Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bacoğlu
Bacoğlu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim nəsil adı əsasında formalaşmışdır. Patronomik toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Haykavan qoyulmuşdur. == Toponomikası == 1918-ci ildə qazaxların Qarapapaq tayfasından ibarət əhalisi qovulmuş və 1915-1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Sonra əhalinin bir hissəsi geri qayıtmışdır.
Məmmədkəbir Hacıoğlu
Məmmədkəbir Hacı oğlu Kərimov (1906, Nuxa – 12 iyun 1977, Şəki) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Məmmədkəbir Hacıoğlu 1906-cı ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1920-ci ildə "Darvaza" dram dərnəyində həvəskar aktyor kimi başlamışdır. 1933-cü ilə kimi bu dərnəkdə əvvəllər aktyor, bir neçə il sonra isə həm də rejissor kimi fəaliyyət göstərmişdir. 1933–1949-cu illərdə Nuxa Dövlət Dram Teatrında işləmişdir. Müharibə illərində bir müddət teatrın direktoru olmuşdur. 1949–1953-cü illərdə Şəki mədəniyyət evindəki dram dəməyində bədii rəhbər, 1953–1956-cı illərdə Mirzə Fətəli Axundov adına şəhər mədəniyyət və istirahət parkının direktoru, 1956–1959-cu illərdə rayon mədəniyyət evinin direktoru, 1959–1973-cü illərdə xalq teatrının rejissoru işləmişdir. 1949-cu ildə bağlanmış Şəki teatrı 1974-cü ildə bərpa olunanda aktyor truppasına ilkin qəbul edilənlərdən biri Hacıoğlu olmuşdur.Səhnə təxəllüsü "Hacıoğlu" olan aktyorun koloritli yumoru, dramatik-psixoloji ifadə vasitələri olmuşdur. O, 12 iyun 1977-ci ildə Şəkidə vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli.
Qışlaq-i Hacıoğlu (Əhər)
Hacıoğlu Qışlağı (fars. قشلاق حاج اوغلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (39 ailə).
Abalıoğlu
Yunus Nadi Abalıoğlu (türk. Yunus Nadi Abalıoğlu) — türk jurnalisti, yazıçı, siyasi xadim. == Həyatı == Rodosda Süleymaniyyə mədrəsəsində oxumuş, Qalatasaray liseyini və hüquq məktəbini bitirmişdir. 1900-cü ildə “Məlumat” qəzetində fəaliyyətə başlamış, hakimiyyət əleyhinə yönəlmiş yazılarına görə həbs olunmuşdur. “Rumeli” (1910) və “Təsviri-əfkar” qəzetlərinin baş redaktoru olmuşdur. == Fəaliyyəti == "İttihad və Tərəqqi" partiyasının xadimləri ilə yaxınlıq etmiş, 1918-ci ildən Türkiyədə nəşr olunan "Təsviri-əfkar", "Yeni gün" və s. qəzetlərdə Türkiyə-Azərbaycan əlaqələrinə dair yazıların müəllifi kimi tanınmışdır. 1918-ci il iyulun 4-də "Təsviri-əfkar" qəzetində dərc olunmuş "Qafqazlılar və Türkiyə" adlı məqaləsində Batum sülh konfransında Azərbaycan və Türkiyə nümayəndələri arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşma haqqında geniş məlumat verilir. Müəllif Azərbaycan türklərinin istiqlal mübarizəsini ön plana çəkərək, Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayırdı.1918–1920 illərdə “Yeni gün” qəzetini buraxmış, nəşrini Ankarada davam etdirmişdir. 1924-cü ildən nəşrinə başladığı “Cümhuriyyət” qəzetinin baş redaktoru idi.
Babaoğlu
Babaoğlu — təxəllüs. Hikmət Babaoğlu — Azərbaycan yazıçısı. Haşmət Babaoğlu — "Sabah" qəzetinin jurnalisti. Tahir Babaoğlu — Payasspor FK-in futbolçusu. Bilal Babaoğlu — Ssenari müəllifi.
Çaşıoğlu
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Aliq Nağıoğlu
Məmmədov Aliq Nağı oğlu (12 sentyabr 1957, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan yazıçısı, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçıların Rusiya İttifaqının üzvü (2016), Prezident təqaüdçüsü. == Həyatı == Aliq Nağıoğlu 12 sentyabr 1957-ci ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur. 1980-ci ildə Krasnodar Politexnik İnstitutunu, 2 illik jurnalist sənətkarlığı kursunu bitirmişdir. Uzun illər Azərbaycanın sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən çap olunur. Doqquz nəsr, iki tərcümə kitablarının müəllifidir. Bir çox kitabların redaktoru, ön söz müəllifi və tərtibçisidir. Əsərləri Türkiyə, İran və başqa xarici saytlarda, Moskvada, Praqada dərc olunan toplularda, Azərbaycan ədəbi-bədii jurnallarında və qəzet səhifələrində, almanaxlarda, müxtəlif yerli portallarda nəşr olunub. 2012-2013-cü illərdə baş tutan sayca üçüncü MKM-də (Milli Kitab Mükafatı) 241 müəllif sırasında uzun siyahıya - iyirmiliyə düşüb. Dalbadal iki il məşhur çoxmilyonlu "Proza.ru" portalının "2014-cü ilin yazıçısı", "2015-ci ilin yazıçısı" nominasiyası üzrə nominantı olub.
Bağıroğlu (Xudafərin)
Bağıroğlu (fars. باقراوغلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 332 nəfər yaşayır (73 ailə).
Hikmət Babaoğlu
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur.1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi fəaliyyət == 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb. 2013-cü ildə "Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
Rafael Bağıroğlu
Rafael Bağıroğlu (tam adı: Rafael Bağıroğlu Məmmədov; d. 12 aprel 1983, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı rejissor, ssenarist, aktyor == Həyatı == Rafael Bağıroğlu. 1983 cu il aprel ayının 12-si Sumqayıt şəhərində anadan olub. Azərbaycan Texniki Universiteti bitirib. Qoç bürcüdür. Sevdiyi rənglər ağ, qara və qırmızıdır. Bir oğlu var. Adı Cavidandır 7 yaşı var. == Filmoqrafiya == Küləklər şəhəri (serial 2010) rol: aktyor Sonun başlanğıcı (film, 2012) rol: aktyor, prodüser Canavar qoxusu (bədii film 2013) rol: aktyor, prodüser Mən klounam (bədii film 2015) rol: aktyor, prodüser Qayıdış (film, 2016) rol: prodüser De sən öl (bədii film 2017)) prodüser Gecə qonağı 2 (film, 2017) rol: prodüser 3 badam 1 qoz (film, 2017) rol: rejissor Dəmir qazan (film, 2017) rol: prodüser Məşhur gəlin (bədii film 2018) rol: rejissor 2 mal (bədii film 2018) rol: rejissor Qayıdış (serial 2021) rol: aktyor, prodüser Object 77 (Film 2020) rol: prodüser == Sosial Hesabları == Rafael Bağıroğlu İnstagram-da. Rafael Bağıroğlu TikTok-da.
Tağı Nağıoğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Zeynəl Karcıoğlu
Zeynel A. Karcıoğlu (12 iyun 1946, İstanbul) — tibbi və cərrahi praktikant, tədqiqatçı və tibb maarifçisidir. Xüsusilə retinoblastoma, xarici göz şişləri və birincil və metastatik orbital neoplazmalar sahələrində Oftalmoloji Onkologiya və Patoloji sahəsində ixtisaslaşmış Amerika Oftalmologiya Şurasının diplomatıdır. Karcıoğlu ayrıca Anatomik Patologiya və Nevropatologiya üzrə təhsil alan və Amerika Patologiya Şurası tərəfindən təsdiqlənmiş təqaüdçüdür. == Tərcümeyi-halı == === Erkən həyatı və təhsili === Karcıoğlu, 12 iyun 1946-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olan bir Türk Amerikalıdır. 1969-cu ildə Ankaradakı Hacettepe Universiteti Tibb Fakültəsində Tulane Universiteti və Emory Universiteti Tibb Fakültəsi, Oftalmologiya və Patoloji üzrə rezidentura təlimlərindən sonra tibb dərəcəsini aldı. Oftalmologiya və Patoloji üzrə sertifikatlaşdırılmış Amerika lövhəsidir. === Şəxsi həyatı === Kərcioğlu, 45 ildən çoxdur ki, həm də həkim olan Gülər L. Kərcioğlu ilə evlidir. Bir oğlu və iki nəvəsi var. == Karyerası == Kərcioğlu, Atlanta'daki Emory Universitetində cərrahi patoloq olaraq peşəsinə başladı və daha sonra oftalmologiyaya karyera yolu ataraq Louisiana'nın Nyu-Orlean şəhərindəki Tulane Universiteti Tibb Fakültəsində rezidenturasını tamamladı. Rezidenturadan sonra Tulane fakültəsi sıralarına qatıldı və 2005-ci ildə Katrina qasırğası Yeni Orleanı vurana qədər təxminən 25 il klinisyen və pedaqoq kimi fərqləndi; Hal-hazırda Karcıoğlu Tulane Universitetində professor Emeritus dərəcəsinə sahibdir.
