Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağırlı
Bağırlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Bağırlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Bağırlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bağırçı
Bağırçı (qaq. Baurçu) Moldovanın Qaqauziya muxtariyətində Bələdiyyə və kənddir, Çadır şəhərindən 12 kilometr (7.5 mil) qərbdə yerləşir. Göy Oğuz Yerinin üçüncü ən böyük kəndidir. 2004 ildə Bağırçıda 8,783 nəfər yaşayırdı.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Bağırlı (Germi)
Bağırlı (fars. باقرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (12 ailə).
Bağırlı (Kəlbəcər)
Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə., 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir. == Yaylaqlar == Bəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu. == Bulaqlar == Sarı bulaq, Göy bulaq, Novlu bulaq, Qiblə bulağı, Daş bulaq, Hümmət bulağı, Bəzirgan bulağı.
Bağırlı (Şamaxı)
Bağırlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlı Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin cənub ətəyində, Bulanıqsu çayının sahilindədir. Tam adı Lələ Bağırlıdır. Kəndin adı keçmışdə qışı Ərəş qəzasında, yayı isə Kəlbəcər yaylaqlarında maldarlıqla məşğul olmuş bir elatın adındandır.1919-cu il tarixində ermənilər tərəfindən Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. == Əhalisi == Kənd əhalisi 2077 nəfərdir ki, onunda 1042 nəfəri kişi, 1035 nəfəri isə qadınlar təşkil edir.
Dağ Bağırlı
Dağ Bağırlı, Bağırlıdağ — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlıdağ Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. Mənbələrin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Şamaxı qəzasının dağlıq ərazisində yaşamış bağırlı elatının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. "Bağırlı kəndinin dağlıq hissəsi və ya dağlıq ərazidə yerləşən Bağırlı kəndi" deməkdir. == İqtisadiyyatı == Kənd əhalisi 1310 nəfərdir ki, onunda 678 nəfəri kişi, 632 nəfəri isə qadınlar təşkil edir. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Hikmət Bağırlı
Hikmət Qəhrəman oğlu Bağırlı (29 sentyabr 2001; Bəydili, Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli, Azərbaycan) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, həlak olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mirsədi Bağırlı
Mirsədi Mircəfər oğlu Bağırlı (12 iyun 2000; Tərtər, Azərbaycan — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində "təmirçi çilingər və avtomobil sürücüsü" ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mirsədi Bağırlı 2018-ci ildə Tərtər Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən "N" saylı hərbi xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində Gizir Kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən "gizir" hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində ÇHD-nın xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Qəzənfər Bağırlı
Qəzənfər Kərim oğlu Bağırlı — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Bağırlıya "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov (d. 12 avqust 1936, Masallı, Azərbaycan) — geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü. == Həyatı == 1936-ci il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi- Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969-1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir. 160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.
Baqirmi sultanlığı
Baqirmi sultanlığı— Orta Afrikada, indiki Çadda 1522-1897-ci illərdə iqtidarda olan İslam sultanlığı. == Tarixi == Baqirmi Çad gölünün cənubi-şərqi və Şari çayının şərqində yerləşir; bölgənin əski tarixi bilinmir. XVI əsrin başlarında Baqirmi bölgəsində yasayan göçəbə bütpərəst Kenka qəbiləsi, Birni Bəsi liderliyində (1522-1536) Çad gölünün 200 km. şərqində qalan Masinyada güclü bir dövlət qurdu. İslamiyətin bölgədə yayılması, XVI əsrin başlarında Fülani qəbilə¬sindən bir şeyxin müridləriylə birlikdə həccə gedərkən Masinya yakınındaki Bidiridə (Biddən) bir zaviyə açmasıyla başladı. Bunun yanında qonşu Bornu dövlətinin də İslamın Baqirmiyə yayılması və kökləşməsində böyük ölçüdə qatkısı olmuşdur. Buradaki fəaliyətlər sonucunda müsəlmanlığı qəbul edən Baqirmi dövlətinin dördüncü hökmdarı Sultan Abdullah Hac (1568-1608) bəzi müəssəsələri İslamiləşdirməyə çalışdıysa da, xalq arasında əski bütpərəst inanclar böyük ölçüdə yaşamağa davam etdi. Mbanq ünvanını alan Sultan Abdulla monarxik bir idarəylə dövlətin gücünü artdırdı. Ancaq bir ara, İdris Alavma olaraq bilinən Bornu sultanı İdris bin Əli (1570-1602) düzənlədiyi çeşidli səfərlər sonunda Bagirmini hakimiyəti altına alaraq vergiyə bağladı. Fəqət bu durum çox uzun sürmədi, Alavmanın ölümündən sonra Baqirmi yenə istiqlalına qovuşdu (1631.
Kərim Baqiri
Kərim Baqiri — İran futbolçusu == Həyatı == Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib. Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.
Said Baqiri
Said Baqiri — şair və İran radio və televiziyasının keçmiş aparıcısı. == Həyatı == Said Baqiri 1960-cı ilin avqust ayında Tehranda dünyaya gəlib.O, İran himninin sözlərinin müəllifidir.
Məhəmməd Baqiri
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Yağıntı
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Bağırov
Bağırov — Azərbaycanlı soyadı.
Abbas Bağırov
Bağırov Abbas Nizami oğlu (29 avqust 1982, Tovuz) — müğənni, Azərbaycanın əməkdar artisti (2011), Azərbaycan Dövlət Televiziyasının solisti (2011-ci ildən). == Həyatı == Abbas Bağırov 29 avqust 1982-ci ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000–2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003–2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub.
Abuzər Bağırov
Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən).
Allahverdi Bağırov
Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam – 12 iyun 1992, Aranzəmin) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi. 1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. == Həyatı == === Erkən illəri === Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb, onun adını Allahverdi qoymuşdular. Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır.O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı. === Futbol karyerası === Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.
Aqşin Bağırov
Aqşin Bağırov (Bağırov Aqşin Böyükağa oğlu; d. 6 iyun, 1953. Bakı, Azərbaycan SSR, SSRİ ) — Rusiya alimi; Tibb elmləri doktoru, professor. 1 nömrəli Moskva ortopediya və travmatologiya klinikasının rəhbəri. == Həyatı == Bağırov Aqşin Böyükağa oğlu 1953-cü il iyunun 6-da Bakı şəhərində doğulub. 1970-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunub. 1976-1977-ci illərdə Zabaykalye dəmir yolunun Beloqorsk bölmə xəstəxanasında internatura keçib. 1978-1980-ci illərdə Sumqayıt şəhərində təcili tibbi yardım xəstəxanasında travmatoloq- həkim vəzifəsində çalışıb. 1980-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təyinat alıb. A.Bağırov 1982-ci ildə Moskva Mərkəzi Travmatologiya və Ortopediya İnstitutuna (MTOİ) göndərilib.
Aydın Bağırov
Bağırov Aydın Rövşən oğlu (5 sentyabr 1980, Ağdam) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Qol.az saytının baş redaktoru, "525-ci qəzet"in redaktoru. == Həyatı == Aydın Bağırov 1980-ci il sentyabrın 5-də Ağdam şəhərində anadan olub. 1987–1992-ci illərdə Ağdam şəhər 7 nömrəli rusdilli məktəbdə təhsil alıb. Ermənistan-Azərbaycan müharibəsi ilə əlaqədar sonradan orta təhsilini Ağcabədi və Bakı şəhərlərində davam etdirib. 1996-cı ildə Bakıda 32 saylı Ağdam köçkün məktəbini, 2005-ci ildə Müstəqil Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib. 1997-ci ilin sentyabrın 1-dən "525-ci qəzet"də jurnalist fəaliyyətinə başlayıb. Müxtəlif illərlərdə qəzetdə müxbir, şöbə müdiri və redaktor vəzifəsində çalışıb. 2008-ci il noyabrın 17-dən fəaliyyətə başlayan Qol.az idman saytının baş redaktorudur. Daha çox idman, xüsusi ilə futbolla bağlı yazılarına görə tanınır. Televiziya kanallarında idmana dair verilişlərdə ekspert kimi çıxış edir.
Ağasəlim Bağırov
Ağasəlim Yaqub oğlu Bağırov (1940) — Azərbaycan dövlət xadimi, Azərbaycanın ticarət naziri (1989–1992), Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1992), iqtisad elmləri namizədi. == Həyatı == Ağasəlim Yaqub oğlu Bağırov 1940-cı ildə anadan olmuşdur. İxtisasca əmtəəşünasdır.Əmək fəaliyyətinə "Qızıl Şərq" mətbəəsində başlamış, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyində iqtisadçı-mühəndis vəzifəsində işləmişdir. Sonra 13 il ərzində ərzində Azərbaycan SSR Ticarət Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, "Azərittifaq"ın universal topdansatış bazasının direktoru, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə müdiri olmuşdur.Ağasəlim Bağırov 1985-ci ildə Azərbaycan İstehlak Kooperasiyasının XVI qurultayında "Azərittifaq"ın idarə heyəti sədrinin müavini seçilmişdir. 1988-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsinin ticarət və ictimai iaşə şöbəsinin rəisi vəzifəsində işləmiş, 1989-cu ilin aprel ayında Azərbaycan SSR ticarət naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin aprel ayınadək işləmiş, həmin ilin aprel–iyul aylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.
Baloğlan Bağırov
Baloğlan Bağırov (tam adı: Baloğlan Həbib oğlu Bağırov; 23 yanvar 1966, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ – 29 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1966-cı il yanvarın 23-də Maştağa qəsəbəsində anadan olmuşdur. Azərquş sənaye birliyinin baytarlıq laboratoriyasında işləmişdir. Ailəli olmuş, iki oğlu və bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Ad günü olan gün, yanvarın 23-də, saat 16.00-da Tbilisi prospektində benzindoldurma məntəqəsinin yaxınlığında, 1 nömrəli taksimotor parkının yanında hərəkət edən zaman hərbçilər heç bir səbəb olmadan onları atəşə tutmuş, Baloğlan döş qəfəsindən və qarın boşluğundan yaralanmışdır. Xəstəxanaya aparılmış, lakin aldığı xəsarətlərdən yanvarın 29-da xəstəxanada vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Xatirəsi == Yaşamış olduğu Maştağa qəsəbəsində adına küçə var.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Adil Bağırov
Adil Bağırov (tarzən) — tarzən. Adil Bağırov (alim) — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. Adil Bağırov (filoloq) — AMEA-nın müxbir üzvü (2014).
Akif Bağırov
Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloqu, tibb elmləri doktoru, professoru. == Həyatı == Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir. 1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakultəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir. Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir.
Anar Bağırov
Anar Ramiz oğlu Bağırov (19 iyun 1976, Azərbaycan) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi və Akademiyanın Elmi şurasının üzvü. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. == Həyatı == Anar Bağırov 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır. Rus, ingilis və türk dillərini bilir. Ailəlidir. Üç övladı vardır.
Aqil Bağırov
Aqil Fazil oğlu Bağırov (1 may 1995, Muğanlı, Ağstafa rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Bağırov 1995-ci il mayın 1-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2002–2013-cü illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Bağırov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aqil Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Aqil Bağırov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bayram Bağırov
Bağırov Bayram Məhəmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, Beynəlxalq Ekologiya Akademiyasının üzvü, SSRİ-nin fəxri ixtiraçısı, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının elmlər doktoru və elmlər namizədi dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının üzvü. O, 2016 cı ildə bir sıra dərsliyin və monoqrafiyaların müəllifidir. " Başım ağrıyor", "Kartofun Cücüyü" , "Rasimə el qızı " , "Xaş ilə bozbaş" əsərləri indidə oxucular tərəfindən sevilir . == Həyatı == == Yaradıcılığı == Bayram Bağırovun ilk elmi əsəri hələ tələbə ikən çap olunmuşdu. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) mexanikiləşdirmə fakültəsində oxuyarkən ikinci kursdan tələbə elmi cəmiyyətində kənd təsərrüfatı maşınları kafedrasının müdiri t.e.d., prof M.R.Məhəmmədəliyevin rəhbərliyi altında "Yer maqnetizimindən kənd təsərrüfatında istifadə edilməsi" mövzusunda elmi-tədqiqat işi aparmış, bu barədə Moskva, Leninqrad, Tbilisi şəhərlərində məruzə etmiş, mütəxəssislərin yüksək rəyini almışdır. Sonradan həmin mövzu üzrə diplom layihəsi işləmiş, onu böyük müvəffəqiyyətlə müdafiə etmişdir. Diplom layihəsinin müdafiəsi zamanı düzəltdiyi yer maqnetizminin təsiri ilə işləyib kvadrat yuva üsulu ilə səpin aparan maşının işlək modelini Dövlət komissiyası qarşısında nümayiş etdirmişdir. İş əla qiymətləndirilmiş, müəllifin aspiranturada oxuması tövsiyə olunmuşdur. Bundan başqa, rəssamlıq, şairlik, müsiqişünaslıq istedadı da vardır. Onun çəkdiyi "Zəngilan löhvələri", "Dağ çayı", "Aşırım", " İki qaniçən", "Qara buludlar", "Avtoportret", "M.N.Tusi" və s.
Baqrati kafedralı
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.