Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arbatan
Arbatan (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Arbatan (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Ardahan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Armatyan
Armatyan — Qazax rayonu ərazisində dağ; Armatyan — Qax rayonu ərazisində dağ. Hündürlüyü 997 m.
Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Ağlağan
Ağlağan Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. == Toponimkası == Ağlağan- Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Bozabdal dağ silsiləsinin zirvələrindən birinin adıdır. Loru və Pəmbək bölgələrini ayıran dağdır. (hünd.2992m.) İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunun IV boyunda "kafirlərin" (yəni xristianların) sərhəddində dağ kimi çəkilir. Keçmişdə Qazax-Borçalı ellərinin yaylaq yeri olmuşdur. Ağ və mənası məlum olmayan Laqan sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Qızıl-Laqan, Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusunda Laqan-Xuduk, Dağıstan əyalətinin Teymurxanşura dairəsində Çakas-Laqan və başqa toponimlərdə mənası məlum olmayan "laqan" sözü vardır. 1747-ci ildə Borçalı bölgəsinin Baydar nahiyəsində bir kənd də Laxan adlanırdı. XX əsrin 30-cu illərində Ağlağan dağı fərmanla ermənicə Urasar adlandırılmışdır.
Harmatan
Harmatan (ing. Harmattan) — Böyük səhradan Qvineya və Yaşıl burun adaları tərəfə əsən (noyabr-mart) çox quru və tozlu şimal-şərq passatının, həmçinin müvafiq mövsümün yerli adı. == Təsirlər == Bu mövsüm qışdan fərqli olaraq soyuq, quru və tozlu külək, həmçinin gecə və gündüz ətraf mühitin temperaturunda geniş dalğalanmalar ilə xarakterizə olunur. Bəzən günortadan sonra temperatur 30 °C (86 °F)-a qədər yüksələ bilsə də, bütün gün boyunca 9 °C (48 °F)-ə qədər aşağı da düşə bilər. Sahara kimi bəzi bölgələrdə bu mövsüm isti keçə bilər. Harmattan bölgəyə əsdiyi zaman havanın rütubətliliyi azalır. Harmattan özü ilə səhra üçün səciyyəvi olan hava şəraiti gətirir: rütubəti azaldır, bulud örtüyünü dağıtır, yağıntının yaranmasının qarşısını alır və bəzən qum fırtınaları nəticələnə bilən böyük toz buludları yaradır. Külək həmçinin yanğın riskini artıra və məhsula ciddi ziyan vura bilər. Harmattanın musson küləkləri ilə qarşılıqlı təsiri tornadolara səbəb ola bilər. === Harmattan dumanı === Qərbi Afrikanın bəzi ölkələrində havada tozun ağır miqdarı görmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıra və bir neçə gün günəş işığının qarşısını güclü dumanla müqayisə ediləcək qədər bağlaya bilər.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Ramazan
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Tarbağan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. Elman Məmmədov — kimya elmləri doktoru, professor. Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Armata
T-14 Armata Rusiya Federasiyası tərəfindən istehsal olunmuş əsas döyüş tankıdır. Bu, ilk dəfə seriyalı istehsal olunmuş yeni nəsil tankdır. Rusiya Ordusu 2015-2020-ci illər aralığında orduya təhvil verilmək üzrə 2,300 ədəd T-14 tankı sifariş vermişdir. T-14 tankı ilk dəfə 2015-ci il may ayının 9-da Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində Qırmızı meydanda keçirilmiş hərbi parad zamanı nümayiş etdirilmişdir.T-14 Armata tanklarıRusiya Federasiyasının istehsal etmiş olduğu ən müasir tankdır.T-14 Armata tanklarının maksimum sürəti saatda təxminən 80-90 kilometr arasında dəyişir.Bu tankların hərəkət mənzili də kifayət qədər yüksəkdir-500 kilomerdir. == Konstruksiya == T-14 Armata yeni nəsil tank olaraq digər tanklarla müqayisədə daha fərqli dizayna sahibdir. Tank insansız qüllənin olması və üç nəfərdən ibarət ekipajının ön tərəfdə zirehli kapsul içərisində olması kimi bir sıra fərqli xüsusiyyətlərə sahibdir. Konstruksiya müddəti 5 il(2009-2014-cü illər arasında)çəkmişdir. == Silahlanması və təchizatı == T-14 Armata tankının əsas silahı əvvəlki rus tanklarında olduğu kimi 125 mm-lik yivsiz topdur. Dəqiqədə 10-12 atəş açmaq qabiliyyətinə malik olan bu top 8 km uzaqlıqda yerləşən zirehli maşını məhv etməyə qadirdir. Gün işığında 5 km, gecə qaranlığında isə termal kamera sayəsində 3.5 km uzaqlıqdakı hədəfi təyin edə bilir.
