Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Quduzluqla Mübarizə aparın (1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada insan həyatı üçün təhlükəli olan itlərdə quduzluq xəstəliyinə qarşı mübarizə tədbirlərindən danışılır.
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür)‎) ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anna Seneka tərəfindən tərcümə edilmişdir.
Quduzluqla mübarizə aparın (film, 1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada insan həyatı üçün təhlükəli olan itlərdə quduzluq xəstəliyinə qarşı mübarizə tədbirlərindən danışılır.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. == Məzmun == Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Götürmə (şahmat)
Götürmə — Şahmat termini. Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur.
İman gətirən
İman Lüğət mənası(e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənasıTermin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. == İslam kəlməsinin mənası == Lüğət mənası«S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənasıİstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Fransada övladlığa götürmə
Fransada övladlığa götürmə Fransa Mülki Məcəlləsində iki formada müəyyən edilmişdir: adi övladlığa götürmə və plenar övladlığa götürmə. == Adi övladlığa götürmə == Övladlığa götürmənin bu növündə övladlığa götürülən şəxslə onun bioloji ailəsi arasında müəyyən hüquqi münasibətlərin qalmasına icazə verilir. Bu müddəa Fransa Mülki Məcəlləsinin 343-cü maddəsində müəyyən edilmişdir. Plenar övladlığa götürmədən fərqli olaraq, adi övladlığa götürmənin tələbləri daha az məhdudlaşdırıcı və daha az radikaldır. === Tələblər === Yaşı 28 və daha yuxarı olan bir şəxs (iki şəxs eyni zamanda övladlığa götürən ola bilməz) övladlığa götürən ola bilər. Övladlığa götürülən övladlığa götürən şəxsin arvadının (ərinin) uşağı deyilsə, onunla övladlığa götürən arasında yaş fərqi 15-dən az olmamalıdır. Birinci halda isə yaş fərqi 10-dan az olmamalıdır. Əgər övladlığa götürən nikahdadırsa, onun arvadının (ərinin) razılığı tələb olunur. (Mülki Məcəllə, Maddə 361) === Hüquqi nəticələri === Övladlığa götürmə övladlığa götürülən uşaq üçün valideynlərinə münasibətdə mövcud olan hüquq və vəzifələr yaradır. Ona görə də, məsələn, övladlığa götürülən uşağın əvvəlki soyadı dəyişdirilərək övladlığa götürənlərin soyadı verilir.
Keçiddə götürmə (şahmat)
Keçiddə vurma — Şahmat termini Başlanğıc mövqedən birdən-birə iki xana hərəkət edərək, rəqibin piyadası ilə üfüqi vəziyyətdə duran piyadanı götürmək deməkdir. Keçiddə vurma (bəzi ədəbiyyatlarda "keçiddə götürmə") yalnız müvafiq gedişdən sonra ola bilər. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2.Af3 Af6 3.d4 ed 4.e5 Ae4 5.V:d4 d5 (diaqrama bax) 6.ed.
Kim Possibl: Bitirmə
Kim Possibl: Bitirmə (ing. Kim Possible: Graduation) - 2007-ci ildə çəkilmiş qısametrajı iki hissəli animasiyadır. Bu animasiya bütün seriyaların bitirir. == Məzmun == Birinci hissədə Həkim Drakken bitki qatillərinin köməyi ilə dünyanı ələ keçirmək istəyir. Bunun üçün Drakken xüsusi maddə hazırlayır. Bu müddətdə Kim onun planlarını yox etmək niyyətindədir. Onların mübarizəsindən sonra əvvəlki mübarizələrdən fərqli olaraq Drakkenin laboratoriyası dağılmır və gül bağına çevrilir. Amma bir müddətdən sonra Kim və Drakken ayrı-ayrılıqda özgəplanetlilər tərəfindən qaçırılır... İkinci hissədə dostlarını xilas etmək üçün Ron və Şiqo kosmosa yola düşürlər. Kim və Drakken xilas olan zaman dördlük dünyanı xilas etmək istəyirlər.
