Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beqoniya
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Beqoniyayarpaq cökə
Beqoniyakimilər
Beqoniyakimilər (lat. Begoniaceae) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Beqoniya (Begonia L.) Hillebrandia Oliv.
Begonia
Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi. Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır.
Betonica
Mərcanotu (lat. Betonica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Boloniya
Bolonya (it. Bologna) — İtaliyanın şimalında yerləşən şəhədir, eyni adlı vilayətin və Emiliya-Romanya bölgəsinin inzibati mərkəzidir. Əhalinin sayı 381 min nəfərdir. (2010-cu ilin göstəricilərinə görə). İnkişaf etmiş sənayesinə görə və bir neçə nəqliyyat dəhlizinin bu şəhərdən keçdiyinə görə, Bolonya ölkədə həyat səviyyəsinə görə birincilərdəndir. Bolonyanı həmçinin İtaliyanın aşpazlıq paytaxtı da adlandırırlar. == Əhalisi == Bolonyanın illər üzrə demoqrafik göstəriciləri: == Maraqlı fakt == Hələ vahid İtaliyanın mövcud olmadığı dövrdə 1325-ci ildə İtaliyanın Bolonya ve Modena şəhərleri arasında müharibə baş verdi. Onun səbəbi adi vedrə olub. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçdı. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri isteyirdilər.
Seqoviya
Seqoviya (ispan Segovia) — İspaniyada şəhər. Əhalisi 55 min nəfərə yaxın. Kastiliya və Leonun eyni adlı əyalətinin inzibati mərkəzi. Seqoviya Madriddən 90 km şimal-qərb tərəfə Eresma və Klamores çaylarının arasındakı yüksəklikdə yerləşir. Toledo və Avila ilə birlikdə ispan paytaxtının yaxınlığında yerləşən üç şəhər-muzeydən biridir. 1985 ildən Seqoviya UNESCO nun ümumdünya irsi siyahısına daxildir.
Teoqoniya
Teoqoniya (yun. Θεογονία, "tanrıların yaranması") e.ə. VII – VIII əsrlərə aid Hesiod tərəfindən yazılmış, tanrıların yaranması və onların nəsilləri haqqında poema, Avropanın ən qədim ədəbiyyat əsərlərindən biri. Hesiodun "Teoqoniya" mənzum əsəri muzalara xitabən başlayır, sonra isə əsərdə ardıcıllıqla dünyanın yaranması, titanlar, olimplər və mifoloji qəhrəmanlardan bəhs edilir.ƏsƏrin dili ilə desək: Ən əəvvəl Xaos (boşluq, qarma-qarışıqlıq ya fəza) olmuşdur. Xaos təkbaşına, kimsəsiz, qarma-qarışıqla dolu puç bir həyat sürərmiş. Əvvəllər nə günəş, nə işıq, nə yer, nə də göy varmış tək Xaos – ucsuz bucaqsız zülmət varmış. Tənhalıqdan təngə gələn Xaos dünyanı yaratmaq qərarını verir. İlk olaraq o, gözəl və həyat qüvvəsinə malik ilahəni yeri – Geyanı yaradır. Yer böyüyərək dünyanın başlanğıcını qoymuş olur. Sonra Xaos Tartar adlı axirətin dibini ya cəhənnəmin dibini yaradır, daha sonra Niks adlı gecəni, Ereb adlı qaranlığı yaratmışdır ki, onlardan isə öz növbəsində Efir adlı şəffaflıq ya göy üzü və Hemera adlı gün yaranmışdır.
Beotiya
Beotiya (yun. Βοιωτία) – Yunanıstan rayonlarından biri. Paytaxtı Levadiya şəhəridir. Əhalisi 130 768 nəfərdir.
Baloniya sistemi
Bolonya sistemi - təhsil sistemində xüsusi istiqamət. Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. [mənbə göstərin] == Yaranması və genişlənməsi == Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bolonya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.
Betonica foliosa
Betonica officinalis
Dərman mərcanotu (lat. Betonica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys betonica Benth. Stachys officinalis (L.) Trevis.
Boloniya Universiteti
Bolonya Universiteti (it. Università di Bologna) — Avropanın ən qədim və daima fəaliyyət göstərən ali məktəbi. İtaliyanın Bolonya şəhərində yerləşir. Qədimliyinə görə onun "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir. Ancaq Avropa universitetlərindən fərqli olaraq, ərəb universitetləri diplom vermirdilər. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür. == Maraqlı faktlar == 1222-ci ildə rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. == Həmçinin bax == Ən qədim universitetlərin siyahısı Əl-Qarauin Universiteti == Mənbə == Boissier. Centenaire de l’université de Bologne // Revue de deux mondes. — 1888.
Boloniya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Burqoniya sülaləsi
Burqoniya sülaləsi (port. Dinastia de Borgonha) — Portuqaliya krallığını 1139–1383-cü illərdə idarə etmiş sülalə.
Luis Seqoviya
Luis Covanni Seqoviya Veqa (isp. Luis Geovanny Segovia Vega; 26 oktyabr 1997, Kito, Ekvador) — Ekvador təmsilçilərindən olan El Nasyonal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Seqoviya peşəkar karyerasına El Nasyonal klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 25 iyul 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. Seqoviya ilk qolunu 27 avqust 2015-ci ildə El Nasyonal klubu ilə Kito şəhəri təmsilçisi olan Universidad Kito klubuna qarşı oyunda vurmuşdur. == Milli karyerası == 2017-ci ildə Seqoviya Ekvadorun gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Seqoviya Çili, Paraqvay, Venesuela, Uruqvay, Argentina və iki dəfə Kolumbiya və Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Seqoviya akveduku
Seqoviya akveduku — İspaniyanın Seqoviya şəhərində Qərbi Avropada Qədim Romadan qalmış ən uzun akveduk. Uzunluğu 728, hündürlüyü 28 m. Çoxkilometrlik yerüstü su kəmərinin bir hissəsi. Ehtimal ki Vespasianın dövründə inşa edilib. Yuneskonun Ümumdünya irsinə daxildir.
Seqoviya Əlqasarı
Seqoviya Əlqasarı (ispan Alcázar ərəb القصر‎‎ — əl-qəsr), - İspaniya krallarının Seqoviyanın tarixi hissəsinin mərkəzində yerləşən qəsri (İspaniyanın Kastiliya və Leon əyaləti). Mərkəzi Quaddarama dağlarındakı (Mərkəzi Kordilyerin hissəsi)Eresma ilə Klampres çaylarının qovuşmasında, qaya üzərində yerləşir. Qayada yerləşməsi onu İspaniyanın ən gözəl və tanınan qəsrlərindən edir. Əlqasar əvvəlcədən qala kimi inşa edilsə də, sonralar kral sarayı, dövlət həbsxanası, kral artilleriya akademiyası da olub. Seqoviya Əlqasarı, başqa əlqasarlar kimi, ərəb qalası kimi yaranıb. Əlqasar haqqında ilk məlumat 1120 ilə (o vaxt xristianlar artıq 32 il idi ki müsəlmanları Seqoviyadan qovmuşdular) aid olsa da, arxeoloji qazıntılar göstərir ki, Əlqasarın yerində hələ Qədim Roma vaxtından hərbi istehkam vardı. Bu versiya başqa vacib abidə ilə təsdiq olunur - romalıların tikdiyi Seqoviya akveduku ilə. Qəsrin ilkin adı naməlumdur, 1122 il sənədində o sadəcə "Eresma yanındakı təpənin üstündəki qala" adlandırılır. Lakin artıq 1155 ildə, Əlqasar kimi qeyd olunur. Bu vaxtın yadigarı kimi şimal tərəfdəki qalereya və, kralın ispan-mavritan tərzində tərtib edilmiş və Böyük zala bitişik daxili otaqları qalıb.
