Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Ayro
Ayro (ing. Iroh) - Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajlardan biri. Dublaj - Mako İvamatsu, Qreq Bolduin.
Ayrı
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu.
Arru (kommuna)
Arru (fr. Arrout) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09018. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 69 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 45 yaşda (15-64 yaş arasında) 32 nəfər iqtisadi fəal, 13 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.1%, 1999-cu ildə 63.2%). 32 fəal şəxsdən 28 nəfəri (15 kişi və 13 qadın), 4 nəfər işsiz (4 kişi və 0 qadın) idi. Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 4 nəfər təqaüdçü, 5 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Aynu dili
Aynu dili(Ainu: aynu. アイヌ・イタㇰ, Aynu itak; Yaponca: yap. アイヌ語 Ainu-go)-Aynu dilləri​​ndən biridirki Aynu etnik qrupu üzvləri tərəfindən şimalı Yapon adası Hokkaydoda danışılır. == Şifahi ədəbiyyat == Aynu malik zəngin bir yukar adlı qəhrəman-sagas şifahi ənənəyə malikdir ki bir sıra qrammatik və leksik arxaizmləri qoruyur.
Aynu mifologiyası
Aynu mifologiyası – aynuların mifoloji təsəvvürlərinin toplusudur. Aynuların mifoloji təsəvvürlərinin və mifoloji folklorunun xarakteri və inkişaf səviyyəsi dağınıq məskunlaşma xüsusiyyəti, təsərrüfat növü (yığımcılıq, balıqçılıq, ovçuluq) kimi amillərlə müəyyənləşdirilir. Bu cür yaşam təbii mühitdə və insan populyasiyasında (demoqrafik partlayışa inkişafın qarşısını almaq) balansı saxlamaq üçün zəruri idi. Aynuların mifologiyası Şimal-Qərb Asiya xalqlarının, xüsusi ilə də yapon mifologiyası ilə təmas edərək inkişaf etmiş, lakin bununla birgə sonuncudan mühüm fərqlilikləri qorumağı bacarmışdır. Aynuların mifologiyasının araşdırılması mənbəsi qismində miflərin şifahi olaraq nəsildən-nəsilə ötürlməsinin 19-cü əsrin sonları – 20-ci əsrin əvvələri avropalı missionerlərin qələmə aldığı və müasir yapon tarixçilərinin araşdırdığı sənədlər çıxış edir. Aynu mifləri ilə bağlı elmi tənqidi nəşrlər mövcud deyil. Aynu mifologiyası animistik təsəvvürlərlə doludur – ona əsasən, insan, heyvan, balıq, quş kimi, bitkilər və hətta dünyada olan hər bir əşya və hadisələr də ruha malikdir. Hər şeyin ruha malik olması aynuların dini və mifoloji təsəvvürlərinin politeistik olmasında əks olunur. Aynuların mifoloji toplusunda kosmoloji, kosmoqonik, toponimik, totemistik miflər və bəd ruhlar (şeytanlar) çoxluq təşkil edir. == Aynu ilahlarının ierarxiyası == Aynu miflərində ilahlar “örtən kimsə (nəsə)” anlamını verən “kamuy” (aynu カムイ, yap.
Ayre Qut
Arye Qut (2 iyun 1975, Bakı – 20 sentyabr 2022) — "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, The Jerusalem Post qəzetinin siyasi şərhçisi. == Həyat və fəaliyyəti == Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır. 2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002–2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb. 2007–2009-cu illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.
Aysu Devrişova
Aysu Ramazan qızı Devrişova (16 sentyabr 2005, Katex, Balakən rayonu) — peşəkar Azərbaycan kikboksçusu. 2005-ci ildə Balakən rayonu Katex kəndində anadan olub. 56 kiloqram çəki dərəcəsində Kikboksinq üzrə Türkiyənin Konya şəhərində keçirilən 2021 İslam Həmrəyliyi Oyunlarında Bürünc mükafata layiq görülmüşdür. Şəxsi məşqçisi — Əməkdar Məşqçi Habil Hümbətovdur. == Həyatı və kariyerası == Aysu Devrişova 2005-ci ildə Balakən rayonu Katex kəndində anadan olub. 55–60 kiloqram çəkilərdə bir box Beynəlxalq turnirlərdə iştirak edir. İlk nailiyyəti Budo Free kontakt 11-ci açıq Azərbaycan Çempionatında olub. 56 kiloqram çəki dərəcəsində Kikboksinq üzrə Türkiyənin Konya şəhərində keçirilən 2021 İslam Həmrəyliyi Oyunlarında Bürünc mükafata layiq görülmüşdür. Şəxsi məşqçisi — Əməkdar Məşqçi Habil Hümbətovdur.
