Arilər
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər.
Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir.
İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.