Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.au
.au — Avstraliyanın internet kodu. == Tarixi == Domen adı əvvəlcə Con Postel tərəfindən təsis edilmişdir. O, 1986-cı ildə Melburn Universitetinin IANA operatoru Kevin Robert Elz üçün açıldı. Təxminən beş illik bir müddətdən sonra, 1990-cı ildə, .au Domain Administrasiyası internet sektorunda özünü tənzimləyən bir qurum olaraq açıldı. 2001-ci ildə ICANN-dan təsdiq alır və 1 iyul 2002-ci ildə domen qeydiyyatı üçün yeni rəqabət rejimi başlayır.
AU
Azərbaycan Universiteti və ya qısaca AU — Azərbaycanda fəaliyyət göstərən ilk özəl universitet. == Tarixi == Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunmuşdur. Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır. 2016-cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Universiteti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur. == Tədrisin təşkili == Universitet 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir.
Au yarımadası
Au yarımadası (alm. Halbinsel Au‎) — İsveçrənin Sürix kantonunda, Sürix gölündə yerləşən yarımada. == Tarixi == Yarımada Surix kantonunun ərazisinə 1150-ci ildə daxil edilmişdir. Ancaq burada ilk yaşayış 1316-cı ildə qurulmuşdur. 1651-ci ildə yarımada və ora daxil olan bütün mülkiyyət isveçrəli general və dövlət xadimi, Qans, Rudolf Verdmyuller tərəfindən satın alınmışdır. Onun ölümündən sonra bütün mülkiyyət Sürix kantonuna qaytarılmışdır Fridrix Qotlib öz şerlərində buranı hər isveçrəlinin müqəddəs yeri olaraq göstərir. Hazırda Au Vedensvil kommunası ərazisinə daxildir. Yarımada ərazisinə ancaq xüsusi katerlərdə getmək olar. 2007-ci ilin 31 dekabr tarixli məlumatına görə yarımadada 615 nəfər yaşayır.
Papi Dossous
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Ağ at mağarası
"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m. == Ümumi məlumat == Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır.
Al və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.
.ac
.ac — Askension adasının ölkə internet kodu
.ad
.ad — Andorranın internet kodu
.ae
.ae — Birləşmiş Ərəb Əmirliklərinin internet kodu
.af
.af — Əfqanıstanın internet kodu
.ag
.ag — Argentinanın internet kodu.
.ai
.ai — Anqilyanın internet kodu.
.al
.al — Albaniyanın internet kodu.
.am
.am — Ermənistanın internet kodu.
.an
.an — Niderland Atil adalarının internet kodu.
.ao
.ao — Anqolanın internet kodu.
.aq
.aq — Antarktikanın internet kodu. Domen iki il müddətinə pulsuz verilir. Domeni almaq üçün isə hökmən Antarktidada azı bir dəfə olmaq tələb edilir. İki ildən sonra istifadə müddətini yenidən artırıla bilə.
.ar
.ar — Argentinanın internet kodu.
.as
.as — Amerikan Samoasının internet kodu.
.at
.at — Avstriyanın internet kodu.
.aw
.aw — Arubanın internet kodu.
.ax
.ax — Aland adalarının internet kodu.
.az
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir. 2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib. == Tarixi == Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür.
Dessau
Dessau Almaniyanın Saksoniya-Anhalt regionunda yerləşən bələdiyyədir. Sahəsi 182,81 km² olan Dessau bələdiyyəsində 30 iyun 2006-cı ilə görə 77.973 nəfər əhali yaşayır. Km² başına 427 nəfər düşür.
A5
A5 — GSM (Group Special Mobile) standartlı mobil rabitə şəbəkələrində mobil terminal ilə baza stansiyası arasında ötürülən trafikin mühafizəsi üçün istifadə edilən axın şifri üçün Avropa standartıdır. Kriptoqrafik açarın uzunluğu 64 bitdir. Kriptoqrafik məhsulların ixracına olan məhdudiyyətlərə görə A5/1 və A5/2 (zəiflədilmiş) kimi iki variantı mövcuddur. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Penstemon deustus
Penstemon deustus (lat. Penstemon deustus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Euseius densus
Euseius densus (lat. Euseius densus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Cynodon dactylon var. densus
Barmaqvari çayır (lat. Cynodon dactylon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü.
AÜP
Azərbaycan Ümid Partiyası və ya qısaca Ümid Partiyası (qeyri-rəsmi AÜP) — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Ümid Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib.