Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antinomiya
Antinomiya (alm. Antinomie‎; fr. Antinomie; ing. Antinomy;yun. Antinomia; q.türk tesavi-i nakizeyn; türk. çatışkı;ərəb. اَلؼ ذثاو‎) – iki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlimədir. Kainatda 4 növ antinomiya var idi: Kainat və qalaktika zaman baxımından əbədi deyil, antitez – əbədidir. Hər şeyin özlüyündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez – yoxdur.
Avtonomiya
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.
Antioxiya
Antioxiya (q.yun. Ἀντιόχεια) və ya Böyük Antioxiya (q.yun. Ἀντιόχεια ἡ Μεγάλη) — indiki Türkiyədə, tarixi Suriya regionunda, Asi çayı üzərində qədim şəhər. İndiki Antakya şəhəridir. Roma imperiyası dövründə Suriya vilayətinin paytaxtı idi. == Tarixi == İps döyüşündə I Təkgözlü Antiqon üzərində qələbədən sonra diadox I Selevk Nikator fəth etdiyi torpaqlarda bir sıra şəhərlər yaratmaq arzusunda olmuşdur. Onlardan biri də Antioxiya şəhəri idi. Antioxiya e.ə. IV əsrdə Selevkilərin paytaxtı olmuşdur. Roma dövründə Antioxiya imperiyada üçüncü böyük şəhər idi, şərqlə ticarət üçün vacib rol oynayırd.
Antioxiya knyazlığı
Antioxiya knyazlığı (lat. Principatus Antiochenus) — 1098-1268-ci illərdə mövcud olmuş feodal dövləti. Knyazlığın mərkəzi indiki Antakya şəhəri idi.
Hirokazu Ninomiya
Hirokazu Ninomiya (22 noyabr 1917 - 7 mart 2000) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Hiroşi Ninomiya
Hiroşi Ninomiya (13 fevral 1937, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 9 qol vurub.
Çuhaçi Ninomiya
Çuhaçi Ninomiya (二宮 忠八, Ninomiya Çuhaçi, 20 iyun 1866, Yavatahama[d], Ehime prefekturası – 8 aprel 1936) – Yaponiya aviasiya qabaqcılı. Qarğa tipli uçan aparat (1891) və qızılböcək tipli uçan aparat (1893) kimi müstəqil aviasiya dizaynları hazırlamışdır. Çuhaçi Ninomiya 1866-cı ildə samuray ailəsinin dördüncü oğlu kimi doğulmuşdur. Uşaqlıqdan uçan aparatlara böyük marağı olmuşdur. Orduya qoşulmazdan öncə çərpələnglərin hazırlanması ilə məşğul olmuş, reklam məqsədləri üçün "valideyn və uşaq" çərpələngi ixtira etmişdir. Fotodükkanda işlədikdən sonra 14 yaşında böyük qardaşının dərman dükkanında işləməyə başlamışdır. Tibbi bilikləri səbəbilə Yaponiya ordusunda xəstə baxıcısı təyin olunmuşdur. 1889-cu ilin noyabrında Yaponiya ordusunda hərbi təlim zamanı dincələn Ninomiya qanadını çırpmadan uçan qarğaları müşahidə etmiş və bundan ilhamlanaraq ilk miniatür təyyarə modelini yaratmışdır. Təyyarə modelinin 60 santimetr genişliyində bir qanadı, dörd pərvanəsi və üç təkəri var idi, pərvanəsi gəmi pərvanəsi əsasında yaradılmışdı. "Karasu" (hərf. qarğa) adını verdiyi bu modelin ön hissəsinə qarğa şəkli də çəkmişdir.
Antiokiya Texniki Universiteti
Tecnológico de Antioquia — Tecnológico de Antioquia Universiteti İnstitutu (TdeA) kimidə tanınan, Kolumbiyanın Antioquia bölgəsində bir akademik ali təhsil qurumudur ki, texniki təhsil xidmətləri, texnologiya və peşəkar təmin edir. Qərargahı Medellin şəhərində yerləşir. Hazırda Kolumbiyanın ən yaxşı kolleclərindən biri hesab olunur.
Antioxiya Pravoslav Kilsəsi
Antioxiya pravoslav kilsəsi və ya rəsmi adı ilə Əntakiyə və bütün Şərq yunan pravoslav patriarxlığı (ərəb. بطريركيّة أنطاكية وسائر المشرق للرّوم الأرثوذكس‎‎) — Dəməşqdə yerləşən avtokefal kilsə. Kilsə Suriya, Livan, Türkiyənin bir hissəsi, İraq, İran, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Yəmən və Səudiyyə Ərəbistanını əhatə edir. Patriarx 2013-cü ildən X Yuhənnadır.
Antioxiya zəlzələsi (526)
Antioxiya zəlzələsi — 526-cı ildə Antioxiyada baş vermiş zəlzələ. Zəlzələ nəticəsində 250 min insan həyatını itirmişdir.
