Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alpidlər
Alpidlər-bütün alp qırışıqlığı silsilələri üçün qəbul olumuş termindir.A.başlıca olaraq Tetis geosinklinalında əmələ gələn Alp-Qafqaz-Himalay dağları sistemində ibarətdir.
Aminlər
Aminlər – üzvi birləşmələr olub, molekulunda bir, iki və ya üç hidrogen atomunun karbohidrogenlə əvəz olunmuş amonium törəmələridir. CH3NH2 - metilamin (birli) (CH3)2NH - dimetilamin (ikili) (CH3)3N - trimetilamin (üçlü) == Növləri == Azotla əlaqəli olan üzvi qrupun xassələrinə görə aminlər üç yerə bölünür: Alifatik aminlər - CH3-N< Aromatik aminlər - C6H5-N< Yağlı aromatik aminlər (tərkibində aromatik və alifatik radikallar vardır)NH2-qrupun sayına görə aminlər monoaminlər,diaminlər və triaminlərə və s. bölünürlər. == Aminlərin quruluşlarının özünəməxsusluğu == Azot atomunun elektron konfiqurasiyasından 1s22s22p3 göründüyü kimi o, məsələn hidrogen atomu ilə üç kovalent rabitəni (NH3) əmələ gətirə bilir. Bundan başqa azot 2s-elektronları hesabına digər hissəciyin (məsələn H+) vakant orbitləri hesabına donor-akseptor mexanizminə uyğun dördüncü kovalent rabitə əmələ gətirə bilir. Ammonyak molekulunda olduğu kimi aminlərdə (NR1R2R3) də azot atomu tetraedrik piramidanın təpələrində yerləşmişdir. Rabitələrin bucaqları tetraedrik (~108o) olmaqla azot atomunun daha bir çütləşmiş sərbəst elektronları vardır. Tetraedrik rabitə bəzən pozulur, məsələn üçüzvlü etilamində bananabənzər qövsvari rabitə əmələ gəlir. Azot atomunda heç olmazsa bir aromatik əvəzləyici varsa (məsələn, anilində) rabitə bucağı güclü dıyişir. Bu bucaqları 120o -yə yaxın olan piramida daha çox müstəvi xarakterlidir.
Aspidlər
Aspidlər (lat. Elapidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Rasidlər
Yəmən imamları və daha sonra Yəmən kralları şiə İslamının Zeydiyyə qoluna mənsub dini cəhətdən təqdis edilmiş liderlər idi. Onlar 897-ci ildən Yəmənin bəzi yerlərində dini və siyasi hakimiyyətin qarışığı yaratdılar. Onların imamətləri 1962-ci ildə respublika inqilabına, sonra 1970-ci ildə monarxiyanın rəsmi ləğvinə qədər müxtəlif şəraitlərdə davam etdi. Onlar İmamın rəhbər kimi fəal görünən şəxs olmasını vurğulayır, dini elmlərdə məlumatlı olması, lazım gələrsə, döyüşdə belə özünü camaata layiqli başçı kimi göstərməsi gözlənilirdi. İmamət iddiaçısı “dəvət” edərdi və nadir hallarda birdən çox iddiaçı olurdu. Tarixçi İbn Xəldun (ö. 1406) adətən imamları təmin edən qəbiləni Banu Rasid və ya Rasidlər kimi qeyd edir. Əsl ərəb mənbələrində Rasidlər termini demək olar ki, istifadə olunmur. Qərb ədəbiyyatında adətən 16-cı əsrə qədər orta əsrlər dövrünün imamlarını nəzərdə tutur. İmam əl-Mənsur əl-Qasim (h.