Marağan (Sərdəşt)
Marağan (fars. مراغان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər. yaşayır (78 ailə).
Qarağan Saatlı
Qarağan Saatlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsabad kənd inzibati ərazi dairəsində kənd.
Qarağan Sədi
Qarağan Sədi — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Sədi kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarağan Şıxlar kəndi mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarağan Şıxlar
Qarağan Şıxlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Şıxlar kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarağan şoranı
Qarağan şoranı və ya kol şoranı Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Ramazan Abbasov
Ramazan Fazil oğlu Abbasov (rus. Рамаза́н Фази́ль оглы́ Абба́сов; 22 sentyabr 1983, Salah, İcevan, Qaraqoyunlu mahalı, SSRİ) — Azərbaycan futbolçusu.
Ramazan Abdulatipov
Ramazan Abdulatipov (rus. Рамазан Гаджимурадович Абдулатипов ; 4 avqust 1946, Qebquda[d], Dağıstan MSSR) — Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Başçısı. Milliyətcə Avardır. Ramazan Hacımuradoviç Abdulatipov 1946-cı il avqustun 4-də RSFSR Dağıstan MSSR Tlyarat rayonunun Qebquda kəndində anadan olub. Milliyətcə avardır. Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir. Abdulatipov 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb. Fəlsəfə elmləri doktoru, professordur.
Ramazan Bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Ramazan Burcayev
Burcayev Ramazan Hacı oğlu — Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri. 15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971-1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor. O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007-2010-cu illərdə isə Şəki Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. R.Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb. 10 dekabr 2012-ci ildə vəfat edib. Ailəli idi.
Ağmanqan
Ağmanqan — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında (Kamo rayonunda) dağ adı. == Toponimikası == Mənbədə yaylaq adı kimi qeyd olunmuşdur. Digər adı Abdulhasardır. Yerli tələffüz forması həm də Ağmağandır (Miskin Abdalın "Aslan şah və İbrahim" dastanında: "Harda qaldı Ağmağanın elləri"). XIX əsrə aid rus dilli ədəbiyyatda Ağ Maxan forması da vardır. Dağın adı türk dillərindəki ağ və manqkan — "açıq sarımtıl", ya da mağan — "qaşqa" sözlərindəndir. Mənbələrdə İrəvan xanlığında (Oşakan kəndi yaxınlığında) ermənicə yazılışda Manqanos (yaşayış-məntəqə adlarındakı "os" sonluğu erməni dilində yunan mənşəli şəkilçidir) kəndinin adı çəkilir, lakin həmin kəndin adı XI əsrə aid elə ermənicə mənbədə Mankan-Qom kimi qeyd olunmuşdur. Mənbələrdə bu dağ həm də Mağmağan və Armağan adları ilə məlumdur. Göyçə gölü hövzəsinin cənub-qərbində yerləşən bu dağın zirvəsindəki göl Armağan adlanır.
Qaraqan
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Tarbaqan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Adagan
Adaqan
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Luis Barraqan
Luis Barraqan (9 mart 1902[…], Quadalaxara – 22 noyabr 1988[…], Mexiko) — Meksikalı memar. == Həyatı == Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu. 1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi. Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir. 1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi.