni izah edə biləcək heç bir fiziki, geoloji və ya iqlim fərqləri və yaxud torpaq tipində dəyişiklik yoxdur. Anadolu diaqonalı nəinki bitki biomüxtəlifliyinə sədd yaradır, həm də 400-ə yaxın bitki növü bu diaqonala endemikdir və başqa heç bir yerdə onlara rast gəlinmir. 1989-cu ildə türk botanikləri T. Ekim və A. Günər o vaxta qədər səkkiz cildi nəşr edilmiş özlərinin "Türkiyə florası" kitabında ətraflı tədqiq edərək növlərin yayılmasını araşdırdılar. Onlar diaqonalın həqiqətən də mövcud olduğu qənaətinə gəldilər və müəyyən etdilər ki, nəzərdən keçirilən bitki növlərinin 33%-i bu və ya digər şəkildə diaqonaldan təsirlənir. Daha sonra bu fenomenin səbəblərini nəzərdən keçirdilər. Diaqonalın iki tərəfi arasında hündürlük fərqi var idi, qərbdəki ərazi daha aşağıda idi.
Anadolu fərziyyəsi
Anadolu fərziyyəsi 1987-ci ildə İngilis arxeoloqu Colin Renfrew tərəfindən hazırlanmış və proto-Hind-Avropalıların yayılmasının Neolit ​​Anadolusunda yarandığını irəli sürmüş bir nəzəriyyədir. Kurqan fərziyyəsinə qarşı akademik dairələrdə dəstəklənən ən mühüm nəzəriyyə hesab olunur. Anadolu fərziyyəsi, Neolit ​​dövründə Anadoluda yaşayan proto-Hind-Avropa dillərində (PHA) danışanların eramızdan əvvəl VII və VI minilliklərin Neolit ​​inqilabı zamanı yayıldığını və Hind-Avropa dillərinin tarixən yayılmasına səbəb olduğunu irəli sürür. Bu fərziyyəyə görə, Hind-Avropa dilləri eramızdan əvvəl VII minillikdə Aqrar inqilab nəticəsində Kiçik Asiyadan Avropaya sülh yolu ilə yayılmışdır. Bu fərziyyəyə görə, Neolit dövründəki ​​Avropa əhalisinin əksəriyyəti Hind-Avropa dillərində danışırdı və sonrakı köçlər əvvəllər mövcud olan Hind-Avropa dillərini başqa yeni gələn Hind-Avropa dilləri ilə əvəz etmişdir.
Anadolu gürzəsi
Anadolu gürzəsi (lat. Montivipera albizona) — gürzəkimilər fəsiləsinin kiçik asiya gürzəsi cinsinə aid biki növü. == Anadolu gürzəsi == Mərkəzi Türkiyədə yaşayan gürzə ailəsinin bir növ zəhərli ilanı. == Təsviri == Bir çox fərdləri kiçik olsa da, Anadolu gürzəsi 78 sm uzunluğa çatır. [3] Başı nisbətən böyükdür, boyundan açıq şəkildə ayrılır. Ağız yuvarlaq və kiçik pulcuq ilə örtülmüşdür. Burun açılması tək qalxan içərisində kəsilir. Göz qapaqları ilə sıx bağlı olan böyük supraorbital plitalar var . Bədəni 23 satır pulcuq ilə örtülmüşdür. Rəngi Qəhvəyi bozdur.
Anadolu tarixi
Anadolu tarixi – Qərbi Asiya yarımadası, Anadolu ətrafında yerləşən dövlətlər və sivilizasiyaları əhatə edir. Latınca Asia Minor adlanan bu coğrafi ərazi müasir Türkiyə ərazisində yerləşir. Qərbdə Egey Dənizindən, şərqdə Ermənistan sərhədindəki dağlara şimalda Qara Dənizdən və cənubda Aralıq dənizinə qədər uzanır. Anadoludakı ilk sivilizasiya izlərinə orta və şərqi Anadoludakı arxeoloji tapıntılarda rast gəlinir. Burada qədim qədim xalqların – Xətti, Akad, Asar və Hitit sivilizasiyalarının qalıqları, xalqlarının gündəlik həyatları və ticarət həyatları ilə əlaqədar bir çox nümunələri qalıb. Hititlerin süqutunda sonra Anadolunun qərb yaxasında Lidiyalılar və Frigiyalılar səhnəyə çıxıb. O dövrdə onlar üçün tək təhlükə olaraq Fars İmperiyası görünürdü. Lidyalıları yıxan farsların dövründə də Anadoluda liman şəhərləri inkişaf etdi və zənginləşdi. Zaman zaman üsyanlar olsa da bu üsyanlar çox böyük təhlükə yaratmadı. Makedoniyalı İskəndər səhnəyə çıxandan və III Daraya qarşı qazandığı zəfərlərlə bütün bölgənin idarəsini ələ keçirəndən sonra onun ölümündən dərhal sonra, qazandığı torpaqlar güvəndiyi generallarından bir çoxları və ayaqda qalmağı bacaran Galya, Pergamon, Pontus və Misirdəki digər güclü hökmdarlar arasında bölüşüldü.
Anadolu yarımadası
Kiçik Asiya — Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir. Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır. == Tarixi == Romalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kral III Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmiş Perqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti, Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.
Anatoli Yabbarov
Anatoli Əhmədoviç Yabbarov — aktyor == Həyatı == Anatoli Yabbarov 24 avqust 1937-ci ildə Bakıda anadan olub. Kinoaktyor Teatrının quruluşçu rejissorudur. Rusiyanın əməkdar artistidir.
Anatoli Yaqudayev
Anatoli Mixayloviç Yaqudayev (11 mart 1935, Mahaçqala, Dağıstan MSSR, RSFSR - 10 oktyabr 2014, Mahaçqala, Dağıstan, Rusiya Federasiyası) — Sovet və Rusiya və Dağıstan heykəltaraşı, Rusiya Federasiyasının əməkdar rəssamı (2002). == Həyatı == Anatoli Mixayloviç Yaqudaev 11 mart 1935-ci ildə Mahaçqalada anadan olub. Gələcək heykəltaraşın əcdadları Temir-Xan-Şuradan (indiki Dağıstan Respublikası, Buynaksk şəhəri) idi. Milliyətcə qumuq idi. Sadiq kommunist olan atası, 1933-cü ildə vəfat edən Xalq Maarif Komissarı Anatoli Vasilyeviç Lunaçarskinin şərəfinə oğluna Anatoli adını vermişdi. Anatoli Yaqudayev uşaq ikən Mahaçqala Pionerlər Evindəki təsviri sənət dərnəyində müəllim Y.İ.Laşkeviçlə birlikdə və D.A.Kapanitsının rəhbərliyi altında Xalq Yaradıcılığı Evinin sənət studiyasında oxuyurdu. 1949-cu ildə məşhur sovet heykəltaraşı Mixail Anikuşinin istehsal və heykəltaraşlıq emalatxanasında işləməyə başladı. Orada o əvvəlcə şagird olaraq, sonra isə heykəltaraş-formator kimi çalışmışdır. Yaqudayev 1953-1956-cı illərdə Sovet ordusunda xidmət edərkən ağır atletika üzrə Uzaq Şərq Hərbi Dairəsinin çempionu idi. 1963-cü ildə Serov adına Leninqrad Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakültəsini bitirib.
Anatoli Zöhrabbəyov
Zöhrabbəyov Anatoli Həsən oğlu (14.05.1909 - 1946) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933). Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin "İsgəndərnamə" mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. "Odlu diyar" tarixi* romanı "Drujba narodov" almanaxında, "Vətən uğrunda" jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir.