Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beauty Azerbaijan
Beauty Behind the Madness
Beauty Behind the Madness — kanadalı müğənni The Weeknd-in ikinci albomu. 28 avqust 2015-ci ildə XO və Republic Records tərəfindən buraxılıb.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Con Beatti
Con Cerard Beatti (9 noyabr 1926, Qaven – 9 iyul 2020, Klaydbank, Uest Danbartonşir) — Şotlandiya aktyoru. == Həyat və karyera == Beatti 9 noyabr 1926-cı ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olub. "Scotch & Wry" və "Lord C. Nesbitt" komediya janrları ilə tanınırdı. Karyerasının sonunda sağ "River City" sabun operasında Malkolm Hamiltonun xarakteri ilə ekranlara çıxdı. Beattie, aktyor karyerasına görə 2007-ci ildə Britaniya Kral Şərəf Medalı ilə təltif edilmişdir. == Ölüm == Beattie, 9 iyul 2020-ci ildə, 93 yaşında, Şotlandiyada bir qocalar evində öldü.
Proprioseiopsis beatus
Proprioseiopsis beatus (lat. Proprioseiopsis beatus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis beatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Angel Beats!
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!‎) — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar və hər ikisi "Kanon", "Air" və "Clannad" vizual romanlarının istehsalında iştirak etmişdilər. Anime serialı Yaponiyada 2010-cu ilin 3 aprelindən 26 iyununa kimi yayımlanmışdır. Birinci OVA seriyası 2010-cu ilin dekabrında, ikinci OVA seriyası 2015-ci ilin iyununda buraxılmışdır. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində olan personaj öldükdən sonra yaddaşını itirən Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyasındakı bir məktəbə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır.
Bekuy (departament)
Bekuy — Burkina-Fasonun Tuy vilayətinə daxil olan departament. İnzibati mərkəzi Bekuy qəsəbəsində yerləşir.
Beata Klarsfeld
Beata Klarsfeld (alm. Beate Klarsfeld‎; doğum adı Beata Avqusta Küntzel (alm. Beate Auguste Künzeate‎); 13 fevral 1939[…], Berlin) — Almaniyalı jurnalist, yazıçı və ictimai xadim, İkinci Dünya müharibəsindən sonra "Nasist ovçusu". Beata Klarsfeld fransalı həyat yoldaşı Serj Klarsfeld ilə birlikdə Kurt Lisçka, Alois Brunner, Klaus Barbe, Ernst Ehlers və Kurt Asçe də daxil olmaqla qaçıb gizlənən çoxsaylı nasist müharibə cinayətkarlarının tapılıb üzə çıxarılması və onlar haqda sənədlərin aşkar edilməsi ilə məşhurlaşıb. 2012-ci ilin martında o, Almaniyada keçirilən prezident seçkilərində Yoahim Qauka qarşı Sol Partiyasının namizədi kimi mübarizə aparıb. Lakin 991-ə qarşı 126 səslə məğlub olub. == Həyatı == Beata Avqust Küntzel Berlində sığorta işçisi Kurt Künzel və həyat yoldaşı Helenin yeganə övladı olaraq anadan olub. Klarsfeldin sözlərinə görə, onun valideynləri nasist deyildilər. Lakin onlar nasist lideri Adolf Hitlerə səs veriblər. Atası 1939-cu ilin yayında ordu sıralarına çağırılıb.
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
Angel Beats! musiqisi
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!‎) — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar. 2015-ci ildə Key anime əsasında vizual roman istehsal edib buraxmışdır. "Angel Beats!" diskoqrafiyası iki studiya albomundan, bir yığma albomdan, səkkiz sinqldan, bir saundtrekdən və bir remiks albomundan ibarətdir. Orijinal saundtrek 2010-cu ildə Key Sounds Label tərəfindən istehsal olunmuşdur. Saundtrek musiqisi Cun Maeda və Anant-Garde Eyes qrupu tərəfindən bəstələnmişdir.