Rozidlər
Rozidlər (lat. Rosidae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Şeidlər
Şeidlər – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Şeidlər kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şeidlər kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində uğuzlu (və ya hacılar), zeynallar və kəlbhəsənli adlı oymaqların Şeidlər yeri adlı sahəyə köçürülməsi nəticəsində yaranmışdır. Kənd salındığı ərazinin adını daşıyır. Ərazinin adının isə şəhid (günahsız ölən) sözü ilə bağlılığı güman edilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Axirlər
Axirlər (lat. Achiridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ümidlər
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Arimlər
Arimlər (yun. ει̉ν 'Αρίμοις) — Homerin "İliada" poemasında adı çəkilən xalq. Yozef Markvart onları armenlər ilə eyniləşdirir. == Coğrafiya == Zevs və Tifon arasındakı döyüşü təsvir edən Homer arimləri xatırladır və Tifonun iqamətgahının onların ölkəsi olan Arima ərazisində yerləşdiyini göstərir. == Tifon == Tifon mifoloji nəhəng idi və vulkanik hadisələri təcəssüm etdirirdi. Homeri onun iqamətgahını Arima ölkəsində, digər yunan salnaməçiləri Pindar və başqaları Kilikiyada hesab edirlər. Bu əlamətlərə əsaslanaraq Almaniya alimi C. Parç izah etmişdir ki, yunan mənbələrində arimlərin Kilikiya torpağında yerləşdiyi olunan vulkan əslində indiki Türkiyənin Kayseri vilayətindəki Ərciyəs dağıdır. == Ermənilər ilə eyniləşdirmə == Yozef Markvart güman etmişdir ki, Homerin "İliada"sında adı çəkilən arimlər armenlərdir və bu, onlar haqqında ən qədim məlumatdır.Yunan salnaməçisi Posidoni və onun ardınca C. Parç arimləri aramilər ilə eyniləşdirmişdi, lakin Markvart bu fikri rədd edərək onları ermənilərin əcdadları olan armenlər ilə eyniləşdirmişdi. Markvartın fikrinə görə, o dövrdə samidilliassuriyalılar Kilikiyada və ya Cənubi Kappadokiyada deyil, Pontun şimal tərəfində yaşayırdılar. Onun sözlərinə görə, ermənilər Frigiyadan, xüsusən də indiki Ankara ərazisindən, Qızılirmaq çayının orta axarından Ərciyəs dağının ətrafına köç etmişdilər.
Azzilər
Azzilər və ya atsilər — e.ə. XIV–XIII əsrlərdə het kitabələrində adı çəkilən ölkə-tayfa birliyi, sonralar Hayasanın əsas vilayətinin adı. Çorox və Fərat çaylarının yuxarı axarlarında və sonuncunun orta axarında yayılmışdır. Hayasa ilə birlikdə Hayasa-Azzi qəbilə birliyini yaratmışdır. Bəziləri bunu Hayasa sözünün sinonimi hesab edirlər.II Mursilinin hakimiyyətinə qədər bir müddət het mənbələrində Hayasa-Azzinin adı çəkilməmişdir. Hetlər ilə kasklar arasında müharibə zamanı haylar yenidən het ərazisindən qaçqınlar saxlamağa başlamışdılar. Azzi sərkərdəsi Mariam oğlu Anian het vilayətlərindən birinə hücum edərək oradan mal-qara və əsirlərin bir qismini oğurlamışdı.
Arilər
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Zixlər
Zixlər, həmçinin ziqlər, ziklər, zikxlər, çiqlər, çiklər və ya ciklər (q.yun. Ζυγοί, zuxoy; gürc. ჯიკები, cikebi) — Qafqazın şimal-qərbində, Zixiyanın adıq-abxaz qəbilə birliklərinin qədim yunanca, latınca və gürcücə adları. Bu adlandırmadan antik dövrdən son orta əsrlər dövrünə qədər istifadə edilmişdir. Zixlər müasir adıqların və abxazların etnogenezində əsas komponentlərdən biri olmuşdur. Strabon özünün "Coğrafiya" əsərinin XI kitabında zixlər haqqında məlumat vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Лавров Л. И. О происхождении народов Северо-Западного Кавказа, в кн.: Сборник статей по истории Кабарды, в. Зихи. Нальчик, 1954, с. 193—207.
