Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Assur
Qədim Aşşur (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış qədim dövlət. Daha sonralar, Aşşur imperiyası Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir. Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu.
Assur dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Aşşur (tanrı)
Aşşur- (akkad. ) assuriya, şumer-akkad mifologiyalarında müharibə, dava tanrısı.
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Assuva
Assuva — Anadolunun qərbində konfederasiyası. Bu, hetlərə qarşı müharibə aparmaq üçün yaradılmışdır və e.ə.. 1230-cu ildə IV Tudxaliyanın başçılıq etdiyi het ordusu tərəfindən məğlub edilmişdir. Helmut Bossert sonradan yaranmış Asiya adının Assuvadan gəldiyini, bu adın əvvəlcə yalnız Anadoluya aid ediliyini və Makedoniyalı İsgəndərin yürüşləri dövründə Yunanıstanın şərqindəki torpaqların hamısını ifadə etdiyini irəli sürmüşdür. == Üzvlərin siyahısı == IV Tudxaliyanın "Annallar"ında koalisiyanın tərkibi göstərilmişdir. Siyahı cənubdan şimala doğru verilmişdir: adı "-ugga" və ya "-luqqa" ilə bitən ölkə. Kispuva ( Kispuwa ). Unaliya ( Unaliya ). başlıq zədələnib. Tura (Dura).
Azure
Azure — Bakıda yerləşən biznes, yaşayış, ticarət və əyləncə mərkəzindən ibarət çoxfunksiyalı kompleks binası. Kompleksin tərkib hissəsi olan "Megafun" əyləncə mərkəzi Avropanın ən böyük qapalı əyləncə mərkəzi sayılır.Bina Xəzər dənizinin sahilindən 100 metr məsafədə, Ağ Şəhərin yanında, Nobel prospektində yerləşir. == Kompleks == Çoxfunksiyalı Azure Kompleksi – Azərbaycanın tikinti bazarının liderlərindən olan YENİ HAYAT Şirkətlər Qrupu-nun Bakıda gerçəkləşdirdiyi ən innovativ layihələrdən biridir. === Azure Business Center === Azure Business Center postmodern üslubunda hazırlanmış A+ sinifinin 30 mərtəbəli ofis qülləsidır. Göydələnin forması yelkənlər üzərində gəmi yarışını simvollaşdırır, memarlara görə isə müvəffəqiyyət arzusunu simvollaşdırır. Qüllədə 200 ofis binası, konfrans zalı, kino, tibb mərkəzi, kafe və 2000 avtomobil üçün park yeri var. Panoramik liftlərdən istifadə olunur. İş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş 200 ofis, konfrans zalları, iclas üçün otaqlar, kafe və restoranlar, xidmət otaqları yerləşir. === Azure Shopping Centre === Azure Shopping Center 4 mərtəbəli 40 000 m²-lik bir ticarət mərkəzidir. 2012-ci ildə açıldı.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Assiri dili
Assuriya dili — iki semit dilinin adı: Assiri dili (Assuriya dialekti) — Assuriya ərazisində akkad dilinin dialektlərindən biri. Assiri dili (аysoru, aturaya, surət) — assuriyalılar tərəfindən istifadə edilən və urmiyalılar tərəfindən istifadə edilən yeni arami dili.
Ussuri çayı
Ussuri (Mancur dilində - Qara) — Primorsk diyarı və Xabarovsk diyarı ərazisindən və Çinin Xeylunszyan vilayəti ərazisindən axır. Amur çayının sağ qolunu təşkil edir. Çay böyük məsafədə Rusiya və Çin sərhəddindən keçir. 1972-ci ildə Ussuri çayı Arxipovka kəndinə qədər YanmutXouza (Yan-Mut-Xouza) adlanırdı. Sonra isə Verxnaya Breevka kəndinə qədər isə Sandaqao, buradan yuxarıya doğru isə Ulaxe adlanır. Ümumilikdə isə çay Ussuri adlandırılmışdır. Damansk adası konfliktindən sonra uzaq şərqdə yerləşən Çin dilində olan coğrafi obyektlərin adı dəyişdirilir == Coğrafiyası == Uzunluğu 897 km, hövzəsinin sahəsi 193 000 km² təşkil edir. Çayın mənbəyi Olqinski rayonu ərazisində yerləşir. Çayın mərkəzində çoxlu sayda kiçik adalar vardır. Kazakeviçevi kəndi (Xabarovskiy rayonu) ərazisində dayaz Kazakeviçeva axarına tökülür.
Eutriorchis astur
Eutriorchis astur (lat. Eutriorchis astur) — eutriorchis cinsinə aid quş növü.