Erlinq Braut Haland
Erlinq Haland (21 iyul 2000, Lids, Birləşmiş Krallıq) — İngiltərə Premyer liqası təmsilçisi Mançester Siti klubunda hücumçu kimi çıxış edən Norveçli peşəkar futbolçudur. == Uğurları == === Klub === === Milli === === Şəxsi === == Klub karyerası == === Brune === Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. === Molde === Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == 2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Beat It
"Beat It" (azərb. "Vur Onu"‎) — Maykl Cekson tərəfindən yazılan və müğənninin altıncı solo albomu olan "Thriller"ə daxil edilən mahnı. "Thriller" albomuna daxil olan "The Girl Is Mine" və "Billie Jean" mahnılarından sonra "Beat It" mahnısı da hit-paradlarda böyük uğur qazanmışdır. Mahnı 14 fevral 1983–cü ildə albomdan çıxarılan sayca üçüncü sinql olmuşdur. Mahnıya həmçinin klip də çəkilmişdir. Klipdə Maykl Cekson qanqsterlərin əhatəsində rəqs edir. Satış uğurlarına görə mahnı iki "Qremmi", iki "American Music Award" mükafatına layiq görülmüşdür. Həmçinin, mahnının qazandığı uğur (klipiylə birgə) "Thriller" albomunun "bütün zamanların ən çox satılan albomu" olmasında böyük rol oynamışdır. Mahnı 1989–cu ildə platin sertifikat almışdır. "Rolling Stone" dərgisi "Beat It" mahnısını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
Dr. Beat
"Dr. Beat" (azərb. Ürək həkimi‎) — ABŞ-nin "Miami Sound Machine" qrupunun nümayəndəsi olan Qloriya Estefan tərəfindən ifa edilən məşhur sinqldır. == Komplizasiyaların siyahısı == U.S. Vinyl 12" Maxi-Single (49 05023) "Dr. Beat" (Long Version) "Dr. Beat" (Instrumental Version) Worldwide Vinyl 7" Single (34 04574) "Dr. Beat" (Album Version) "When Someone Comes Into Your Life" (Album Version) == Hit parad mövqeyi == == Orijinal versiyalar == Orijinal versiyalar Album Version — 4:26 Long Version — 6:26 Instrumental Version — 5:26 == Kaver versiyalar == 1997: Sandra Kretu (Almaniya) 2000: Prezioso feat.
Shojo Beat
Shojo Beat — Viz Media tərəfindən Şimali Amerikada nəşr olunan şoco manqa jurnalı. 2005-ci ilin iyun ayında Shonen Jump jurnalının qardaş jurnalı kimi nəşr olunan jurnal, altı manqa seriyasından olan seriyalı fəsillərdən ibarət idi. Jurnalda həmçinin Yaponiya mədəniyyəti, manqa, anime, dəb və gözəllik haqqında məqalələrə yer verilirdi. İlik dərcindən sonra, Shojo Beat iki redizayna məruz qaldı və ümumi yapon manqa antologiyalarında olduğu kimi, ilk ingilis antologiyalı siyan və magenta mürəkkəb tonlarını istifadə edən jurnal oldu. Viz Media öz manqalarında, yapon layt-novel və anime bölmələrini jurnalının məzmunu ilə əlaqələndirmək üçün "Shojo Beat" imprintlərinə başladı. 16-18 yaşlı qadın cinsinə hədəfələnən Shojo Beat-in ilk dərci 20 000 tiraja malik idi. 2007-ci ildə, jurnalın orta tirajı təxminən 38 000 nüsxə idi. Jurnal tirajınını yarısı, mağaza satışlardan daha çox, abunədən gəlirdi. Bəzi tənqidçilər jurnalın erkən dərclərini, darıxdırıcı və zəif yazılmış saysa da, yapon mədəniyyəti haqqında məqalələrin daxili ilə manqa seriyasının qarışdırılması, bir çox tənqidçilər tərəfindən müsbət qəbul edilmişdi. 2009-cu ilin may ayında Viz Media jurnalın nəşriyyatını dayandırdılma planlarını açıqladı — 2009-cu il iyulda jurnalın sonuncu nəşri dərc olundu.
Angel Beats! seriyalarının siyahısı
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!‎) Na-Ga-nın personaj dizaynerliyi ilə Cun Maedanın orijinal konsepsiyasına əsaslanan 13 seriyadan ibarət Yaponiya anime serialıdır. Maeda ilə Na-Ga "Kanon", "Air" və "Clannad" kimi məşhur oyunları istehsal etmiş Key vizual roman brendinin əməkdaşlarıdırlar. Anime Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən çəkilmişdir. Baş animasiyaçı Katsuzo Hirata da personaj dizayneri olmuş, Maeda ssenarini yazmışdır. Musiqi Maeda və Anant-Garde Eyes tərəfindən bəstələnmişdir və Satoki İidanın səs rejissorluğu ilə Aniplex tərəfindən istehsal olunmuşdur. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirmiş Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyası məktəbinə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri ona Axirət Dünyası Cəbhəsi (死んだ世界戦線, Shinda Sekai Sensen (SSS)) adlı təşkilata qoşulmağa dəvət edir.