Konstansa (Antioxiya knyaginası)
Konstansa (it. Costanza) (1127 – 1163) — 3-cü Antioxiya knyaginası. Atası Antioxiya knyazı II Bohemond, anası isə Qüds kralı II Baldvinin qızı Alisa idi. Hələ 2 yaşında ikən atası döyüşdə həlak oldu və onun yeganə övladı olaraq Konstansa knyagina elan edildi. İlk öncə anası Alisa onun naibəsi təyin edilsə də, daha sonra yerli əsilzadələr buna qarşı çıxdılar. Onların istəyi ilə balaca knyaginaya ana-babası olan Qüds kralı II Baldvin naiblik etdi. Ancaq cəmi 1 il sonra kral vəfat etdi və naiblik vəzifəsi 1131-ci ildə onun xələfi və balaca qızcığazın dayısı Fulka həvalə edildi. Yaranan siyasi çəkişmələri önləmək məqsədilə, Konstansa 1136-cı ildə hələ 8 yaşında ikən özündən 23 yaş böyük Puatyeli Raymondla evləndirildi. Cütlük knyazlığı birlikdə idarə etdilər. Gələcəkdə bu nigahdan 4 övladı dünyaya gələn Konstansa, ərinin 1149-cu ildə döyüş meydanında həlak olmasının ardından dul qaldı.
III Bohemond (Antioxiya knyazı)
III Bohemond (it. Boemondo III) və ya Pəltək Bohemond (it. Boemondo il Balbuziente) (ən tezi 1142 və ən geci 1149 və ya 1144 – 1201) — 4-cü Antioxiya knyazı. O, Antioxiya knyaginası Konstansanın Puatyeli Raymondla baş tutan ilk evliliyindən dünyaya gəlmişdir. 1163-cü ildə anası ölüm yatağında ikən yerli əsilzadələr tərəfindən hakimiyyətə gətirildi. Çox keçmədən anası vəfat etdi. 1164-cü ildə zəngilərlə mübarizədə məğlub oldu və əsir alındı. Ancaq Bizans imperatorunun vasitəçiliyi ilə Hələb atabəyi Nurəddin Zəngi tərəfindən azadlığa buraxıldı. Buna təşəkkür məqsədilə Konstantinopola gedən III Bohemond Antioxiyada Yunan Provaslov nümayəndəliyi yaratmağı öhdəliyinə götürdü. Yerli Katolik kilsəsi rəhbərliyi buna qarşı çıxsa da, yunan patriarxının 1170-ci ildə baş verən zəlzələdə ölümünə qədər bu qərar qüvvədə qaldı.
II Bohemond (Antioxiya knyazı)
II Bohemond (it. Boemondo II) (təq. 1108, Bari – fevral 1130, Kilikiya) — 2-ci Antioxiya knyazı. Atası ilk Antioxiya knyazı I Bohemond, anası isə Fransa kralı I Filippin qızı Konstansa idi. Hələ 4 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq İtaliyaya - Torontoya döndü. Burada atasının mülklərinə sahibləndi. Antioxiya knyazlığı isə onun adından bir neçə naib tərəfindən idarə edildi. 1126-cı ilin payızında Antioxiyaya qayıdan II Bohemond hakimiyyəti ələ aldı. Yaxınlıqdakı müsəlman əmirliklərinə qarşı uğurlu hərbi səfərlər təşkil etdi. Ancaq Edessa qrafı Kurtenaylı Joslenlə olan ədavəti səbəbilə, mərkəzi hakimiyyət zəiflədi, zəngi hakimi İmadəddin Zəngi Mosul və Hələbi işğal etdi.
IV Bohemond (Antioxiya knyazı)
IV Bohemond (it. Boemondo IV) və ya Təkgöz Bohemond (it. Boemondo il Monocolo) (1172 – mart 1233 və ya 1233) — 5-ci Antioxiya knyazı və 7-ci Tripoli qrafı. O, Antioxiya knyazı III Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Tripoli qrafı III Raymondun varisi yox idi və ölümündən qısa müddət öncə qohumu olan Antioxiya knyazının böyük oğlu Raymondu öz varisi elan etmişdi. Buna baxayaraq ataları böyük oğlu Raymondu öz taxtı üçün varis seçmişdi və onun yerinə kiçik oğlu Bohemondu 1189-cu ilin payızında Tripoliyə göndərdi. Beləliklə, o, IV Bohemond adıyla Tripoli qrafı oldu. Ancaq ertəsi il Səlahəddin Əyyubinin Antioxiyanın böyük bir hissəsini işğal etməsi bölgədəki siyasi tarazlığı pozdu. 1197-ci ildə böyük qardaşı Raymondun vəfatıyla Antioxiyada yenidən vərasət mübarizəsi başladı. Belə ki, qardaşı Erməni Kilikiya çarı I Levonun qohumuyla evli idi və geridə Raymond-Rupen adlı bir oğlu qalmışdı.