Mən gəlirəm (mahnı)
Mən gəlirəm — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Xalq Artisti mahnını Ramazan bayramı münasibətilə dinləyicilərinə təqdim etmişdir. "İctimai Televiziya" 2019-cu ildə yeni sezonunu bu mahnının sözlərini dəyişdirərək, Aygün Kazımova və İctimai Televiziyanın aparıcılarının ifasında təqdim etmişdir. == Mahnı haqqında == Sözləri və musiqisi Sevinc Ağasıyevaya aiddir. Mahnını Ramin Ali aranjiman etmişdir. Aygün Kazımova mahnının "cover" fotosu üçün türk fotoqrafçı Erman İştahlının kamerası qarşısına keçmişdir. Pop divanın saçını Akın Ünal, makiajını Ahu Aydemir etmişdir. Aygün Kazımovanın stilini türk stilist Zeynep Şimşek etmişdir.
Gərmə şəhristanı
Gərmə şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gərmə şəhəridir.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Aparıcı
Aparıcı — radioda, televiziyada, əyləncə məkanında proqramı təqdim edən, izah edən, nümayiş edən və elan edən bir insandır. Spiker (bu sözün əsli ingilis dilindəki <<spiker>> sözündən götürülmüşdür) yerinə görə diktor, şərhçi və aparıcı da adlanır. Aparıcılar yalnız xəbər bülletenləri, reklam yazıları, tanıtım və şərh mətnlərini oxumurlar; Həm də radio və televiziya tərəfindən təşkil edilən müsabiqələr, oyunlar və buna bənzər əyləncə proqramlarını təqdim edir və idarə edirlər. Bu proqramlarda yazılı bir mətn oxumaq əvəzinə onu danışırlar. Əslində klassik aparıcılıq getdikcə daha çox tarixə çevrilir və müasir dövrün aparıcıları daha cəlbedici və aktiv iş sahələrinə üz tuturlar: Teatrlar, musiqi salonları, qumarxanalar və s. Bu tip yerlərdə aparıcıların gördüyü iş daha çox şərh etmək və ya təqdim etməkdir. Radio və televiziya təşkilatları da, dinləyicilərin və tamaşaçıların bir idman yarışmasını və ya bir mərasimi daha yaxşı izləyə, yaxud dinləyə bilmələri üçün aparıcı diktorlardan faydalanırlar.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Gecikmə
Gecikmə (en. lag) – iki hadisə arasındakı zaman fərqi. Elektronikada: gecikmə, giriş və çıxış siqnallarının dəyişmələri arasındakı yubanmadır. Displeydə: gecikmə, görüntüdəki dəyişmələrdən sonra ekranın fosfor örtüyünün tədricən sönən qalıq parlaqlığıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qətnamə
Qətnamə — dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar, müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.Qətnamə – 1)hər hansı məsələnin kollegial orqanın, məclisin və s. iclasında müzakirəsi nəticəsində qəbul edilən qərar; 2)məhkəmə qətnaməsi hüquqa görə birinci instansiya məhkəməsinin mülki işə mahiyyət üzrə baxması və həll edib qurtarması barədə qərarı. == İstinadlar == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Abxaziya apsarı
Abxaziya apsarı (abx. Aҧсар) — Abxaziyanın pul vahidi. Abxaziya Respublikası Milli Bankı tərəfindən buraxılır. Bu pul vahidi ilə yanaşı Abxaziyada Rusiya rublu da istifadə olunur. Bir Rusiya rublu 0.10 apsardır. İndiyə qədər ancaq 1, 2, 10, 20, 25, 50, 100 apsarlıq pullar tədavülə buraxılıb. Abxaziya pulları Moskvada istehsal olunur. Pulun istifadəsi xeyli məhduddur. İlk Abxaziya apsarı 2008-ci ildə hazırlanıb. 10 apsar gümüşdən hazırlanır, 25 və 50 apsar isə qızıldan düzəldilir.
Aparan körpü
Aparan körpü – avtomobildə dayaq rolu oynayan və qüvvəni sürətlər qutusundan aparan təkərlərə ötürən aqreqat. Aparan körpü kardan ötürməsindən və ya sürətlər qutusunun ikinci (aparılan) valından hərəkət alır və burucu momenti artıraraq, onu düz bucaq altında dəyişir (mühərriki uzununa müstəvidə yerləşən avtomobillərdə), hərəkətetdirici orqanlara (təkər,vərdənə, xizək) ötürür. Aparan körpü baş ötürücü, diferensial, yarımoxlar, tir, top və karterdən ibarətdir. Aparan körpülərin konstruksiyasındakı hərəkətetdirici orqanlar aparan-idarəolunan və idarəolunmayandır. Aparan körpü arxa və ya qabaqda ola bilər. Hər iki körpüsü aparan olan avtomobil tamintiqallı avtomobil adlanır.
Aparat funksiyası
Aparat funksiyası – optik cihazların xassəsi; cihazın çıxışındakı kəmiyyətin qurğunun girişindəki həqiqi qiyməti ilə əlaqəsini müəyyən edən funksiya. Aparat funksiyası əsasən, teleskop, mikroskop və spektral cihazların xarakteristikası üçün istifadə edilir. Təsvir yaradan optik cihazın Aparat funksiyası cihazın yaratdığı nöqtəvi şüalanma mənbəyinin təsvirində işıqlanmanın paylanmasını göstərir. Aparat funksiyası obyektin təsvirində işıqlanmanın paylanması ilə elə həmin obyektin parlaqlığının paylanması arasında əlaqəni müəyyən etməyə imkan verir. Spektral cihazlarda Aparat funksiyası monoxromatik şüalanmanın müşahidəsi zamanı cihazın qeyd etdiyi spektrdən ibarətdir. İdeal optik cihaz nöqtəvi mənbəyi nöqtə şəklində təsvir edir və onun Aparat funksiyası bu nöqtədən başqa hər yerdə sıfra bərabər olur. Real cihazlarda isə difraksiya, aberrasiya və s. amillər nəticəsində nöqtəvi mənbəyin təsviri “yayılır” və ləkəşəkli alır. Real vəziyyətlərdə Aparat funksiyasının hesablanması çətin olduğu üçün onu eksperiment üsulu ilə təyin edirlər.
Aparat kəsilməsi
Aparat kəsilməsi (ing. Hardware interrupt) – “diqqət yetirilməsi haqqında xahiş”; kompüterin aparat vasitələri və ya proqram təminatı tərəfindən mikroprosessor üçün hazırlanıb verilən siqnal. Bəzən tələ (TRAP) də adlandırılan kəsilmə mikroprosessoru məcbur edir ki, yerinə yetirilən əməliyyatı durdursun, özünün cari durumunu yadda saxlasın və idarəetməni xüsusi prosedura – xüsusi komandalar yığınını yerinə yetirən kəsilmələr emalçısına (INTERRUPT HANDLER) versin. Kəsilmələrə çoxlu səbəblər ola bilər: bunlar qurğuların xidmət üçün sorğusu, verilənlərin emalındakı xətalar, mümkün olmayan əməllərin yerinə yetirilməsinə cəhd və (nadir hallarda) yaddaşla bağlı yaranan problemlər və ya sistemin bəzi çox vacib komponentlərinin sıradançıxma təhlükələri ola bilər. Mikroprosessor bir çox mənbədən kəsilmə haqqında sorğu aldıqda onların emal olunma ardıcıllığı “çözmə” səviyyələrinin iyerarxiyasına görə müəyyən olunur. Proqram kəsilmə mexanizmindən istifadə etməklə əməliyyat sisteminin funksiyalarına, məsələn, faylların açılması, oxunması və qapadılması funksiyalarına müraciət edə bilər. Digər tərəfdən, kəsilmə, mikroprosessor ilə kompüter sistemini əmələ gətirən başqa elementlər arasında rabitə vasitəsidir. Əgər daimi kəsilmə sorğuları axını hər hansı kritik vəzəyyətdə işi çətinləşdirir və ya əngəlləyirsə, onda proqram kəsilməni müvəqqəti olaraq bloklaya bilər ki, nəticədə lazım olan zaman müddətində mikroprosessor üzərində vahid nəzarətə nail ola bilsin.Aparat kəsilməsi ya klaviatura, disksürən və giriş-çıxış portları kimi xarici qurğular, ya da “daxildən” – mikroprosessor tərəfindən generasiya olunan kəsilmə növü. Qurğular xarici aparat kəsilmələri vasitəsilə kompüterin mikroprosessorunu onlara diqqət yetirməyə “çağırırlar”. Daxili aparat kəsilmələri mikroprosessor tərəfindən müəyyən hadisələrə nəzarət edilməsi üçün (məsələn, proqram sıfıra bölməyə cəhd etdikdə) generasiya olunur.
