DİALEKTİKA
[alm. Dialektik; fr. Dialectique; ər.آنجذل ػهى osm. tr. fenn-i münazara, cedel, ilmi cedel, ilm-i hitaf-ü cedel; yun. dialektike – düşünümək, söhbətləşmək] – təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunları haqqında elm. Alman idealizmində əqlin inkişaf qanunu kimi xarakterizə edilirdi. Marksın dialektik materializmində iqtisadiyyatın inkişaf qanunları özünü doğruldur. İslam bölgəsi ərəb dilli xalqların fəlsəfəsində qarşılıqlı danışma sürətiylə istidlal etmə sənətinə cədəl elmi deyirdilər [yəni dialektika]. Dialektikanın özünəməxsus tarixi var-dır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində daha çox sübut nəzəriyyəsi kimi başa düşülür. Dialektika ideyaları fəlsəfənin bütün tarixlərində inkişaf etmişdir. Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil edir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi forma-sını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, para-doksal dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektikanın kateqoriyaları za-man, məkan, təsadüf, zərurət və s. Və qanunları mövcuddur.