Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksubay rayonu
Aksubay rayonu (tatar. Аксубай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənubunda, Zakamski iqtisadi rayonunda yerləşir. İnzibati mərkəzi Qazan şəhərindən 180 km, Nurlat dəmiryol stansiyasından 58 km və Çistopol şəhərindən 85 km məsafədə yerləşən şəhər tipli Aksubay qəsəbəsidir. == Coğrafiya == Çistopol, Yeni Çimşə, Çirmeşən, Nurlat və Alekseyevsk rayonları ilə həmsərhəddir. Sahəsi - 1439.16 km²-dir. Bilyar qoruğu. Keremetev meşəsi. Bolşaya Sulça, Savruşka çayları və s. == Tarixi == 10 Avqust 1930-cu ildə təsis edilmişdir.
Ağsuçay
Ağsuçay — Kürün sol qolu. Şamaxı, Ağsu və Kürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür. Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 km²-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay adlanır. Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500–700 mq/l minerallaşmaya malikdir. Ağsuçaydan suvarma məqsədləri ilə istifadə olunur və Cavanşir su anbarını qidalandırır.
Assuva
Assuva — Anadolunun qərbində konfederasiyası. Bu, hetlərə qarşı müharibə aparmaq üçün yaradılmışdır və e.ə.. 1230-cu ildə IV Tudxaliyanın başçılıq etdiyi het ordusu tərəfindən məğlub edilmişdir. Helmut Bossert sonradan yaranmış Asiya adının Assuvadan gəldiyini, bu adın əvvəlcə yalnız Anadoluya aid ediliyini və Makedoniyalı İsgəndərin yürüşləri dövründə Yunanıstanın şərqindəki torpaqların hamısını ifadə etdiyini irəli sürmüşdür. == Üzvlərin siyahısı == IV Tudxaliyanın "Annallar"ında koalisiyanın tərkibi göstərilmişdir. Siyahı cənubdan şimala doğru verilmişdir: adı "-ugga" və ya "-luqqa" ilə bitən ölkə. Kispuva (Kispuwa). Unaliya (Unaliya). başlıq zədələnib. Tura (Dura).
Asseqay çayı
Asseqay çayı, Vakkerstrom, Mpumalanqadan, Cənubi Afrikanın şimalından öz başlanğıcını götürür və Mhkondvo çayına tökülən Piet Retiefin cənub şərqindəki Heyshope su anbarına tökülür. Asseqay çayının qolları arasında Ngulane Çayı, Anispruit, Boesmanspruit ve Kleyin Asseqay çayı var.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.