Aparat təchizatı
Aparat təchizatı, aparat fondları, kompüter komponentləri , «dəmir», (ing. hardware) — proqram və məlumatlar istisna olmaqla bir sistemin və ya şəbəkənin bir hissəsi olan bir hesablama cihazının elektron və mexaniki hissələri (hesablama sisteminin saxladığı və işlədiyi məlumatlar). Təchizata aşağıdakılar daxildir: kompüterlər və məntiq cihazları, xarici cihazlar və diaqnostik avadanlıqlar, enerji avadanlığı, batareyalar və akkumulyatorlar. Donanım kompüterin konfiqurasiyasını təşkil edən cihazlara aiddir. Daxili və xarici cihazları ayırd edin. Fərdi qovşaqlar və bloklar arasında danışıqlar aparat interfeysləri deyilən donanım məntiqi cihazları istifadə edilərək aparılır; hardware interfeysləri üçün standartlara protokol deyilir. Fərdi kompüter, konfiqurasiyası lazım olduqda dəyişdirilə bilən universal bir texniki sistemdir. == Kompüter == Kompüter texnikası kompüter və kompüter şəbəkələrinin işlədiyi avadanlıq üçün ümumi bir addır. Təchizata ümumiyyətlə aşağıdakılar daxildir: mərkəzi emal vahidi ram sistem məntiqi ətraf mühit şəbəkə avadanlığıDonanım tərəfindən yerinə yetirilən bəzi vəzifələr qismən və ya tamamilə proqram emulyasiyasından istifadə etməklə həyata keçirilə bilər, məsələn, fərdi kompüterlərdə, modem rabitə protokollarının proqram təminatı, 3 ölçülü görüntü göstərmə funksiyalarının proqram emulyasiyası tez-tez istifadə olunur. Adətən yerinə yetiriləcək bir tapşırığın aparatdan proqrama köçürülməsi aparatın qiymətini azaldır, lakin mərkəzi prosessora yükü artırır.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Riyazi aparat
Riyazi modelləşdirmə — reallığın fəlsəfi yanaşma ilə riyazi üsullarla təsviridir. Riyazi modelləşdirmə eyni zamanda reallığın riyazı çərçivədə qurulması və öyrənilməsidir. Riyazi model, adətən, tənliklərdən və ya tənliklər sistemindən ibarət olur və real sistemə aid olan fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasında geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə xassələrindən ibarətdir, blok – sxem prinsipindən istifadə edilir. Bütün təbiət və humanitar elmlər obyektin öyrənilməsində riyazi aparat metodundan istifadə etməklə, faktiki olaraq riyazi modelləşdirmə ilə məşğuldurlar: real obyekti riyazi modellə əvəz edir və onu tədqiq edirlər. == Riyazi modelləşdirmə üsulları == Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar: Məqsədin qoyuluşu Modelin mürəkkəblilik səviyyəsinin təyini Modelin alqoritminin planlaşdırılması Modelin parametrinin identifikasiyası Modelin adekvatlığının yoxlanılması Modelin sınağı Modelin həssaslığının təhliliMəqsədin qoyuluşu. Riyazi modelin işlənməsini qarşıya qoyulan məqsədin təyin olunmasından və həll ediləcək məsələlərin təhlilindən başlamaq lazımdır.
Vestibulyar aparat
Vestibulyar aparat (lat. vestibulum) — insanlarda və heyvanlarda başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən orqan, daxili qulağın labirintində yerləşir. == Müvazinət üzvi olan vestibulyar aparatı == Daxili qulağın labirintində ilbizdən başqa iki balaca torbacıq- girdə və oval torbacıq, habelə bir-birinə perpendikulyar müstəvidə yerləşmiş üç yarımdairəvi kanal vardır. Torbacıqlar yarımdairəvi kanallar ilə birlikdə müvazinət üzvi olan vestibulyar aparatı əmələ gətirir. Bu aparatın torbacıqları divarında çoxlu miqdarda reseptor hüceyrələr yerləşir ki, bunların da hər birinin ucunda həssas tükcük olur. Həmçinin, burada çox xırda əhəngli törəmələr (otolitlər) də vardır.Bədənimiz adi vəziyyətdə olduqda həmin xırda əhəngli törəmələr təzyiq edərək altdakı hüceyrələrin tükcüklərini qıcıqlandırır. Lakin bədənimizin vəziyyəti dəyişdikdə başqa hüceyrələr qıcıqlanmağa başlayır və bunlardan gələn oyanma beyin yarımkürələri qabığının müvafiq nahiyyələrinə ötürülür. Yarımdairəvi kanalların enli ağzında yerləşən həssas hüceyrələrin reseptorları həmin kanalların içərisindəki mayenin təzyiqindən qıcıqlanır. Yarımdairəvi kanallar bir-birinə perpendikulyar yerləşdiyindən bədənimizin vəziyyəti dəyişdikdə həmin kanallardakı maye bu və ya digər reseptorları qıcıqlandırır. Müvafiq hüceyrələrdə əmələ gələn oyanma bədənimizin qeyri-adi vəziyyət alması haqqında xəbərləri beyinin müvafiq nahiyyəsinə aparır.
Eleqaz açarı
Eleqaz açarı — elektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür. == Giriş == Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur. Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi. Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər. == Eleqaz açarının quruluşu == Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir.
Qətərdə futbol
Qətərdə futbol — Qətər Futbol Assosiasiyası (QFA) tərəfindən təşkil edilir. Futbol Qətərdə bir nömrəli idman növü hesab edilir. == Tarixi == === Giriş və məlumatlandırma === Neftçilər öz aralarında futbol oynamaq üçün 1948-ci ildə ölkədə liqalar və kublar yaratmağa başlamışdır. Qətərin ilk futbol klubu olan Əl-Əhli 1950-ci ildə yaradılmışdır. Formalaşmağa başladığı zamanlarda "Əl-Nacah" adı altında çıxış etmişdir. Qətərdə futbolun inkişafı Qətər Neft Şirkəti tərəfindən "İzz Səlahəddin Çempionatı" adlandırılan və 1951-ci ildə ilk futbol turniri kimi təşkil olunan çempionatdan sonra baş verdi. 1950-ci illərdə çempionatın adı "Pakkit Kuboku" kimi dəyişdirildi.Qətər Futbol Assosiasiyası 1960-cı ildə yaradıldı və birinci dəstəsində futbol çempionatı 1963-64-cü il mövsümündə başlandı. Liqanın oyunları regionda ilk ot futbol meydançası yerləşdiyi Doha Stadionunda oynanılmışdır. == Tamaşaçıların münasibəti == QSL oyunlarında tamaşaçı tutumu komandanın populyarlığından asılı olaraq 2,000 və 10,000 nəfər arasında dəyişir.. Qətər hökumətinin nazirlik və idarələri tərəfindən keçirilmiş 2014-cü ildəki sorğuda 1,079 respondentin 65 faizi bildirib ki, onlar əvvəlki liqa mövsümündə futbol oyunlarında ümumiyyətlə iştirak etməyiblər.
Qətərdə idman
Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı. == Futbol == Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı. Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur.
