Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anemiya
Anemiya, həmçinin qanazlığı (Qədim yunan dilindən tərcümədə ἀναιμία anaimia, "qan çatışmazlığı", prefiks ilə, ἀν- an-, "antonim-inkar şəkilçi" + αἷμα haima, "qan") — qanda qan hüceyrələrinin sayının yaxud da, qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə səciyyələnən xəstəlik və ya müxtəlif xəstəliyi müşayiət edən patoloji hal. Digər izahla, qanın oksigeni daşıma qabiliyyətinin azalması. Anemiyaya çoxlu qan itirildikdə (yaralandıqda, mədə-bağırsaq, ağciyər, burun, uşaqlıq və s. qanaxmaları zamanı), kimyəvi maddələrlə zəhərləndikdə, bədxassəli şiş törəmələrində, B12 vitamini çatışmadıqda və s. hallarda rast gəlinir. == Başvermə == Anemiyanın baş verməsinə daha çox orqanizmdə dəmir çatışmazlığı səbəb olur; bu, "Dəmir defisitli anemiya" adlanır. Anemiyanın normoxrom, hipoxrom və hiperxrom növləri var. Rəng göstəricisi normoxrom anemiya zamanı dəyişmir, hipoxrom anemiyada azalır, hiperxrom anemiyada isə artır. Anemiyalar kəskin və xroniki olur. Müxtəlif travmalar, mədə xorası, uşaqlıq və ağciyər qanaxması nəticəsində sürətlə yaranan qanazlığında kəskin, qanaxma tədricən olduqda isə xroniki olur.
Anosmiya
Anosmiya (an – inkar şəkilçisi + yun. όσμή – qoxu hiss etmə) — qoxu hissinin olmaması, qoxubilmə qabiliyyətinin azalması - hiposmiya da ola bilər. Bu xəstəlik adətən qoxubilmənin bütünlüklə itirilməsi ilə müşahidə olunur. Lakin bir neçə əşyanın iyini bilməmək kimi hallarla da rastlaşılır. Səbəbləri arasında yuxarı tənəffüs yollarının infeksiyası, burun polipləri, hipotireodizm, Levi cisimcikli demensiya, alın payının şişi, Epilepsiya, Parkinson xəstəliyi, Alsheymer xəstəliyi və s. ola bilər. Anosmiya anadangəlmə və qazanılma olur. Qazanılma burunun selikli qişasında xəstəliklə əlaqədar dəyişiklik olduqda, zökəmdə, bəzən böyrək və bağırsaq xəstəliklərində müşahidə olunur.
Oraq hüceyrəli anemiya
Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş vermiş mutasiya sonucunda yaranır. Oraq hüceyrəli anemiya əcdadları malyariyanın yayğın olduğu tropik və subtropik bölgərəldə yaşamış şəxslərdə olur: Azərbaycan, Türkiyə, Yunanıstan, Səudiyyə Ərəbistan, Hindistan, Əfqanıstan, Afrika. Patoloji HbS hemolqlobini Tez-tez rastlanan genotiplər aşağıdakılardır: HbSS homoziqot HbS qarışıq heteroziqot HbS-β-Thal xəstəliyi HbSC xəstəliyi Daha nadir genetik kombinasiyalar isə bunlradır: HbSD HbS OArab HbS Lepore Oraq hüceyrəli anemiya erkən uşaqlıqda özünü büruzə verir. İlk 6 aylarında südəmər körpələr hemoqlobin F ilə qorunur, bundan sonra xəstəlik aşkar özünü göstərir. Xəstəliyin ən sıx rastlanan bəlirtisi vazo-okklyuziv krizlərdir (damar tıxanma krizləri, tutmaları). Bu zaman kiçik qan damarların oraqvarı eritrositlərlə tıxanır, və qan təchizatının pozulması işemik zədələnməyə və ağrılara gətirib çıxarır. Homoziqot Hb S daşıyıcılarının təqribən 50% bu cür ağrı tutmaları keçirir. Ağrıların təkrarlanma tezliyi xəstədən xəstəyə çox fərqlidir: bəzilərində ildə 6 və ya çox tutma olur, bəzilərində isə böyük fasilələrlə olur ya da heç olmur.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Amimiya
Amimiya — mimikanın zəifləməsi və ya heç olmaması halı. Ruhi xəstəliklər, parkinson xəstəliyi zamanı müşahidə olunur.
