Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. == Həyatı == 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Bədri Seyidzadə
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi. == Həyatı == İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur.
Bədri Teymurtaş
Bədri xanım Kərimdad xan qızı Teymurtaş (1908–1995)—İranın Avropa təhsilli ilk stomotoloq qadını, İran stomotologiyasının anası. == Həyatı == Bədri xanım Kərimdad xan qızı Teymurtaş 1908-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra, 1920-ci ildə Avropaya, Belçikaya yollanmışdı. Orda Stomotoloji məktəbə daxil olmuşdu. Məktəbi bitirəndən sonra Avropada qalmış, bir müddət iş prosesini öyrənmişdi. Qardaşı Əbdülhüseyn xan Teymurtaş 1933-cü ildə Rza şah Pəhləvi tərəfindən öldürüləndən sonra 8 il ev dustağı olmuşdu. 1941-ci ildə Rza şah İrandan sürgün olunandan sonra Məşhəddə yaşamalı olmuşdu. Bədri Teymurtaş 1960-cı ildə Məşhəd universitetinin professoru Əmir İsmayıl Sondozi ilə bərabər Xorasanın mərkəzində Stomotoloji məktəb yaratmışdı. Özü də həmin məktəbdə dərs demişdi. Bədri Teymurtaş 1966-cı ildən 1967-ci ilədək məktəbdə dekanın maliyə üzrə müavini olmuşdu.
Bədrə qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Saleh Bədri
Seyid Saleh Mehdi Bədri (1893, Səmərra, Səlahəddin mühafəzəsi – 1943, Bağdad) — İraq şairi və tərcüməçisi. == Həyatı == Saleh Mehdi Bədri həmin dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Samərra şəhərində anadan olmuşdur. O, burada təhsil almış, sonra Bağdadda yerləşən Əl-Rəşdiyə məktəbində təhsilini davam etdirmişdir. İraqın bir sıra şəhərlərində daşınmaz əmlak departamentlərində işçi kimi çalışmışdır. Türk dilini mükəmməl bilirdi deyə ərəb dilinə tərcümələr etmişdir. O, bununla yanaşı fransız və fars dillərini də bilirdi. İraqda ölkə miqyasında şeir müsabiqələrində mükafatlar qazanmışdır. Onun tam şeirlər toplusu oğlu tərəfindən toplanmışdır və "Arzular" adı ilə çap edilmişdir. Bədri Bağdadda vəfat etmişdir.
Məlik Bədri
Malik Babikr Badri Mohammed (ərəb. مالك بابكر بدري محمد‎; 16 fevral 1932 – 8 fevral 2021) — Sudanlı yazıçı və psixologiya professoru. O, müasir İslam Psixologiyasının banisi olub və "Müsəlman Psixoloqlarının Dilemması" və bir çox başqaları kimi nüfuzlu kitablar nəşr etdirib. Onu bəzən mehribanlıqla Baba Məlik adlandırırdılar. O, 8 fevral 2021-ci ildə Malayziyanın Kuala Lumpur şəhərində vəfat edib. O , Əhfəd Universitetini quran Babikr Bedrinin oğlu idi. Evli olub, 7 övladı var.
Bədr Təşkilatı
Bədr Təşkilatı (ərəb. منظمة بدر‎) — qeyri-rəsmi olaraq Bədr Briqadası və ya Bədr Korpusu da adlandırılan, İraqda Ayətullah Seyid Məhəmməd Baqir əl-Həkim tərəfindən qurulmuş bir siyasi partiyadır. Bədr Təşkilatı İran mərkəzli fəaliyyət göstərən Şiə İslam Partiyası tərəfindən idarə olunan İraq İslam Ali Şurasının hərbi qanadı idi. 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa müdaxilə etməsindən sonra Bədr döyüşçülərinin əksəriyyəti yenidən qurulan İraq ordusuna və polis qüvvələrinə qatıldılar. Siyasi cəhətdən, Bədr Briqadası və İraq İslam Ali Şurası 2003-cü ildən bəri bir tərəfdə sayılırdı, lakin hal-hazırda hər iki partiya qeyri-rəsmi olaraq ayrılmışdır. Bədr Briqadası qüvvələri və onların İranlı komandirləri 2014-cü ildən etibarən İraqda İraq Şam İslam Dövləti - İŞİD-ə qarşı vuruşmağa başladılar. Hal-hazırda Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi olan partiyanın lideri İraqın keçmiş nəqliyyat naziri olmuş Hadi əl-Əmiridir. == Tarixi == === İraq İslam Ali Şurası === Təşkilat 1982-ci ildə İraqdakı İslam İnqilabı Ali Şurasının hərbi qanadı olaraq İranda yaradılıb. Səddam Hüseynnin hakimiyyəti dövründə 20 il ərzində İraq ərazisində fəaliyyət göstərdi və İran zabitləri tərəfindən idarə edildi. Əsası İran-İraq müharibəsində İran qoşunları ilə birlikdə vuruşan bir neçə min iraqlı sürgün və qaçqınlardan ibarət idi.
