Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arifə Xanım
Arifə Xanım — Osmanlı Dövləti Türk Divan Ədəbiyyatı şairidir. Doğulduğu tarix və məkan bilinmir. XVI əsrdə yaşadığı haqqında məlumat vardır. Osmanlı Dövlətində divan ədəbiyyatı şairlərindən olduğu deyilir. Şeirlərinin məcmuasından ibarət bir divanı olduğu haqda məlumat olsa da, hələ də tapılmamışdır. Arifə xanımdan sadecə iki misradan ibarət bir şeir nümunəsi qalmışdır. Ölüm tarixi və harada öldüyü bilinmir. Arifə Xanımdan bir şeir nümunəsi Niyyət-i əzm ü əməl səbir ü səbat Bəşəri məqsədinə nail edər.
Arifə Kadriyə Sultan
Arifə Kadriyə Sultan (24 mart 1895 – 5 aprel 1933) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Kadriyə Sultan 24 mart 1895-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Ulduz sarayında yaşamışdır. Bu səbəblə Ulduz sarayında dünyaya gələn Kadriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Kadriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Kadriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif QasımovArif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı.Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru. Arif Təbrizi — Azərbaycan şairi.
Teuta Arifi
Teuta Arifi (mak. Теута Арифи, alb. Teuta Arifi 19 oktyabr 1969) — Makedoniya siyasətçisi, 2011-ci ilin iyulundan 2013-cü ilin fevralınadək Makedoniya Respublikası Baş nazirinin müavini. == Təhsili == 1991-ci ildə Priştina Universitetinin (indiki Kosovo Respublikası) filologiya fakultəsini bitirib. 1995-ci ildə Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetindən filologiya üzrə magistr dərəcəsi almışdır. Orada "Alban qadını ənənəvi hüquq normalarında və XX əsrin əvvəllərindən sonuna qədər alban ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. == Karyerası == 10 yanvar 1997-ci ildən - Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetinin Filologiya fakültəsində alban ədəbiyyatı tarixi kafedrasının dosenti. 2001-ci ilin oktyabr ayından - Tetovoda Cənub-Şərqi Avropa Universitetinin Pedaqoqika fakültəsində dosent. 2001 - 2006 - Tetovodakı Cənub-Şərqi Avropa Universitetinin Pedaqoqika fakültəsinin dekanı. 2001-ci ilin oktyabr ayından - Tetovodakı Cənub-Şərqi Avropa Universitetinin Müştərək Şurasının üzvü.
Şıpeytim Arifi
Şıpeytim Arifi (Doğum: May.3, 1979, Priştina) Kosovo-Albaniyalı və Almaniya vətəndaşı olan futbol hücumçusudur. Arifi 2011ci ilin İyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Almaniyanın SSV Reutlingen 05 və FSV Oggersheim, və İranın Pəyami Məşhəd və Persepolis futbol klublarında oynamışdır.
Arif Kəskin
Arif Kəskin - Azərbaycanlı sosioloq və Orta Şərq üzrə mütəxəsis. == Həyatı == Arif Kəskin Cənubi Azərbaycanın 1973-ci ildə Muğan bölgəsində anadan olmuşdur. == Təhsili == Orta məktəbi Muğanda tamamlamışdır. 1993-cü ildə Təbriz Universitetinin Sosial Elmlər fakültəsinin Sosiologiya ixtisasından məzun olmuşdur. 1999-cu ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra Ankara Universitetində Siyasi Elmlər fakültəsində doktarantura təhsili almışdır. == Fəaliyyəti == Arif Kəskin 1999-cu ildən ASAM (Avrasiya Strateji Araşdırmalar Mərkəzi), TÜRKSAM, XXI Əsr Türkiyə İnistitutu və ORSAM kimi düşüncə qurumlarında orta şərq üzrə mütəxəsis olaraq çalışmışdır. 1999-cu ildən günümüzə qədər Türkiyə mətbuatında (Stratejik Analiz, Avrasiya Dosyesi, Radikal, Aktual, Vətən, 2003, Qlobal Strategiya və s.) 100-dən çox məqaləsi yayımlanmışdır. Yazıları Türkiyə xaricində Azərbaycan türkcəsinə, farscaya və ingiliscəyə tərcümə edilərək nəşr edilmişdir. Türkiyədə yazdığı məqalələri İranda tərcümə edilərək kitab halında nəşr edilmişdir.
