Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Becaya
Becaya (ərəb. بجاية‎; bər. ⴱⴳⴰⵢⴻⵜ) — Əlcəzairin şimalında yerləşən liman şəhəri, eyniadlı vilayətin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə əhalinin sayı 177,988 nəfərdir. Əlcəzairin ən böyük bərbərdilli şəhərlərindən biridir. == Tarixi == Müasir şəhərin yerində ilk məskunlaşma imperator Vespasian tərəfindən təqaüdçü əsgərləri yerləşdirmək üçün qurulan Roma koloniyası Salda idi. Bu şəhər Vandal dövlətində böyük əhəmiyyətə malik idi və bir müddət onun paytaxtı kimi fəaliyyət göstərmişdir. Orta əsrlərdə becaya qəbiləsindən olan bərbərlər hələ də adını daşıyan şəhəri ələ keçirdilər. XII əsrdə Həmmadilər dövlətinin paytaxtı olmuşdur. Becaya 1510-cu ilə qədər ispanlar onu ələ keçirənə qədər bərbər quldurlarının əsas limanlarından biri olmuşdur.
Becaya vilayəti
Becaya vilayəti — == Ərazisi == Becaya vilayətinin ərazisi 3 268 Km2-dır. Becaya vilayətinə 19 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Becaya vilayətinin əhalisi 912 577 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Belaya Kalitva
Belaya Kalitva — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
Belaya Xolunitsa
Belaya Xolunitsa — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Bayram Beqay
Bayram Beqay (alb. Bajram Begaj; 20 mart 1967, Rroqojina[d], Albaniya Xalq Sosialist Respublikası) — Bayram Beqay (20 mart 1967-ci ildə anadan olub) Albaniyanın prezidenti seçilmiş alban keçmiş hərbçi və siyasətçidir. O, 24 iyul 2022-ci ildə Albaniyanın 9-cu prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. Albaniya ordusunda uzunmüddətli karyerası olan Beqac 2020-ci ilin iyulundan 2022-ci ilin iyununa qədər Albaniya Silahlı Qüvvələrinin 26-cı Baş Qərargah rəisi vəzifəsində çalışıb. 3 iyun 2022-ci ildə Beqac hakim Sosialist Partiyası tərəfindən rəsmi olaraq seçkilərin dördüncü tura namizədliyi irəli sürülüb. Beqac Albaniyanın Ahmet Zoqu, Ramiz Alia, Alfred Moisiu və Bujar Nişanidən sonra hərbi keçmişi olan beşinci prezidentidir. == Həyatı və karyerası == Beqaj 20 mart 1967-ci ildə Rroqojinada anadan olub. 1989-cu ildə Tirana Tibb Fakültəsini bitirib, 1998-ci ildə aktiv feldşer olub. Peşəkar doktorantura təhsilini başa vurduqdan sonra Tibb üzrə "dosent" elmi adını almışdır. 31 illik hərbi karyerası ərzində Begac ABŞ-da Təhlükəsizlik və Müdafiə, Ali Tibb Məktəbi, Qastrohepatologiya üzrə Aspirantura İxtisaslaşması, Yunanıstanda Xəstəxana İdarəetmə Kursu və Strateji Tibbi Liderlik Kursu, İxtisas Tibb Kursu və Sağlamlıq Kursu üzrə çoxsaylı təlim, seminarlarda və kurslarda iştirak etmiş və bitirmişdir.
Belaya çayı (Kaqalnik)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir. Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi. == Təsviri == Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır.
Ağqaya
Kəndlər Ağqaya (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Dağlar Ağqaya dağı (Şahbuz) — Azərbaycan Respublikasının Şahbuz rayonunun ərazisində dağ. Ağqaya dağı (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun ərazisində dağ. Ağqaya dağı (İcevan) — Ağqaya dağı (Göyçay) — Göyçay rayonunun Şərqində, Qarayazı kəndindən Şimalda dağ. Ağqaya dağı (Quba) — Quba rayonu ərazisində dağ.
Ləqata
Ləqata (ərəb. لقاطة‎, fr. Leghata) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 42 metr yüksəklikdə, 49,7 km2 ərazidə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 69 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 23 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13,692 nəfər idi.
Səqala
Səqala — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Səqala bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,036 nəfər və 1,225 ailədən ibarət idi.
Üçqaya (Duzluca)
Üçqaya — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı 1901-ci il qeydlərində ermənicə "ferma" mənasını verən Akaraq, 1928-ci il qeydlərində Əkərək kimi qeyd edilmişdir.