Abiotik amillər
Abiotik amillər (yun. a- inkar, bios- həyat) — cansız təbiət amilləri. == Ümumi məlumat == Abiotik amillər canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu kimi başa düşülür. Bu amillər kimyəvi (atmosferin, dəniz sularının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, külək, kosmik radiasiya, günəş radiasiyası və s.) amillərə bölünür. Abiotik amillərin canlı orqanizmlərin həyatında rolu çox böyükdür və bu təsiri ekologiya elmi öyrənir. Bu termin, əsasən, ekologiyada işlənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş abiotik amillərini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
Alimlər Köşkü
Alimlər Köşkü və ya Alimlər Pavilyonu ― İran İslam Respublikası tərəfindən Vyanadakı Birləşmiş Millətlər Təşkilatının ofisinə bağışlanan bir abidədir. Xatirə abidəsinin İran İslam Respublikası Xəbər Agentliyi tərəfindən verilən məlumata görə İslam və Əhəməni memarlığının birləşməsi olduğu iddia edilir, lakin sonuncusu dekorativ xüsusiyyətlərdə açıq şəkildə üstünlük təşkil edir; xüsusilə Fars sütunları və digər xüsusiyyətləri Persepolis və digər yerlərdə qalmış Əhəməni memarlığı nümunələrindən götürülmüşdür. Çaxartaq köşk forması, İslamdan əvvəlki dövrlərdən bu günə qədər qalmış Fars memarlığının bir nümunəsidir. Köşkün içərisində dörd məşhur Fars orta əsr alimlərindən olan Ömər Xəyyam, Əl-Biruni, Məhəmməd ibn Zəkəriyyə ər-Razi və İbn-Sinanın (Avisena) heykəlləri vardır. Bu abidə 2009-cu ilin iyununda İranın elmdəki dinc inkişafları münasibətilə bağışlanmışdır. Bu abidə Alireza Nazem Alroaya tərəfindən dizayn edilmiş və Sadeh Architecture City Construction tərəfindən inşa edilmişdir.
Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. Arxeoloji abidələrə, əsasən, əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.
Ağşidlər dövləti
Ağşidlər və ya İxşidilər (ərəb. الإخشيديون‎, əl-İxşidiyyun) – Misirdə qurulmuş dövlət. 935-ci ildə qurulmuşdur. Paytaxtı Fustat (Qahirə) idi. Qurucusu məmlüklərdən Məhəmməd ibn Tugac ya da Əbubəkr Məhəmməddir (882—946). 969-cu ildə Fatımilər tərəfındən süquta uğradılmışdır. == Ağşidlər hökmdarları == == İstinadlar == == Mənbə == İsmayılov R. İ. İxşidlər dövləti (935-969-cu illər). Elmi redaktorlar: Z. M. Bünyadov, N. M. Vəlixanlı. Bakı: "Adiloğlu" nəşriyyatı, 2007, 208 s.
Aşiqlər (film)
Aşiqlər (film, 2000) — Aditya Çopranın filmi. Aşiqlər (film, 2008) — Rafiq Dadaşovun filmi.
Böyük ümidlər
"Böyük ümidlər" (ing. Great Expectations) — ilk dəfə 1860-cı ildə nəşr olunmuş Çarlz Dikkensin əsəridir. == Əsərin qısa məzmunu == 7 yaşlı Filip Pirrip (Pip) öz bacısı və bacısının yoldaşı(Jo) ilə yaşayır. Böyük bacısı onu və həyat yoldaşını tez-tez döyür, təhqir edir. Pip mütəmadi olaraq valideynlərini məzarını ziyarət edir qəbirsanlıqda, bu ziyarətlərin birində o həbsdən qaçmış biri ilə rastlaşır. Balaca Pipi hədələyib ondan yemək və qandalalrı kəsmək üçün alət gətirməsini tapşırır. Pip evdən lazım olanları gizlincə götürüb növbəti gün gətirir. həmin gün axşam həbsxanadan qaçan qaçaq tutulur. Miss Xevişem himayə etdiyi qızı Estella üçün oynamağa yoldaş axtararkən, Jonun dayısı mister Pamblçuk Pipi məsləhət görür. Bundan sonra dəfələrlər Pip onlarda olub Estella ilə oynayır və Estellanı sevməyə başlayır, lakin toy günü aldadılmış miss Xevişem Estellanı əks cinsə qarşı amansız böyüdüb.
