Bələncər
Bələncər — Dərbənddən 25 km cənubda yerləşən orta əsr Belici şəhərgahı yerində olmuş şəhər.
Müasir tədqiqatçıların bir qismi ərəb müəlliflərinin məlumatlarına əsaslanaraq, Bələncəri coğrafi məkan etibarilə Sulak çayı ilə Buynaksk şəhəri arasında yerləşdirir və onu hunların keçmiş paytaxtı Varaçan şəhəri ilə eyniləşdirir; bəziləri isə Bələncərin vaxtilə Buynaksk şəhərinin ərazisində yerləşmiş olduğunu söyləyir
== Tarixi ==
Bələncərin şəhər əhalisi, bizanslılar tərəfindən xristianlaşdırılan başqa xristian təbəələri kimi, xəzərlərin mülayim hakimiyəti altında yaşayan
albanlar olub.
Bələncər döyüşü
Bələncər ərəblər tərəfindən hicri 104-cü ilin rəbi əl-əvvəl ayında alınmışdı (19. VIII- I7. IX.722).