Microsoft Azure
Microsoft Azure Microsoft tərəfindən idarə məlumat mərkəzlərindən ibarət olan qlobal bir şəbəkədə sürətli bir şəkildə tətbiqlər yaratmaq, paylaşmağ və idarə təmin edən açıq və elastik bir bulud platformasıdır. Hər hansı bir dili, vasitəsi və ya çərçivəni istifadə edərək tətbiqlər inkişaf etdirə bilərsiniz. Hər zaman işləyir. Hər zaman açıqdır. Microsoft Azure aylıq 99,95% nisbətində bir SLA təqdim edir və yüksək səviyyədə əlçatan tətbiqlər inkişaf etdirib işlətməyinizi təmin edər. Avtomatik əməliyyat sistemi və xidmət düzəltmə əlavəsi tətbiqi, məskun şəbəkə yükü balans və təchizat nasazlıqlarına qarşı rahatlıq verir. Tətbiqinizi istədiyiniz an üst distributivə yeniləmənizi təmin edəcək bir paylama modelini dəstəkləyir. Microsoft Azure, tətbiq inkişaf etdirmək üçün hər hansı bir dili, çərçivəni və ya vasitəsini sizin üçün təmin edir. Xüsusiyyətlər və xidmətlər açıq REST protokolları istifadə edərək açılır. Microsoft Azure müştəri kitabxanaları, birdən çox proqramlaşdırma dilində mövcuddur, bir açıq kod lisenziya daxilində bazara sürülür və GitHub üzərində həyata keçirilir.
Suure-Yaani
Suure-Yaani (est. Suure-Jaani) — Estoniyanın mərkəzindəki Vilyandimaa maakondunda şəhər. 1950-1959-cu illərdə eyniadlı rayonun mərkəzi idi. Məşhur bəstəkarlar A.Kappın və V.Kappın şərəfinə burada memorial muzey yaradılıb və hər il şəhərdə onların şərəfinə musiqi festivalı keçirilir.
Tobias Asser
Tobias Asser (ing. Tobias Michael Carel Asser; 28 aprel 1838[…], Amsterdam – 29 iyul 1913[…] və ya 29 iyun 1913, Haaqa) — yəhudi əsilli hollandiyalı vəkil və hüquqşünas. 1911-ci ildə Alfred German Fridlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. Tobias Asserə Nobel sülh mükafatı 1899-cu ildə Haaqada keçirilən sülh konfransındakı arbitraj sahəsində gördüyü işlərə görə verilmişdir. == Həyatı == Tobias Asser Karl Daniyel Asserin oğlu və Karel Asselin nəvəsi olaraq Amsterdamda anadan olmuşdur. Amsterdam Universiteti və Leyden Universitetində hüquq təhsili almışdır. Tobias Asser daha sonra Amsterdam Universitetində hüquq üzrə professor olmuşdur. Tobias Asser Con Vestleyk və Qustav Lorin-Jakkemin ilə birgə Beynəlxalq hüquq və Müqayisəli hüquq jurnalını (fr. Revue de Droit International et de Législation Comparée) təsis etmişdir. Bundan başqa, 1873-cü ildə Beynəlxalq Hüquq İnstitutunun qurucularından biri olmuşdur.1899 və 1907-ci illərdə keçirilən hər iki Haaqa Sülh Konfransında da Niderlandın nümayəndəsi olaraq təmsil olunmuşdur.
Windows Azure
Microsoft Azure Microsoft tərəfindən idarə məlumat mərkəzlərindən ibarət olan qlobal bir şəbəkədə sürətli bir şəkildə tətbiqlər yaratmaq, paylaşmağ və idarə təmin edən açıq və elastik bir bulud platformasıdır. Hər hansı bir dili, vasitəsi və ya çərçivəni istifadə edərək tətbiqlər inkişaf etdirə bilərsiniz. Hər zaman işləyir. Hər zaman açıqdır. Microsoft Azure aylıq 99,95% nisbətində bir SLA təqdim edir və yüksək səviyyədə əlçatan tətbiqlər inkişaf etdirib işlətməyinizi təmin edər. Avtomatik əməliyyat sistemi və xidmət düzəltmə əlavəsi tətbiqi, məskun şəbəkə yükü balans və təchizat nasazlıqlarına qarşı rahatlıq verir. Tətbiqinizi istədiyiniz an üst distributivə yeniləmənizi təmin edəcək bir paylama modelini dəstəkləyir. Microsoft Azure, tətbiq inkişaf etdirmək üçün hər hansı bir dili, çərçivəni və ya vasitəsini sizin üçün təmin edir. Xüsusiyyətlər və xidmətlər açıq REST protokolları istifadə edərək açılır. Microsoft Azure müştəri kitabxanaları, birdən çox proqramlaşdırma dilində mövcuddur, bir açıq kod lisenziya daxilində bazara sürülür və GitHub üzərində həyata keçirilir.