Arif Mamedov
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Arif Mansurov
Arif Ənvər oğlu Mansurov (1939, Bakı – 2002, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, yazıçı, SSRİ Jurnalistlər İttifaqı və Azərbaycan Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Ekologiya və Həyatın Mühafizəsi Elmləri Akademiyasının akademiki, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1988–1990). == Həyatı == Arif Mansurov 1939-cu ildə Bakıda anadan olmuşdur. Arif Mansurov Mirzə Mansur Mansurovun nəvəsidir, tarzən Ənvər Mansurovun oğlu, aktyor Ənvər Mansurovun atasıdır. Arif Mansurov 2002-ci ildə qəfildən, 61 yaşında dünyasını dəyişib. == Siyasi-ictimai fəaliyyəti == Bakıda, Mərdəkan qəsəbəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə, Səbail rayonunda qəzəlxan Əliağa Vahidə qoyulan abidələr Arif Mənsurovun adı ilə bağlıdır.Moskvada çıxan "Nedelya" qəzetində vaxtaşırı ekoloji problemlərlə bağlı məqalələri, esseləri çap olunub.Arif Mansurov Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olmuşdur. === Partiya fəaliyyəti === Arif Mansurov 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı kimi fəaliyyətə başlamış və 1993-cü ildə siyasi partiyaya çevrilmiş Yaşıllar Partiyasının sədri və qurucusu olmuşdur.O vəfat etdikdən sonra 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik etmişdir. == Təltif və mükafatları == "Şərəf nişanı" ordeni "Əmək veteranı" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Yusif Məmmədəliyev adına mükafat Əliağa Vahid adına mükafat1995-ci ildə "Avr-Asiya" qəzetinin sorğusuna əsasən Azərbaycanda ilin adamı seçilib. == Əsərləri == 1990: Белые Пятна Истории и Перестройка (azərb. Tarixin ağ ləkələri və Yenidənqurma‎) 1994: Гены гиен (azərb. Goreşən xisləti‎) === Kitabları === Мансуров А. Белые пятна истории и перестройка.
Arif Mehdiyev
Arif Şəfaət oğlu Mehdiyev (19 dekabr 1934, Bakı – 19 dekabr 2016, Bakı) — əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 2002-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik. O, 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olmuşdur. == Həyatı və Elmi fəaliyyəti == Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Şəfaət Mehdiyevin ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965–1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş "Xəzər" Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur. 2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.
Arif Mirzəquliyev
Arif Teyyub oğlu Mirzəquliyev — Ləzgi əsilli Azərbaycan aktyoru və həkimi. == Həyatı == Arif Teyyub oğlu Mirzəquliyev ixtisasca həkim olub.İlk əvvəl o,Moskva Ümumittifaq Dövlət Kinemotaqrafiya İnstitutunda təhsil almışdır.Amma ailəsində hamı həkim olduğundan və atasının xahişindən sonra Azərbaycan Dövlət Tibb İnstutuna daxil olur və nevropatoloq ixtisasına yiyələnir. Bir neçə kinoya çəkiləndən sonra sənətindən uzaqlaşır və ömrünün sonuna kimi həkim vəzifəsində çalışır.Buna baxmayaraq o,istedadlı aktyor kimi özünü sübut etməyi bacarır. Onun "Görüş" filmində yaratdığı Kamil və "O olmasın,bu olsun" filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olmuşdur. İki övladı olan Arif Mirzəquliyev 1990-cı ildə vəfat edib.
Arif Mirzəyev
Arif Abdulla oğlu Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu, orqan ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2011). Azərbaycanda dini və orqan musiqisinin əsasını qoymuşdur. == Həyatı == Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil almışdır. Hazırda Almaniyada yaşayır. "Dahi prezidentə xatirə duaları" əsəri ABŞ, Fransa və Almaniyada ifa olunmuşdur. Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarı və orqan ifaçısı "İohann Sebastyan Baxın varisləri" beynəlxalq medalına layiq görülmüşdür.
Arif Mustafayev
Arif Məhərrəm oğlu Mustafayev (1942 – 2005, Bakı) — tanınmış uşaq cərrahı, tibb elmləri doktoru, professor. == Həyatı == Arif Mustafayev 1942 ildə anadan olmuşdur. Arif Mustafayev 1965 ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Arif Mustafayev Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinin dekanı (1986–1990), Bakı şəhərinin baş uşaq cərrahı (1984–1990) işləmişdir. O, 1986 ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının professoru işləmişdir. Arif Mustafayevin anası Rəhilə xanım Mirzə Cavad bəy Qayıbovun nəvəsidir. Arif Mustafayev fizioloq alim, professor Məhərrəm Mustafayevin oğludur. Arif Mustafayev 2005 ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Arif Mustafayevin respublikamızda uşaq cərrahlığının tədqiqində və inkişafında xidmətləri vardır. O, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 10 metodik tövsiyənin, 120 çox elmi məqalənin müəllifi olmuşdur.
Arif Mədətov
Arif Mədətov (filoloq)
Arif Məhərrəmov
Arif Məhərrəmov (rəssam) — Azərbaycan rejissoru və rəssamı. Arif Məhərrəmov (hərbçi) — Hərbçi. Arif Məhərrəmov (fizik) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Arif Məlikov
Arif Cahangir oğlu Məlikov (13 sentyabr 1933, Bakı – 9 may 2019[…], Bakı) — Azərbaycan bəstəkarı və rəssamı, SSRİ xalq artisti (1986), Azərbaycan SSR xalq artisti (1978), professor (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014). Avrasiya Akademiyasının qurucu üzvlərinin biri == Həyatı == Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D. Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Arif Məmmədli
Arif Məmmədli (tam adı:Arif Kamran oğlu Məmmədov; 1 iyul 1959, İmanlar, Laçın rayonu) — müəllim, şair, jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azad Müəllimlər Birliyinin (1993) üzvü. == Həyatı == Arif Məmmədov 1 iyul 1959-cu ildə Laçın rayonunun İmanlar kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu kənddə davam etdirərək 1974-cü ildə Şəlvə kənd 8 illik məktəbini tərifnamə ilə bitirib. Elə həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1978-ci ildə təhsilini başa vuraraq təyinatla İmanlar kənd orta məktəbinə müəllim təyin edilib.1983-cü ildə keçmiş Sovet Ordusuna hərbi xidmətə çağrılıb. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1991-ci ildə isə ali təhsilini tamamlayıb. 1992-ci ildə erməni qəsbkarlarının torpaqlarımızın bir hissəsini işğal etməsi nəticəsində qaçqın düşərək Bakı şəhərində müvəqqəti məskunlaşıb. 1993-cü ildən Azad Müəllimlər Birliyinin (AMB) üzvüdür.
Arif Məmmədov
Arif Məmmədov (nazir) — Azərbaycan SSR Ət-Süd Sənayesi naziri. Arif Məmmədov (diplomat) — Azərbaycan diplomatı, Fövqaladə və Səalhiyyətli Səfir. Arif Məmmədov (arxeoloq) — AMEA-nın müxbir üzvü, Arxeoloq.
Arif Məmmədzadə
Məmmədzadə Arif Mikayıl oğlu — texnika elmləri doktoru, professor. == Həyatı == Məmmədzadə Arif Mikayıl oğlu 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə "Neft istehsalının maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970-1973-cü illərdə adı çəkilən institutun aspirantıdır. 1970-1990-cı illərdə "Nəzəri mexanika" kafedrasının dosenti olmaqla bərabər, həmçinin Tatneftin, Başneftin, ÜETNSİ-nun, Atom geofizikasının ÜETİ-nun və Qərbi Sibirin birgə elmi tədqiqat işlərində iştirak etmişdir. 1991-ci ildən bu günə qədər ADNA-nın "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professorudur. 1973-cü ildə "Gilin qazmeye sisteminin doyma təzyiqinə təsiri" mövzusunda namizədlik, 1989-cu ildə isə, "Doyma təzyiqindən aşağı təzyiqlərdə neft yataqlarının işlənilməsi prosesinin intensivləşdirilməsinin nəzəri və təcrübi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1994-cü ildə "Unocal", 1998-ci ildə isə "Sovviet Petro" xarici şirkətlərində işləmişdir. == Elmi fəaliyyəti == Məmmədzadə A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz mayelərində faza keçidləri; neft hasilatının fiziki (maqnit) sahələrinin tətbiqi; layların neftveriminin artırılması.
Arif Niftullayev
Arif Sabir oğlu Niftullayev (5 mart 1953 — 2000) — Sovet İttifaqını təmsil edən yunan-roma güləşçisi, 1978-ci il Dünya Çempionatının qalibi. == Həyatı == Arif Niftullayev 1953-cü il martın 5-də anadan olub. Arif Niftullayev 1967-ildən güləşlə məşğul olurdu. 1971-ci ildə SSRİ idman ustası normativini yerinə yetirdi. Dəfələrlə SSRİ Çempionatlarında və beynəlxalq turnirlərdə mübarizə aparan Arif Niftullayev, 1978-ci ildə baş tutan Dünya Çempionatının qalibi oldu.Arif Niftullayev Dünya çempionu olmaqla adını güləş tariximizə qızıl hərflərlə yazdı.Qazandıqı uğurla ilk dünya çempionu kimi Azərbaycan Güləş tarixində silinməz iz buraxdı. Karyerasını başa vurandan sonra bizneslə məğlub olan Arif Niftullayev, 2000-ci ildə Rusiyada öz villasında xüsusi amansızlıqla öldürüldü.Arif Niftullayev ailəli idi. Oğlu Arif də güləşçidir və o ilk dəfə iştirak etdiyi böyüklər arasında dünya çempionatında bürünc medal qazanmaqla 97kq çəki dərəcəsində bir ilkə imza ataraq atası kimi tarixə düşdü. Ən maraqlısıda odur ki, ata Arif Niftullayev tarix yazarkən 25 yaşıda idi və oğlu Arif Niftullayev də 25 yaşında tarix yazdı...