Aysu Dəvrişova
Aysu Ramazan qızı Devrişova (16 sentyabr 2005, Katex, Balakən rayonu) — peşəkar Azərbaycan kikboksçusu. 2005-ci ildə Balakən rayonu Katex kəndində anadan olub. 56 kiloqram çəki dərəcəsində Kikboksinq üzrə Türkiyənin Konya şəhərində keçirilən 2021 İslam Həmrəyliyi Oyunlarında Bürünc mükafata layiq görülmüşdür. Şəxsi məşqçisi — Əməkdar Məşqçi Habil Hümbətovdur. == Həyatı və kariyerası == Aysu Devrişova 2005-ci ildə Balakən rayonu Katex kəndində anadan olub. 55–60 kiloqram çəkilərdə bir box Beynəlxalq turnirlərdə iştirak edir. İlk nailiyyəti Budo Free kontakt 11-ci açıq Azərbaycan Çempionatında olub. 56 kiloqram çəki dərəcəsində Kikboksinq üzrə Türkiyənin Konya şəhərində keçirilən 2021 İslam Həmrəyliyi Oyunlarında Bürünc mükafata layiq görülmüşdür. Şəxsi məşqçisi — Əməkdar Məşqçi Habil Hümbətovdur.
Aysu Gülməmmədli
Ayrı-seçicilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı-seçkilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçicilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçkilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Aru adaları
Aru adaları (ind. Kepulauan Aru) — Yeni Qvineya adasının cənubunda yerləşən Arafur dənizi sahillərindən 150 km aralıda yerləşən arxipelaq. == Coğrafiya == АArxipelaq ümumilikdə 95 alçaq adadan ibarətdir. 8563 km² ərazini əhatə edir. Vokam (Workai), 152 km²; Koba (Koba), 386 km²; Kobroor (Kobroor), 1723 km²; Kola (Kola), 270 km²; Maykor (Maikoor), 398 km²; Pinembulai adası (Penambulai), 125 km²; Tanabesar (Tanahbesar), 1604 km²; Tranqan (Trangan), 2149 km²Siyasi baxımından adalar Malukku vilayətinə daxildir. == Əhalisi == Adalarda 2011-ci il siyahıyaalınmasına görə 84,138 nəfər yaşayırdı Əsas liman şəhəri Dobo arxipelaqın qərbində yerləşir. == Ədəbiyyat == S. O’Connor, M. Spriggs and P. Veth, redaktorTerra Australis 22 - The Archaeology of the Aru Islands, Eastern Indonesia. ANU E Press. 2007. ISBN 978-1-921313-04-2.
Ayu adaları
Ayu adaları (ind. Kepulauan Ayu) — iki adadan ibarət olan qrup. İnzibati baxımından İndoneziyanın Qərbi Papua vilayətinin Raja Ampat adaları dairəsinə daxildir. Adalar qrupu iki mərcan atolundan ibarətdir. Ən hündür nöqtəsi 106 metrdirBu adaların sahillərində Dərili tısbağalar yumurta qoyur (lat. Dermochelys coriacea).
Ayu adası
Ayu adası (ind. Pulau Ayu) — İndoneziya ərazisinə daxil olan kiçik ada. Raja Ampat adalarına daxil olan ada, Vayqeodan şimalda yerləşir. İnzibati baxımından İndoneziyanın Qərbi Papua vilayətinin Raja Ampat adaları dairəsinə daxildir. Ada iki böyük riflə əhatə olunmuşdur. Ayu adasından şimalda kiçik, yaşayışı olmayan Reni və Kanobe adaları yerləşir. Adalar gəliş-gediş onların kiçik ölçüləri və riflər səbəbindən yalnız kiçik qayıqlarla təmin oluna bilir. == İkinci Dünya müharibəsi == Ayu adası yaponiya imperiyası tərəfindən 1942-ci ildə işğal edilmişdir.
