Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alalan (Gilan)
Alalan - İranın Gilan ostanında kənd.. == Coğrafi yerləşməsi == Talış şəhristanının Mərkəzi bölgəsinin Əsalim kəndistanında, Həştpər qəsəbəsindən 16 km cənubda, Ənzəli-Astara avtomobil yolunun 5 kilometrliyindədir.
Alpay Özalan
Alpay Özalan - əvvəlki Türkiyə futbolçusu. 2008-ci ildə futbolçu karyerasını qurtarıb. FİFA Dünya Kubokunun (2002) və FİFA Konfederasiyalar Kubokunun (2003) bürünc medal alıb. Bu gün Siitsporun məşqçisidir. == Klub karyerası == === Türkiyə klubları === Alpay öz karyerasını 1992-ci ildə "Altay" klubunda başlamışdı. Onun müvəffəqiyyətli oyunu ona Türkiyənin ən gülcü klublarının diqqətini cəlb edəndən sonra, 1993-cü ildə Alpay "Beşiktaş" komandası ilə müqaviləni imzaladı. O Türkiyənin Super Liqasında altı ayın ərazisində üç qırmızı vərəqə alaraq, yeni rekord əyin etmikdi. "Beşiktaş"da Özalan 148 oyun çempionatda oynamışdı, və 9 oyun ölkə kubokunda. 1999-cü ildə, "Beçiktaş"da altı il oynamaqdan sonra, onun kontraktın "Siirt Jetapspor" almışdı, sonra "Fənərbaxça"ya arendaya verilmişdi. "Fənərbaxça" üçün Alpay 1 sezonda, 29 oyun oynamışdı və 3 qol vurmuşdu.
Aralan (Mərənd)
Aralan (fars. ارلان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,983 nəfər yaşayır (524 ailə).
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Çağan Atakan Arslan
Çağan Atakan Arslan (27 avqust 1989, Sivas) — Türkiyə TV serial aktyoru və kikboksinq. == Həyatı == 27 avqust 1989-cu ildə Sivasda anadan olan Avatar ləqəbli Çağan Atakan Arslan idman həyatına basketbolla başlayıb. 16 yaşında bodibildinqə başlayan Atakan Arslan 17 yaşında döyüş sənəti ilə tanış olub və o vaxtdan bəri bir çox uğurlara imza atıb. O, idman rekordunu qıraraq və məktəb birincisi olmaqla Bədən Tərbiyəsi və İdman Məktəbinə daxil olub.[Sitat lazımdı] Hələ də təhsilini davam etdirir. Atakan Arslan 2008-ci ildən kikboksinq və Muay Tay Milli Komandalarında ölkəsini beynəlxalq arenada təmsil edir, həmçinin peşəkar yarışlarda çıxış edir. O, 2011-ci ildə Özbəkistanda 5000 rəqib azarkeşin önündə finalda özbək rəqibini nokaut edərək IFMA Muay Thai üzrə Dünya Çempionu titulunu qazandı və ölkəsinə bu sahədə böyük kişilər arasında ilk qızıl medalı qazandırdı.[sitat gətirdi] Atakan Arslan, TPW adı ilə peşəkar güləşdə də çıxış edən Əsgər adını çəkdi Onun kikboksinq karyerasının mühüm hadisələrindən biri də dünyanın kikboksinq təşkilatlarından biri olan Glory World Series ilə bağladığı müqavilədir. 2014-cü ildə debüt edən Atakan Arslan Glory 15 İstanbulda braziliyalı rəqibi Jonatan Olveyra ilə ilk matçına çıxıb. 2015-ci ildə Glory 20 Dubai-də Çad Sudgenlə qarşılaşıb. == Survivor Türkiyə == 2016-cı ildə Survivor Ünlülər Könüllüləri proqramında Ünlülər komandasına daxil olan Avatar Atakan 5 aylıq gərgin mübarizədən sonra Survivor çempionu olub. Survivor-dan sonra rinqə qayıdan Mix Fight Gala təşkilatında 81 kilo çəkidə dünya çempionatı matçını keçirdi və ikinci raundda Kevin Brendanı nokaut etdi.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur. == Coğrafiyası == İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir.
Abaxan
Adagan
Adalar
Adalar arxipelaqı (Qızıl adalar; türk. Kızıl Adalar, Prens Adaları — "Şahzadə adaları" və ya sadəcə Adalar; yun. Πριγκηπόννησα, Pringeponnesa; q.yun. Πριγκήπων νήσοι, Pringēpōn nēsoi) — adalar qrupuna doqquz ada daxildir. Adalar Mərmərə dənizində İstanbul şəhər sahilindən bir qədər araləda qərarlaşır. İnzibati cəhətdən isə Türkiyənin İstanbul ilinin Adalar bələdiyyəsi ərazisinə daxildir. == Coğrafiyası == Adalar arxipekaqına daxil olan adalar: Böyükada (türk. Büyükada) — adından göründüyü kimi arxipelaqın ən iri adasıdır. Yunsnlar adanı Prinkilos (yun. Πρίγκηπος, Prínkēpos — "şahzadə") adlandırırlar.
Adaqan
Alazan
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Albalan
Albalan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində "başınağacı") sözlərindən düzəlib, "qırmızı başınağacı" deməkdir. 1917-ci ildə bu oykonim Alıbağan şəklində qeydə alınmışdır. Bu məqamda həmin oykonim Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı şəxsə məxsus kənd" deməkdir. Toponimi "Alının bələni (aşırımı)", "boz aşırım" kimi yozanlar da var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 593 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Abaran (dəqiqləşdirmə)
Abaran, Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonu — Qərbi Azərbaycanın Abaran mahalı ərazisində rayon. Abaran mahalı — İrəvan xanlığında mahal. Abaran nahiyəsi — İrəvan əyalətinda nahiyə. Abaran — İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Abaran — Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında yaylaq. Abaran — İrəvan quberniyasının İrəvan qəzasında çöl adı. Abaran (çay) — İrəvan xanlığının Abaran mahalında çay adı.
Abaran (kənd)
Abaran kəndi — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.
Abaran (yaylaq)
Abaran yaylağı - Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı Qədim türk mənşəli Abaran tayfasının adını əks etdirir.
Abaran (çay)
Abaran çayı- İrəvan xanlığının Abaran mahalında çay adı . Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır.
Azaklar
Azaklar - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı. == Toponimikası == Azaklar - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azaklar kəndin əsasını qoymuş nəslin adıdır. Ehtimal ki, eranın əvvəllərində Şimali Qafqazda yaşamış Yazık tayfasının adındandır. İosif Filavi yazır ki, Yazık peçeneqlərin bir tayfasıdır.
Ağalar
Ağalar — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Qarapapaklar yaşayır.