Arif Nərimanbəyov
Nərimanbəyov Arif Əmirbəy oğlu (13 aprel 1917, Bakı – 16 may 1992, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyatı == Arif Nərimanbəyov 13 aprel 1917-ci ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1944). Müharibədən sonra Bakı kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi bir "Mozalan" kinojurnalı çəkib. 16 may 1992-ci ildə vəfat edib. == Filmoqrafiya == Əbədi odlar ölkəsi (film, 1945) Zəfər bayramı (film, 1945) Fətəli xan (film, 1947) Quba bağlarında və Tərtərçay vadisində (film, 1949) Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949) Bakının işıqları (film, 1950) Mingəçevir (film, 1950) Səhər nəğməsi (film, 1950) Azərbaycan sərhədçiləri (film, 1951) Gənc Leninçilər (film, 1951) Quba bağlarında (film, 1953) Bərəkətli torpaq (film, 1954) Bəxtiyar (film, 1955) Qızmar günəş altında (film, 1957) Bakı və bakılılar (film, 1957) Bir qalanın sirri (film, 1959) Akif Cəfərovun briqadası (film, 1960) Azərbaycanın böyük kimyası (film, 1961) Leyli və Məcnun (film, 1961) Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962) Möcüzələr adası (film, 1963) Qaraca Qız (1966) İnsan məskən salır (film, 1967) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Var olun, qızlar... (film, 1972) Kimdir Məmməd Məmmədov? (film, 1973) Ömrün Səhifələri (1974) Rəqiblər (1974) Dərviş Parisi partladır (film, 1976) Ürək... Ürək...
Arif Orucov
Arif Kabı oğlu Orucov (d. 15 sentyabr 1961, Dilican ş.) — Fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == 1961-ci ilsentyabırın 15-də Dilican şəhərində anadan olmuş; 1969–1978-ci illərdə İcevan rayonunda Polad kənd orta məkətəbində oxumuş; 1979–1981 illərdə hərbi xidmətdə olmuş; 1981–1987-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil almış; 1982-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1987–1995-ci illərdə Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında baş laborant və qiyabi aspirant; 1982–1987-ci illərdə Ümumifizika kafedrasında laborant; 1995–2001-ci illərdə BDU-da Ümumi fizika kafedrasında laboratoriya müdiri; 2001-ci ildə f.r.-e.n., "Üzərində təbəqə olan bəzi keçid metalların səthində fiziki proseslər" 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim;Bakı Dövlət Universitetində Apardığı dərslər: Ümumi fizika kursu, elektromaqnetizm. 35 elmi məqalənin müəllifidir. === Tədqiqat sahəsi === Qrafit monotəbəqəsi ilə örtülmüş bəzi keçid və nadir metalların səthi nə yad atomları nadsorbsiyası zamanı səth–həcm sərhəddində baş verən fiziki-kimyəvi proseslərin tədqiqi. == Əsərləri == Оруджов А.К., Рагимов Р. Ш. Внедрение атомов углерода в рений и получение графитой пленки на поверхности рения. Tətbiqi fizika və energetikanın aktual məsələləri Beynəlxalq Elmi Konfransı, Bakı, SDU, 2018, s. 110–112 Оруджов А.К., Гюлахмедов О.Г. Диффузия атомов углерода в рений и получение графитой.
Arif Paşa
Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir. == Həyatı == Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. == Həbsi == 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.
Arif Paşayev
Arif Mir Cəlal oğlu Paşayev (15 fevral 1934, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, akademik (2001), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2005), Milli Aviasiya Akademiyasının rektoru. == Həyatı == Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir. Görkəmli alim 1960–1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi fəaliyyəti == Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikasıdır. O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır.
Arif Qasımov
Arif Qasımov (aktyor) — Azərbaycan rejissoru, aktyor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. Arif Qasımov (deputat) — Naxçıvan Ali Məclisinin deputatı.
Arif Qazıyev
Arif Qazıyev (rəssam) — Azərbaycanın xalq rəssamı (2018). Arif Qazıyev (rejissor) — Azərbaycan televiziya rejissoru, Ssenari müəllifi.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.