Bədr döyüşü
Bədr döyüşü — Müsəlmanların, Məkkəli Müşriklərlə ilk döyüşü. == Səbəbləri == Müsəlmanlar baxımından döyüşün ən əhəmiyyətli səbəbi, Qureyşlilərin özlərini hicrət ə məcbur etmələr və hicrətdən sonra geridə buraxdıqları mallarını yağmalamalarıydı. Məkkəli Qureyşlilər baxımından baxıldığında, müsəlmanların, Məkkəli Qureyşlilərin karvanlarını yağmalamalarıydı, çünki Məkkədəki hər ailənin karvanlarda bir payı var idi. Bu da Məkkəli Qureyşlilər arasında döyüş üçün səbəb meydana gətirməyə kifayət idi. == Müharibə == Hicrətdən sonra Müsəlmanlar, geridə buraxdıqları mallarının yağma edilməsinə cavab olaraq Qureyş karvanlarına hücumlar təşkil etdilər. Bu hücumların birində müsəlmanlar, içində min dəvə və beş yüz min dirhəm dəyərində mal olan bir karvanı hədəf almaq istədilər. İslam Peyğəmbəri Məhəmməd, bu səfər üçün ordunu topladı. Bədrə gedərkən Ravhâ qəsəbəsində bir quyu yanında namaz qıldı, bu məkanda Məscidi-i B'iri Ravhâ inşa edilmişdir. Toplanan 313 nəfər Peyğəmbər əmrində Bədr yaxınlarına gələrək karvanı gözləməyə başladı. Ancaq karvanın başçısı Əbu Süfyan, Müsəlmanların karvanı gözlədiyini öyrəndi və Məkkəyə xəbər göndərdi.
Bədr Şirvani
Bədr Şirvani (1387, Şamaxı – 26 noyabr 1450) — Azərbaycan şairi. == Həyatı == Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz "Divan"ıdır. Şairin "Divan"ına daxil olan əsərlərdən belə məlum olur ki, o, XIV əsrin sonlarında, yəni, 1387-ci ildə Şirvanda, Şamaxı şəhərində yoxsul ailədə anadan olub. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir. Bədr Şirvaninin ömür yolu 1387-1450-ci illərə təsadüf etdiyindən onun yaradıcılığında əsasən, XV əsrin əvvəllərindən ortalarınadək baş verən tarixi hadisələr əks olunub. Ümumiyyətlə, onun 122 beytdən çox şeiri tarixi hadisələrə həsr edilib. "Divan"da şair tərəfindən verilən maddeyi-tarixlər xüsusi əhəmiyyət kəsb edir. XV əsr Şirvan tarixini və memarlığını araşdıran bir çox alimlər bu mürəkkəb dövrü öyrənərkən Bədr Şirvani yaradıcılığını tutarlı mənbə hesab etmişlər.
Bədr xan Ustaclı
Bədr xan Şərəfli-Ustaclı (?-1558) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə sərkərdə. == Həyatı == Şərəfli oymağından çıxan adlı əmirlərdən biri Bədr bəydir. Bədr bəy Mustafa bəy Təmişli-Ustaclıya (Köpək sultana) xidmət edirdi. I Şah Təhmasibdən öncə sultan, sonra xan ünvanı aldı. Mustafa bəyin ölümündən sonra şahzadə Əlqasib (Alxaz) mirzənin lələsi oldu. Əlqas mirzə 1532-ci ildə Bədr xan Ustaclının qəyyumluğu altında Astarabad hakimliyini almışdı. 1534–1535-ci illər ərzində Səfəvi ordusunun bir sərkərdəsi kimi Osmanlıya qarşı müdafiəsində başçılıq etmişdir. İskəndər bəy Münşi Türkman yazır: "Xülasə, həzrət cənnətməkan şah Xorasana yola düşdükdə Əlqas mirzəni Bədr xan Ustaclı ilə Astrabada tərəf yolladı. Onlar Bəstama çatdıqda, Bədr xan yoldaşlarıyla canəqi edərək, belə qərara gəldilər ki, Astrabada hücuma keçib qəfildən Qamış Oğlana hücum etsinlər. [Elə də oldu].