École des Beaux-Arts
École des Beaux-Arts, tam adı ilə, École Nationale Supérieure Des Beaux-arts, Jean-Baptiste Colbert (XIV Louis dövrünün naziri) tərəfindən Académie Royale d'Armitecture adı altında 1671-ci ildə Parisdə yaradılmış bir təsviri sənət məktəbidir. 1793-cü ildə Académie Royale de Peinture et de Sculpture (1648-ci ildə yaradılıb) məktəbi ilə birləşdirildi. Məktəb rəsmxət, rəsm, heykəltaraşlıq və memarlıq (1968-ci ilə qədər) kimi təsviri sənətlərdən dərs deyir.
Adidas Beau Jeu
Adidas Beau Jeu — futbol üzrə Avropa çempionatı 2016 turnirinin rəsmi topu. "Beau Jeu" fransız dilindən tərcümədə "gözəl oyun" deməkdir. == Dizayn == Top Adidas şirkəti tərəfindən istehsal olunmuşdur. 12 noyabr 2015-ci ildə Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanın təqdimatı ilə ictimaiyyətə tanıdılmışdır. Top qeyri-adi dizayna malikdir. Top üçün Adidas Brazuca topunun elementlərindən istifadə olunmuşdur. Narıncı elementlərə malik göy xətlərin əmələ gətirdiyi hərflər və rəqəmlər "EURO" və "2016" sözlərini ortaya çıxarır.
Got the Beat
Got the Beat (kor. 갓더비트; Gatdeobiteu; GOT the beat kimi stilizə olunub) 2022-ci ildə SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreya superqrupudur. Girls On Top layihə qrupunun ilk alt bölməsidir və yeddi üzvdən ibarətdir. :BoA, Girls Generation-dan Teyon və Huyon, Red Velvet-dən Solci və Vendi, Aespa-dan Karina və Vinter. == Tarixçə == === Arxa plan === Got the Beat qrupunun bütün üzvləri SM Entertainment-in səsyazma sənətçiləri qrupunun bir hissəsidir. BoA 2000-ci ildə 13 yaşında soloist kimi debüt etdən aktiv sənətçi idi. Teyon və Huyon 2007-ci ildə Girls Generation üzvləri və 2018-ci ildə Girls Generation-ın ikinci alt bölməsi Oh!GG üzvləri kimi debüt etdilər. Teyon həm də 2012-ci ildən Girls Generation-ın ilk alt bölməsi Girls Generation-TTS-nin üzvüdür. Teyon və Huyon 2015 və 2016-cı ildən solistdirlər. Solci və Vendi 2014-cü ildə Red Velvet üzvləri kimi debüt etdilər.
The Number of the Beast (albom)
The Number of the Beast ingilis ağır metal qrupu Iron Maiden -in üçüncü studiya albomudur. 22 mart 1982-ci ildə Böyük Britaniyada EMI Records və ABŞ-də Harvest və Capitol Records tərəfindən yayımlanmışdır. Albom vokalist Bruce Dickinson ilə ilk, zərb qurğusunda ifa edən Clive Burr ilə isə sonuncu albom idi.İngiltərədə siyahılara 1 nömrədən daxil olan ilk ağır metal albomu olmuşdur.İngilis musiqi jurnalı "Kerrang!" tərəfindən hazırlanan "Ölmədən əvvəl dinləməli olduğunuz 100 albom" siyahısında The Number of the Beast 36.yeri tutmuşdur.Q jurnalının isə "Bütün vaxtların ən sərt 50 albomu" siyahısına daxil olmağı bacarmışdır. The Number of the Beast tənqidi və kommersiya uğuru ilə qarşılandı və qrupun Böyük Britaniya Albomları Qrafikində birinci yerə çıxan və ABŞ Billboard 200 -də ilk 40-a çatan ilk albomu oldu. Albomda mövcud olan" Run to the Hills " və " The Number of the Beast " sinqlları qrupun İngiltərədə ilk 10-luğa daxil olan ilk parçaları idi. Albom, qapağında və daxilindəki mahnıların başlıqlarında dini istinadlar olması səbəbi ilə əsasən ABŞ-də olmaqla bir çox yerdə tənqidə məruz qaldı.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. == Həyatı == == Fəaliyyəti == Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
Le plus beau jour de ma vie
Le plus beau jour de ma vie (azərb. Həyatımın ən gözəl günü‎)— Belçikanı 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Moni Mark fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyildir.