Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898–1951)—İranın ictimai xadimi. Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Bədurə Əfqanlı
Əfqanlı Bədurə Məlik qızı (25 oktyabr 1912, Bakı – 7 may 2002, Bakı) — ilk azərbaycanlı qadın teatr rəssamlarından biri. Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1949) və Xalq Rəssamı (1974). == Həyatı == Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub. O, Bakıda qulluqçu Məlik Nəcəf oğlu Ağamalovun ailəsində doğulmuşdu. Dövrünün tanınmış ziyalılarından olan Məlik Nəcəf oğlu özü rəsm çəkməyə həvəsli idi. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar, onlarda bu sahəyə maraq oyadardı. Təsadüfi deyildi ki, böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olurdu. Bədurə Ağamalova da ilk əvvıl Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931) və o burada qrafika şöbəsində təhsil alır. Teatr rəssamı olmaq qərarına gələn Bədurə xanımın diplom işinin mövzusu V. Şekspirin "Otello" faciəsi olmuşdur. Diplom işini uğurla başa vurduqdan sonra o həyat yoldaşı, məşhur kino və teatr aktyrou Rza Əfqanlı ilə 1933-cü ildə Aşqabada işləməyə yola düşür.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir. Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Yuxarı Bəytulu (Sayınqala)
Yuxarı Bəytulu (fars. بيگ تولي عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (39 ailə).
Dris Beytart
Dris Beytart (ing. Dries Buytaert; 19 noyabr 1978) — "Drupal"ın yaradıcısı. == Həyatı == Dris Beytart 19 noyabr 1978-ci ildə Belçikanın Antverpen şəhərinin Vilreyk hissəsində anadan olmuşdur. Beytart 2000-ci ildə Antverpen Universitetində informatika sahəsində magistr dərəcəsinə yiyələnib. Elə həmin ildə ən böyük layihəsini – "Drupal"ı təqdim edib. Bundan sonra 2003-cü ilə qədər özəl sektorda işləyib. Dris Beytart 2007-ci ildə Drupal-a əsaslanan layihələrin və xidmətlərin ticarət dəstəyinə yönəldilmiş "Acquia" firmasını yaradıb. Beytart 2008-ci ildə Belçikanın Gent Universitetində doktorluq dissertasiyasını müdafiə edib və informatika və cihazqayırma ("Computer Science and Engineering") sahəsində doktorluq dərəcəsinə layiq görülüb. Həmin ildə istehsalçı veb-saytlarda spam üçün filtr kimi işləyən "Mollom" adlı yeni layihəsini təqdim edir. "Mollom"un tətbiq edilmiş spam-filtr kombinasiyası və CAPTCHA serveri spamı məhv edir.
Emin Bektörə
Emin Bektörə (rum. Emin Bektóre, 1906, Dobriç[d] – 15 aprel 1995, Əskişəhər) — Krım tatarı əsilli folklor mütəxəsisi, etnoqraf, təhsil xadimi və aktivist. == Həyatı == Emin Bektörə 1888-ci ildə Krım tatarı ailənin övladı olaraq Bolqarıstan knyazlığının Dobruca bölgəsində olan və hal-hazırda adı Dobric olan Hacıoğlu Bazarcıq şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Bazarcıqda tamamlamışdır. 15 aprel 1995-ci ildə tarixində həyatını itirmişdir. == Fəaliyyəti == Bektörə Rumıniyadakı Krım tatar folklorunun öncüllərindən biri olaraq qəbul edilir. Müxtəlif Krım tatar xalq oyunları topluluqlarında yer almış, Şahin Gəray, Atilla, Krım və Kök-Köz Bayar kimi didaktik oyunlarının həm mətinlərini yazmış, həm də səhnələşdirmişdir. 1940-cı ildə ailəsiylə birlikdə Türkiyəyə köç edərək, Əskişəhərdə yerləşmişdir. Burada da folklor fəaliyyətinə davam etmişdir. 1941-ci ildən etibarən Əskişəhərdəki xalq evində folklor fəaliyyətlərinə başlamış və xalqevi qapanana qədər xidmət etməyə davam etmişdir.