Bədr xan Şahsevən
Bədr xan Allahqulu paşa oğlu Sarıxanbəyli Şahsevən — Ərdəbil xanı (1747–1757). == Həyatı == Bədr xan atasından sonra el başçısı oldu. O, yalançı şahzadə İsmayıl mirzənin qiyamında onun tərəfini tutmuşdu. Nadir xan Əfşarın hakimiyyəti illərində dövlətin siyasi yaşamında önəmli rol oynamışdı. Bədr xan 1763-cü ildə vəfat etdi. == Ailəsi == Bədr xanın Nəzərəli xan, Kiçik xan, Nəsir xan adlı oğulları, Şahnisə xanım adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008. Ənvər Çingizoğlu, Nəzərəli xan Sarıxanbəyli-Şahsevən, Bakı, "Mütərcim", 2012, 56 səh.
Beddu Amanq
Beddu Amanq (7 avqust 1936, Makasar – 9 yanvar 2021) — İndoneziyalı iqtisadçı. 1995–1998-ci illərdə İndoneziyanın Qida Naziri vəzifəsini icra etmişdir. O, həmçinin, Dövlət Lojistik Agentliyinin (BULOG) rəhbəri idi. Qacah Mada Universitetinin Kənd Təsərrüfatı fakültəsini, sonra isə 1977-ci ildə Kənd Təsərrüfatı Sosial-İqtisadiyyat Bölməsini və magistr dərəcəsini bitirmişdir. 1981–1984-cü illərdə ABŞ-nin Deyvis Kaliforniya Universitetinin iqtisadi inkişaf doktoru dərəcəsini almışdır.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Məhəmməd Bedur
Pedru Ameriku
Pedru Ameriku (port. Pedro Américo de Figueiredo e Melo; 29 aprel 1843 – 7 oktyabr 1905, Florensiya, İtaliya) — görkəmli Braziliya akademik rəssamlarından biri. Müəllim və yazıçı kimi də fəaliyyət göstərmişdir. == Bioqrafiya == 1857-ci ildə İmperiya Təsviri İncəsənət Akademiyasında təhsil almaq üçün təqaüd alaraq Rio-de-Janeyro şəhərinə köçmüşdür. Daha sonra təhsilini Avropada davam etdirmişdir. Parisdə Təsviri İncəsənət Məktəbində təhsil almış, Jan Ogüst Dominik Enqrin, İppolit Frandrenin və Kral Vernenin tələbəsi olmuş, əsərləri şöhrət qazanmış və 1868-ci ildə Brüssel Universitetində doktorluq dərəcəsi əldə etmişdir. Braziliyaya qayıtdıqdan sonra ən məşhur əsərlərindən biri olan "Ya müstəqillik, ya ölüm" rəsm əsərini çəkmişdir. Rəsm əsərində Şahzadə Pedrunun Braziliyanın Portuqaliyadan müstəqilliyini elan etdiyi an təsvir olunur. Rəsm on illərlə Braziliyada ibtidai məktəblər üçün nəzərdə tutulmuş tarix kitablarında istifadə olunmuşdur. Həyatının çox hissəsini İtaliyanın Florensiya şəhərində keçirsə də, tez-tez Rio-de-Janeyroya gedib-gələn Pedru Ameriku lektor və incəsənət tarixçisi kimi də xidmət vermişdir.
Pedru Nuniş
Pedru Nuniş (port. Pedru Nunes, lat. Petrus Noniusı 1502[…] – 11 avqust 1578[…], Koimbra) — Portuqal riyaziyyaçı. Pedro Nuniş öz dövrünün ən məşhur riyaziyyatçısıdır. Onun əsas nailiyyəti naviqasiya üzrədir. O həmçinin bir neçə alət, vernier hansı ki, onun şərəfinə adlanmışdır. == Həyatı == Onun ailəsi yəhudidir. Nuniş Salamanki Universitetini 1521–1522-ci illərdə oxuyub və sonra Lissabonda universitete daxil olub, 1525-ci ildə tibb üzrə dərəcə alıb. Həmçinin astronomiya, astrologiya və riyaziyyat üzrə mütəxəssisdir. Tibb təhsili aldığı zaman universitetdə filosofiya, məntiq və metafizika üzrə dərs deyib.
Badrud
Badrud — İranın İsfahan ostanının Nətənz şəhristanının İmamzadə bəxşində şəhər və həmin bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən əhalisi 14,391 nəfər və 3,709 ailədən ibarət idi.
Bəhruz
Bəhruz — Azərbaycanlı kişi adı.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Bedri Rahmi Eyüboğlu
Bedri Rahmi Eyüboğlu – (1911-ci il Görele - 21 sentyabr 1975-ci il İstanbul) Türk rəssam və şairidir. == Həyatı == Bedri Rahmi 1911-ci ildə Qaradəniz, Görele-də doğulub. O, beş uşaqlı ailənin ikinci uşağı olub. Böyük qardaşı Sabahattin Eyüboğlu tanınmış bir yazıçı idi. Kiçik bacısı Mualla Eyüboğlu isə bərpa işində çalışan ilk memarlardan biri olub. O, daha çox İstanbuldakı Topkapı sarayının Harem bölməsində etdiyi işlərlə tanınır. Atası vali vəzifəsində işlədiyinə görə, Trabzonda liseyə gəlmədən əvvəl Türkiyənin müxtəlif yerlərində yaşamışdılar. O, 1929-cu ildə İstanbulda Gözəl Sənətlər Akademiyasına girmək üçün İstanbula köçdü. 1931-ci ildə isə qardaşı ilə birlikdə Fransada təhsil almaq üçün müvəqqəti olaraq Akademiyadakı təhsilini dayandırdı. O, əvvəlcə Dijon, sonra Lyonda Fransızca öyrəndi.
I Pedru (Braziliya imperatoru)
I Pedru (port. Pedro I; 12 oktyabr 1798 – 24 sentyabr 1834) — Cənubi Amerikada "Liberator" ləqəbi ilə tanınmış, Braziliya imperiyasının qurucusu və ilk hökmdarı. 1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə deAndrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi. Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdiı. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800.000 kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu.
San-Joze-du-Sedru
San-Xose-du-Sedru (port. São José do Cedro) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 12862 nəfərdir. Ərazisi 279,581 кm²-dir. Əhalinin sıxlığı 46,0 nəfər/кm²-dir. Bələdiyyə 2 iyul 1958-ci ildə yaradılmışdır.
San-Xose-du-Sedru
San-Xose-du-Sedru (port. São José do Cedro) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 12862 nəfərdir. Ərazisi 279,581 кm²-dir. Əhalinin sıxlığı 46,0 nəfər/кm²-dir. Bələdiyyə 2 iyul 1958-ci ildə yaradılmışdır.
III Pedru (Portuqaliya kralı)
III Pyotr (port. Pedro III) və ya Qurucu Pyotr (port. Pedro o Edificador; 5 iyul 1717[…], Lissabon – 25 may 1786, Sintra[d], Lissabon dairəsi[d]) — Braqanza sülaləsinə mənsub altıncı Portuqaliya kralı. Qardaşı qızı olan I Mariya Fransiska ilə birlikdə ortaq monarx kimi ölümünədək Portuqaliyanı idarə etdi. Vəfatından sonra xanımı təkbaşına krallığı idarə etdi. == Mənbə == David Birmingham A Concise History of Portugal 2003 Page 205 "Pedro III 1777–86" Sousa 1741, Vol VIII, p.
II Pedru (Portuqaliya kralı)
II Pyotr (port. Pedro II) və ya Pasifik Pyotr (port. Pedro o Pacífico; 26 aprel 1648[…], Ribeyra sarayı, Lissabon, Portuqaliya – 9 dekabr 1706[…], Alkantara[d], Lissabon, Portuqaliya) — Braqanza sülaləsinə mənsub üçüncü Portuqaliya kralı. == Mənbə == Marsha, Linda Frey (1995), The Treaties of the War of the Spanish Succession, p. 335 Sousa, António Caetano de. História genealógica da Casa Real portuguesa (in Portuguese). Vol.
İnfant Pedru (Koimbra hersoqu)
İnfant Pyotr (port. Infante Don Pedro) (9 dekabr 1392, Lissabon – 20 may 1449) — ilk Koimbra hersoqu və Portuqaliya infantı. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. Yaşadığı dövrdə ən çox səyahət edən şahzadə olan Don Pyotr 1439–1448-ci illərdə taxt naibi olaraq xidmət etmişdir. == Həyatı == === İlk illəri === Don Pyotr 1392-ci ildə Lissabonda dünyaya gəldi. Digər qardaş və bacılarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 1415-ci ildə atası, qardaşları Eduard və Henriylə birlikdə Seutanın fəthində iştirak etdi. Fəthin ardından qardaşlarıyla birlikdə müxtəlif ünvanlar aldı: Qardaşı Henri Vizey hersoqu, özü isə Koimbra hersoqu elan edildi. Bu ünvanlar Portuqaliya tarixində ilk dəfə yaradılmışdır. === Səyahətləri === 1418-ci ildə ölkəni tərk etdi və gələcək 10 il boyunca Avropa miqyasında səyahətlərə qatıldı.