I Bohemond (Antioxiya knyazı)
I Bohemond (it. Boemondo I) və ya Tarantolu Bohemond (it. Boemondo di Taranto) (1054, San-Marko-Argentano[d], Kalabriya – 3 mart 1111, Kanosa-di-Puqliya[d], Apuliya) — ilk Antioxiya knyazı. Birinci Səlib yürüşünün rəhbərlərindən biri olaraq çoxsaylı norman hərbi birliklərinə başçılıq edirdi. Bohemond cənubi İtaliyadakı Apuliya-Kalabriya qrafı olan və norman hərbi birliklərinə başçılıq edən Robert Quiskardın ilk evliliyindən dünyaya gələn oğlu idi. Valideynləri yaxın qohum idi və 1058-ci ildə Roma papası tərəfindən qəbul edilən ümumi fərmanla boşanmışdılar. Bu səbəblə Bohemond, qrafın qeyri-qanuni oğlu oldu. Anasının yenidən evlənməsinin ardından ögey atası tərəfindən cəngavər olaraq böyüdüldü. Bununla yanaşı, norman, italyan və yunan dillərini öyrəndi. Atasının ağır xəstələndiyi 1073-cü ildə ona qarşı çıxan üsyanda ona dəstək verdi və atasının hərbi birliyində vuruşdu.
Raymond-Rupen (Antioxiya knyazı)
Raymond-Rupen (it. Raimondo Rupeno) (1199, Antioxiya – 1222) — 6-cı Antioxiya knyazı və Erməni Kilikiya çarı. Atası Antioxiya knyazı III Bohemondun böyük oğlu və varisi Raymond, anası isə Erməni Kilikiya çarı I Levonun yaxın qohumu Alisa idi. Atasının 1197-ci ildə vəfatından bir neçə ay sonra dünyaya gəlmişdir. Doğulduqdan sonra babası III Bohemond onu yeni varisi təyin etmək istəsə də, yerli əsilzadələr uzun müddətdir Kilikiya çarlığı ilə gedən müharibələr səbəbilə bu azyaşlı uşağın taxt varisi seçilməsinə etiraz etdilər. Nəticədə anası Alisa oğlunu da alaraq Kilikiyaya qaçdı. Burada I Levondan aldığı dəstəklə Antioxiya knyazlığı üzərində haqq iddia etməyə başladı. 1211-ci ildə I Levon onu ortaq çar elan edərək Kilikiyanın bir hissəsinin idarəsini ona verdi. Əldə etdiyi siyasi güc və Antioxiyada yaranan daxili çəkişmələr nəticəsində 1216-cı ildə knyazlığı ələ keçirdi. Ancaq burada çox qala bilmədi və 1219-cu ildə yerli əhali tərəfindən qovuldu.
VI Bohemond (Antioxiya knyazı)
VI Bohemond (it. Boemondo VI) və ya Yaraşıqlı Bohemond (it. Boemondo il Bello) (1237 və ya 1235 – 1275) — 8-ci və sonuncu Antioxiya knyazı və 9-cu Tripoli qrafı. O, Antioxiya knyazı V Bohemondun yeganə oğlu idi. Atasının vəfatının ardından 1252-ci ildə hakimiyyətə gətirildi. Ancaq azyaşlı olması səbəbilə anası Senili Lusiya taxt naibəsi təyin olundu. Naibəlik dönəmində Lusiyanın Tripolidən ayrılmaması və Antioxiya knyazlığını uzaqdan idarə etməsi yerli əyanlarının narazılığına səbəb oldu. Yaranan çaxnaşmaları aradan qaldırmaq məqsədilə VI Bohemond Roma papasına məktub yazdı və artıq yetişkin olduğunu, taxtı təkbaşına idarə biləcəyini bildirərək icazə istədi. Papadan gələn təsdiq məktubunun ardından hakimiyyəti ələ alan VI Bohemond daxili çaxnaşmalara son qoydu. Onun səltənəti dönəmində Antioxiya Məmlük sultanlığı ilə Hülakilər dövləti arasında mübarizə meydanına çevrildi.
V Bohemond (Antioxiya knyazı)
V Bohemond (it. Boemondo V) (1199 – yanvar 1252) — 7-ci Antioxiya knyazı və 8-ci Tripoli qrafı. O, Antioxiya knyazı IV Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Atasının vəfatının ardından 1233-cü ildə həm Tripoli qraflığı, həm də Antioxiya knyazlığını ələ keçirdi. Atasının apardığı siyasəti davam etdirən V Bohemond Tampliyerlərin dəstəyilə qonşu Erməni Kilikiya çarlığı ilə mübarizə apardı. Ancaq Fransa kralı IX Lüdovikin vasitəçiliyi ilə tərəflər arasında sülh təmin edildi. V Bohemond hələ taxta çıxmadan əvvəl 1225-ci ildə atasının apardığı evlilik siyasətinin bir nəticəsi olaraq, dul Kipr kraliçası Şampaniyalı Alisa ilə evlənmişdi. Məqsəd doğulacaq yeni bir övladla Kipr krallığında taxt iddiası irəli sürmək idi. Ancaq cütlüyün övladı olmadı və 5 iyul 1227-ci ildə boşandılar. Onun ikinci evliliyi isə 1235-ci ildə Roma papası III İnnokentin qohumu olan Senili Lusiya ilə baş tutdu və cütlüyün bu nikahdan 2 övladı dünyaya gəldi.