Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bardana
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Lappa Scop. === Heterotipik sinonimləri === Anura (bitki) (Juz.) Tschern. Arcion Bubani Bardana Hill Hypacanthium Juz. Schmalhausenia C.Winkl.
Baldadaş Əliyev
Əliyev Baldadaş Məhəmməd oğlu — həkim, Lənkəran səhiyyəsinin təşkilatçılarından biri, səmərələşdirici. 1936-cı ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. Lüvəsər kənd orta məktəbində ibtidai məktəbi bitirmiş, daha sonra Bakı şəhər 165, 194 saylı və Lənkəran şəhər 4 saylı rus məktəblərində təhsilini davam etdirmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin rus sektorunu bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında diş həkimi kimi başlamışdır. 1966-cı ildə ixtisasartırma kursu keçərək qulaq-boğaz-burun həkimi ixtisasına yiyələnmiş və həmin ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "Qulaq-boğaz-burun" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İxtisasını təkmilləşdirmək məqsədilə dəfələrlə SSRİ-nin müxtəlif şəhərlərində — Bakı, Tbilisi və Kiyevdə ixtisasartırma kurslarında olmuşdur. 1972-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında səhiyyə üzrə partiya təşkilat katibi, 1974–80-ci illərdə isə Lənkəran MRX-nın baş həkimi vəzifələrində çalışmışdır. Baş həkim vəzifəsində işləyərkən Lənkəranda yeni xəstəxana kompleksinin tikilməsinin təşəbbüskarı olmuş, qısa müddətdə müasir tipli xəstəxana, poliklinika, dispanser və s. tibb obyektlərinin tikilib istifadə verilməsinə nail olmuş, əyalət səhiyyəsini paytax səviyyəsinə qaldırmışdır.
Arctium bardana
Bardana arctium
Bardana lappa
Bardana minor
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.
Bardaça gölü
Bardaça gölü (serb. Језеро Бардача) — Göl və bataqlıqlardan ibarət olan su sistemi Bosniya və Herseqovinanın tərkibinə daxil olan Bosniya Serb Respublikasının şimalında qərarlaşır. Bu su kompleksinə su basmış quru sahələri və meşə sahələri daxildir. == Xüsusiyyəti == Göl təqribi olaraq Banya-Lukadan 30 kilometr aralıda yerləşir. Gölün uzunluğu 5,5 km, eni 1,7 km, maksimal dərinliyi 2,5 metrdir. Gölün ümumi sahəsi 7,32 km²-dir. Göl və ətrafında yerləşən bataqlıqlar qorunan təbiət abidəsi elan edilmişdir. Göl dəniz səviyyəsindən 100 metr yüksəklikdə qərarlaşır. Gölün yerləşdiyi rayon ərazisindən üç çay axır: Matura, Stublaya və Brzaya. Bu üç çay naviqasiya üçün yararlı deyil.
Mikloş Barabaş
Mikloş Barabaş (mac. Barabás Miklós, 10 fevral 1810, Merkuşa[d], Kovasna – 12 fevral 1898[…], Budapeşt) – Macarıstan rəssamı. Əsasən çəkdiyi portretlərlə tanınır. Ən məşhur əsərləri 1847-ci ildə Ferens Rakoçini və 1853-cü ildə İmperator I Frans Yosefi rəsm etdiyiportretləridir. Mikloş Barabaş 10 fevral 1810-cu ildə Kezdimarkoşfalvada anadan olmuşdur. İlk təhsilini Nadyenyeddə protestant məktəbində almışdır. 1829-cu ildə Vyanada Enderin tələbəsi olmuş, 1830-cu ildə isə Qabor Barradan Litoqrafiya dərsi almışdır. 1834-1835-ci illərdə Mikloş İtaliyaya səyahət edir. Onun bu səyahətinin əsas məqsədi Uilyam Leyton Leyçdən akvarel ilə rəsm çəkməyi öyrənmək idi. Mikloş Barabaş 6 il İtaliyada qalır.
Lappa bardana
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Barama (teleserial, 2017)
Barama — 2017-ci ildə ATV kanalında 1 sezon olmaqla, 19 bölüm yayımlanmış dram janrında serial.
Əliyev Baldadaş Məhəmməd oğlu
Əliyev Baldadaş Məhəmməd oğlu — həkim, Lənkəran səhiyyəsinin təşkilatçılarından biri, səmərələşdirici. 1936-cı ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. Lüvəsər kənd orta məktəbində ibtidai məktəbi bitirmiş, daha sonra Bakı şəhər 165, 194 saylı və Lənkəran şəhər 4 saylı rus məktəblərində təhsilini davam etdirmişdir. 1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin rus sektorunu bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında diş həkimi kimi başlamışdır. 1966-cı ildə ixtisasartırma kursu keçərək qulaq-boğaz-burun həkimi ixtisasına yiyələnmiş və həmin ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "Qulaq-boğaz-burun" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İxtisasını təkmilləşdirmək məqsədilə dəfələrlə SSRİ-nin müxtəlif şəhərlərində — Bakı, Tbilisi və Kiyevdə ixtisasartırma kurslarında olmuşdur. 1972-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında səhiyyə üzrə partiya təşkilat katibi, 1974–80-ci illərdə isə Lənkəran MRX-nın baş həkimi vəzifələrində çalışmışdır. Baş həkim vəzifəsində işləyərkən Lənkəranda yeni xəstəxana kompleksinin tikilməsinin təşəbbüskarı olmuş, qısa müddətdə müasir tipli xəstəxana, poliklinika, dispanser və s. tibb obyektlərinin tikilib istifadə verilməsinə nail olmuş, əyalət səhiyyəsini paytax səviyyəsinə qaldırmışdır.
Lappa bardana subsp. minor
Xırda atpıtrağı (lat. Arctium minus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü.
Lappa bardana subsp. tomentosa
Tükcüklü atpıtrağı (lat. Arctium tomentosum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Arctium lappa var. tomentosum (Mill.) A.Gray Arctium minus f. tomentosum (Mill.) Moldenke Lappa bardana subsp. tomentosa (Mill.) Čelak. Lappa tomentosa (Mill.) Lam.
Lappa bardana var. major
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
10 ildən artıqdır ki fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə mərkəz fəaliyyətini dayandırıb, lakin mərkəz tərəfindən açıqlama verilməyib. == Fəaliyyəti == Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir. 2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb. Bundan əlavə, ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu. 2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir. 2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. 2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub. 2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu.
Arzamas
Arzamas — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir. == Tarixi == Arzamas şəhəri (Rusiya) Şamka çayının Teşi çayına (Oka çayının sol qolu) töküldüyü mənzərəli bir yerdə salınmışdır. Arzamas tarixən mordva tatarlarının məskənidir. Ad yerli mordvalıların tayfa adı olan "arza" və ya "erza" adı ilə bağlıdır. Ryazan yer adı da bu böyük tayfanın adı ilə əlaqədardır.1. Arzamasın ərazisi XV əsrdən Rus dövlətinin (daha doğrusu, hələ Moskva knyazlığının) tərkibinə daxil edildisə də bu ərazilərə rusların geniş ayaq açmaları qalaların tikilib möhkəmləndirilməsilə XVI əsrdə başa çatdı. XVI əsrdən başlayaraq Moskva çarı xüsusi inayət göstərdiyi boyarları istila olunmuş ərazilərdə, o cümlədən Arzamas qəzasında torpaqlarla mükafatlandırırdı. Məhz Kazan xanlığının istila olunub məhv edildiyi vaxtdan dərhal sonra, bu torpaqlara ruslar köçürüldü və yerli əhalinin xristianlaşdırılmasına başlanıldı. 2.(Qeyd: İvan Qroznı Arzamas qalasını Kazan üzərinə üçüncü yürüşündə ələ keçirmişdi) Arzamas artıq 1578-ci ildən rus şəhəri sayilmaqdadır; şəhəri dağıdılmış mordva-erza qalasının yerində salırdılar, o hələlik Moskva knyazlığının son hüdudunda dayanırdı. Bununla XVI əsrdə Bryansk-Tula-Arzamas xətti Moskva Rus dövlətinin sərhəddini təşkil edirdi.
Bardenas-Reales
Bardenas-Reales (isp. Bardenas Reales) — İspaniyanın Navarra vilayəti ərazisində yerləşən yarımsəhra. Burada ətraf mühit güçlü eroziyaya məruz qalmışdır. Bu baxımından Avropada unikaldır. Səhra 45500 ha ərazini əhatə edir. 1999-cu ildə Bardenas-Reales turistlərin çoxlu axını ilə əlaqədar park elan edilmişdir. 7 noyabr 2000 ildə YUNESCO ərazini biosfer qoruğu elan edilir. 1951 ildə ispan HHQ ərazidə baza təşkil edilir. Bununla əlaqədar etiraz aksiyaları təşkil edir.
Barnabas İncili
Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir. Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır. 2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur. Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz. == Mətnin tarixi == Barnaba İncili haqqında ən qədim sənədlər Madriddə BNM MS 9653 kodlu mavr əlyazmasında tapılan və Tunisdə 1634-cü ildə İbrahim-Əl Təybili tərəfindən yazılan sənədlər qəbul edilir. Bibliyada Məhəmməd haqqında kəhanətdən bəhs edəndə o yazırdı: "Müqəddəs Barnaba İncili — harakı bir nəfər işıq tapa bilər." (isp.
Cucumis bardanus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Arzamas (sayt)
Arzamas — mədəniyyət tarixinə həsr olunmuş Rusiya saytı.
Adamas Kovalevski
Adamas Qolodets
Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva – 7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989). == Həyatı == 1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər. Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904–1975) və qardaşları Varlen (1925–2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər. Atası, Qomel sakini Solomon Qolodets (1906–1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür. Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır. Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.
Barmas (Əhər)
Barmas (fars. برمس‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (49 ailə).