İrqi ayrı-seçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrıseçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. == Dünya üzrə == Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar.Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. === Hindistan === Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. === Niderland === Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. === Liberiya === Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir. === ABŞ === Çoxsaylı audit tədqiqatları ABŞ-nin əmək bazarında irqi ayrı-seçkiliklə bağlı ciddi sübutlar aşkar etmişlər.
Başqırd ayrı süvari briqadası
Başqırd ayrı süvari briqadası (rus. Башкирская отдельная кавалерийская бригада; 1919—1921) — Rusiya vətəndaş müharibəsi dövründə başqırd birləşmələrinin hərbi quruluşu. == Tarixi == Başqırd ayrı süvari briqadası M. L. Murtazin tərəfindən 1919-cu ilin iyun ayında Başqırd korpusunun Əmir Karamışev adına 1-ci başqırd süvari alayının bazasında təşkil edilmişdir. Briqadaya 1-ci Başqırd süvari alayı, 2-ci Başqırd süvari alayı və piyada diviziyası daxil idi. 1920-ci ilin may ayında briqadanın tərkibinə 1-ci Başqırd süvari alayı əlavə olundu, hansı ki keçmiş Başqırd ayrı süvari diviziyasının hissəsi idi. Başqırd ayrı süvari briqadası Ağ Qvardiyanın Cənub Ordusunun tərkibində idi.8 avqust 1919-cu ildə Başqırd ayrı süvari briqadası Ağ Qvardiya komandanlığının əmrlərinə əhəmiyyət vermədən müstəqil fəaliyyətə başladı. 18 avqust 1919-cu ildə ani hücum ilə 4-cü Orenburq Ordu Korpusunu məğlubiyyətə uğratdı. Başrevkom nümayəndəsi T. G. İmakovun köməyi ilə 23 avqust 1919-cu ildə Qırmızı Ordunun tərəfinə keçən briqada 1-ci Ordunun sıralarına daxil edildi. 1919-cu ilin sentyabrında briqada 1800 qılınc, iki silah aləti və səkkiz pulemyotu olan piyada batalyonuna sahib idi. 7 oktyabr 1919-cu ildən başlayaraq Başqırd ayrı süvari briqadası Türküstan cəbhəsinin İletsk qüvvələri dəstəsinin tərkibində döyüşürdü.
Yuuki Yuuna wa Yuusha de Aru
Yuki Yuna is a Hero (yaponca: 結城友奈は勇者である, Hepbörn: Yūki Yūna wa Yūsha de Aru, azərb. "Yuki Yuna bir qəhrəmandır"‎) — "Takahiro IV Project" adlı layihənin bir parçası olaraq "Studio Gokumi" tərəfindən hazırlanmış və Seyci Kisi tərəfindən çəkilmiş 12 seriyalıq Yaponiya anime-serialı. Serial Yaponiyada MBS telekanalında 16 oktyabr və 25 dekabr 2014-ci il tarixləri arasında efirə verilmişdir. Anime "Pony Canyon" şirkətinin Şimali Amerika leyblı "Ponycan USA" tərəfindən lisenziyalanmışdır. "ASCII Media Works" şirkəti tərəfindən çoxsaylı ranobe və manqa seriyaları nəşr olunmuşdur. 2015-ci ilin fevral ayında Yaponiyada bir "PlayStation Vita" videooyunu satışa çıxarılmışdır. 2014-cü ilin dekabr ayında "Windows" platforması üçün bir vizual roman satışa çıxarılmışdır. Prikvel ranobesi və sikvel serialından ibarət olan II anime mövsümü layihəsi 2017-ci ilin mart ayından 2018-ci ilin yanvar ayına qədər davam etmişdir. == Süjet == Anime-serialın süjeti Yaponiyanın Şikoku adasında yerləşən, uydurma Sanşu şəhərində keçir. Bu şəhər gerçək həyatdakı Kaqava prefekturasının Kanonci şəhərinə əsaslanır.