Belaya Reçka (Kabarda-Balkariya)
Belaya Reçka (qaraç.-balk. Акъ суу) — Kabardiya-Balkar Respublikasında kənd. "Nalçik şəhər dairəsi" bələdiyyə quruluşunun bir hissəsidir. == Coğrafiyası == Kənd Nalçik şəhər dairəsinin cənub-qərb hissəsində, Nalçik və Belaya çaylarının vadilərində yerləşir. Nalçik şəhərindən 1,5 km cənubda yerləşir. Şimalda Nalçik və şərqdə Xasanya yaşayış yerləri ilə həmsərhəddir. Qəsəbə respublikanın dağətəyi zonasında, Meşə silsiləsinin şimal ətəklərinin ətəyində yerləşir. Əhalinin böyük hissəsi Belaya və Nalçik çaylarının vadiləri boyunca düzənliklərdə məskunlaşmışdır. Ətrafdakı yamaclar çox meyllidir. Bəzi yerlərdə yamaclar yüksək qayalarla açılır.
Belaya Rus (aerobatika eskadronu)
Belaya Rus (belar. Белая Русь) — Belarus Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou üçün L-39 Albatros təyyarələrindən istifadə olunur. Təyyarələr qırmızı, ağ və yaşıl rənglərlə boyanıb. Komanda Belarus Respublikasında bayram günlərində çıxış edir. == Tarixi == Komanda 2006-cı ildə Ukraynadan 10 Çexiya istehsalı olan L-39 Albatros təlim təyyarəsi alındıqdan sonra yaradılıb. Həmin təyyarələr aviaşoularla yanaşı, Belarus Respublikası Hərbi Akademiyasının aviasiya kafedrasının kursantları üçün təlim təyyarəsi rolunu da yerinə yetirir.
Belaya dağı (Vesyolıe Qorı)
Belaya dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 715 m-dir. Nijni Tagil şəhərinin cənub-qərbində, Urales və Çernoistoçinsk kəndlərinin yaxınlığında yerləşir. Dağda beynəlxalq "Belaya Dağı" xizək bazası vardır. Xizək bazasını Nijni Tagil, Yekaterinburq, Tümen, Lesnoy, Nijnaya Turadan gələn turistlərin ziyarət etdikləri ən məşhur bir xizək mərkəzidir. == Coğrafiyası == Belaya dağı Vesyolıe Qorı silsiləsinin şimal hissəsində, "Nijnı Tagil şəhər dairəsi" bələdiyyəsində, Starik-Kamen dağının zirvəsindən 17 kilometr şimalda, Urales kəndindən 3 kilometr şərqdə yerləşir. Dağın hündürlüyü 715.4 metrdir. Dağ Volqa ilə Ob hövzələri arasındakı suayrıcında yerləşir. Bununlada Avropa ilə Asiya arasındakı sərhəd oradan keçir. == Təsviri == Dağ şimaldan cənuba uzun kilometrlərə uzanır və tamamilə qarışıq meşə ilə örtülmüşdür.
Ağqaya (Kəlbəcər)
Ağqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəndin ətrafında olan Ağ qayanın adı ilə bağlıdır. Ağqaya kəndi 1933-cü ildə Ağqaya binəsi kimi qeydə alınmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasının Şəlvə dərəsindəki kəndlərdən öz yaylaq yerlərinə gələrək məskunlaşmış Xəlilbəyli nəsilləri tərəfindən salınmışdır. Sonralar yaxınlıqdakı Pələnkəli kəndi dağıdıldıqdan sonra onun əhalisinin cox hissəsi də Ağqaya kəndinə köçmüşdür. Adını rayonun ərazisindəki Ağqaya adlı yüksəklikdən almışdır. Hazırda bu yüksəklik Şişdağ adlanır. == Yaylaqlar == Çökək yurd, Çiçələr dağının yurdu, Süleymanın yurdu, Şırşır bulağın yurdu, Babanın yurdu, Şikar bəyin yurdu, Minənin yaz yurdu,Ağ bulaq yaylağı,Nəsib bəyin yurdu,Orta burun yaylağı,Balaca babanın biçənəyi,Babanın yurdu,Zilfi biçənəyi,Mələkcanlı dərəsi,Davalı yer,Çaldaş yaylağı,Şişdağ yaylağı,Göydam yaylağı,Qanqallı çökək yaylağı,Çökək göl yaylağı.