Anatomiya
Anatomiya — orqanizmin orqanlarının, toxumalarının, hüceyrələrinin quruluşunu və formasını öyrənən elm. Anatomiya sözü yunanca "anatemno" sözündəndir və mənası "yarıram" deməkdir. Heyvanlar ilə əlaqədar Heyvan anatomiyası (zootomy) bitkilərlə əlaqədar Bitki anatomiyası (phytonomy) deyilir ki, iki alt budağa bölünür. Bu bilik budaqlarından biri insan anatomiyasıdır ki, insanın orqanlarının necə düzülməsini və onların insan həyatındakı funksiyasını öyrənir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Təşrihül-bədən (تشریهول-بده‌ن) adlandırılmışdır. Anatomiyanın qolları bunlardır: Bitkilərin anatomiyası Heyvanların anatomiyası İnsanın anatomiyası.
Andriya
Andriya (it. Andria) — İtaliyanın cənubunda şəhər. Apuliya vilayətinin Bari əyalətindədir. Mənbələrdə adı ilk dəfə 915-ci ildə çəkilmişdir. 1041-ci ildə Andriya normanlar tərəfindən işğal edildikdən sonra "Andre" adlı qala-şəhərə çevrilmiş, 13-cü əsrdə Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin iqamətgahı olmuşdur. Şəhərdə 10–17-ci əsrlərə aid çox sayda memarlıq abidələri qorunub saxlanılmışdır. Şəhər 1799-ci ildə Fransa ordusunun dağıdıcı hücumlarına məruz qalmışdır. Yüngül və yeyinti sənayesi müəssisələri var.
Anomaliya
Anomaliya (yun. άνωμαλία, anomalia - qeyri-normallıq) — normadan, ümumi qanunauyğunluqdan kənara çıxma, yanlışlıq (xəta); biologiyada və tibbdə orqanizmin və ya hər hansı orqanın quruluş və funksiyaca normadan kənara çıxması, orqanların quruluşunun formalaşmasında irsi pozğunluq. Bu pozğunluqlar genlərin və ya xromosomların dəyişilməsi ilə əlaqədardır. Məsələn, polidaktiliya, sindaktiliya, araxiodaktiliya və s. == İstinadlar == "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi, 2011, səh.
Antokiya
Antyokiya (isp. Antioquia) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimali-qərb hissəsində yerləşir. İnzibati mərkəzi-Medellin şəhəridir. == Coğrafiyası == Kolumbiyanın departamentləri arasında 6-cı böyük ərazidir. Departamentin 80%-i dağlıq ərazilərdir. Departamentinin ən böyük çayları, Maqdalena və Kaukadır. Meşə ərazinin 50%-ni əhatə edir. Qərb Kordilyer şərq yamacları külək tutmayan quraq, meşələr isə 2500 metr yüksəkliydən başlayır. Mərkəzi Kordilyer yamacının hər iki tərəfi tropik meşələrlə örtülmüşdür. Medellində orta temperatur 20-21 °C-dir.
Anuriya
Anuriya (yunanca an — inkar bildirir, uron — sidik) — sidiyin ayrılmaması xəstəliyi, sidikliyə sutka ərzində 50 ml-dən az sidik daxil olması vəziyyəti. Anuriya çox vaxt kəskin böyrək çatışmazlığı nəticəsində baş verir. == Mexanizm == İnkişaf mexanizminə görə: prerenal (böyrəkdənkənar) renal (böyrək) postrenal (ekskretor, o cümlədən sidik yollarının mexaniki tutulması ilə əlaqədar obturasion) anuriya olur. Yeni doğulmuşlarda böyrək inkişaf etmədikdə və ya tək olan böyrəyi cərrahi yolla kənar etdikdə arenal (böyrəyin olmaması ilə əlaqədar) anuriya baş verir. Prerenal anuriya böyrəklər qanla yaxşı və ya tam təchiz olunmadıqda, çoxlu qan itirdikdə inkişaf edir. Renal anuriya böyrəklərin müxtəlif toksinlərlə zədələnməsində, yaxud kəskin nefritdə baş verir. Postrenal anuriya sidik axarları şişlə sıxışdırıldıqda, yaxud onlar iki tərəfdən daşla tutulduqda olur; bəzən güclü qıcıqlandırıcı (soyuq su və s.) reflektor anuriya yaradır. Anuriya zamanı təcili tədbirlər görülməsi tələb olunur, çünki əks halda 3–4 gün keçdikdən sonra uremiya inkişaf edə bilər. Anuriya diaqnozu sidiklikdə sidiyin olmamasına və uremik intoksikasiya əlamətlərinə görə qoyulur. Müalicəsi: prerenal və renal anuriyada hemodializin aparılması, postrenal anuriyada sidiyin hərəkətinə mane olan səbəbin aradan qaldırılması.
