ANTİNOMİYA
[alm.=fr. Antinomie; ing. Antinomy; yun. Antinomia; es.tr. tesavi-i nakizeyn; tr. çatışkı; ər. اَلؼ ذثاو ] – İki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlmədir. Kantda 4 növ antinomiya var idi: 1. Kainat və qalaktika zaman baxımından əbədi deyil, antitez – əbədidir. 2. Hər şeyin özlü-yündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez – yox-dur. 3. Kainatda müstəqil olaraq bir özbaşınalıq mövcuddur, yox- dur – hər şey təbiətin qanunları daxilində hərəkət edər. 4. Kainatın səbəbi olan vacib bir varlıq vardır, belə bir varlıq yoxdur.