Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağmiyan (Ağmivən, İran)
Ağmiyan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsində, Ağmivən kəndistanında, Sərab şəhərdən 8,5 km şimal-şərqdə, Sərab-Təbriz avtomobil yolunun 3 kilometrliyindədir.
Atmiyan-i Süfla (Sərab)
Atmiyan-i Süfla (fars. تميان سفلي‎) və ya Aşağı Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Atmiyan-i Vüsta (Sərab)
Atmiyan-i Vüsta (fars. اتمیان وسطی‎) və ya Orta Atmiyan - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (9 ailə).
Aminə binti Vəhb
Əminə binti Vəhb (ərəb. آمِنَة ٱبْنَت وَهْب‎, ʾĀminahʾ ibnat Wahb, 549, Məkkə – 575, Əl-Əbva[d], Məkkə bölgəsi[d]) — İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin anası. == Həyatı == Tarixi qaynaqlarda Əminə binti Vahbın doğum tarixi barədə hər hansı bir məlumat yoxdur. Çox gənc yaşlarında evlədiyi bilinir. Həyat yoldaşı Abdullah ibn Əbdülmütəllib o hamilə ikən vəfat etmişdir. Məhəmməd Peyğəmbərin doğumundan altı il sonra, 577-ci ildə, həyat yoldaşı və qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Məhəmməd ilə getdiyi Mədinədən qayıdarkən Ebva adlı bir kənddə, gənc yaşda (22 və ya 23) vəfat etmiş və oradaca dəfn edilmişdir. Məzarı hələ də oradadır. Məhəmməd Peyğəmbərin anası olduğu üçün İslam Ədəbiyyatında xüsusi yerə sahibdir.
Xəstəxanada görüş (Aminə Sədr)
Xəstəxanada görüş — Aminə Sədrin povesti. Müsəlman dünyasında parlaq imza sahibi olan yazıçının sizə təqdim edilən "Xəstəxanada görüş" povestində o, cəmiyyətin və ümmətin möhtəşəm ilahi konsepsiya vasitəsilə ali insani dəyərlərə yiyələnməsinin necəliyi barədə düşünür və yazır. Povestdə bir çox elmi-fəlsəfi problemlərə anlaşıqlı və səlis üslubda aydınlıq gətirilir; silsiləvi dialoq şəklində materialist fəlsəfi məktəblərinin irəli sürdüyü prinsiplər müzakirə edilərək bu baxışların yetərsizliyi, insanı ali dəyərlərə çatdırmaq potensialına malik olmadığı sübuta yetirilir. Kitab öz orijinallıq, dərinlik və mənəvi dəyərlərin önə çəkilməsi ilə diqqət çəkir.