Bisqaya vilayəti
Biskaya vilayəti — İspaniyanın vilayəti. == Ərazisi == Biskaya vilayətinin ərazisi 2 218 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Biskaya vilayəti ərazisinə görə 49-cu yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Biskaya vilayətinin əhalisi 1 156 448 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında — vilayəti ərazisinə görə — pilləni tutur.
Bərava (Soyuqbulaq)
Bərava (fars. باراوا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (27 ailə).
Aslanxana (Ağqaya)
Aslanxana —Türkiyənin Qars ilinin Ağyaxa ilçəsində kənd. == Tarixi == Kəndin köhnə adı 1902-ci il qeydlərində "Asdəqani" olmuşdur. Bu, ermənicə "buralı" deməkdir.
Başqaya (Qars)
Başqaya — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 251 nəfərdir (2022).
Qaya
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Nikolay Buqay
Nikolay Buqay (d. 19 dekabr 1941-ci il, Starotitarovskaya stanitsası, Temrük rayonu, Krasnodar diyarı) — Rusiya tarixçisi, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi əməkdaşı, Rusiya Federasiyanının Regional inkişafı Nazirliyinin Millətlərarası münasibətlər Departamentinin məsləhətçisi. Nikolay Fyodoroviç Buqay 19 dekabr 1941-ci ildə SSRİ-də, RSFSR-in Krasnodar diyarının Temrük rayonunda yerləşən Starotitarovskaya stanitsasında anadan olmuşdur. Nikolay Buqayın atası Fyodor Alekseyeviç Buqay mexanik olaraq çalışırdı, anası Varvara Petrovna Buqay isə xidmətçi idi.
Ağqaya (dağ, Babək)
Ağqaya — Babək rayonu ərazisində dağ (hünd. 1758,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında zirvə. Cəhriçayın sağ sahilində, Payız kəndindən 3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen, qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən eyniadlı maili qırışığın nüvəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş Göynük-Vayxır qırılması keçir.
Ağqaya (dağ, İcevan)
== Toponim == Ağqaya -İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı. XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır. == Həmçinin bax == İcevan rayonu Zəngəzur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Ağqaya (dağ Babək)
Ağqaya — Babək rayonu ərazisində dağ (hünd. 1758,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında zirvə. Cəhriçayın sağ sahilində, Payız kəndindən 3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen, qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən eyniadlı maili qırışığın nüvəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş Göynük-Vayxır qırılması keçir.
Ağqaya civə yatağı
Ağqaya civə yatağı – Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində, Tərtər çayın sağ sahilində, Qarabağ silsiləsinin şimal-şərq yamacında eyniadlı kəndin yaxınlığındadır. Yatağın geoloji quruluşunda, hiperbazit və qabbroid intruziv massivləri ilə kəsilmiş Alt Senonun vulkanogen-çökmə və Üst Senonun əhəngdaşı süxurları iştirak edir. Struktur cəhətdən yataq uzununa və köndələn qırılma zonalarının qovşağında yerləşir. Ağqaya civə yatağında hidrotermal dəyişmiş 7 civədaşıyan zona aşkar edilmişdir. Nisbətən zəngin filiz kütlələri yatağın mərkəzi hissəsindədir. Həmin zonalar serpentinitlər və qabbroidlərin kvars-xlorit-serisitli şistlərlə tektonik təmasında yerləşir. Onların uzunluğu 300 metrə, qalınlığı isə 10–15 metrə çatır. Linza-damarabənzər kvarslaşmış filizli listvenitlərdə minerallaşma, demək olar ki, hər yerdə müşahidə edilsə də, ən zəngin filiz kütlələri birinci və ikinci zonaların mərkəzi hissəsində aşkar edilmişdir. Listvenitlərlə yanaşı civə filizləşməsi, həmçinin dəyişilmiş silisiumlu şistlərdə, kristallaşmış əhəngdaşılarda, brekçiyaya oxşar qabbroidlərdə, nadir halda isə qumdaşılarda müşahidə olunur. Listvenitlərdə civənin əsas mineralı kinovar (HgS) bütün zona boyu müşahidə edilir.
Ağqaya dağı (Babək)
Ağqaya — Babək rayonu ərazisində dağ (hünd. 1758,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında zirvə. Cəhriçayın sağ sahilində, Payız kəndindən 3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen, qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən eyniadlı maili qırışığın nüvəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş Göynük-Vayxır qırılması keçir.