Bodrum
Bodrum (türk. Bodrum) — Türkiyənin Muğla ilində şəhər. Bodrum əhalisi 2021(türk.bilgi xidmetine göre) 187.284 nəfərdir. == İqlim == İqlim etibarilə Egey və Aralıq Dənizi iqlimlərinin sintezindən ibarət olan bir xüsusiyyətə malikdir. Yarımada olaraq mikro kondisioner xüsusiyyəti göstərər. Yay aylarında az qala heç nəm tapılmaz. Qış aylarında isə nəmişlik olduqca aşağıdır. Yay ayları isti və quraq, qış ayları isə olduqca ilıq və yağışlıdır. 1970-ci ildən bu yana qar yalnız 2004-ci ilin Fevral ayında yağmış və qarın qalınlığı orta hesabla 5 sm olmuşdur. Yarımada bitki örtüyü olaraq çox diqqətə çarpan bir şəkildə ikiyə ayrılmışdır.
Bəddua
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Bədərə
Bədərə (dağ) — Əsgəran rayonunda dağ. Bədərə (çay) — Kəlbəcər və Əsgəran rayonlarından axan çay. Bala Bədərə (çay) — Əsgəran rayonunda çay.
Bərdə
Bərdə şəhəri — Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Sədra
Sədra (fars. شهر جدید صدرا‎) — İranın Fars ostanında və Şiraz şəhərinin yaxınlıqında yeni şəhər.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Sədrə
Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar. == Etimologiyası == "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Beden
Beden Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Beden - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Şimali Qafqazda Kuban əyalətində Beden dağ və Stavropol əyalətində Veden dairə adı ilə eynidir. Türk dillərində bet "aşırım", "dağ yamacı" və in "mağara" sözlərindəndir.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Behrud
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır. == Tarixi == Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Beirut
Beirut — Qərbi Avropa və Balkanlara xas musiqini pop musiqi ilə birləşdirən ABŞ musiqi qrupu. == Qrup haqqında == İndi-rok tərzini dünya musiqiləri və ABŞ-dəki məşhur cərəyanlarla bir araya gətirən qrup, qurucusu Zaxari Frensis Kondonun bir solo layihəsi ilə birlikdə 2006-cı ildə yarandı və genişləndi. Qrup "Gulag Orkestar" adlı ilk albomlarını hazırladıqdan sonra 2006-cı ilin may ayında Nyu-Yorkda ilk konsertini verdi.
Bengü
Bengü (2 aprel 1979, İzmir) — türk pop müğənnisi. == Həyatı == Bengü 2 aprel 1979-cu ildə İzmirdə anadan olub. Musiqi ilə tanış olması məktəb illərindən başlayıb.
Bennu
Bennu — Bu, Misir mifologiyasında Günəş Tanrısı Ra-nın ruhuna sahib olduğu deyilən qarğabənzər bir quşdur. Həmçinin, bu mifologiyaya görə, Bennu Ra məbədi ətrafında müqəddəs bir ağacın alovundan formalaşmışdır. Bennu nəsli kəsilib. Bennus insanlardan daha böyükdür. Başqa bir inanca görə, Bennu Osirisin ürəyindəki çatdan çıxdı. Bennu boz, mavi, bənövşəyi və ya ağ hərarət kimi təsvir edilmişdir. == Rollar == Misir mifologiyasına görə, Bennu dünyanın yaradılmasında rol oynadığı deyilən, özünü yaradan bir varlıq idi. Onun ba Ra olduğu və Atumun yaradıcılıq fəaliyyətinə töhfə verdiyi deyilirdi.Deyirdilər ki, tanrı yaradılışdan əvvəl mövcud olan Nun suları üzərində uçaraq qayaya enərək yaradılışın mahiyyətini təyin edən bir çağırış verir. O, həm də yenidən doğuşun simvolu idi və buna görə də Osirislə əlaqələndirilirdi. Bennuların bəzi titulları "Özü Yaradan" "Yubileylərin Rəbbi" idi; sonuncu epitet Bennunun günəş kimi vaxtaşırı yeniləndiyi inancına istinad edirdi.
Benzu
Benzu (isp. Benzú) - İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtariyyətinə tabe kiçik yaşayış məntəqəsi. Benzu Seuta şəhərinin özündən sonra Seuta Muxtariyyətinin ikinci ən böyük yaşayış məntəqəsi hesab olunur. 2011-ci ilin məlumatlarına əsasən 1.987 nəfər əhalisi vardır. Mərakeş ilə sərhəd bölgədə yerləşən Benzu şəhərindən Mərakeş ərazisinə düşən Jebel Musa dağlarını müşahidə etmək mümkündür.