Ömər Assar
Ömər Assar (22 iyul 1991) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Ömər Assar Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Ömər Assar Misiri 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Aşsüzən
Aşsüzən — kiçik deşikləri olan qazana bənzər, mətbəx avadanlığı. Bərk cismlərlə mayeni bir-birindən ayırmaq üçün istifadə edilir.
Aşura
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Sure-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Alsürmə (Xoy)
Alsürmə (fars. ‎‎السرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Aynurə Həşimova
Aynurə Abdulla qızı Həşimova — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Təsviri Sənət Qalereyasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2015). == Həyatı == Həşimova Aynurə Abdulla qızı 29 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. 1998–2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirib. 2002–2005-ci illərdə həmin Akademiyada magistr təhsili alıbdır. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olaraq "Dizayn tərkibli təsviri incəsənət məşğələlərində uşaqların təfəkkürünün və qabiliyyətlərinin inkişafı imkanları" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərdi sərgiləri keçirilib, dövlət tədbirlərinin yüksək səviyyədə təşkilinə görə dəfələrlə fəxri fərmanlarla , diplomlarla , təşəkkürnamələrlə təltif edilibdir. 2007-ci ilədə Bakı Şəhər Təhsil İdarəsinin fəxrə fərmanı ilə təltif edilib. 2006-cı il 10 may Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.
Aynurə İmranova
Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalisti və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997 cü ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
Üsturə (Salmas)
Üsturə (fars. استوره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 583 nəfər. yaşayır (84 ailə).
Şanurə (Qürvə)
Şanurə (fars. شانوره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 772 nəfər yaşayır (187 ailə). Əhalisini kürdlər təşkil edir.
Surə
Surə - müsəlmanların müqəddəs kitabı olan Quranın bölmələri. Quranda 114 surə var. Surələr ayələrə bölünür. Ən böyük surə əl-Bəqərə surəsidir.
Aşura (qida)
Aşura pudinqi(türk. Aşure) və ya Nuh pudinqi- taxıl,meyvə və qozkimilər qarışığından ibarət türk deserti. Aşura pudinqi, İslami təqvimin ilk ayı Məhərrəmin onunda və ya Aşura günü təklif edilir. == İnqredientləri == Aşura pudinqinin bir növ resepti yoxdur çünki regionlar və ailələr arasında reseptlər dəyişir.Ənənəvi olaraq, ən azı yeddi inqredientdən ibarət olduqu deyilir. Bəziləridə “onuncu” mövzusuna uyğun ən azı on inqredientdən ibarət olduqunu deyirlər. Bunların arasında buğda, düyü, lobya, noxud, şəkər (və ya digər şirinləndiricilər), qurudulmuş meyvə və qozkimilərdən ad aparmaq olar buna baxmayaraq ki bir çox variantları var. Bir çoxlarıda pudinqin dərinliyinə artırmaq üçün portağal və limon qabığı əlavə edirlər. Küncüt toxumu, nar dənəsi, gülab və darçın kimi dadvericilər üzərinə qoyulur. Aşura pudinqinin bəzi reseptlərində mərciməkdə ələvə olunur.
Aşura günü
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Rabab Aşour
Rabab Aşour (1 yanvar 1979) — Misirli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Misiri təmsil edir. Rabab Aşour dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Fransisko Paskual Obama Asue
Fransisko Paskual Ayqu Obama Asue (fr. Francisco Pascual Eyegue Obama Asue; port. Francisco Pascual Eyegue Obama Asue; isp. Francisco Pascual Eyegue Obama Asue; 21 aprel 1949) — 23 iyun 2016-cı ildən etibarən Ekvatorial Qvineyanın Baş naziri vəzifəsini icra edən siyasətçi. == Fəaliyyəti == Baş nazir postunu tutmazdan öncə o, Səhiyyə və Sosial Təminat Naziri, eyni zamanda Ticarət Naziri olmuşdur. Ticarət Naziri olduğu müddətdə İspaniyanın idxalçı şirkətləri ilə işləyən qonşu ölkə Kamerunda istehsal olunan məhsulların idxalını qadağan etdiyi bilinir. 2015-ci ildə Baş nazir təyin olunandan bəri, dövlət idarəçiliyində korrupsiya artdı və prezident məsləhətçiləri və də daxil olmaqla, kabinet üzvlərinin əksəriyyəti ən yüksək vəzifələri daşıyan təcrübəsiz insanlardan təşkil edildi.