Ağqaya dağı (İcevan)
== Toponim == Ağqaya -İcevan rayonunda, İcevan şəhərindən qərbdə dağın adı. XX əsrin 30-cu illərində ermənicə Akkar adlandırılmışdır. == Həmçinin bax == İcevan rayonu Zəngəzur == Ədəbiyyat == Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı, 1990. Azərbaycan SSR-in qısa toponimlər lüğəti. Bakı, 1986.
Ağqaya dağı (Şahbuz)
Ağqaya dağı — Şahbuz rayonunda dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Keçili kəndindən 3 km. şimaldadır. Dağ günbəzvari formadadır (hünd. 2424,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun eyniadlı şaxəsinin suayırıcısında zirvə. Şorçay-Çadırdaşdərəsi çayarasında, Nursu kəndindən 5 km şərq-şimal-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş və yamaclarında eyniyaşlı andezit-dasit və diabaz porfirit daykaları açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Töğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Bergama
Berqama (türk. Bergama) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 78 km-dir. İlçənin cənubunda Əliağa ilçəsi, şərqində Qınıq ilçəsi və Manisa ili, şimalında Balıkəsir ili, qərbində Dikili ilçəsi, cənub-qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 1,544 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 103,867 nəfərdir. Antik Perqam şəhəri (yun. Πέργαμος) ilçənin mərkəzində yerləşir, Zevsın şəhəri sayılırdı, burada tibb və yazı inkişaf edirdi. Perqam antik zamanlarda Misia vilayətinin mərkəzi şəhərlərindən biri idi.
Berqama
Berqama (türk. Bergama) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 78 km-dir. İlçənin cənubunda Əliağa ilçəsi, şərqində Qınıq ilçəsi və Manisa ili, şimalında Balıkəsir ili, qərbində Dikili ilçəsi, cənub-qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 1,544 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 103,867 nəfərdir. Antik Perqam şəhəri (yun. Πέργαμος) ilçənin mərkəzində yerləşir, Zevsın şəhəri sayılırdı, burada tibb və yazı inkişaf edirdi. Perqam antik zamanlarda Misia vilayətinin mərkəzi şəhərlərindən biri idi.
Berqiya
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Yeşaya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.
Bergiya
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.
Lavrenti Beriya
Lavrenti Pavloviç Beriya (gürc. ლავრენტი პავლეს ძე ბერია; 17 (29) mart 1899, Merxeuli[d], Kutaisi quberniyası – 23 dekabr 1953 və ya güm. 26 iyun 1953, Moskva) — dövlət və siyasi xadimi, Baş Dövlət Təhlükəsizliyi Komissarı (1941), Sovet İttifaqı Marşalı (1945), Sosialist Əməyi Qəhrəmanı (1943). == Fəaliyyəti == SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946–1953), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1953). SSRİ Dövət Müdafiə Komitəsinin üzvü (1941–1944), SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini (1944–1945). VII çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü, I–III çağırış SSRİ Ali Sovetinin deputatı. ÜİK(b)P MK üzvü (1934–1953), MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939–1946), Siyasi Büro üzvü (1946–1953). İosif Stalinə yaxın insanlardan biri olub. Stalinin tapşırığı ilə bir sıra vacib sahələrə, o cümlədən nüvə silahının yaradılmasına rəhbərlik edib. Stalinin vəfatından bir qədər sonra şpionajlıqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib.
Meqara məktəbi
Meqara məktəbi (yun. Μεγαρική σχολή) — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Onları daha çox metafizika, məntiq və ərdəm (insanın müsbət keyfiyyətlərinin toplusu, xeyrə yönəlməsi və o xeyrin həyata keçirilməsidir) kimi məsələlər maraqlandırırdı. Meqaraçıları mübahisə etməyə meylli olduqlarına görə “eristiklər” və ya “dialektiklər” də adlandırmışdırlar. Evklides Stilpon Evbulides Diodorus Kronus Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 110-115. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Meraya Keri
Meraya Keri (27 mart 1969, Hantinqton[d], Nyu-York ştatı) — amerikalı müğənni və aktrisa. 2015-ci ildə Keri avstraliyalı milyarder Ceyms Pakerlə görüşməyə başladı və 21 yanvar 2016-cı ildə nişanlandıqlarını elan etdi. Oktyabrda isə onlar nişanı ləğv etdilər. 2016-cı ilin oktyabrında o, amerikalı xoreoqraf Bryan Tanaka ilə görüşməyə başladı. Mariah Carey (1990) Emotions (1991) Music Box (1993) Merry Christmas (1994) Daydream (1995) Butterfly (1997) Rainbow (1999) Charmbracelet (2002) The Emancipation of Mimi (2005) E=MC² (2008) Memoirs Of An Imperfect Angel (2009) Merry Christmas II You (2010) Me. I Am Mariah...