Betonica grandiflora
İriçiçəkli mərcanotu (lat. Betonica macrantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi düz və ya yüksələn, yumşaq uzun aşağı yönəlmiş tükcüklü, (10) 20-50 (75) sm hündürlükdədir. Yarpaqları yumurtavari və uzunsov-yumurtavari, küt, qaidəsində ürəkvari, kənarları küt iri mişarvari və ya iri kütdişli, üst hissəsində seyrək, aşağı hissəsində sıx uzun tüklü; gövdəətrafı yarpaqlar uzun saplaqlı, yuxarı yarpaqlar oturaqdır. Çiçək köbəsi çox çiçəklidir. Tac olduqca iri, 3,5 mm-ə qədər uzunluqda, çəhrayı və ya fırfır, nadir hallarda ağ rənglidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə, subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys macrantha (K.Koch) Stearn === Heterotipik sinonimləri === Betonica grandiflora Stephan ex Willd.
Betonica macrantha

Betonica rosea

Stachys betonica
Dərman mərcanotu (lat. Betonica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys betonica Benth. Stachys officinalis (L.) Trevis.
Hiriya (Beotiya)
Hiriya ( q.yun. Ὑρίη; Ὑρία ) — Homerin "gəmilər kataloqu"nda qeyd olunan toponim. Burada siyahıda aparıcı yer Hiriya və donanmanın yığıldığı qayalı Avlida üstünlük təşkil etdiyi Beotiyadan olan dəstələrə verilir. Miflərə görə, Hiriyada övladı olmayan Hiriyey adlı bir padşah yaşayırdı və o, bir oğul üçün tanrılara dua edirdi. Onun qarşısına qonaq şəklində çıxan Zevs, Poseydon və Hermes öküzün dərisinə sidiyərək onu torpağa basdıraraq dünyaya uşaq gətirir. O, möcüzəvi hadisənin şərəfinə Orion adlandırılmışdır.
Bergeniya
Bergeniya (lat. Bergenia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Kökümsovu ətli gövdəsi qısadır, iri yarpaqları köklərin yaxınlığında rozet əmələ gətirir. Çiçəkləri qırmızı və ya ağ rənglidir. == İstifadəsi == Kökümsovunda və yarpaqlarında aşı maddəsi var. Qiymətli texniki və dərman bitkisidir. Tanin, qall turşusu və arbutin alınır. Bəzən çayı əvəz edən bitki kimi (monqol çayı) istifadə edilir. Qədimdən dekorativ bitki kimi əkilir.
Qalınyarpaq bergeniya
Qalınyarpaq bergeniya (lat. Bergenia crassifolia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin bergeniya cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub, yoğun, şişman, sürünən kökümsovu və çoxsaylı saçaqlı kökləri vardır. Gövdəsinin hündürlüyü 50 sm, yarpaqları bütöv, çılpaq, dəricikli, parlaq, qışlayan və kök üstündə çətir şəklində toplanır. Yarpaq lövhəcikləri enli ellipsşəkilli, demək olar ki, dairəvi, əsası girdələşmiş və ya ürəkvari, küt, aydın olmayan dişli, uzun saplaqlı, uzunluğu 3-35 sm, eni isə 2,5-30 sm-ə bərabərdir. Çiçəkləri 5 üzvlü, gövdənin zirvəsində süpürgəvarı-qalxanşəkilli çiçəkqrupunda formalaşmışdır. Ləçəkləri bənövşəyi-çəhrayı, dairəvi-yumurtavarı, əsası qısa və geniş dırnaqcıqlardan ibarətdir. 300–2600 m yüksəkliyi olan meşə, subalp və alp qurşaqlarda, çay sahillərində və sıx iynəyarpaqlı meşələrdə rast gəlinir. Yabanı çoxillik badanın kökümsovları iyun-iyul aylarında toplanılaraq qurudulur və xammal olaraq keyfiyyətli dərman bitkisi kimi istifadə edilir. Kökümsovları torpaqdan 20 sm hündürlükdə toplanılır, təmizlənir və qurudulur.