Çaşıoğlu (mətbəə)
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Çaşıoğlu mətbəəsi
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Şahbaz Şamıoğlu
Şahbaz Şamı oğlu Musayev (20 aprel 1961, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filoloq, jurnalist; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisi; Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şahbaz Musayev 20 aprel 1961-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində doğulub. Atası orta məktəbdə kimya-biologiya müəllimi, anası laborant olub. 1979-cu ildə Dmanisi rayonu, Qızılkilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1983-1990-cı illərdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1990-cı ildən Təhsil Nazirliyinin "Ana sözü" jurnalında, "Yurddaş", "Baku Tayms", "Azərbaycan gəncləri", Azərbaycan-Türk Agentliyi, "Hər gün", "Xəzər" qəzetlərində müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistika ilə yanaşı elmi fəaliyyətini davam etdirib. AMEA Milli Münasibətlər İnstitutunda (1999-2002) çalışıb.
Əjdər Tağıoğlu
Əjdər İsmayılov (tam adı:İsmayılov Əjdər Tağı oğlu; 23 aprel 1938, Çomaxtur, Noraşen rayonu – 13 mart 2022, Bakı) — Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor. 91-lərdən və YAP-ın ən fəal yaradıcılarından olan siyasətçi. == Həyatı == Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur. 1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur. Əjdər İsmayılov 13 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğludur.Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas Cavid İsmayılovun atasıdır. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə etmişdir.
Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. == Həyatı == Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb. == İctimai-siyasi fəaliyyəti == 1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub. 1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.
Nikolay Baboğlu
Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008) — qaqauz şairi. == Həyatı == Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır. Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur. “Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür.
Yunus Nadi Abalıoğlu
Yunus Nadi Abalıoğlu (türk. Yunus Nadi Abalıoğlu) — türk jurnalisti, yazıçı, siyasi xadim. == Həyatı == Rodosda Süleymaniyyə mədrəsəsində oxumuş, Qalatasaray liseyini və hüquq məktəbini bitirmişdir. 1900-cü ildə “Məlumat” qəzetində fəaliyyətə başlamış, hakimiyyət əleyhinə yönəlmiş yazılarına görə həbs olunmuşdur. “Rumeli” (1910) və “Təsviri-əfkar” qəzetlərinin baş redaktoru olmuşdur. == Fəaliyyəti == "İttihad və Tərəqqi" partiyasının xadimləri ilə yaxınlıq etmiş, 1918-ci ildən Türkiyədə nəşr olunan "Təsviri-əfkar", "Yeni gün" və s. qəzetlərdə Türkiyə-Azərbaycan əlaqələrinə dair yazıların müəllifi kimi tanınmışdır. 1918-ci il iyulun 4-də "Təsviri-əfkar" qəzetində dərc olunmuş "Qafqazlılar və Türkiyə" adlı məqaləsində Batum sülh konfransında Azərbaycan və Türkiyə nümayəndələri arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşma haqqında geniş məlumat verilir. Müəllif Azərbaycan türklərinin istiqlal mübarizəsini ön plana çəkərək, Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayırdı.1918–1920 illərdə “Yeni gün” qəzetini buraxmış, nəşrini Ankarada davam etdirmişdir. 1924-cü ildən nəşrinə başladığı “Cümhuriyyət” qəzetinin baş redaktoru idi.
Çaşıoğlu Elm İstehsalat Firması
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat “Çaşıoğlu” şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.