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). == Həyatı == Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. === Ölümü === Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. == Bioqrafiya == Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. == Fəaliyyəti == “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
Qətərdə təbii qaz
Qətərdə təbii qaz Qətərdəki qaz ehtiyatları dünyada aşkar edilmiş təbii qaz ehtiyatlarının təxminən 15%-ni təşkil edir və Qətərdə təbii qaz hasilatı 17,9% və ya 5,8 milyard kub fut artıb, çünki bu, dünyada ən yüksək genişlənmə sürətidir. Yaxın Şərq regionu və Şimal qaz yatağı Qatar qazının hasilatının böyük hissəsini təşkil edir, yataq 1971-ci ildə kəşf edilib və qlobal qaz ehtiyatlarının 10%-ni təşkil edir və onu dünyanın ən böyük sərbəst qaz yatağı edir. Qətər hazırda təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya və İrandan sonra üçüncü yerdədir. Qətərdəki qaz ehtiyatları 900 trilyon kub fut təşkil edir ki, bu da onu ümumi qlobal ehtiyatların 14,4%-i ilə dünyada üçüncü ən böyük ehtiyata çevirir.Qətər və İrandan. Qətər də Yaxın Şərqdə 21,7% və ya gündə 95 min barel artan neft istehlakında ən böyük artımın şahidi olub. Qətər qazına tələbatın güclü olması idxalçı ölkələri daha çox Qətər qazı əldə etməyə məcbur edir ki, bu da Qətər və onun qaz ixrac edən şirkətlərinin Qatar Petroleum-dan mövsümi bir məbləğ olan təxminən 90 milyon kubmetr əlavə qaz əldə etdiyini göstərir. Qətər ölkəyə və onun törəmə şirkətlərinə xidmət edən kondensat anbarının genişləndirilməsi layihəsini tamamlamağa çalışır.Genişləndirməyə anbar tutumu üçün 3 anbar çəninin əlavə edilməsi daxildir, çünki hazırda cəmi 3 çən var. Əsas müştəriləri ilə bağlanan müqavilələrin uzunmüddətli və sabit qiymətlərlə olmasını nəzərə alsaq, maliyyə böhranı ölkəyə ciddi təsir göstərməyib, Dövlətin əldə etdiyi ən görkəmli nailiyyətlərdən biri yenidən maliyyələşdirmə üçün 4,1 milyard dolların təmin edilməsidir. Qətər bu yaxınlarda 2024-cü ilə qədər mayeləşdirilmiş təbii qaz hasilatını hər il 110 milyon tona çatdırmaq üçün 105 milyard riyal dəyərində Şimal Yatağı layihəsinin birinci mərhələsinin işlənməsi üçün müqavilələr imzaladığını elan etdi. == ixrac edir == Qətər 2020-ci ildə ixracı 83 milyon metrik ton baryeri keçdiyi üçün dünyanın ən böyük təbii qaz ixracatçısı oldu.
Yol gedirəm (mahnı)
Yol gedirəm — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Nurəngiz Günə, musiqisi isə Aygün Səmədzadəyə məxsusdur. Mahnı Aygün Səmədzadənin prodüsserliyi ilə 2017-ci ildə işıq üzü görən "Bu şəhər ikimizindir" albomuna daxil edilmişdir.
Özündən getmə
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Abaris
Abaris və ya abarid (q.yun. Ἄβαρις Ὑπερβόρειος) — qədim yunan mifologiyasında Apollonun kahini. Skifiya və ya Hiperboreya ölkəsindəndir. Rəvayətə görə, o, yemək yemədən yaşamış və Apollonun ona verdiyi sehrli oxun üzərində uçmuşdur. O, bütün Yunanıstanı gəzmiş, bir sözlə xəstəlikləri sağaltmış, yemək yemədən yaşamış, Spartada tüğyan edən vəbanın qarşısını almışdır. Pifaqorçular Abarisə "Havada gəzən" deyirdilər. Bu mifik qəhrəmanın adını Herodot, Platon, Siciliyalı Diodor çəkir. == İstinadlar == == Xarici keçidlər == Ἄβαρις // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885.