Şövqi Bektörə
Şövqi Bektörə (d. 1888, Rumıniya – v. 18 dekabr 1961, İstanbul Türkiyə) — Krım tatarı əsilli şair, maarifçi, akademik və siyasi aktivist. Şövqi Bektörə 1888-ci ildə Rumıniyada anadan olmuşdur. 5 yaşında olarkən ailəsi Türkiyənin Əskişəhər şəhərinə köç etmişdir. Əskişehərdə ibtidai məktəbi bitirdikdən sonra gəldiyi İstanbulda bir çox Krım tatarı ilə tanış oldu. Təhsilini İstanbul universiteti İlahiyyat fakültəsində davam etdirdi. Burada tanıdığı Krım tatarları vasitəsilə qatıldığı Krım Tatar Tələbə cəmiyyətinin fəal üzvü oldu. 1918-ci ilin əvvəlində Şövqi İstanbulda Krım mənşəli Türklərdən ibarət Aktiv Gənclər Cəmiyyətinin baş katibi olaraq vəzifə yerinə yetirirdi. Mart ayında, müharibə başa çatdıqda, məhbus mübadiləsində ittiham olunan Qızıl Aypara heyəti ilə Sevastopol və Feodosiyaya yola düşdü.
Beterə (Baymak)
Beterə (başq. Бетерә, rus. Бетеря) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Teməs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, kənd sovetliyindən (Merəç): 15 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km.
Beytul-Müqəddəs
Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (ərəb. المسجد الأقصى‎), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir. II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif).
Beytül-əhzan
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Beytüs-səfa
Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir). Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.
Beytar Yerusəlim FK
Beytar (Yerusəlim) FK - İsrailin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 8 dəfə Avropa kuboklarında iştirak edib.
Beytül-əhzan (kitab)
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. == Tərcüməsi == Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. == İstinadlar == == Həmçinin bax == Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı == Xarici keçidlər == Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
Kürdüstan Beytül-Müqəddəs Korpusu
Kürdüstan Beytül-Müqəddəs Korpusu Bəsic və İİKK-ın tabeliyində olan hərbi birləşmədir. Onların qərargahı Sənəndəcdə yerləşir və onlar ən böyükdür və Kürdüstan ostanındəki bütün İİKK Korpusu və Bəsic bölmələrinə nəzarət etməkdən məsuldurlar. == Tarix == Bu bölmənin yaranma tarixi 1984-cü ilə gedib çıxır və İran-İraq müharibəsi zamanı 662-ci Qüds Briqadası ilə birlikdə formalaşıb. Bu bölmə Nəsr 1, Kərbəla 1, Kərbəla 4 və Kərbəla 5, Vəl-Fəcr 8, Vəl-Fəcr 9 və Vəl-Fəcr 10 əməliyyatlarında döyüş hissəsi kimi iştirak edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə Bəsic quru qüvvələrinin birləşməsindən sonra əyalət korpusunun formalaşdırılması yaradıldı. Bu bölmənin bir hissəsi olan ən böyük alt birliklər 22-ci Qüds Ordusu, Sənəndəc Ordusu, Saqqez Ordusu, Marivan Ordusu və Baneh Ordusudur ki, onların hamısı etnik kürdlərdir. Hazırda bu bölmənin komandiri briqada generalı Sadegh Hosseinidir. == Fəaliyyətlər == 2019-cu ilin fevral ayında korpusun yoxsulluqdan əziyyət çəkən Kürdüstan əyalətinin xalqına kömək etmək üçün təxminən 6000 layihəsi var idi. Onlar KDP-İ ilə çoxlu toqquşmalarda iştirak ediblər. 1996-cı ildə KDP-İ İrandakı bütün hərbi fəaliyyətini dayandırmağa razı oldu.