Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı.
== Toponimkası ==
Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir.
"Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.