Geomorfoloji amillər
Geomorfoloji amillər - relyef əmələgəlmə amilləri, bütün yer kürəsinin yaxud onun hər hansı regionunun relyefini formalaşdıran endogen (Tektonika, vulkanizm) və ekzogen(eroziya, deflyasiya, karst və b.) amillərin məcmu. Keçmiş sovet geomorfoloqu İ.S.Şukin (1969) tərəfindən təklif edilmişdir.
Nazirlər Kabineti
Nazirlər Kabineti (termin)
Sasunlu igidlər
Sasunlu David (erm. Սասունցի Դավիթ, Sasuntsi David; digər adlar Սասնա ծռեր, Sasna tserer, «Sasunlu igidlər», «Coşğun sasunlular» və Ջոջանց տուն, Cocants tunı, «Böyüklər evi», «Əcdadlar evi») — orta əsr erməni dastanı. Dastan Sasun (tarixi Ermənistan vilayətində yer, indi Türkiyədə yerləşir) döyüşçülərinin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs edir. VIII–X əsrlərdə formalaşmışdır. Dastan dörd qoldan ibarətdir: birincisi – Sanasar və Bağdasar, ikincisi – Böyük Mher, üçüncüsü – David, dördüncüsü – Gənc Mher. Dastan ilk dəfə 1873-cü ildə xalq ədəbiyyatı tədqiqatçısı Qaregin Srvandztyants tərəfindən Arnist kəndində yaşayan Krpo adlı bir kəndlindən qeydə alınmışdır. Hal-hazırda Ermənistanın müxtəlif bölgələrində qeydə alınan dastanın əlli variantının akademik nəşri mövcuddur. == İstinadlar == == Xarici keçidlər == Под ред. Е. М. Жукова. "давид сасунский" // Советская историческая энциклопедия.
Şeidlər bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazilər (Duzluca)
Qazilər — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kəndin adı 1403-cü il qeydlərində ermənicə "məhsul verən, bərəkətli" mənasını verən Parnaqud, 1854-cü və 1928-ci il qeydlərində isə Pərnavut kimi qeyd edilmişdir.
Beynəlxalq vahidlər sistemində əsas vahidlər
Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır. == Əsas vahidlər == Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır: uzunluq vahidi – metr (m) — platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
Arilər (Ariyailər)
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Adler
== Şəxslər ==
Pyotr Svidler
Pyotr Svidler (rus. Пётр Вениами́нович Сви́длер, 17 iyun 1976, Leninqrad) Rusiya qrosmeysteridir. Svidler 3 dəfə Dünya Şahmat Çempionatında yarışıb (2001, 2005, 2007) və 2011-ci il Dünya Kubokunun sahibidir. 7 dəfə Rusiya Çempionu olmuşdur (1994, 1995, 1997, 2003, 2008, 2011, 2013) 10 dəfə Rusiya komandası ilə Olimpiadalarda çıxış etmiş və 5 dəfə qızıl, 2 dəfə gümüş komanda hesabında və şəxsi hesabda bir dəfə bürünc əldə etmişdir. == Şahmat karyerası == Svidler şahmatı 6 yaşında öyrənib. 1992-ci ildə gənclər arasında SSRİ Gənclər Açıq Şahmat Çempionatında 1–3-cü yerləri Rəhim Qasımov və Vadim Zvjaginsev ilə bölüşdürmüşdür. 1994-cü ildən qrosmeysterdir. Bir necə dəfə (2001-ci ildə) Dünya Çempionluğuna gedən yolda mübarizə aparmışdır və yarımfinala yüksəlmişdir. Andrei Lukin onun məşqiçisidir. 2005-ci ildə FİDE Dünya Çempionatında Svidler Vişvanatan Anandla ikinci yeri bölüşdü.