Aqnoziya
Aqnoziya (yun. ἀ - inkar hissəciyi; γνῶσις - bilik) — huşun və hissiyyatın saxlanılması ilə qavramanın müxtəlif növlərinin pozulması.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Antoniya
Antoniya — ad. Antoniya Moraiti — Yunanıstanı təmsil edən su poloçusu. Antoniya Brentano Antoniya Misura Antoniya Tomas — Böyük Britaniya aktrisası. Antoniya Misura — Xorvatiyanın peşəkar basketbolçusu.
Alomia
Alomia (lat. Alomia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Alomia ageratoides Kunth Alomia alata Hemsl. Alomia callosa B.L.Rob.
Aromia
Amblyopappus (lat. Amblyopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aromia Nutt. Infantea J.Rémy == Növləri == Amblyopappus pusillus Hook. & Arn.
Geomorfoloji anomaliya
Georgi Adamiya
Georgi Adamiya (gürc. გიორგი ადამია; 10 mart 1981, Tbilisi) — keçmiş Gürcüstan futbolçusu. O, Gürcüstan və Azərbaycan klublarında, hücumçu mövqeyində çıxış etmişdir. == Klub karyerası == Giorgi Adamiya idman karyerasına Gürcüstanda "TSU" və "VİT Corciya" klublarında başlamışdır. O, 2004-cü ildə VİT Corciya"nın heyətində ilə Gürcüstan çempionu olmuşdur. Adamiya bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"yə transfer olmuşdur. O, "Neftçi" ilə bir dəfə Azərbaycan çempionu olmuş, bir dəfə isə ikinci yerdə qərarlaşmışdır. Adamiya həmçinin, 2005-ci ildə Birlik Kuboku matçında ikinci yeri tutmuş və müsabiqənin bombardiri olmuşdur. O, 2006-cı ildə komandasına Birlik Kubokunu qazanmağa kömək etmişdir. "Neftçi"də beş mövsüm keçirən Adamiya "Bakı" klubuna transfer olmuş, daha sonra "Qarabağ" və "İnter" klublarında çıxış etmişdir.
Hirokazu Ninomiya
Hirokazu Ninomiya (22 noyabr 1917 - 7 mart 2000) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Hiroşi Ninomiya
Hiroşi Ninomiya (13 fevral 1937, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 9 qol vurub.
Hydrangea anomala
Hydrangea anomala (lat. Hydrangea anomala) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Mentha anomala
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Sora Amamiya
Sora Amamiya (|雨宮 天|Amamiya Sora|; 28 avqust 1993, Tokio[d]) — Yaponiya səs aktrisası və müğənnisi. Music Ray'n şirkəti ilə əməkdaşlıq edir. İkinci kurs tələbəsi ikən Amamiya seyü Miyuki Savaşironun video kolleksiyası ilə tanış olmuşdur. Bundan sonra seyü olmağa qərar vermişdir. Amamiya Momo Asakura və Şiina Natsukava ilə birlikdə 2012-ci ildə Music Ray'n tərəfindən dinlənərək bəyənilmişdir və elə həmin il üçü də seyü karyeralarına start vermişdirlər. Onun ilk əsas rolu 2014-cü ildə One Week Friends anime serialının personajı Kaori Fucimiyanı səsləndirmək olmuşdur. Həmin animenin bağlanış mahnısı "Kanade" (奏(かなで), azərb. "Simfoniya"‎) mahnısı onun tərəfindən ifa olunmuşdur. O, həmçinin 2014-cü ildə yayımlanan "Akame ga Kill!" animesinin baş personajı Akameni səsləndirmiş, açılış mahnısı "Skyreach"-i isə ifa etmişdir. 2014-cü ilin axırlarında Amamiya, Asakura və Natsukava TrySail adlı musiqi birliyi qurmuşdurlar.
Bağ (anatomiya)
Bağ — sümükləri digər sümüklərlə birləşdirən lifli birləşdirici toxuma. O, həmçinin articular bağ və ya lifli bağ kimi tanınır. Bədəndəki digər bağlara aşağıdakılar daxildir: Abdominal bağ: peritonun və ya digər membranların bir qatı. Dölün qalıq bağı: dölün boru quruluşunun qalıqları. Periodontal bağ: dişi ətrafdakı alveol sümüyə bağlayan bağlar qrupu. Bağlar vətər və fasyaya bənzəyir, çünki hamısı birləşdirici toxumadan ibarətdir. Aralarındakı fərqlər qurduqları əlaqələr: bağlar bir sümüyü digər sümüyə bağlayır vətərlər əzələləri sümüyə bağlayır fasyalar əzələləri digər əzələlərə bağlayır. Bunların hamısı insan bədəninin skelet sistemində olur. Bağlar adətən təbii yolla bərpa oluna bilməz. Lakin yetkinlərdə periodontal bağa bitişik, periodontal bağın bərpasında iştirak edən periodontal bağ kök hüceyrələridir.