Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antinomiya
Antinomiya (alm. Antinomie‎; fr. Antinomie; ing. Antinomy;yun. Antinomia; q.türk tesavi-i nakizeyn; türk. çatışkı;ərəb. اَلؼ ذثاو‎) – iki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlimədir. Kainatda 4 növ antinomiya var idi: Kainat və qalaktika zaman baxımından əbədi deyil, antitez – əbədidir. Hər şeyin özlüyündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez – yoxdur.
Avtonomiya
Muxtariyyət — dövlətin müəyyən bir hissəsinə müstəqilliyin hər hansı formasının verilməsi. Muxtariyyət bütün ərazilərə deyil, unitar dövlətin yalnız coğrafi vəziyyəti və milli tərkibinə görə fərqlənən bir hissəsinə verilir. Muxtariyyətin iki növü vardır: 1. Korporativ muxtariyyət — adətən linqvistik icmanın mövcudluğu ilə əlaqələndirilir ki, bunun üçün də bir qayda olaraq dövlət aparatında müəyyən yerlər ehtiyyatda saxlanılır. Digər etnik qrupların həmin rayonda işləyən dövlət qulluqçuları isə həmin azlığın dilini, məişətini və adət-ənənələrini bilməlidir. Bundan başqa, məhkəmə prosesi, məktəblərdə tədris yerli dildə aparıla bilər. Muxtariyyətin belə forması Hindistanda geniş tətbiq olunur. 2. Ərazi muxtariyyəti — adətən milli-ərazi və geosiyasi səciyyə daşıyır. Etnik əlamətə deyil, konkret ərazidə yaşayan əhalinin adət-ənənələrinə və mədəni xüsusiyyətlərinə əsaslanan muxtariyyətdir.
Metonimiya
Metonomiya (yun. μετονυμία addəyişmə)- məcaz növlərindən biridir. Bir əşyanın, hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adı çəkilir. Metonimiya və yaxud istiarədə məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən isə iki söz qalaraq bütün birləşmənin mənasını verir. Metonomiyada bir anlayış verilsə də, onunla əlaqədar başqa anlayış nəzərdə tutulur. Nəzərdə tutulan anlayışı təsəvvür etmək isə çətin olmur. Çox vaxt neft əvəzinə "qara qızıl", "Azərbaycan" əvəzinə "Odlar yurdu" deyildiyini və yazıldığını bilirik. Eləcə də fikrin "Mən Türkiyəyə baxıram" (Türkiyənin televiziya verilişləri nəzərdə tutulur), "Nizamini başdan-ayağa oxudum" (Nizaminin əsərlərinə işarə edilir) şəklində ifadə olunduğunu eşitmisiniz.
Antoniya
Antoniya — ad. Antoniya Moraiti — Yunanıstanı təmsil edən su poloçusu. Antoniya Brentano Antoniya Misura Antoniya Tomas — Böyük Britaniya aktrisası. Antoniya Misura — Xorvatiyanın peşəkar basketbolçusu.
Antoniya Brentano
Antoniya (Toni) Brentano (alm. Antonie Brentano‎, uşaqlıq adı: İohanna Antoniya Yozef fon Birkenştok), (alm. Johanna Antonie Josefa von Birkenstock‎; 1780—1869) — avstriya incəsənət kolleksiyaçısı, mesenat və Lüdviq van Bethovenin yaxın dostu. == Bioqrafiyası == 28 May 1780-ci ildə Vyanada anadan olmuşdur. Atası avstriya diplomatı və sənət kolleksiyaçısı Johann Melchior von Birkenstock, anası isə Carolina Josefa von Hay (1755-1788) idi. Antoniya ilə yanaşı ailədə daha üç qardaş vardı: Hugo Conrad Gottfried (1778-1825), Konstantin Viktor (1782-ci ildə anadan olub və öldü) və Johann Eduard Valentine (1784-cü ildə anadan olub vəfat etdib). Atası Entoni üçün layiqli ər axtarırdı və tacir Frans Brentano buna namizəd idi - Clemens Brentano və Bettina von Arniminin qardaşı. 1796-cı ilin sonlarında və ya 1797-ci ilin əvvəllərindəonlar görüşdülər. Uzun danışıqlardan sonra gənclər 23 iyul 1798-ci ildə Vyanadakı Müqəddəs Stefan kilsəsində evləndilər. Bir həftə sonra onlar Frankfurt şəhərinə yola düşdülər.
Antoniya Misura
Antoniya Misura (xorv. Antonija Mišura; 19 may 1988-ci il təvəllüdlü) — Xorvatiyanın peşəkar basketbolçusu. O, Xorvatiya qadınlar basketbol liqasında ŽKK Jolly JBS üçün və Xorvatiya qadınlar milli basketbol komandası üçün oynayır.
Antoniya Moraiti
Antoniya Moraiti (d. 2 may 1977) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antoniya Moraiti, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Antoniya Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Avstriyalı Mariya Antoniya
Avstriyalı Mariya Antonia (alm. Maria Antonia von Österreich‎) (18 yanvar 1669, Vyana – 24 dekabr 1692, Vyana) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru I Leopold və ilk xanımı Marqarita Terezanın yeganə qızıdır. 1685-ci ildə Bavariya kürfürstü olan II Maksimilyanla evləndirildi. == Mənbə == Ceballos, F C; Álvarez, G (August 2013). "Royal dynasties as human inbreeding laboratories: the Habsburgs". Heredity.
Antoniya Malatesta (Milan hersoqinası)
Antoniya Malatesta (it. Antonia Malatesta di Cesena; XIV əsr, Rimini – XV əsr, Çezena, Forli-Çezena əyaləti[d]) — Milan hersoqu Jan Mariya Vizkontinin xanımı, Milan hersoqinası. == Mənbə == Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351-1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 9780521234559 Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p. 240.