Neqara məscidi
Neqara məscidi — Kuala-Lumpurda yerləşən Malayziyanın milli məscidi. Məscidin tutumu 15000 nəfərdir və 53,000 m² sahəni əhatə edən bağların arasında yerləşir. Orijinal struktur İctimai İşlər Nazirliyindən üç nəfərdən ibarət komanda tərəfindən hazırlanıb: Böyük Britaniyalı Hovard Eşli, Malayziyalı Hişam Albakri və Baharuddin Kassim. Məscid 1965-ci ildə keçmiş kilsənin yerində inşa edilib. Məscid hal-hazırda islam ölkəsi olan Malayziyanın mühüm rəmzi sayılır. Məscidin layihələndirilməsi prosesi Hindistan, Pakistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyada yerləşən məscidlərdən ilhamlanaraq təxminən üç il vaxt aparıb. Məscidin əsas xüsusiyyətləri qatlanmış çətirə oxaşayan 73 metr hündürlüyündə minarənin və açılmış çətirə oxşayan 16 itiuclu ulduz formalı beton günbəzlərin olmasıdır. Əsas ibadət zalında günbəzin unikal dizaynı nəhəng açılmış çətir altında dayanan təəssüratını yaradır. Dam örtüyünün tam ortasında İstanbuldakı Sultan Əhməd camisindən ilhamlanaraq alüminium üzərinə Quran ayələri həkk olunur. Malayziya 31 Avqust 1957 Britaniya hökumətindən öz dövlət müstəqilliyini əldə etdi.
Seraya Şapşal
Seraya Şapşal (8 (20) may 1873 və ya 1873, Bağçasaray, Tavriya quberniyası[d] – 18 noyabr 1961 və ya 1961, Vilnüs) — Kəraim filoloqu, şərqşünası, filologiya elmləri doktoru, professor. Seraya Şapşal 1873-cü il mayın 20-də Baxçasaray şəhərində Mordexay Şapşal və Akbike Kazasın ailəsində anadan olub. Ailədə sonuncu 12-ci uşaq olub. 9 aylıq olanda anası Akbike Kazas dünyasını dəyişib. S. Pigitanın rəhbərliyi ilə Baxçasaray və Simferopolda keçirilən karaim midraşlarına qatılıb. 1884-cü ildə atasının qərarı ilə böyük qardaşı Moşe ilə birlikdə rus dilini öyrənmək üçün Sankt Peterburqa gedib. 1886-cı ilə qədər Oxtensk Peşə Məktəbində sonra isə Qureviçin gimnaziyasında təhsil alb. 1894-cü ildə gimnaziyanı bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Burada Şərq dilləri fakültəsinə daxil olaraq ərəb, türk, fars və tatar dillərini öyrənir. 1896-cı ildə tələbə ikən "Krımda karaimlər və Çufut-Kale" adlı özünün ilk işini təqdim edib.
Yegiya Tıntesyan
Yegiya Tıntesyan (erm. Եղիա Տնտեսյան; 29 mart (10 aprel) 1834, Konstantinopol – 23 aprel (5 may) 1881, Konstantinopol) — Osmanlı ermənisi bəstəkar, musiqişünas, müəllim, naşir və ictimai xadim. O, bir çox erməni kilsə himnlərinin melodiyalarını Avropa notalarına yazdırmış və nəşr etdirmişdir. Tıntesyan erməni osmosunun xazik qeydləri məsələlərinə dair əsərlərə malikdir. O, Avropa musiqi təhsili sisteminin və not yazılarının təbliğatçısı olmuşdur. Erməni xalq mahnılarını nəşr etdirmişdir. Bir neçə mahnının müəllifidir. Kilikiyada və Yerusəlimdə musiqi nəzəriyyəsi və kilsə müğənniliyini öyrənmişdir. Səkkiz tonda müqəddəs erməni kilsəsinin himnlərinin melodik məzmunu. Konstantinopol, 1864.
Ammaniyayabənzər bergiya
Ammaniyayabənzər bergiya (lat. Bergia ammannioides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinin bergiya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lechea verticillata Willd. === Heterotipik sinonimləri === Sagina ammannioides B.Heyne ex Wall. Tillaea rubella Blanco Bergia ammannioides var. glaber Abdallah & Sa'ad Bergia ammannioides var. pentandra Wight Bergia oryzetorum Fenzl ex Zoll. Bergia pentandra Cambess. ex Guill. & Perr.