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (ICERD) — 21 dekabr 1965-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş və 4 yanvar 1969-cu ildə qüvvəyə minən BMT konvensiyası. 2020-ci ilin dekabr ayından etibarən 182 ölkə Konvensiyanın iştirakçısıdır, daha 3 ölkə Konvensiyanı imzalamış, lakin təsdiqləməmişdir . Konvensiyaya uyğunluğa 18 mütəxəssisdən ibarət olan İrqi Ayrı-seçkiliyin ləğvi Komitəsi nəzarət edir. Konvensiyanın hər hansı bir üzv dövlət tərəfindən pozulmasına dair dövlətlərarası şikayətlərə və müvafiq bəyannamə vermiş 54 ölkəyə münasibətdə Konvensiyanın pozulmasına dair fərdi şikayətlərə baxıla bilər. 2014-cü il tarixinə komitə 30 şikayətin mahiyyəti üzrə qərarlar qəbul etdi və 15 işdə konvensiya pozuntuları aşkar etdi. Komitə daha 18 şikayəti mahiyyəti üzrə baxılmadan qəbuledilməz hesab etdi, 1 şikayətə baxılması başqa bir səbəbə görə xitam verildi və daha 6 işə baxılma mərhələsində idi . İlk üç dövlətlərarası şikayət - Qətər - Səudiyyə Ərəbistanı, Qətər - BƏƏ və Fələstin - İsrail - 2018-ci ilin baharında girdi. == Konvensiyanın strukturu == Preambula Hissə I (Maddə 1-7) - İştirakçı ölkələrin öhdəlikləri: M. 1 - irqi ayrıseçkiliyin tərifi. M. 2 - ümumi öhdəliklər. M. 3 - irqi ayrı-seçkilik və aparteidin xüsusi qınanması.
İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü
İrqi ayrı-seçkiliyin (diskriminasiya) ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü — (International Day for the Elimination of Racial Discrimination) BMT-nin Baş Assambleyasının 1966-cı il 26 oktyabr tarixində keçirilən XXI sessiyasının qərara alınıb və hər il martın 21-i rəsmən bütün dövlətlərdə qeyd edilir.BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə çağırıb.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya — BMT-nin Baş Assambleyasının 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd. Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulmuşdur. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən “bərabərlik” deyil, “ayrı-seçkiliyin ləğv olunması” durur. == Tarixi == Keçən əsrin 70-80-ci illərində qadın hüquqları uğrunda hərəkatın daha da genişlənməsi, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə Beynəlxalq qadın ilinin, daha sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsi zərurətini meydana çıxartdı və BMT-nin Baş Assambleyası 18 dekabr 1979-cu il tarixdə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci il tarixində qüvvəyə minmişdir. Bu gün Konvensiya Uşaq Hüquqları Konvensiyasından sonra dünyada ən çox ratifikasiya olunmuş beynəlxalq müqavilədir. Azərbaycan Respublikası 1995-ci il 10 iyul tarixində Konvensiyanı ratifikasiya etmişdir. == Maddələri == Konvensiya preambula, 30 maddə və 6 hissədən ibarətdir. Konvensiyanın preambulasında qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biri kimi qeyd olunur və qadınların vəziyyətinin yaxşılaşdırılması problemi müasir dövrün ən qlobal problemləri sırasına aid edilir. I hissə (Maddə 1-6) Konvensiyanın 1-ci maddəsi qadına qarşı ayrı-seçkiliyin tərifini müəyyən edir: “Bu Konvensiyaya görə, “qadınlara qarşı ayrı-seçkilik” qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi və qadınların hüquq bərabərliyi əsasında və siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə insan hüquqlarının və əsas azadlıqlarının tanınmasının, istifadə edilməsinin və ya həyata keçirilməsinin əngəllənməsinə və ya heçə endirilməsinə səbəb olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını qınayır və bütün mümkün yollarla bu ayrı-seçkiliyin aradan qaldırılması siyasətini “təxirə salınmadan” həyata keçirirlər.
ADAU
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. == Tarixi == 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
ADPU
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb.
ADİU
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Abra
Abrus
Abrus (lat. Abrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Abzu
Abzu (şum. 𒀊𒍪 abzu, akkad. apsû, q.yun. Ἀπασών); həmçinin Enqurra (şum. engur, akkad. engurru) — Şumer–Akkad mifologiyasında Yeri əhatə edən şirin suların dünya okeanı. Bu, Babil kosmoqonik dastanı olan "Enuma eliş"də Abzu yerin və göyün yarandığı xaos kimi təqdim olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Абзу / В. К. Афанасьева // Мифы народов мира : Энцикл. в 2 т. / гл.